_________________Milli Kitabxana
________________
360
YANARDAĞLA
KONUŞMA
18 Günəş
24-cü il
(18.III.2002)
SAFRUH ATALININ SABİR-DOĞMA
İlƏ (YANARDAĞLA)
KONUŞMAsı
Safruh:
Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya (İnam Ataya) Ali
Səcdəylə!
Atamızın uzun müddət dostu olmuş, əlçatmaz ziyalı Sabir Yanardağla
(İmamverdiyev Sabir Mustafa oğluynan, eləmi?) söhbət. Günəş ayının 18-i 24-
il (18 mart 2002-il). Sabir müəllimin evində, qardaşı Nüsrətin iştirakıyla.
Sabir: Sonra yazıya çıxanda təmizləyəcəyik, lazım olarsa.
Safruh: Hə. Sabir müəllim, sizin məşhur əsərlərinizi — “İnsan fəlakət
içində” adıyla demisiniz, mən də görmüşəm və bir də “Bəşər aqibəti”, eləmi?
Sabir: Bəli.
Safruh: “Bəşər aqibəti”. Siz onlara ayrı-ayrı adlar vermisiniz,
cürbəcür
variantlarda adlar. Hələlik sonuncusu bunlardır. Bunları oxuyandan sonra mən
Sizin haqqınızda, məndə çox belə əlçatmaz bir təsəvvür yarandı. Elə bildim ki,
indiyəcən tanış olmadığım bir xarakter, bir dünya baxışı, belə qəribə bir adam
gördüm, bir insan gördüm ki, mənim, mən dəfələrlə Sizə belə bir dilim dolaşa-
dolaşa demişəm ki, məndə izahedilməz bir Həqiqətçi obrazı, ilahi bir obraz
yarandı Sizin yazıları oxuyandan sonra. Təkcə bu əsərlərinizi yox, başqa da bir
çox əsərlərinizi oxudum, o cümlədən “Taun” əsəri və başqa, xırda, onlara
nisbətən xırda həcmli. Məndə o qədər qeyri-adi bir istək əmələ gəldi ki, “istək”
deyəndə “Sabir Yanardağ” obrazı. Çox qəribədi ki, bunu elə-belə oxudum
keçdimnən mən yetərlənə bilmədim. O əsərləri, nədi “İnsan fəlakət içində”ki,
Cabbarlının əsərləri üzərində ki, yazmısınız, mən onu oxuyandan sonra ki,
mənim iş yerimdə söhbət elədik Sizinlə, mənim ötəri qeydlərimlə, Sizin
əsərinizdən çıxartdığım parçalar əsasında. Mən orda yalnız münasibətlərimi
bildirmişəm də — bura belədi, burası gözəl, filan şeyi gözəl, belə. İndi
istəyirəm ki, həmin söhbətimizi mən Sizin o biri, “Bəşərin aqibəti” kitabınızı da
_________________Milli Kitabxana
________________
361
oxuyandan sonra, fikrimizi bölüşək. Mən bir oxucu kimi öz təəssüratlarımı
deyim. Bəzi cüzi suallarım əmələ gəlib. Onlar da o deyil ki, müəllif burasını
niyə belə yazıb, niyə heylə yazıb — heylə suallar deyil. Onlar əslində Sizin
qoyduğunuz mövzuynan getdiyiniz yolun davamı kimi, ona heyranlıq kimi, ona
münasibət kimi olacaq. Yoxsa, bunlar sual belə, bunu düz həll eləməmisən.
Heylə söhbət-zad yoxdu qətiyyən. Hə o söhbətimizi davam eləyək. Əsas mənim
məqsədim: mən istəyirəm ki, o Sabir Yanardağ obrazı — mənim ağlımda
tutduğum, sevgimdə tutduğum, o bəlkə bu kasetlərdə, bəlkə bu səs yazmasında
alındı. Hesab eləyirəm ki, mənim üçün — bir şəxs üçün bu, çox böyük səadət
olar. Mənim tələbatım var gözəl insanların olmağına, onları mən görüm,
təsadüfdən-təsadüfə olsa da; yəni elə insanların mənə rast gəlməyini mən
deyirəm “təsadüf”. Onların biri düşüb əlimə deyək ki; yəni mən onun əlinə
düşmüşəm (bunu gülərək deyir). Qoy o təsəvvürü ikimiz dəqiqləşdirək. Böyük
Sabir Yanardağ var mənim ağlımda. Siz özünüz böyüklüyü-zadı çox
görmüsünüz, çox araşdırmısınız, bəlkə Sizin üçün bu mənim heyranlığım bir
qədər qəribə gələcək. Amma mən bir oxucu kimi xahiş eləyirəm elə qərara
gəlməsin. Böyük Sabir Yanardağ obrazı var. O nəyə görə, məsələn, mənə
gərəkdi, mən bir, deyək ki, axtaranam, çox sevənəm, çox qeyri-praktik
adamam, çox dəliyəm, amma düşünürəm ki, həm də əgər Sabir Yanardağ — o
mənim ağlımda tutduğum kimi obrazı azərbaycanlılar vaxtiylə özləri üçün
yaratsaydılar, xalq qazanardı, Xalqın içində bir mənəvi dayaq nöqtəsi olardı.
Xalq Sabirin başına and içməliyidi. Xalq ona deməməliydi “bu qəribədi, bu nə
bilim nədi, bu dəlidi”. Bilirsən, xalqın dəliliyiydi bu. Söykənməliydi xalq fərdə.
O fərd də ki, qəribə fərddir. Mən öz təsəvvürlərimi bəri başdan deyirəm; sonra
da burda qeydlərim əsasında deyəcəm. Qəribə fərddir! Onun heç stimulu
yoxdur! Heç özünün stimulu yoxdur axı! “Nə üçün eləyir?” sualına orada cavab
yoxdur. Sabirin həyatında cavab yoxdur ey ona! Niyə eləyirsən onu?!
Arvadbazlıq eləyəssən ki, arvadların xoşuna gəlsin gözəl əsərlər yazıb?! Çox
adam heylə eləyir. Elmi ad üçün eləyirsən? Elmi addan zəhlən gedir.
Yazıçısan? “Yazıçı deyiləm” deyirsən. Filosofluq üçün eləyirsən? “Filosof
deyiləm” deyirsən, filosofluğu balaca hadisə hesab eləyirsən. Ayə, bəs nə
üçün?! Əl atmağa, ilişməyə yer yoxdur, amma hamısını tədqiq eləyir, belə
bütün mövzuların yiyəsi kimi. Deyir ki, məsələn, qəhrəmanlıq məsələsi Axilles
məsələsiynən, Homerdə bu bura qədər gətirilib, sonra Homerin əsaslandığı
əsatirlərdə bura qədər gətirilib, burda bitir. Ancaq “bizə mövzunun tam açılışı
gərəkdir!” Nəyinə gərəkdir?! (Bunu gülə-gülə deyir). Əgər Homer ora qədər
gətiribsə, Homerin söykəndiyi əsatir orda dirənirsə, bizim bir nəfər Sabir
Yanardağımız var — İmamverdiyev Sabir — o deyir ki, mənə bu mövzunun
tamamilə açılışı lazımdır! Ayə, nə üçün?! Bax bu, ilahi bir keyfiyyətdir! İlahi
bir keyfiyyətdir! Onun ilişək yeri yoxdu axı! Gerçəklikdə ilişəcəyi yer yoxdur.
Onu elədiyinə görə sənə ev veriləsi deyildi, vəzifə veriləsi deyildi, putyovka