Müasir Azərbaycan dili
121
Son dövrlərdə dilin sintaktik quruluşu iki səviyyədə
öyrənilir. Birinci səviyyədə dilin sintaktik quruluşu öyrənilir ki,
bu məsələlərlə ənənəvi (potensial) sintaksis məşğul olur. İkinci
səviyyədə isə aktual sintaksis nitqin sintaktik quruluşunu
öyrənir
. Potensial sintaksisin əsas vahidi cümlə, aktual
sintaksisin əsas vahidi söyləmdir. Söyləm müxtəlif fikir ifadə
edən ünsiyyət vahididir. Söyləm əksərən cümləyə uyğun gəlsə
də, bəzən cümlə çərçivəsindən kənara çıxır, dil sisteminin
müstəqil vahidi sayılır və cümlədən fərqləndirilir. Belə ki, bir
cümlə kommunikativ funksiyasından asılı olaraq bir neçə
söyləmin ifadəsinə xidmət edə bilər. Məsələn,
Dünən yağış
yağırdı.- cümləsində məntiqi vurğunun
yerini dəyişməklə və
inversiya hesabına cümləni üç formada söyləyə bilərik:
Məsələn,
Dünən yağış yağırdı. Yağış dünən yağırdı. Yağış
yağırdı dünən.
Hər bir cümlə öz kommunikativ funksiyasını dəqiq
şəkildə yalnız mətn şəraitində yerinə yetirir. Mətn iki və daha
artıq cümlənin həm məzmun, həm də formaca əlaqələnməsi
əsasında əmələ gələn nitq vahidi, nitq birliyidir. Mətn müəyyən
məqsəd ümumiliyi əsasında birləşən və sintaktik semantik
bütöv yaradan cümlələr birliyidir. Cümlələr müvafiq şəkildə
nizamlanır və xüsusi intonasiya ilə konkret bir mikrotema
ətrafında qruplaşaraq sintaktik bütövləri əmələ gətirir. O
cümlədən (söyləmdən) böyük sintaktik vahid hesab edilir.
Mətnlər makro və mikro növlərə ayrılır. Mikromətn mətnin
bitkin məna ifadə edən ən kiçik vahididr. Mikromətnlər
dilçilikdə sintaktik bütöv adlandırılır.
Qeyd etmək lazımdır ki, sintaktik vahidlər söz –
formaların, bağlayıcı, ədat, qoşma və sözdəyişdirici şəkilçilərin
köməyilə formalaşır.
Azərbaycan dilinin sintaktik
quruluşu çox qədim tarixə
malikdir.Yazılı ədəbi dilimizə aid olan nümunələrin, eləcə də
folklor nümunələrinin dil quruluşu arasında kəskin fərq nəzərə
çarpmır. Lakin dilimizin sintaktik quruluşunun tədqiqi,
Gülarə Abdullayeva
122
öyrənilməsi o qədər də qədim deyildir. Dilimizin sintaktik
quruluşu əsaslı şəkildə XX əsrin 50-ci illərindən etibarən
öyrənilməyə başlamışdır. Bu sahədə
Ə.Dəmirçizadə,
M.Şirəliyev, M.Hüseynzadə, Ə.Abdullayev, Q. Kazımov,
Z.Budaqova, Y.Seyidov, Z.Tağızadə, H.Həsənov, K.Vəliyev,
K.Abdullayev və s. kimi görkəmli alimlərimizin böyük xidməti
vardır.
Sözlər arasında məna və qrammatik əlaqələr.
Məna əlaqələri
Sintaktik vahidlərin yaranması üçün
onu əmələ gətirən
tərəflər arasında iki cür əlaqənin olması zəruridir. 1. Məna
əlaqəsi, 2. Qrammatik əlaqə. Bu əlaqələrdən birinin yoxluğu
sintaktik vahidin də yoxluğu deməkdir.
Sözlər arasındakı məna əlaqələrinin əsasını təbiətdə olan
obyektiv əlaqələr təşkil edir. Bu əlaqələrin müxtəlifliyi sözlər
arasında da rəngarəng məna əlaqəsinin yaranmasına səbəb olur.
Qırmızı parça birləşməsində əşya ilə onun əlaməti,
üç ağac
birləşməsində əşya ilə onun
kəmiyyəti,
pianino çalmaq
birləşməsində hərəkətlə onun obyekti və s. arasındakı
münasibətlər ifadə edilir. Ümumiyyətlə, söz birləşmələrində
məna əlaqələrinin məzmununu əşya ilə onun əlamətləri,
proseslə onun müxtəlif cəhətdən müəyyənləşdiriciləri təşkil
edir.
Sözlər arasında aşağıdakı məna əlaqələri mövcuddur:
1. Predikativ əlaqə əşya ilə onun hərəkəti arasındakı
əlaqədir. Məsələn,
Yağış yağır. Uşaq ağlayır. Dərs başlandı
və s
. Bu əlaqə söz birləşməsində özünü
subyekt əlaqəsi kimi
göstərir. Məsələn,
Yağış yağanda, uşaq ağlayarkən, dərs
başlandığı zaman və s.
2. Atributiv əlaqə əşya ilə geniş mənada onun əlaməti
arasındakı əlaqədir. Əşyanın geniş mənada əlaməti dedikdə
Müasir Azərbaycan dili
123
onun
keyfiyyəti, miqdarı, sırası və s. nəzərdə tutulur. Məsələn,
hündür bina, geniş küçə, qızıl saat, meşədəki hadisə, xeyli
adam və s. Atributiv əlaqəyə ismi birləşmələrdə, cümlədə isə
təyinlə təyin olunan arasında, yəni təyinlə mübtəda, təyinlə
tamamlıq,
təyinlə zərflik, təyinlə xəbər arasında rast gəlinir.
3. Obyekt əlaqəsi hərəkətlə onun obyekti (müstəqim və
qeyri-müstəqim obyektlərin hamısı, yəni ismin müxtəlif halları
ilə ifadə olunaraq hərəkətlə birbaşa və ya dolayısı yolla
əlaqələnən bütün obyektlər nəzərdə tutulur) arasındakı əlaqələri
ifadə edir. Məsələn
, kitabı oxumaq, ona baxmaq, dəftərdə qeyd
etmək, müəllimdən öyrənmək, Kitabı oxuduq. Ona baxırıq.
Dəftərdə qeyd edirəm. Müəllimdən öyrənmişik və s. Obyekt
əlaqəsi həm feli birləşmələrdə, həm də cümlədə xəbərlə
tamamlıq arasında özünü göstərir.
4. Relyativ əlaqə hərəkətlə onun tərzi, dərəcəsi, zamanı,
yeri, kəmiyyəti, səbəbi, məqsədi, şərti və s. arasındakı əlaqələri
ifadə edir. Məsələn
, çox danışmaq, cəld işləmək, evədək
qaçmaq, axşamacan işləmək, kəndə yollanmaq, çox oturmaq,
Çox danışdılar. Cəld işləyirdik. Evədək qaçdım. Axşamacan
işlədik. Kəndə yollandılar. Çox oturmadılar. Relyativ əlaqəyə
feli birləşmələrdə (asılı tərəf əsas tərəfi müxtəlif baxımdan izah
etdikdə) və cümlədə xəbərlə zərflik arasında rast gəlinir.
Söz birləşməsi və cümlənin formalaşması üçün ikinci
əsas şərt onun tərkib hissələrinin qrammatik baxımdan
əlaqələnməsidir. Sözlər morfoloji cəhətdən dəyişərək bir-biri ilə
əlaqələnir, nəticədə sintaktik əlaqə əmələ gəlir. Məsələn,
dərsə
başlayanda, müəllimin sualı, şagirddən soruşdular. və s.
Sözlərin dəyişməsi,
müxtəlif şəkillərə düşməsi, təsrifi
qaydaları morfologiyada, sözlərin bir-biri ilə bağlanma, əlaqən-
mə qaydaları sintaksisdə öyrənilir. Buna görə də qrammatik
əlaqələrə konkret olaraq sintaktik əlaqələr də deyilir.
Sintaktik əlaqələrin iki növü müşahidə edilir:
1. Tabesizlik əlaqəsi.
2.Tabelilik əlaqəsi.
Gülarə Abdullayeva
124
Tabesizlik əlaqəsi
Tabesizlik əlaqəsi məna və qrammatik cəhətdən bir-biri
ilə əlaqədar olan, lakin bir-birindən asılı olmayan, biri digərini
heç bir cəhətdən aydınlaşdırmayan, sadalama intonasiyası ilə
tələffüz edilən, bərabərhüquqlu sözlər arasında olur
. Məsələn
,
qocalar və cavanlar, Həm işləyir, həm oxuyur və s.
Tabesizlik əlaqəsinə sadə cümlədə həmcins üzvlər
arasında və tabesiz mürəkkəb cümlənin komponentləri arasında
rast gəlinir. Məsələn,
Həmcins mübtədalar arasında:
Suların
şırıltısı, salxım söyüd yarpaqlarının xışıltısı, çəməndən küləyin
qovub gətirdiyi çiçək qoxuları Güləsəri məst eləmişdi.
(İ. ŞıxlIı);
Həmcins xəbərlər arasında:
At qaçaraq onu xeyli uzağa
apardı və geri dönüb dördnala çapdı. (İ.Şıxlı) ;
Həmcins tamamlıqlar arasında:
Bu zavallı bəşəriyyətə,
bu daşürəkli gülünc insanlara, bu insan görkəmli, əqrəb
ürəkli həşərata ayıq baxa bilmirəm. (C.Cabbarlı);
Həmcins təyinlər arasında:
Orada-burada ağ, çəhrayı,
sarı çiçəklər görünürdü. (İ.Əfəndiyev);
Həmcins zərfliklər arasında:
Uşaqların ilk təəssüratının
pozulacağını düşünəndə, hörmətimin itiriləcəyi barədə
fikirləşəndə sarsıldım.(C.Əlibəyov)
Bəzən sadə cümlədə xitabların da həmcinsliyi müşahidə
olunur. Məsələn,
Gül, ey nazlı Vətən, odlar torpağı. Duz-çörək
hazırla qəhrəmanlara. (S.Vurğun)
Tabesizlik əlaqəsinin çox rast gəlindiyi yerlərdən biri
tabesiz mürəkkəb cümlələrdir. Bu cümlələri əmələ gətirən
komponentlər də bir-biri ilə tabesizlik yolu ilə əlaqələnir.
Məsələn,
Kosanın başına yeni iş açıldı, həqiqi savaş başladı.
(S. Rəhimov) Baş tərəfdə taxt qoyulmuş, çubuqlardan hörülüb