Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə11/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   7   8   9   10   11   12   13   14   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
53 
Saat 14. Saat 15. Saat 16. İlahi, dözüm ver mənə. 
Hayku 
 
Ey vaxt, get, 
Ey vaxt, get, 
Ey yar gəl ki, vaxt getməsə gəlməzsən. 
(Üçüncü Divan, səh. 
1023) 
 
Saat  17.  Saat  18.  Görəsən  darıxmaqdan  ölmək 
olarmı?  Ölmərəm  ki?  Qərib  yerdə,  özü  də  tək,  tənha. 
Vaxtın  ləng  ötməsi  barədə  elə  bu  dəm  ləngimədən  bir 
başqa hayku yazdım: 
 
Hayku 
 
Dəqiqələrin 
Ayaqları ləng – 
Daş sallanıb onlardan. 
 
Nəhayət  olduqca  məlahətli  bir  qadın  səsi  eşitdim 
(mən  bu  saat  lap  şeytanın  da  səsini  «məlahətli  qadın 
səsinə»  bənzədərdim):  «Tokioya  uçan  SU-583-cü  reysin 
sərnişinlərinin 
qeydiyyatı 
18-ci 
çıxış 
yolunda 
başlanacaqdır». Sağ olun, ey qeydiyyatçılar, var olun. Tez 
qeyd  eləyin  bizi,  oturaq  təyyarəyə,  uçaq  Yaponiyaya. 
Amma, yamanca qar yağır. Cənubi Azərbaycan şairi Mirzə 
Əli Möcüz demişkən: 
 
«Görəsən göydəki ambardə qar var, ya yox?» 
 
Şahin Fazil 
 
 
54 
Yəqin ki çox qar var. Yağır ki, yağır... 
 
Təyyarənin  uçuşu  yarım  saatdan  da  çox  gecikdi. 
Nəhayət ki, təyyarədəyik. Nəhəng bir təyyarə. Olduqca iri 
bir  dəmir  quş.  «Dəmir  quş»un  içərisindəyik.  Mixaildən 
(bortprovodnik) soruşdum: 
-Bu nə təyyarədir belə? 
Cavab verdi: - Aerobusdur. 
Dedim: - Harada düzəldiblər? 
Dedi: - Fransada. 
Dedim: - Maşallah! 
 
Görəsən,  bir  də  haçansa,  aerobus  demirəm,  heç 
olmasa  bapbalaca  təyyarə  düzəldə  biləcəyikmi?  Yadıma 
böyük şairin kiçik bir şe’rinin bu misraları düşdü: 
 
«Özgələr qoy paravoz, ya gəmi icad eləsin, 
Biz verib pul, minərik, yol gedərik rahət ilə». 
 
Aerobus  nə  aerobus!  Həm  görünüşünə,  həm  də 
sərnişin tutumuna görə olduqca əzəmətli bir hava gəmisi. 
Yaponiyaya  uçarkən  belə  aerobus  Bəkir  müəllimin 
də  diqqətini  cəlb  edib:  «Səfərimiz  davam  edirdi.  Ertəsi 
gün,  Yaponiya  hava  xətləri  şirkətinə  məxsus  «Boinq  - 
743»  təyyarəsi  ilə  Sapporoya  yola  düşdük.  Təqribən  500 
sərnişin  tutan  üç  hissədən  ibarət  böyük  teatr  salonunu 
xatırladan  bu  təyyarədə  ilk  dəfə  uçmaq,  yol  boyu 
televiziya  ilə  göstərilən  filmlərə  baxmaq,  yaxud  qulaq 
radiosu ilə  gözəl yapon xalq  musiqisini  dinləmək, əlbəttə, 
maraqlı  idi.  Lakin,  bir  ildə  «Boinq»  markalı  Amerika 
təyyarələrinin  bir  neçə  dəfə  qəzaya  uğradığını,  çoxlu 


  Йапонийа сяфярнамяси 
 
 
55 
sərnişinin  tələfatına  səbəb  olduğunu  bildiyimdən,  niyə 
gizlədim, həyəcan keçirirdim...» (Bax: Göst. kitab, s.684). 
Elə  mən  də  həyəcan  içindəyəm,  Bəkir  müəllim, 
amma mənim uçduğum bu təyyarə Amerikada yox, Mixail 
dedi  ki,  Fransada  düzəldilib.  Mənzil  başına  çataram 
inşallah. 
Aerobusa  göz  gəzdirirəm.  Hər  üç  hissənin  ön 
divarlarında  monitorlar  quraşdırılıb.  Həmin  monitorlar 
bütün  uçuş  boyu  sərnişinləri  aerobusun  getdiyi  marşrutu, 
onun  sur’ətini,  uçuş  yüksəkliyini,  havanın  temperaturunu, 
üstündən  uçub  getdiyini  bütün  şəhər,  dağ,  çay  və  çöllərin 
adlarından  agah  edir.  Moskva  ilə  Tokionun  arasında  olan 
hava yolunun uzunluğu, gəmi komandirinin e’lan etdiyinə 
görə  8  saat  55  dəqiqədir.  7716  km.  məsafə  və  8  saat  55 
dəqiqə uçuş. 
Sərnişinlərin çoxusu yatır. Mənimsə yuxum gəlmir. 
İstəyirəm  ki,  gəlsin,  amma  gəlmir  ki,  gəlmir.  Həyatımda 
yuxusuz  qaldığım  vaxtlarım  çox  olub.  Bə’zən  yuxunu 
özüm  qovmuşam  gözlərimdən,  çünki  yuxu  gedəndə  şe’r 
gəlir, şe’r doğulur. Belə bir şe’rim var: 
Kim isə yuxumu götürüb qaçır 
 
Elə ki, yumuram gözümü gecə 
Hansı bir qüvvəsə gözümü açır. 
Yatmağa qoymuram özümü gecə, 
Kim isə yuxumu götürüb qaçır. 
 
Gecə ilham pərim gülür üzümə, 
Gecə səhərəcən şe’r deyirəm. 
Qayıtmasın deyə yuxu gözümə, 
Hərdənbir qolumu çimdikləyirəm... 
 
Şahin Fazil 
 
 
56 
Bə’zən ürək deyir, bə’zən dil deyir, 
Arada sözlərin rəngi görünür. 
Səhər açılanda əlimdə şe’r, 
Balışda mürəkkəb rəngi görünür. 
 
Özümü yalandan öyə bilmərəm, 
Demirəm hər və’də sözüm çox olur. 
Özgə şe’rləri deyə bilmərəm. 
Mənim şe’rlərim gecə doğulur. 
 
Belə artırıram şe’r varımı, 
Azalmır bu varın istəyi canda. 
Bə’zən qaranlıqda yazdıqlarımı 
Oxuya bilmirəm sübh açılanda. 
 
Beləcə-beləcə çoxaldı şe’r, 
Beləcə-beləcə çoxaldı misra. 
Bə’zən bir gecədə beş-altı şe’r, 
Bə’zən bir gecədə beş-altı misra... 
 
(Əllərini ver mənə, səh.47-48) 
 


  Йапонийа сяфярнамяси 
 
 
57 
Xəyalım şe’rdə, nəzərim monitordadır. 
Tokionun  «Narita»  adlanan  aeroportuna  çatanadək 
aerobusumuz  bu  yerlərin  üzərindən  keçir:  Kostroma, 
Voloqda, Sıktıvkar, Yekaterinburq, Uxta ilə Perm arasında 
yerləşən  Ural  dağları,  sonra  Qərbi  Sibir  düzənliyi, 
Novosibirsk,  İrkutsk,  Xabarovsk,  oradan  şimalda  Curcur 
dağları və Tatar boğazı... Ada bax ha-Curcur. Boğaza bax 
ha  –  Tatar!  Yəqin  ki,  bu  yerlərdə  qədimlərdə  türklər 
yaşayıblar (Oljas  Süleymenovun çoxdan oxuduğum «Az i 
ya» kitabını bir də nəzərdən keçirməliyəm). 
Maqadan şimalda qaldı. «Maqadan» dedim, yadıma 
Cəmaləddin  düşdü.  Qohumum  Cəmaləddin.  13-14  yaşım 
vardı.  Cəmaləddin  günlərin  bir  günü  Qubaya  gəldi. 
«Müharibədə itkin düşənlər» siyahısındaydı onun adı. Sən 
demə,  itkin  deyilmiş,  Maqadandaymış.  1953-cü  ildə  gəlib 
çıxdı 
Azərbaycana, 
Qubaya. 
Yaman 
«vurandı». 
Qohumlarım  İmrana,  Tariyelə,  kiçik  qardaşım  Nərimana 
və  mənə  çaxır  içmək  öyrətdi.  Özü  isə  spirt  içirdi.  96 
dərəcəli  spirt.  Çox  içdiyi  üçün  çox  tez  öldü.  Biz  isə  çox 
içmədik. Doğrudur, İmran da, Tariyel də, Nəriman da çox 
yaşamadılar.  Əməkdar  İncəsənət  xadimi  İmran  Xəlilov, 
əsgərlikdən  sonra  Özbəkistanın  Nəvai  şəhərində  ömür 
sürən  Tariyel  Zeynalov  və  mənim  müstəntiq  qardaşım 
Nəriman  Fərzəliyev  çoxdan  Allah  rəhmətinə  qovuşublar. 
Mən  isə,  hələ  ki,  sağam  və  hazırda  Yaponiyaya 
uçmaqdayam. Şükür sənə İlahi: 
 
Hər yanan sönməlidir, sönməlisən, ey Şahin, 
Əriyib şam təhəri söndü Nəriman da belə
(Qəzəllər, 1994, səh.58) 
 
Şahin Fazil 
 
 
58 
Curcur  dağları!  Tatar  boğazı!  Nəhayət,  Sakit 
Okeanın içərisində mövcud olan qırx minədək böyük-kiçik 
adadan  ibarət  Yaponiya  və  onun  paytaxtı  Tokio.  Artıq, 
şəhərin Narita aeroportunu görürəm. 
Aerobusda hamımıza deklarasiya vərəqi paylandı. 2 
vərəq.  Onları  yazıb  doldurmalıyam.  Yanımda  bir  yapon 
əyləşib.  Kohşon  Nanami.  Çənəsində  uzun  saqqalı  olan 
(guya  mən  də  saqqal  saxlayıram!..)  K.Nanami  məşhur 
rəqqasdır.  Mənə  nisbətən  ingilis  dilini  çox  yaxşı  bilir. 
Mənim  deklarasiyamı  da  o  doldurdu.  Deklarasiya 
vərəqlərində  çoxlu  suallar  vardı  ki,  onların  biri  belə  idi: 
«Siqaret çəkirsinizmi?». Cavabım «yox» yazıldı və dərhal 
çoxdan yazdığım bu beyt yadıma düşdü: 
 
 
Etməsəm də meyə aludə bu vurğun canı, 
Meyi üstün tuturam, neyləyirəm qəlyanı? 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə