Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə18/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   14   15   16   17   18   19   20   21   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
85 
qalmış,  1991-ci  ildən  müstəqil  Azərbaycan  Respublikası 
e’lan olunmuşdur». 
XX  əsr  tarixinin  dövrlərə  bölünməsi  uzun  zaman 
Sov.  İKP-nin  siyasi  xətti  əsasında  həyata  keçirilmişdir. 
Lakin,  Azərbaycan  müstəqil  respublika  e’lan  olunduqdan 
bir  il  sonra  (1992,  may)  BDU  Tarix  fakültəsində 
«Azərbaycan  tarixinin  dövrləşməsi»  probleminə  həsr 
olunmuş  seminar  keçirildi,  alimlər  yeni  bölgülər  təklif 
etdilər.  Prof.  Yaqub  Mahmudov  tariximizi  4  dövrə,  prof. 
Süleyman Əliyarov isə onu 5 dövrə bölməyi təklif etdilər. 
Bu  mübahisəli  məsələ  xüsusunda  hələlik  ümumi  fikir 
yoxdur. 
Tədqiqatçılar 
(Z.Bünyadov, 
M.İsmayılov, 
S.Əliyarov, 
Y.Mahmudov, 
C.Həsənli, 
E.İsmayılov, 
X.Məmmədov,  A.İsgəndərov,  M.Qasımov,  K.Şükürov, 
İ.Musayev, 
F.İbrahimli, 
X.İbrahimli, 
A.Balayev, 
T.Qaffarov  və  s.)  problemin  öyrənilməsi  sahəsində 
mövcud  olan  nöqsanları  tənqid  edərək,  Azərbaycanın 
sovet  dövrü  tarixinin  «ağ  ləkələrdən»  təmizlənməsində 
məqsədyönlü  fəaliyyət  göstərmişlər.  Akademik  Ziya 
Bünyadov 
yazırdı: 
«Kommunist 
rejimi 
dövründə 
ölkəmizdə  tarix  elmi...  hər  kəsin  istədiyi  kimi  rəftar  edən 
əxlaqsız qadına çevrilmişdir. Yuxarıların ab-havasını tutub 
gedən  müttəfiq  və  muxtar  respublikaların  katibləri 
(respublika başçıları – Ş.F.) tarixi öz istədikləri kimi idarə 
edirdilər». 
Bu 
problemin 
tədqiqindəki 
çatışmazlıqların 
səbəblərini  təhlil  edən  prof.  Y.Mahmudov  belə  nəticəyə 
gəlmişdi:  «Tarixçilər  içərisində  torpağının,  el-obasının 
təşəbbüsünü  çəkən,  nurlu  ideyaları  olan  tədqiqatçılar  az 
olmamışdır.  Lakin  onlara  istənilən  səviyyədə  sərbəst 
işləmək  imkanı  verilməyib.  Onlar  sifarişlə  tarix  yazmağa 
Şahin Fazil 
 
 
86 
məcbur  ediliblər.  Bir  sıra  problemlərin  analizi  məsələsi 
sadəcə olaraq qadağan edilib, mədhiyyələr yazılmasına isə 
yaşıl işıq yandırılıb». 
Ədəbiyyat  sahəsində  də  eləcə.  Məşhur  şairlərimiz 
kolxozu,  sovxozu,  MTS-i,  beşillik  planların  «yerinə 
yetirilməsi»ni,  Lenin-Stalin  mövzularını  yazmaqla  orden 
qazanırdılar. 
Aşıqlarımız 
isə, 
Allah 
göstərməsin, 
sosializmi,  hətta  kommunizmi  şıdırğı  təbliğ  edir, 
əyinlərinə  Stalinin  geydiyi  dəbdə  yekə  cibli  hərbi  köynək 
keçirir,  qalife  şalvar  dəbində  şalvar  geyinir,  ayaqlarına 
sapoq  taxırdılar  (Elə  indi  də  belədir.  Məgər  inqilaba 
qədərki aşıqlar beləmi geyiniblər? Yaltaqlıq! Yaltaqlıqdan 
ötrü yamsılama «üsulu»). 
 
«Kommunizmin binaları tikilir, 
Düşmənlər baxdıqca bağrı sökülür...» 
 
Yaxud. 
 
«Yurdum başdan-başa gülüstan olur, 
Bu gözəl dövranın qədrini bilək» 
 
Yenə yaxud, 
 
«Kolxozçular başdan-başa 
Bürünüblər al qumaşa» 
 
yazan  şairlər  sanki  müharibədən  sonrakı  kasıbçılığı 
görmürdülər... 
Mənim 
mə’ruzəmdə 
sonra 
XIX-XX 
əsrlər 
tarixşünaslığı  haqqında  mə’lumat  verilir,  XX  əsrdə 


  Йапонийа сяфярнамяси 
 
 
87 
Azərbaycanın  üç  respublika  həyatını  yaşaması  xatırlanır: 
1)  Azərbaycan  Xalq  Cümhuriyyəti;  2)  SSRİ-nin 
Azərbaycan  Respublikası;  3)  Müstəqil  Azərbaycan 
Respublikası. 
Mə’ruzəmin böyük maraq kəsb edən dövrü nəhayət 
«Sovet  imperiyasının  süqutu»  adlanan  hissəsidir. 
Burada, 1985-ci ilin aprel ayından başlayan Yenidənqurma 
konsepsiyasından,  onun  müsbət  tə’sirindən  və  bu 
konsepsiyanın 
SSRİ-nin 
dağılmasının 
əsasını 
qoymasından  danışılır.  Nəzərə  yetirilir  ki,  AXC  lideri 
Məmmədəmin  Rəsulzadə  çox  böyük  uzaqgörənliklə  vaxtı 
ilə yazmışdır: «Heç şübhə yoxdur ki, Sovet İttifaqı özünün 
ən  zəif  nöqtələrindən  dağılmağa  başlayacaq.  Qafqaz  isə 
belə zəif nöqtələrdən biridir». 
Məqaləmin  sonuna  yaxınlaşıram:  1985-88-ci  illər 
dövrü başqa dövrlərə nisbətən qısa olduğundan və 1988-ci 
ilin 
fevralından 
Azərbaycanda 
Dağlıq 
Qarabağ 
problemi 
ilə 
bağlı 
ziddiyyətlərin 
kəskinləşməsi 
tarixşünaslığın istiqamətini dəyişdirmiş, yeni yazılan kitab 
və  məqalələr  içərisində  Azərbaycanın  milli  maraqlarına 
uyğun yazılar çoxluq təşkil etməyə başlamışdır. 
1988-91-ci  illər,  yə’ni  Azərbaycanda  milli 
azadlıq 
hərəkatının 
başlanması 
və 
dövlət 
müstəqilliyinin  bərpa  edilməsi  dövrü.  Kommunist 
rejimini  əvvəlki  dövrlərə  nisbətən  fərqli  şəkildə  müdafiə 
edən 
tarixçilərdən 
Ə.Sumbatzadə, 
P.Əzizbəyova, 
D.Quliyev və digər alimlərin yazdıqları kitab və məqalələr 
formaca əvvəlki illərdə yazdıqları əsərlərdən fərqlənsə də, 
məzmunca eyni mahiyyət daşımışdır. 
1980-ci  illərin  axırı  –  90-cı  illərin  əvvəllərində 
Azərbaycanda  milli  məsələ xüsusunda,  müstəqillik barədə 
Şahin Fazil 
 
 
88 
məqalələr  yazılmağa  başladı,  «meydan  hərəkatı»  adlanan 
ardıcıl  mitinqlər  təşkil  edildi.  Xalq  qəsdən  törədilməkdə 
olan  erməni  fitnəkarlığına  qarşı  çıxır,  KP-ni  qətiyyətlə 
tənqid edir, SSRİ-dən ayrılmağı tələb edirdi. Əhali dəhşətli 
«Qara yanvar» hadisəsini - sovet ordusu tərəfindən ölkədə 
törədilmiş  cinayəti  unuda  bilməzdi.  Dağlıq  Qarabağ 
problemi  kəskinləşməkdəydi.  Bu  dövrdə  bu  problemlə 
bağlı  məqalələr çap olunmağa başladı.  Akad.  İ.Əliyev rus 
və  Azərbaycan  dilində  «Dağlıq  Qarabağ.  Tarix.  Faktlar. 
Hadisələr»  kitabını  yazdı.  Bu  problem  Azərbaycanın 
xaricində  də  əks-sədaya  səbəb  oldu  və  bir  sıra  obyektiv 
kitablar yazıldı (Əhməd Təbrizli, O.Altştad, T.Svetoxovski 
və  b.).  Azərbaycanda  baş  verən  qanlı  yanvar  hadisəsi  və 
Dağlıq  Qarabağ  problemi  sovet  rejiminin  tezliklə 
dağılmasını  gerçəkləşdirən  səbəblərdən  ən  mühümləri 
oldu. 
Nəhayət  məqaləmin  XX  əsrin  son  onilliyi  hissəsi. 
SSRİ-nin  süqutu  və  müstəqil  Azərbaycan  Respublika-
sının yaranması ilə yeni  mərhələnin başlanması dövrü
Məqalədə  göstərilir:  «Yeni  tarixi  şəraitdə  sovet  dövrünü 
xarakterizə  edən  «Böyük  Vətən»  məfhumu  altında  yalnız 
Azərbaycan  tarixi  başa  düşülməyə  və  yazılmağa  başladı. 
ABŞ, Rusiya və başqa ölkələrdə elmi azərbaycanşünaslığa 
meyl artdı». 
Məqalədə  göstərilir  ki,  əsrin  son  onilliyi  Sovetlər 
imperiyasının  sonu  və  keçmiş  Sovet  Respublikalarının 
müstəqil  dövlətlərə  çevrilməsi  ilə  xarakterizə  olunur. 
Olduqca  gərgin  bir  dövr.  Azərbaycanda  müstəqil 
respublika  quruldu.  1991-92-ci  illərdə  Azərbaycan  Xalq 
Cəbhəsinin,  1993-cü  ildən  başlayarqsa  Yeni  Azərbaycan 
Partiyasının  rəhbərliyi  altında  fəaliyyət  göstərən  milli 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə