Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə15/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   11   12   13   14   15   16   17   18   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
73 
 
Çəpər üstdə çıxıram gündə yarı görməkçin, 
Məni öldürməsə də yar, çəpər öldürəcək. 
 
Bizə mə’lum deyil aqibəti insanın, 
Bilmirik biz bizi Allah nə təhər öldürəcək. 
 
Çıxmışam çox səfərə... İndi Yapon sevdası, 
Dərvişəm, dərvişi bir vəqt səfər öldürəcək. 
 
Bu cahan bütlərinin lütfünə bel bağlama çox, 
Sənə axşam edəcək lütf, səhər öldürəcək. 
 
Büt də, cananə də vardır o biri dünyadə, 
Bəşəri, sanma ki, üqbadə bəşər öldürəcək. 
 
Qocayam, yeddi ona yaş yaxınlaşmaqda, 
Dəyməsin göz, məni öldürsə nəzər öldürəcək. 
 
Şahina, düşmə daha eşqə, cavanlıq eləmə, 
Hər kamanqaşə tərəf getsən əgər, öldürəcək. 
 
Senday, 20 fevral 
 
Sübh  yeməyimi  otelin  I  mərtəbəsindəki  kafedə 
yedim.  Burada  yeməyə  ilan-qurbağa  verilmir,  avropa 
qəlyanaltıları  (pendir,  sosiska,  kolbasa...)  təklif  olunur, 
kotlet, qovurulmuş ət, yanında da makaron, vermişel, düyü 
gətirilir. Axı, oteldə qalanların əksəriyyəti əcnəbilərdir. 
Bir  saatdan  sonra  Vaja  Kiknadze,  Şaiq  və  mən 
Tohoku  Universitetinə  yollandıq.  Universitetin  tutduğu 
Şahin Fazil 
 
 
74 
sahə  böyükdür  və  orada  bir  neçə  böyük  və  kiçik  binalar 
var.  Əsas  binanın  qarşısında  bizi  Şimal-Şərqi  Asiya 
Tədqiqatları  Mərkəzinin  müavini  prof.  Oka  qarşıladı. 
Liftlə  III  mərtəbəyə  qalxdıq.  Mərkəzin  direktoru  prof. 
Masahisa  Seqavanın  kabineti.  O,  bizi,  əlbəttə,  yaponlara 
xas  yüksək  ehtiram  və  nəzakətlə  qarşıladı.  İxtisasca 
antropoloq  (loru  dil  ilə  desək  kəlləşünas)  olan  cənab 
Seqava  əksər  yaponlar  kimi  eynəklidir,  mehribandır, 
üzügülərdir. 
Yaşıl  çay  gətirdilər.  Mən  yaşıl  çayı  ilk  dəfə 
Əfqanıstanda,  sonrasa  Özbəkistan  və  Tacikistanda 
içmişəm. Bakıda isə yaşıl çaya meyl azdır. 
Cənab  Seqava  məşğul  olduğum  elm  sahəsi  ilə 
maraqlandı.  Əfqanıstandakı  fəaliyyətimlə  bağlı  suallar 
verdi.  Haqqımda  mə’lumatının  olduğunu  başa  düşdüm. 
Yazdığım «Azərbaycan haykuları» ilə maraqlandı. Kitabın 
bir  nüsxəsini  ona  təqdim  etdim.  Üz  qabığında  Qız 
qalasının  və  bir  neçə  qatlı  ən’ənəvi  yapon  evinin  şəkli 
verilmiş,  bir  haykumun  yaponca  tərcüməsi  də  əks 
olunmuşdu: 
 
«Mənim sevgim 
Sənin sevgindən zəifmiş, 
Ölə bilməyir». 
 
Oxuyub gülümsündü, sonra kitaba səhifə-səhifə göz 
yetirib  374-cü  səhifəni  açdı,  yapon  dilində  yazılan 
«rezyume»ni  oxudu.  Kitabın  sonunda  6  dildə  – 
Azərbaycan, yapon, rus, ingilis, fransız və alman dillərində 
aşağıdakı mə’lumat verilmişdir: 


  Йапонийа сяфярнамяси 
 
 
75 
«Milli  yapon  poeziyası  VII  əsrdə  yaranan  «vaka», 
yaxud  «tanka»  (beşlik)  və  XVI  yüzillikdə  vakanı  tam 
üstələyən  «hayku»,  yaxud  «hokku»,  ya  da  «haykay» 
(üçlük)  şe’rləri  ilə  zəngindir.  Son  illərdə  bir  neçə  xarici 
ölkədə, o cümlədən Azərbaycanda da yapon şe’rinə maraq 
çoxalmış,  nəticədə  hayku  poeziya  nümunələri  qələmə 
alınmışdır. 
Hayku  öz  qısalığı  və  özünəməxsus  poetikliyi  ilə 
seçilən lirik şe’r növüdür. 
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix elmləri 
doktoru, professor  Şahin Fazil hayku yaradıcılığına 2004-
cü  ildən  başlamış  və  onun  bir  neçə  haykusu  Bakıda  və 
Tokioda Azərbaycan və yapon dillərində çap olunmuşdur. 
Oxuculara  təqdim  olunan  «Azərbaycan  haykuları» 
yapon  hayku  janrı  tərzində  Azərbaycanda  yazılan  ilk 
kitabdır. 
Şahin  Fazil  hazırda  haykudan  əvvəlki  yapon 
poeziya  janrı  olan  və  «vaka»  adlanan  «Azərbaycan 
vakaları»  adlı  kitab  üzərində  işləyir»  (Bax:  Azərbaycan 
haykuları, Bakı, 2007, səh. 372-373). 
Cənab  M.Seqava  prof.  V.Kiknadzeyə  də  müxtəlif 
suallar  verirdi.  Onların  aralarında  gedən  söhbət  Şaiqin 
köməyi olmadan ingilis dilində gedirdi. 
Sözün  tam  mə’nasında  «kəllə»  adamdır  bu 
kəlləşünas  professor.  Eşq  olsun  belə  alimlərə!  Axşam  bu 
günün  təəssüratı  ilə  «eşq  olsun»  rədifli  belə  bir  qəzəl 
yazdım, «mizbanlara eşq olsun» dedim: 
 
Elm üzrə yaponlarda tüğyanlara eşq olsun, 
İmkan eləyib gördüm, imkanlara eşq olsun. 
 
Şahin Fazil 
 
 
76 
Tüğyan belə tüğyansa, dövran belə dövransa, 
Hicran belə hicransa hicranlara eşq olsun. 
 
Eşq əhlinə fürsət var, elm əhlinə diqqət var, 
Loğmanlara qiymət var, loğmanlara eşq olsun. 
 
Söhbətləri həlva tək, hörmətləri dərya tək, 
Oka və Seqava tək insanlara eşq olsun. 
 
Nərgizdi, nilufərdir, reyhandı, sənubərdir, 
Güllər təzədir, tərdir, bağbanlara eşq olsun. 
 
Rəhm olsa gər insanda, qan axmasa 
 meydanda, 
Can çıxmasa meydanda meydanlara eşq olsun. 
 
Bir gündə uçub gəldim, şahin quşuna mən tay, 
Senday nə gözəl Senday! Mizbanlara 
 eşq olsun. 
 
Senday, 20 fevral 
 
Sonra, cənab Masahisa Seqavanın tapşırığı ilə prof. 
Hiroki  Oka  bizi  Mərkəzin  bə’zi  institutları  ilə  tanış  etdi. 
Sonrasa,  kitabxana. Elektron cihazlarla təchiz olunmuş  və 
müasir tələblərə cavab verən zəngin bir kitabxana. «Xarici 
ədəbiyyat»  zalına  gəldik.  Müxtəlif  dilli,  rəngarəng  çeşidli 
kitablar  səliqə-sahmanla  rəflərə  düzülmüşdü.  Azərbaycan 
dilində  də  bə’zi  kitabları  gördüm:  Cəmil  Həsənli  «SSRİ-
İran  (1941-1945)»  kitabı.  Dəyərli  kitabdır.  Oxumuşam. 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə