Müasir Azərbaycan dili
265
cümləyə bağlanmasında onun rolu eyni deyildir. Şərt və
qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələrin
tərkibində daha fəaldır.
Şərt və qoşulma budaq cümləli tabeli
mürəkkəb cümlələr istisna olmaqla, qalan bütün budaq cümlə
növlərində
-sa
2
şəkilçisi bağlayıcı sözlə, qarşılaşdırma budaq
cümləsində isə ədatla birgə işlənir. Məsələn,
Kim qanunu
pozsa, meşədə ov etsə, cəzalanacaq. (İ.Şıxlı) Atımı haraya
istəsən, çaparam (İ.Şıxlı) Mələk şam kimi ərisə də, dərdini heç
kəsə açmırdı.(İ.Şıxlı) Cahandar ağa nə qədər fikirləşsə də,
münasib bir söz tapa bilmirdi. (İ.Şıxlı)
-mı
4
şəkilçisi isə başlıca olaraq zaman budaq cümləli
tabeli mürəkkəb cümlələrin qurulmasında iştirak edir. Məsələn,
Səsini çıxartdınmı, özünü ölmüş bil. (S.Rəhman) Vaxtın
oldumu, anana məktub yaz. (H.Abbaszadə)
Tabeli mürəkkləb cümlələrin qurulmasında
determinantların da müəyyən rolu vardır. Determinant
üzvlər predikativ komponentlərin
hər ikisinə aid olmaqla
baş və budaq cümlənin əlaqəsinə kömək edir. Məsələn,
Bu
günlər İmran hara gedirdisə, orada Şahnazla rastlaşırdı.
(İ. Şıxlı) Səməd əmisinin qaqqıltılı gülüşündəki qeyri-təbiiliyi
duymasa da, öz gülüşünün süniliyini hiss etdi. (İ.Hüseynov)
Dilçilik kitablarında tabeli mürəkkəb cümlələr bağlayıcı
vasitələrə görə dörd qrupa ayrılır:
1.
Asindetik tabeli mürəkkəb cümlələr. Belə cümlələrdə
budaq cümlə baş cümləyə yalnız intonasiya ilə bağlanır:
Gördülər, üç ləpir qayanın üstündə qərar tutub. (S. Rəhimov) O
istəyirdi, səfərini tez başa vursun. (Ə.Cəfərzadə)
2.
Analitik tabeli mürəkkəb cümlələr. Belə cümlələrdə
budaq cümlə baş cümləyə ya bağlayıcı, ya bağlayıcı söz, ya da
ədatla bağlanır:
Kitab da vardır ki, onun sözləri, Süzülmüş
şəfəqli ulduzlar kimi. (S.Vurğun) Hansı pəncərədən işıq gəldi,
oraya yüzlərcə güllə atırdı. (M.S.Ordubadi) Özümü müdafiə
etməyəcəyəm,
çünki
məni düşmənlərim çox yaxşı
doğrultdular.(C.Cabbarlı)
Gülarə Abdullayeva
266
3.
Sintetik tabeli mürəkkəb cümlələr. Belə cümlələrdə
budaq cümlə baş cümləyə şəkilçilərin köməyi ilə bağlanır:
Mənim ölməyimlə o kişinin qanı yuyulacaqsa, mən hazıram.
(F.Kərimzadə)
4.
Analitik-sintetik tabeli mürəkkəb cümlələr. Tabeli
mürəkkəb cümlələrin bu növündə budaq
cümlə baş cümləyə
bağlayıcı söz və şəkilçilər vasitəsi ilə bağlanır:
Sən məni hara
çağırmışdınsa, ora gedirəm. (Ə.Mustafayev) Nə vaxt istəsəniz,
mən o vaxt hazıram. (N.Vəzirov)
Tabeli mürəkkəb cümlələrdə
budaq cümlənin növləri
Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə
tabeli mürəkkəb cümlənin iki tipi var: I tipdə baş cümlə əvvəl,
budaq cümlə sonra, II tipdə isə bunun əksinə, budaq cümlə
əvvəl, baş cümlə sonra işlənir.
Bundan başqa, tabeli mürəkkəb cümlələr budaq
cümlənin daşıdığı rol nəzərə alınmaqla da təsnif edilir. Müasir
Azərbaycan dilində tabeli mürəkkəb cümlələr aşağıdakı
budaq
cümlə növlərinə malikdir:
1.
Mübtəda budaq cümləsi;
2. Xəbər
budaq cümləsi;
3. Tamamlıq budaq cümləsi;
4. Təyin budaq cümləsi;
5. Zərflik budaq cümləsi;
1) zaman budaq cümləsi;
2) yer budaq cümləsi;
3) tərz budaq cümləsi;
4) səbəb budaq cümləsi;
5) nəticə budaq cümləsi;
6) məqsəd budaq cümləsi;
7) kəmiyyət budaq cümləsi;
Müasir Azərbaycan dili
267
8) dərəcə budaq cümləsi;
9) şərt budaq cümləsi;
10) qarşılaşdırma budaq cümləsi;
6.Qoşulma budaq cümləsi.
Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələr.
Mübtəda budaq cümləsi baş cümlənin buraxılan və ya
əvəzliklə ifadə olunan mübtədasının mənasını izah edir,
aydınlaşdırır. Mübtədanın baş cümlədən doğan sualına budaq
cümlə cavab verir. Baş və budaq cümlənin yerinə, bağlayıcı
vasitələrə görə mübtəda budaq cümləsinin dilimizdə iki tipi
vardır:
I tip. Baş cümlə əvvəl, budaq cümlə sonra gəlir, budaq
cümlə baş cümləyə ya yalnız intonasiya, ya da intonasiya və
ki
bağlayıcısı ilə bağlanır. Məsələn,
Açıqca məlum oldu ki, yazı-
pozu bilirsən. (V.Babanlı) Bu yəqindir ki, var sevimli səsin.
(M.Ə.Sabir)
Baş cümlədə mübtədanın olub-olmamasına görə I tipin
özünü də iki növə ayırmaq olar:
1. Baş cümlədə mübtəda olmur, buraxılır, buraxılmış
mübtədanın məzmunu budaq cümlə vasitəsilə çatdırılır.
Məsələn,
Qatar yola çıxan günlərdən bəri idi ki, ayağı yerə
dəyirdi. (M.Oruc) Sonra məlum olurdu ki, müdir müavini
dəyişik salıb. (Elçin) O düz bir ay idi ki, yollarda idi. (İ.Şıxlı)
Belə cümlələrdə baş cümlənin xəbəri
elə gəldi, elə çıxır,
belə çıxır, fikrindən keşdi, könlündən keçdi, ağlına gəldi,
ağlından keçdi, ürəyindən keçdi, yadına düşdü kimi frazeoloji
vahidlərlə də ifadə oluna bilər:
Ona elə gəldi ki, üzünə zillənən
gözlərdə bir yırtıcı sehrkarlıq var. (İ.Şıxlı) Allahyara elə gəldi
ki, Mələk onun yanındadır. (İ.Şıxlı) Arada ağlına gəldi ki,
Xəzangülün oyanmağını gözləməsin. (Ə.Hacızadə)
2. Baş cümlədə mübtədanın
o (da), bu (da), orası,
burası, eləsi, beləsi, elələri, belələri, o cəhət, bu cəhət, bir
cəhət, o şey, bu şey, o məsələ, bu məsələ sözlərindən
ibarət
yerliyi, qəlibi işlənir. Baş cümlədən sonra budaq cümlə gələrək
Gülarə Abdullayeva
268
həmin sözlərin mənasını izah edir, aydınlaşdırır:
Yoxsa indi də
bu qalıb ki, qız uşaqları da oğlanlar kimi çıxıb çölü-bacanı
gəzələr? (C.Məmmədquluzadə) O da aşkardır ki, bacısını elə-
belə görməyə gəlməyib. (F.Kərimzadə) Burası yaxşıdır ki,
bəxtin kəsib, komsomol olmamısan. (M.İbrahimov)
II tip. Budaq cümlə baş cümlədən əvvəl işlənir.
Budaq cümlədə
kim (ki), nə (ki), hər kim (ki), hər kəs (ki), hər
nə (ki) və s.
bağlayıcı sözlərindən biri, baş cümlədə isə ona
qarşılıq olan və adlıq halda duran
o, bu əvəzliyi iştirak edir.
Budaq cümlə ümumilik, baş cümlə isə konkretlik bildirir.
Budaq cümlədə işlənən bağlayıcı sözlər ismin müxtəlif
hallarında ola bilər. Bu, budaq cümlənin formalaşmasına heç
bir təsir etmir, lakin baş cümlədəki əvəzliklə ifadə olunan
qarşılıq bildirən söz mütləq adlıq halda olmalıdır. Məsələn,
Kim vətənini sevirsə, o, xalqın sevimlisidir. (M.S.Ordubadi)
Hər kəs bağa tez çatsa, qızıl bayrağı o götürəcək.
(M.S.Ordubadi)
Bəzən baş cümlədə qarşılıq bildirən söz işlənməyə də
bilər, lakin təsəvvür edilməlidir. Məsələn,
Kimi əcəl hərləyirsə,
(o) qabağa çıxsın. (İ.Şıxlı) Kim bu dünyada sıxıntı çəksə, (o) elə
axirətdə də əzab içində qıvrılacaq. (İ.Şıxlı) Kim qanunu pozsa,
(o) cəzalanacaq. (İ.Şıxlı) Dəstimdə nə var, (o) getdi əldən.
(Xətai)
Belə cümlələri sadələşdirdikdə baş cümlədəki qarşılıq
bildirən söz atılır (əgər cümlədə işlənmişdirsə), budaq cümlə
tərkib şəklində onun yerinə keçir, mübtəda vəzifəsini icra edir:
Hər kəs bağa tez çatsa, qızıl bayrağı o götürəcək. - Qızıl
bayrağı bağa tez çatan götürəcək. Kimi əcəl hərləyirsə,
qabağa çıxsın. – Əcəl hərləyən qabağa çıxsın.
Xəbər budaq cümləli tabeli mürəkkəb cümlələr.
Xəbər budaq cümləsi baş cümlənin
işarə əvəzliyi ilə ifadə
olunan xəbərini izah edib aydınlaşdırır. Xəbərin baş
cümlədən doğan sualına budaq cümlə cavab verir. Məsələn,