Müasir Azərbaycan dili
57
Dəstə- sözü əsasən quşlara, heyvanlara şamil edilir,
lakin bəzən insan bildirən isimlərlə də işlənir. Məsələn, bir
dəstə çalğıçı, bir dəstə uşaq və s .
Tikə- bir tikə çörək, iki tikə qənd, üç tikə ət və s .
Nüsxə- beş nüsxə qəzet, on nüsxə jurnal və s .
Cild- üç cild lüğət, dörd cild kitab və s .
Qətrə- bir qətrə qan, iki qətrə göz yaşı və s.
Top- iki top çit, üç top iynə, bir top parça və s.
Qəlib- iki qəlib sabun, üç qəlib kərpic və s.
Göz- üç göz otaq, altı göz pəncərə və s .
2. Miqdar sayları ilə isimlər arasında çəki, həcm və ölçü
bildirən bir sıra sözlər də işlənir ki, əslində bu zaman saylar
isimlərin yox, bu cür sözlərin kəmiyyətini təyin etdikdən sonra
onunla birlikdə ismin miqdarını ifadə edir. Məsələn, beş metr
parça, bir litr su və s.
c) Miqdar sayları ilə isimlər arasında keyfiyyət, əlamət,
xasiyyət, rəng və s. bildirən sifətlər də işlənə bilir ki, bunlar
sayların bilavasitə isimlərlə əlaqələnməsinə mane olmur. Bu
zaman say və sifətin hər biri ayrılıqda isimlə yanaşma əlaqəsinə
girir. Məsələn, üç səliqəli otaq, beş çalışqan şagird və s.
Miqdar sayları isimlə əlaqələnərkən ondan asılı olur və
onun heç bir qrammatik əlamətini qəbul etmir. Eyni zamanda,
miqdar sayları ilə əlaqələnən isimlər cəmlənə bilmir. Miqdar
sayları isimləşdikdə həm hallanır, həm də cəmlənir, hətta bəzən
mənsubiyyət şəkilçisi də qəbul edir. Məsələn, Beş üçdən
böyükdür. Beşincilər qələbə qazandılar. Bizim beşimiz finala
vəsiqə qazandıq. və s.
Azərbaycan dilində miqdar saylarının ilk sayı və vahid
rəqəm olan bir sözündən söz yaratmaq işində geniş istifadə
olunur. Bir sözü həm təklikdə, həm də ayrı-ayrı şəkilçilər və
sözlərlə birlikdə müxtəlif mənalı sözlərin əmələ gəlməsində
iştirak edir. Bir sözünün istifadə mövqeləri əsasən
aşağıdakılardır:
Gülarə Abdullayeva
58
1. Miqdar saylarının ilk vahidi kimi işlənir. Məsələn,
Bir stəkan çay yanğımı söndürmədi.
2. Qeyri-müəyyənlik və ümumilik məzmunu yaradır.
Məsələn, Yolda qəribə bir hadisə ilə rastlaşdıq.
3. Qüvvətləndirici ədat olaraq sifətlə isim arasında
təyinlik dərəcəsini artırır. Məsələn, Gözəl bir nitq, kiçik bir iş
və s.
4. Qüvvətləndirici ədat olaraq fellərdən əvvəl və bəzən
sonra təskinlik, yaxud hiddət məzmunu ifadə edir. Məsələn, Sən
bir sus! Qoy bir nəfəsimi dərim! və s .
5. An, dəqiqə, saat, gün, vaxt, zaman, dəfə kimi
isimlərin əvvəlində işlənərək zaman zərfi əmələ gətirir: bir an,
bir dəqiqə, bir saat, bir gün, bir zaman, bir dəfə və s.
6. Az, çox, qədər, belə, elə, neçə sözlərindən əvvəl
işləndikdə qeyri-müəyyənlik məzmununu ya artırır, ya da
azaldır. Məsələn, bir çox, bir az, bir qədər, bir belə, bir neçə
və s.
7. Təhər, sayaq, cür, növ kimi sözlərin əvvəlində
işlənərək, tərz zərfi əmələ gətirir. Məsələn, bir təhər, bir sayaq,
bir cür, bir növ və s.
8. Aləm, yığın, ətək, sürü, bölük, ovuc kimi sözlərdən
əvvəl işlənərək qeyri-müəyyən kəmiyyət bildirir. Məsələn, bir
aləm iş, bir yığın adam, bir ətək daş, bir sürü qoyun, bir ovuc
torpaq və s.
9. Tərəf, yan, cəhət kimi sözlərin əvvəlində işlənərək,
bölgü məzmunu yaradır. Məsələn, Bir tərəf, bir tərəfdən, bir
yan, bir yandan, bir cəhət, bir cəhətdən və s.
10. - cə şəkilçisi vasitəsilə tam vahidlik məzmunu ifadə
edir. Bircə bala, bircə söz, bircə dəqiqə və s .
11. -dən şəkilçisi vasitəsilə tərzi-hərəkət zərfi əmələ
gətirir. Məsələn, Birdən qapı açıldı.
12. Birincisi -dən, ikincisi -ə şəkilçisi ilə təkrar olunaraq
yenə də tərzi-hərəkət zərfi əmələ gətirir: birdən-birə.
Müasir Azərbaycan dili
59
13. -gə şəkilçisi ilə bərabərlik məzmunu ifadə edir:
birgə. Məsələn, Biz onunla birgə işləyirik.
14. -lik şəkilçisi ilə vəhdət ifadə edir. Məsələn, Birlik
dirilikdir.
15. Mənsubiyyət şəkilçisi ilə qeyri-müəyyən əvəzlik
əmələ gətirir. Məsələn, Biri məndən kömək istədi.
Qeyri-müəyyən miqdar sayları. Azərbaycan dilində
qeyri-müəyyən miqdar sayları əsasən az, çox, çoxlu, xeyli, bir
az, bir qədər, filan qədər sözlərindən və yuvarlaq saylara
-larla
2
, -larca
2
şəkilçilərini artırmaqla yaranan saylardan
ibarətdir. Bu sözlərin məzmununda qeyri-müəyyən kəmiyyət
məfhumu vardır. Qeyri-müəyyən miqdar sayları quruluşca
sadə, düzəltmə və mürəkkəb olur. Sadəsi bir kökdən ibarət olur.
Belə saylara az, çox, xeyli sözləri aiddir . Yuvarlaq sayların
sonuna -larla
2
,-larca
2
şəkilçilərini artırmaqla düzəltmə qeyri-
müəyyən miqdar sayları yaranır. Məsələn, onlarla, onlarca,
yüzlərlə, yüzlərcə və s. Sayın bu növünün mürəkkəbi iki sözdən
ibarət olan bir az, bir qədər, o qədər, filan qədər sözlərindən
ibarətdir.
Qeyri-müəyyən miqdar sayları da cümlədə təyin olur.
Məsələn, Yalandan havaya bir neçə güllə atdı, ancaq heç nə
tapa bilmədi.(İ.Şıxlı)
Qeyd
. Dilimizdə qeyri-müəyyən miqdar sayı
adlandırdığımız az, çox, çoxlu, xeyli, bir az sözləri əşyaya aid
olduqda say, hərəkətlə əlaqələndikdə isə zərf olur.
Kəsr sayları. Tamın müəyyən hissəsini bildirən
saylara kəsr sayları deyilir. Başqa sözlə, bu saylar müəyyən
miqdarın bir hissəsini bildirir. Bunlar da müəyyən miqdar
saylarından əmələ gəlir. Lakin həm şəkil, həm mənaca onlardan
fərqli olduqları üçün miqdar sayının ayrıca növü kimi nəzərdən
keçirilir. Kəsr saylarını əmələ gətirmək üçün bütövü bildirən bir
sayla hissəni bildirən başqa bir say birlikdə işlənir. Bütövü
bildirən say öz şəklini dəyişərək ya -dan, -dən, ya da -da, -də
şəkilçiləri ilə, hissə bildirən say isə heç bir dəyişikliyə
Gülarə Abdullayeva
60
uğramadan, şəkilçisiz işlənir. Bütövü bildirən say əvvəl, hissə
bildirən say isə sonra gəlir. Məsələn, üçdən bir, yaxud üçdə
bir, beşdən üç, yaxud beşdə üç.
Sıra sayları. Sıra sayları müəyyən miqdar saylarının
sonuna - ıncı
4
, -ncı
4
şəkilçisini artırmaqla əmələ gəlir. Məsələn,
birinci, beşinci, altıncı və s. Sıra sayları sifətlərə daha yaxındır.
Bu yaxınlıq bir tərəfdən sıra saylarının sifətlərə məxsus hansı?
sualına cavab verə bilməsi, digər tərəfdən özündən sonra gələn
ismin cəm şəkilçisi qəbul etməsindən aydın görünür. Məsələn,
3-cü siniflər- hansı siniflər?
Bu xüsusiyyətləri eynilə sifətlərdə də görmək
mümkündür.
Dilimizdə miqdar saylarına nisbətən sıra sayları daha
çox isimləşir, müstəqil işlənir və bu zaman onların hallanma,
cəmlənmə qabiliyyəti müstəqil işlənən miqdar sayından daha
çox müşahidə edilir. Məsələn, üçüncü, üçüncünün, üçüncüyə,
üçüncünü, üçüncüdə, üçüncüdən, üçüncülər və s.
Sıra sayları insan təsəvvürü verdiyi zaman kim? sualına
da cavab olur. Məsələn, Üçüncü irəlidədir. Tələb etdikləri
suallara görə də sıra sayları miqdar saylarından fərqlənir. Belə
ki, miqdar sayları necə? nə qədər? suallarından birinə cavab
verdiyi halda, sıra sayları neçənci? kim? və hansı? suallarından
birinə cavab verir.
Sayın quruluşca növləri. Saylar da digər nitq hissələri
kimi, quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Sadə saylar
yalnız bir kökdən ibarət olan saylardır. Sadə saylara bir, iki, üç,
dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, əlli,
altmış, yetmiş, səksən, doxsan, yüz, min, milyon, milyard, az,
çox, xeyli sayları daxildir. Düzəltmə saylara isə sadə quruluşlu
müəyyən miqdar saylarının sonuna – ıncı
4
,
yuvarlaq sayların
sonuna -larla
2
, -larca
2
şəkilçilərini artırmaqla yaranan saylar
daxildir: birinci, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı,
yeddinci, səkkizinci, doqquzuncu, onuncu, iyirminci,otuzuncu,
...yüzüncü, mininci, milyonuncu, onlarla, yüzlərlə,minlərlə və s.
Dostları ilə paylaş: |