_________________Milli Kitabxana
________________
366
cibi üçün, şəxsi üçün, nə bilim nə üçün — heç nə yoxdur! Yenə orada “Bəşər
həyatının davamını təmin edən xalqla qəhrəmanın vəhdətidir”. Bu, Sabirin öz
sözüdür. Ancaq harada görünüb o Vəhdət? Hər şey qəhrəmanın çiynindədir!
Bunu mən Sizə orda demişəm. Xalqla qəhrəmanın vəhdəti. Mən sizin qədər az
şəxs görmüşəm ki, qəhrəmananə idrak yolunda çalışsın, məna yolunda, ləyaqət
yolunda, haqq yolunda... Sözü mən böyük hadisə hesab eləyirəm ey bu cür
sözü, bu cür əsəri. Xalq da var, onun belə bir oğlu da var — vəhdət yoxdur.
Hanı vəhdət?! Hər şey qəhrəmanın özündən asılıdır.
Sabir: Bugün üçün real nəticə zəifdi da! O vəhdət yoxdur deyə zəifdir. Bax o
vəhdət Axillesin simasında, Axilleslə Aqamemnon anlaşılmazlığında,
Aqamemnon yekəbaşlığı, xudpəsəndliyi ucbatından Axilles 10 il gedib çadırına
çəkildi və yunan xalqı da az qala üz üstə qapanmışdı. Başqa bir təsadüfdəki
qardaşı, daha doğrusu dostu Patrokl ölür, o da Axilleslik eşqinə düşdüyünə görə
ölür ha. Demişdi ki, uzaq getmə. O da deyir ki, daha gedirəm. Onda
Aqamemnon yekəbaşlığı, xəbisliyi həddini aşır; başlayır Yunanıstan uğrunda
yenidən döyüşə. Orda Axillesnən xalq arasında vəhdət yaranır. Hətta
Aqamemnon onun ayağına gəlir. Onun o kənizini bağışlayır. Deyir: İnan ki,
mən o kəniz Briseidanın yorğanının ucuna belə, əlimi vurmamışam. Yəni mən
öz hökmdarlığımı, öz sərkərdəliyimi, öz hakimiyyətimi, karyeramı müdafiə
eləmişəm — özümü yox. Sərkərdənin, hökmdarın sözü yerə düşməməlidir. O
vurulmamalıdır. Bu da (Axilles də) işi görən adamdı axı, nə təhər. Sən də
ondan ləyaqətini tələb eləyirsən.
Safruh: Hətta Siz onun o “ayağa gəlməsini” belə qəbul eləmirsiniz ki, bu,
ləyaqətli gəliş deyil. Orada o yenə də hökmdar kimi hərəkət eləyir. Orada bir
söz deyir, Siz o sözdən tutursunuz. Əgər bu, ləyaqətli gəliş olsaydı, bu söz
olmazdı. Yenə ağalığını qorumaq üçün gəlib. O son dərəcə qədim məsələni o
qədər gözəl araşdırırsınız, əsla tələsmədən. Elə araşdırırsınız ki, müasir dövrə
də aid olur. Siz onu qəsdən belə eləmirsiniz; təbii şəkildə, necə ki, Gün (əş)
üfüqdən çıxır, tələsmədən, yavaş-yavaş gəlir, Göyə qalxır. Bax Sizin
araşdırmanızda da elə bir arxayınlıq var.
Sabir: Təsəvvür elə ki, 75 yaşım var; 60 yaşım olanda mənim barəmdə
erməni kartı oynandı. Onu da Vurğun Əyyub yazıb da! Günü — dekabrın 27-si,
87-ci il (əlini stola döyür). Dekabrın 27-si 27-ci ildə də mən anadan olmuşam.
Təsadüfən bir günə düşür. Düz 60 il bundan qabağın söhbəti idi. Mən bu əsəri
yarımçıq qoyub, bir bu qədər, bir də bunun yarısı qədər hələ yazıya
götürülməyib (makinada yazılmasını nəzərdə tutur — S.). Düz 15 ildir o əsəri
yarımçıq qoymuşam, bugünün məsələləriylə məşğul oluram. Bu da elə
arxayınlıq, tələblə işləməyin nümunəsidir. Amma burda bir inam da var də! Ki,
mən çox yaşayacam, bu məsələləri qurtarıb, yenidən öz işimin üstünə
qayıdacam.
_________________Milli Kitabxana
________________
367
Safruh: İndi mən nəyi deyirəm ey, o ordakı indiki vəziyyətə aid olur,
cürbəcür ictimai quruluşlara, vəziyyətlərə aid olur — heç birində görükmür ki,
yazar özü bunu bilərəkdən ora gətirir, istəyir ki, ora gəlsin, fırlayır, əyir — yox!
Sabir: Gedişat, proses oraya olur.
Safruh: Hə. O qədər təbii axarıyla, obyektiv araşdırırsınız ki, sanki heç…
Elə gözəl, geniş, hərtərəfli araşdırma ki, cürbəcür məsələlər orada qeyri-adi
həllini tapır… Heyranlıqdan başqa mənim silahım yoxdur… Sabir Yanardağ
deyir (dekabrın 14-də yazmışam), Cabbarlının “Aydın” əsərindən danışır:
“”Aydını istibdadın gizli məsamələri məhv edirdi. Bu məsamələr azı onu artıq
tikəyə — gözəl arvada malik olduğuna görə məhv edəcəkdi”. (Gülür). Onu
orda, iş yerində Sizə demişəm: Artıq tikəyə — gözəl arvada malik olması
məsələsi çox faciəlidir.
Sabir: Bu onun haqqıdır! Amma min dənə göz var: O kimdi ki... Bizim
olmalıdı! Onda (Aydın obrazını nəzərdə tutur) olan o sərvət görükmür. O,
böyük insandı, gözəl insandı. Gültəkinin Aydında axtardığı o böyüklükdü, —
onu görür, o işığa gedir…
Safruh: İndi də orda məsələyə məhz bu qiyməti vermək ki, o qusacaydı,
çünki gözəl qadın bu cür zad üçün artıq tikədir. Burda bəşərin, həqiqətin faciəsi
var, ona gözəl işarə vurmaq. Məni heyran elədiyinə görə yazmışam…
Sabir: Loletta Torez Argentina müğənnisi cavan oğlana ərə getdi. O da çox
böyük kino ulduzu idi. Ərə gedəndən sonra da nəğməkarlıqdan, kinodan
uzaqlaşdı. Yeganə yol o oldu ki, ərini öldürdülər. Loletta 50-ci illərin böyük
nəğməkarıydı. Ərini öldürdülər. O da aləmi buraxdı ki, mən onu istəyirəm —
bütün böyük adamları (rədd etdi). Müəllim idi, onun əri, 22 yaşında. Ona ərə
getdi. Onun çox gözəl səsi vardı!
Safruh: Sizin bu sözünüzə mən o vaxt da Sizə demişəm, mənim özümün
belə qeydim var: İnsanın bəzən heyvandan da aşağı rəftar etməsinin
səbəblərindən biri — onun maddi — cismani gözəlliyi tanımasında,
bilməsindədir. Mən üzr istəyirəm! Heyvan bilmir ki, o biri gözəldir, ya gözəl
deyil, ona görə də o birinin qismətində o cəhətdən gözü, tamahı olmur. Amma
insan görür ki, orada artıq tikə var, ondan almaq olar, o ağıl gedir Şərə xidmət
eləyir. Bu görmə, bilmə məsələsi. Sonra, məsələyə mən daha böyük mənada
gələcəm.
Sabir: Sədinin bir təmsili var ki, iki eşşək, arxıt deyirlər,
yem-zad yeyirlər də
onda.
Safruh: Axur.
Sabir: Hə, axur. Samanın üstünə arpa-zad səpiblər. Bu biri eşşək arada
ağzını, dilini yalayıb, dilini uzadıb o biri eşşəyin qabağındakı yemdən yeyir. Bu
vaxt o biri eşşək buna acıqlanıb deyir: “Ə, insan oğlu, insan! Sən eşşəksən axı!
Bu cür nəcabətli nəslə əskiklik gətirmə! Sən insan kimi yaramaz deyilsən. Sən
bizim Eşşək adımızı batırırsan! (Bu yerdə Sabir də, Safruh da bərkdən