Müasir Azərbaycan dili
273
II tip. Bu tipdə budaq cümlə baş cümlədən əvvəl
işlənir və baş cümləyə
kim, hər kim, hər kəs, nə, hər nə
və s. bağlayıcı sözlərlə bağlanır. Baş cümlədə tamamlıq
vəzifəsində qarşılıq bildirən
o sözü, az hallarda isə
bu sözü
işlənir. Məsələn,
Onların ağsaqqalı nə desə, ona tabe olurlar.
(İ.Şıxlı) Allah səni nə arzulayırsansa, ona çatdırsın. (İ.Şıxlı)
Qarşılıq bildirən söz olmadıqda onu baş cümlənin
ümumi məzmunu əsasında sual verib müəyyənləşdirmək
olur. Məsələn,
Nə soruşsanız, (onu) söylərəm. (C.Cabbarlı)
Baş cümlədə
hamısı, heç biri sözləri olduqda,
qarşılıq bildirən söz yiyəlik halda təsəvvür edilir. Məsələn,
Nə ki qeyd etmişdilər, hamısını yerinə yetirdi. (Ç.Hüseynov)
Bizim tayfadan kim varsa, hamısına xəbər elə. (İ.Şıxlı)
O şey ki, o məsələ ki, o cəhət ki və s. sözlər də
budaq cümlədə bağlayıcı söz kimi çıxış edir. Məsələn,
O
şey ki təkcə sənə aiddir, (onu) mən bilirəm.
(M.İbrahimov).
Cümlənin ikinci dərəcəli üzvü olan tamamlıq
vasitəsiz
və vasitəli olduğu kimi, tamamlıq budaq
cümlələrinin bir hissəsi vasitəsiz, bir qismi isə vasitəli
tamamlığın suallarına cavab verir.
Məsələn,
Mən hiss edirdim
ki, (nəyi?) o, məndən tamamilə başqa bir söz gözləyir.
(M.Hüseyn) Mən bu saat sizə sübut edərdim ki, (nəyi?) mən
sizin atanız deyiləm. (N.Vəzirov) Xəlil anladı ki, (nəyi?) bu
baxışları qəbir evinə qədər unuda bilməyəcək. (İ.Məlikzadə)
Vasitəli tamamlığın suallarına cavab verən tamamlıq
budaq cümlələri baş cümlənin feli xəbəri ilə yanaşı, ismi
xəbərinə də aid ola bilir. Məsələn,
Mən inanmıram ki,
(nəyə?) Orxan da, sən də bu boyda səhv eləmiş olasınız.
(Ə.Hacızadə) Biz əminik ki, (nəyə?) bu hadisələr sənin
təbinə daha mühüm təkanlar verəcəkdir. (M.S.Ordubadi).
Tamamlıq budaq cümləsi baş cümlənin məsdər, feli
bağlama və feli sifətlə ifadə olunan başqa üzvlərinə: mübtəda,
tamamlıq, zərflik, təyininə də aid ola bilir.
Gülarə Abdullayeva
274
Təyin budaq cümləli tabeli mürəkkəb cümlələr.
Təyin budaq cümləsi baş cümlənin əşya məzmunlu hər hansı
üzvünü izah edir, aydınlaşdırır. Ya baş cümlədə təyin olmur,
təyinin baş cümlədən doğan sualına budaq cümlə cavab verir,
ya da baş cümlədə təyinin əvəzliklə ifadə olunmuş yerliyi,
qəlibi olur, budaq cümlə vasitəsilə izah edilir, aydınlaşdırılır.
Məsələn,
Adam var, başına səpəsən güllər, Adam var, gözünə
çəkəsən millər. (Aş.Ələsgər) Elə yerə qoy ki, it-pişik çıxa
bilməsin. (İ.Şıxlı)
Birinci
cümlədə baş cümlədə (Adam var,...) təyin
buraxılmışdır, təyinin baş cümlədən doğan
(necə adam?)
sualına budaq cümlə cavab verir. İkinci cümlədə isə təyinin
yerliyi, qəlibi var:
elə sözü. Lakin bu söz mənanı tam aça
bilmədiyindən, budaq cümlə tələb olunur və budaq cümlə
təyinin vəzifəsini icra edir.
Təyin budaq cümləli tabeli mürəkkəb cümlələrin
belə bir xüsusiyyəti də var ki, baş cümlədə təyinlənən söz
müəyyən bir sözlə və ya bir şəkilçi ilə budaq cümlədə
xatırladılır. Məsələn,
Doğrudan da, hacı gözləri ilə elə bir
adam axtarırdı ki, çamadanları ona apartdırsın. (C.Cabbarlı) –
cümləsində baş cümlənin təyinlənəni
(adam) budaq
cümlədə
əvəzliklə
(ona) xatırladılmışdır.
Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə
dilimizdə təyin budaq cümləsinin aşağıdakı tipləri vardır:
I tip. Baş cümlə əvvəl, budaq cümlə sonra işlənir.
Budaq cümlə baş cümləyə ya yalnız intonasiya, ya da
intonasiya və
ki bağlayıcısı ilə bağlanır.
Məsələn,
Kəndimizdə elə adam varmı ki, heç torpağı olmasın?
(İ.Şıxlı) Söz var, kəsdirər başı, Söz var, kəsər cavaşı. (Xətai)
Verilmiş cümlələrin hər ikisində baş cümlə əvvəl,
budaq cümlə sonra işlənmişdir. Əvvəlki cümlə
ki bağlayıcısı,
sonuncu isə intonasiya ilə qurulmuşdur. Cümlələrdən
birincinin baş cümləsində
elə əvəzliyi təyinin yerliyi, qəlibi
olub, budaq cümlə vasitəsi ilə izah edilir. İkinci
nümunədə isə
Müasir Azərbaycan dili
275
iki təyin budaq cümləsi işlənmiş və hər birinin baş cümləsi
təyini buraxılmış yarımçıq cümlə şəklindədir. Buraxılmış
təyinin məzmunu budaq cümlə vasitəsi ilə aydınlaşır.
Təyin budaq cümləsinin bu tipi dilimizdə daha çox
işlənir. Baş cümlədə budaq cümlənin yerliyinin - qəlibinin
olub- olmamasına görə bu tipin özünü də 2 yerə ayırmaq
olar:
a) Baş cümlə təyini biraxılmış yarımçıq cümlə
şəklində olur. Baş cümlədəki təyinlənən məntiqi vurğu ilə
tələffüz edilir. Təyinin baş cümlədən doğan sualı budaq cümlə
vasitəsi ilə cavablandırılır. Məsələn,
Dərd var ki, bənzəmir heç
hansı dərdə. (B.Vahabzadə) İnsan var ki, ömrü qaynar,
mübarizəli. (R.Rza) Zaman var, xəyalı çəkir zirvəyə, Zaman
var, məhv edir, eşqi, niyyəti, Zaman var, insanı qaldırır göyə,
Zaman var, məhv edir insaniyyəti. (B.Vahabzadə)
b) Baş cümlədə təyinin yerliyi, göstəricisi, qəlibi işlənir
və budaq cümlə həmin sözü izah edib aydınlaşdırır. Bu
halda baş cümlədə işlənən qəlib sözlər aşağıdakılardan
ibarət ola bilər:
1. Elə, elə bir, belə, belə bir, o cür, bu cür sözləri
baş cümlədə qəlib söz – təyin vəzifəsində işlənir və budaq
cümlə vasitəsilə izah edilir. Məsələn,
Dünyada elə şeylər var
ki, onlar pulun hökmünə tabe deyillər. (M.İbrahimov) Bəzən elə
adamlar olur ki, onların tarixini yazmaq üçün bütün bir xalğın,
bir ölkənin....tarixini yazmaq lazım gəlir. (C.Cabbarlı) Həyat
elə bir hikmətdir ki, idrakın təxəyyülü onu asanlıqla qavraya
bilmir. (Anar) İsmayıl elə bir pöhrədir ki, o böyüyüb qol-budaq
atanda kölgəsi bütün ölkəni tutacaq. (F.Kərimzadə)
2. Bəzən baş cümlədə qəlib sözün bir hissəsi işlənmir,
yalnız
bir sözü işlənir. Məsələn,
Mən bir solmaz yarpağam ki,
çiçəkləri bəzərəm. (C.Cabbarlı) Mən bir susmaz duyğuyam ki,
ürəkləri gəzərəm. (C.Cabbarlı)
3. O, bu sözləri baş cümlədə qəlib söz- təyin
vəzifəsində işlənir və budaq cümlə vasitəsilə izah edilir.
Gülarə Abdullayeva
276
Məsələn,
Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər.
(C.Məmmədquluzadə) Ar olsun o millətə ki, onun içindən
yüksək əməllər naminə ölümə hazır olan oğullar və qızlar
tapılmayacaq. (M.İbrahimov)
3. Həmin, həmin o, bəzən də
haman, haman o
sözləri baş cümlədə qəlib söz – təyin vəzifəsində işlənir.
Məsələn,
Bu həmin çadır idi ki, onun içində Əbu Səid Sara
Xatunla Şeyx Heydəri qəbul eləmişdi. (F.Kərimzadə)
II tip. Təyin budaq cümləsinin ikinci tipində budaq
cümlə baş cümlədən əvvəl gələrək ona
hansı, kim, nə,
necə
və s. bağlayıcı sözlərlə bağlanır. Baş cümlədə qarşılıq bildirən
o, bu sözləri təyin vəzifəsində olur. Məsələn,
Hansı ürəkdə
xəbislik, kin-küdurət, ləkə, naqislik var, o insanlar özlərindən
küssün. (F.Kərimzadə)
Bağlayıcı sözlər bəzən
ki ədatı ilə birlikdə işlənə bilir
və ya budaq cümlənin sonunda
-sa, -sə şəkilçisi olur. Məsələn,
Mən onun noxtasından tutub hansı tərəfə dartsam, o tərəfə də
gedəsidir. (F.Kərimzadə) Hansı biletə əl uzadırdımsa, o biletin
cavabı o saat beynimdə hazır olurdu. (Ə.Əylisli)
Təyin budaq cümləsinin ikinci tipi dildə nisbətən az
işlənir. Bu cür təyin budaq cümlələri mübtəda, tamamlıq və
xəbər budaq cümlələri hesabına azalır. Çox zaman yığcamlıq
üçün baş cümlədə təyin vəzifəsində işlədilən qarşılıq
bildirən
o, bu sözlərini substantivləşdirərək (həmin sözlər
məntiqi vurğu altına düşmədikdə) işlədirik. Nəticədə budaq
cümlənin növü dəyişərək, mübtəda, xəbər və tamamlıq budaq
cümləsinə çevrilir. Məsələn,
Hansı kitabı istəyirsən, o kitabı
götür.- əvəzinə,
Hansı kitabı istəyirsən, onu götür.- dedikdə,
təyin budaq cümləsi tamamlıq budaq cümləsi ilə əvəz
olunur. Buna görə də təyin budaq cümləsinin bu tipində
baş cümlədə qarşılıq bildirən söz mütləq işlənməlidir.
Dilimizdə bəzən elə təyin budaq cümlələri də işlənir ki,
formal olaraq bu iki tipin heç birinə uyğun gəlmir. Belə
cümlələrdə baş cümlənin təyinlənənindən əvvəl
o, bu, bir