Müasir Azərbaycan dili
129
cəhətdən təyinlə təyin olunan arasındakı əlaqə kimi meydana
çıxır və birinci növ təyini söz birləşmələri əmələ gətirir.
Bundan başqa, substantiv isimlər qeyri-müəyyən yiyəlik
halda dayanmaqla əsas tərəflə yanaşma əlaqəsinə girir və ikinci
növ təyini söz birləşmələri yaranır. Məsələn
, Gül, ey nazlı
Vətən, odlar torpağı. (S.Vurğun) Yaz aylarında gurlayıb
çağlayan Alagöz çayı indi sap kimi nazilib sakit-sakit axırdı.
(İ.Şıxlı) və s.
Bu nümunələrdə
odlar torpağı, yaz ayları
birləşmələrinin birinci tərəfləri yanaşma əlaqəsinə əsasən ikinci
tərəfə tabedir.
İsim digər bir isimlə yanaşma əlaqəsinə girir. Bu zaman
qoşma tərəflər arasına daxil olur. Məsələn,
Əli kimi həkim,
Həsən tək müəllim və s.
Belə birləşmələrdə qoşma ilə
əlaqələndikdən sonra isim digər isimlə yanaşma əlaqəsində
olur.
Sifətin ismə yanaşması. İsmə yanaşmaq
sifətin əsas
vəzifəsi olduğundan, dilimizdə bu cür yanaşma halları daha çox
müşahidə edilir və bu əlaqə zamanı sifətlər öz xüsusiyyətlərini
olduğu kimi saxlayır. Məsələn,
işıqlı otaq, sərin hava, aydın
səma və s
. Sifətin ismə yanaşması, ismin ismə yanaşmasına
nisbətin çox inkişaf etmişdir. Dilimizdəki bütün isimləri bir-
birilə yanaşdırmaq mümkün deyildir. Lakin bütün sifətləri
isimlərə yanaşdırmaq olar, çünki ismə yanaşmaq sifətin əsas
xüsusiyyətidir. Bəzən sifətlər substantivləşdikdən sonra
yanaşma əlaqəsinin asılı tərəfi olur. Məsələn,
böyük sözü,
ağsaqqal nəsihəti, körpə qığıltısı və s. birləşmələrində
böyük,
ağsaqqal, körpə sifətləri substantivləşərək əsas
tərəflə yanaşma
əlaqəsinə girmişdir.
Sayın ismə yanaşması. Saylar isimlərin əvvəlində heç
bir dəyişikliyə uğramır və isimlərin növ və xüsusiyyəti onlara
təsir etmir. Bu vəziyyətdə saylar heç bir formal əlamət şəkilçi
qəbul etmir, buna görə də saylarla onların əlaqədə olduğu
isimlər arasında yanaşma əlaqəsi olur. Məsələn,
beş ağac, üç
adam, beşinci sıra, xeyli söhbət və s. Yanaşma əlaqəsi zamanı
Gülarə Abdullayeva
130
saylar isimlərlə həm birbaşa, həm də numerativ sözlər vasitəsi
ilə əlaqələnə bilir. Bu zaman numerativ söz kimi
nəfər, ədəd,
dənə, baş, cüt, dəst, dəstə, nüsxə və s. işlənir. Məsələn
, bir
nəfər tələbə, iki cüt əlcək və s
. Saylar birinci növbədə həmin
sözlərə aid olur, onlara yanaşır, sonra həmin sözlərlə ismə
yanaşır. Bu sözlər saylarla isimlərin yanaşma əlaqəsini pozmur,
lakin burada müəyyən məna çalarlığına səbəb olur.
Əvəzliyin ismə yanaşması. Əvəzliyin bütün məna
növləri deyil, işarə və təyini əvəzliklər, isimlərə yanaşır və
yanaşma əlaqəli birləşmələr yaradır. Məsələn,
bu şəhər, belə
adam, həmin məsələ və s. Sual əvəzliklərinin də bəziləri
isimlərə yanaşır. Məsələn
, hansı uşaq, necə ev, neçə kənd və s.
Feli sifətin ismə yanaşması. Feli
sifətlər də sifətlər
kimi isimlərin əvvəlində gəlib onlarla yanaşma əlaqəsi saxlaya
bilir. Məsələn,
ağlayan uşaq, danışan qız, döyünən ürək və s
.
Bəzi dilçilik kitablarında sayın saya yanaşması halının
da olduğu qeyd olunur və tərkibi saylar nəzərdə tutulur.
Məsələn
, dörd yüz min, iki yüz milyon və s.
Azərbaycan dilində ayrı-ayrı sözlərin fellərə yanaşması
da çox inkişaf etmişdir. Fellərlə ən çox yanaşma əlaqəsi
saxlayan zərflərdir (tərzi-hərəkət, kəmiyyət, zaman və s.)
Məsələn,
yavaş-yavaş yerimək, xeyli danışmaq, içəri girmək
və s.
Feli bağlamalar da aid olduqları fellərlə yanaşma əlaqəsi
saxlayır. Məsələn,
uzanıb dincəlmək, danışdıqca kövrəlmək
və s. İsimlər də qoşmaların köməyi ilə fellərə yanaşa bilir.
Məsələn,
quş kimi uçmaq, od kimi qızmaq və s
.
Müasir Azərbaycan dili
131
İdarə əlaqəsi. İdarə əlaqəsi əsasən
obyekt və relyativ
əlaqəli birləşmələrin tərəfləri arasında olur.
Əsas tərəfin tələbi ilə asılı tərəfin ismin müəyyən bir
hal şəkilçisini qəbul edərək dəyişməsinə idarə deyilir.
İdarə əlaqəsinin morfoloji əlaməti ismin hal
şəkilçiləridir. Bu əlaqənin əsas xüsusiyyəti asılı tərəfin (tabe
sözün) əsas tərəfin (tabe edən sözün) tələbi ilə ismin bu və ya
digər halında durmasıdır. İdarə əlaqəsi zamanı hal şəkilçili
tərəf asılı tərəf olur. Lakin ismin bütün halları deyil, yalnız
şəkilçili hallar, yəni müəyyən yiyəlik, yönlük, müəyyən təsirlik,
yerlik və çıxışlıq hallar idarə əlaqəsinə xidmət edir. Həmin
halları tələb edən sözlər idarə edən sözlər olub əsas tərəf
yerində durur. Hallana bilməyən sözlər heç vaxt bu
birləşmələrin asılı tərəfi kimi çıxış edə bilmir. Demək olar ki,
isim, sifət, say, əvəzlik, məsdər,
feli sifət, zərf, başqa sözlərlə
əlaqəyə girib onlar vasitəsilə idarə olunur və idarə əlaqəli
birləşmələrin asılı (tabe) tərəfi kimi çıxış edir. Məsələn,
Qeyri-
təyini ismi
birləşmə
lərdə
Feli
birləşmə
lərdə
I, II n.t.s.
birləşmə-
lərində
Bəzi
tamamlıq-
larla xəbər
arasında
Zərfliklə
xəbər
arasında
Təyinlə
təyinlənən
araında
Yanaşma
əlaqəsi
olur:
Gülarə Abdullayeva
132
a) isimlərin idarə olunması:
kitabı oxumaq, musiqini
dinləmək, kitabdan oxumaq, evə getmək və s
.
b) əvəzliklərin idarə olunması:
hamıya cavab vermək,
bizi günahlandırmaq, onu çağırmaq və s
.
c) sifətlərin idarə olunması:
yaxşını pisdən seçmək,
doğruya inanmaq, yalana uymaq və s
.
ç) sayların idarə olunması:
aza qane olmaq, çoxu
aparmaq, beşdən birini götürmək və s
.
d) məsdərlərin idarə olunması:
oxumağı öyrənmək,
işləməkdən bezmək və s.
e) feli sifətlərin idarə olunması:
oynayanlara tamaşa
etmək, oxuyanı dinləmək və s
.
ə) Zərflərin idarə olunması:
irəliyə hərəkət etmək, geridə
qalmaq və s.
Yalnız nitq hissələri deyil, bir sıra ismi və feli
birləşmələr də idarə əlaqəsində asılı tərəf kimi çıxış edir.
Məsələn,
dərs kitablarını almaq, şəhərin mərkəzində yaşamaq,
cavab verənləri alqışlamaq və s.
Azərbaycan dilində idarə əlaqəsində əsas tərəf kimi
fellər son dərəcə intensiv iştirak edir. Bu da iş, hal, hərəkət
bildirən fellərin əşyaya təsir göstərməsi, obyektlə və məkanla
bağlı olması ilə əlaqədardır. Digər
tərəfdən, fellərdə təsir
kateqoriyası vardır. Bu da felə öz ətrafına müxtəlif sözlər
toplamağa və onları ismin müxtəlif hallarında idarə etməyə
imkan verir. Nəticədə fel əsas, ətrafına topladığı sözlər isə asılı
tərəf kimi çıxış edir. Felin ətrafına toplanan sözlərin əksəriyyəti
məhz idarə əlaqəsi ilə ona bağlanır. Bununla bərabər, başqa
nitq hissələri də idarə etmə imkanına bu və ya digər səviyyədə
malikdir. Məsələn
, İndi o, uzaq bir kənddə müəllimədir.
cümləsindəki
kənddə sözü isimlə (
müəllimədir sözü ilə),
uşaqlardan biri birləşməsindəki
uşaqlardan sözü sayla,
kəndin
ağsaqqalı birləşməsindəki
kəndin sözü sifətlə idarə
olunmuşdur. Lakin bunların idarəetmə gücü fellərə nisbətən
çox zəifdir.