_________________Milli Kitabxana
________________
362
verilməyəcəkdi, ad verilmir; sən isə onu araşdırmaq istəyirsən, özü də haralara
qədər gedirsən?! Mövzu hara qədər gedir, fikir ver! Bir gedər-gəlməz yol olardı
ha nağıllarda. O adam gedər-gəlməz yolnan gedir, yol qurtarır; bu deyir yox,
hələ məqsəd o yandadır. Ora da gedir. Bax o, izahedilməz bir gözəllikdir.
“Gözəl” nədir ey, sözəsığmaz bir keyfiyyətdir, bax mənim təsəvvürümdə. İndi
bax mənim söhbətimin o preambulası olsun, demək ki, başlanğıcım olsun. Məni
bura dartıb gətirən o istəyim. Hə, siz necə baxırsınız belə bir istəyə?
Sabir: Onda bu, bilirsən, mənim cavabım böyüdü. Mənə sual verirsən məni
vadar eləyən nədir, niyə bu yükün altına girirsən? Mən hiss eləmirəm də o
yükü. Bir onu bilirəm ki, bu iş görülməlidir. Yaxşı ki, bu burdadır (qardaşı
Nüsrəti göstərir). Mən çox balacaydım. İndi də az yuxuluyuram, amma
uşaqlıqda ən az yatardım. Gecəni hamı yatır, mən yuxulamıram, düşünürdüm.
Bəzən elə olurdu ki, Məhəmməd, Nüsrət, mən yanaşı yatırdıq. Və sair! Mənim
düşüncəm bu olurdu. Ən çox xorxutlar haqqında düşünürdüm. Əfruz bacının
da uşaqları çox idi. Böyük ailə idi. Demək olar ailələrin hərəsinin 6-7-8-10
uşağı vardı. Bundan başqa, bizim qohum-qardaşlar da, Nənəşlər də, o Popurrar
da, Popur yox ey, Pambıq bacı-zad.
Bütün el-oba gələrdilər bizə. Bəzən 50-60 adamnan süfrə açılardı. babamızı
görməmişik, nənəmizə Böyük Şirin deyirdilər. Bütün el-oba Böyük Şirin Bacı.
Yadımdadır.
Safruh: Nəniyə?!
Sabir: Nəniyə! Bütün el-oba! Gəlirdilər onu görməyə. İndi o bazarlığı nə
təhər çatdırırdılar? Pul var! Onun bişiri, düşürü, yumağı, təmizlənməyi... İndi
sual verdin ki, niyə yazmısan? Mənim, birinci uşaqlıqdan “Mən əgər, üç yaş
yalan isə, azı beş yaşımdan o ailələrin dərdini çəkmişəm. Çünki onlar çətin
dolanırdılar. Burnumdan yemək-içmək keçmirdi. Sonra, sonra dəhşətli
müharibə başladı. Hamı öz dərdinə qaldı. Təkcə bizdə 1 ilin içində qardaşım
getdi — böyük qardaşım Məhəmməd.
Safruh: Allah rəhmət eləsin!
Sabir: Allah ölənlərinizə rəhmət eləsin! 1942-il sentyabrın 24-də əsgərə.
Atam da otstavnoy polkovnik, dalınca ki, generalnı ştablarda onun
təcrübəsindən istifadə eləmək olardı. 42-il noyabrın 15-də. İdealında da könüllü
getdi onda. İşləyirdi onda. Univermağın müdiri idi, anam. Həm də komisyonnı
maqazin var idi. Onu aparırdı. Mən də gedirdim ona kömək eləyirdim.
Safruh: Ananın adı nəydi?
Sabir: Anabəyim.
Safruh: Mənim anamın adı Minabəyimdir.
Sabir: Minabəyim, Anabəyim! Bizim də böyük mülkümüz var idi. Mən
diribaş idim. Nüsrət şəhər işində, bazar işində diribaş idi, amma böyük mülkün
_________________Milli Kitabxana
________________
363
çəpərin elənməsi, meyvələrin yerinə çatması, əkin, biçin, filan. Ağır işlərə
Nüsrətnən, qardaşımnan birlikdə gedirdik. Məhəmməd də eləyirdi, işləyirdi.
Yəni biz o boyda ailə! Birdən-birə iki başçını itirdik. Anam işləyirdi, hər ikisi
gəlirli yer idi. Anam savadlı adam idi; dərs də deyə bilərdi. Müəllimliknən işə
başlayıb. Univermağın müdiri olmaq böyük şeydi. Komisyon da gəlirli yer idi.
Təsəvvür elə ki, təşkil eləmişdi o zaman naçalnik NKVD qızıl saatı
oğurlatmışdı ki, iş gəlsin. Sonra ona dedi, əşi, hesab eləyərəm ki, çaqqal
toyuğumu aparıb. Heylə arxayın. Amma hər halda, başçılarıyıq bunların. Elə
gəldi ki, əmilərimizdən biri həmin ağır illərdə... Nüsrət həm oxudu texnikumda,
həm də işə girdi. Maşın dəyirmanı deyirdilər. Bir, iki, üç dəyirman idi — biri
çastnı, ikisi kazyonnu, iki də ding idi; çəltik — düyü döyürdü gündə 15 ton;
təxminən 8-10 ton da un üyüdürdü. Hə, o da elə. Bütün şəhəri. Gərək bütün
gecəni, gündüzü orada olasan. 10 kilo buğdaya, 8 kilo düyüyə bir qızıl onluq
verirdilər. O məndən 3-4 yaş böyükdür, mən də əl boyda uşaq; bununla gedib
gecə-gündüz işləyirdik. Evə də baxırdıq. İki yerdəydi mülkümüz. Bir dəmyə
yerdə yerimiz vardı, bir də suluq yerdə yerimiz vardı. Onu da işləyirdik axı!
Daha çox mən işləyirdim. Amma ağır işlərdə birlikdə. Bu həm də oxuyurdu.
Bir dənə bax ki, gəldi əmilərimizin birisinin, onda “Standart” deyirdilər,
müəyyən ölçü — onun əslində (əsasında) kartoçka verirdilər, həm də çörək
verirdilər. Altı uşaq, bir də anam. 7 baş ailə birdən çörəksiz qaldıq. O da yox idi
ey! Onları da himayəsinə götürdü. Ağır ildə!.. Ailələr bütöv-bütöv acından ölür.
Mən onu deyirəm ki, özgənin dərdini çəkmək bizim ailənin... Məsələn, mən
mərhəmətli olmağnan bərabər, hər adamla bir süfrə başında otura bilmirdim.
Ürəyim götürmürdü, iyrənirdim; onnan ötrü ölürəm, amma mənim tayım deyil
ki, mənimlə bir süfrənin başında... Anam dilənçini də, yolçunu da bizimlə
bərabər süfrənin başında oturtdururdu.
Safruh: Allah ona rəhmət eləsin!
Sabir: Cibində, ətəyində, evində, təhnəsində olanı özgəyə paylayandan sonra
özümüzə götürürdük... Köklər, xarakter! Bax bu məni o yerə gətirib ki, insan
dərdlərinə vaqif olam. Ailəmiz də çox savadlı olub. Ömrümdə Mirzə Mabud
ləyaqətində, sanbalında adama rast gəlməmişəm. Atamdan 25 yaş böyük olub.
Əmimdi. “Taun”da onun adı keçir: “Bərəkalla Mirzə Mabud! Adamları gözəl
güllələyirsən!” Atam, atam... Məsələn, indi sizlə münasibətlərim, başqa cür
əlaqələrim də var. Məsələn, Nüsrət, bizim evi, sənin atanın evini respublikada
görməyən olub? Hamısı ordan keçib da. Bütün respublika mənimlə oradan
keçib. Elə atam ordaydı, Söyün Rəhmanov, — Nazirlər Sovetinin sədri, ya
maarif naziri Dadaş Bünyadzadə, Əliheydər Qarayev və sair. Hamısı gəlib
bizdən keçirdi. O zonaya çıxan hər kəs gəlib atamı görməmiş getmirdi. Mirzə
Mabud Stalinlə, Trotskiylə bağlı adam idi, Mircəfər Bağırovla. Bunlarla bağlı
adam idi. Bunlar da adi adamlar deyil ey, ideya adamlarıydı. Mən yazmışam ki,
mənim orta təhsilim yoxdu, ali təhsilim yoxdu, aspiranturam yoxdu,