Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə13/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   9   10   11   12   13   14   15   16   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
63 
gur  çiçək  açması  ilə  başlanır.  Onun  çəhrayı  ləçəkləri 
yaponları  yalnız  çoxluğuna  görə  yox,  həm  də  ömrü  qısa 
olduğuna görə həyəcanlandırır. 
Sakuraların ləçəkləri solmur. Xəfif külək əsən kimi 
onlar hərlənə-hərlənə yerə enirlər. Onlar lap tər ikən qopub 
düşməyi,  öz  təravətlərini  azacıq  da  itirməkdən  üstün 
tuturlar». 
Bu  sözləri  yazıçı  dostum  Yasif  Nəsirli  yazıb.  Gü-
nəşlə  görüşən  Yasif  Nəsirli  (Bax:  Yasif  Nəsirli.  Günəşlə 
görüş, səh.14). Yasif bunları 2003-cü ildə alıb qələmə. İndi 
isə  2009-cu  ildir.  Yasif  Bakıdadır,  mən  isə  Tokioda  iz-
dihamlı  bir  küçə  kənarındayam,  sakura  ağaclarının 
çiçəklərinə  baxmaqdayam.  Şaiq  10-15  dəqiqəliyə  məndən 
ayrıldı, mənsə qələm-dəftərimdən yapışdım  və «Bu ağac» 
şe’ri yarandı: 
Bura Tokiodur, 
Tokiodur bura, 
Bu ağac isə – 
Sakura. 
 
 
İndi, qışdır, 
Qışın oğlan çağı olmasa da,  
qışdır. 
Qışın bu çağında, 
Məftunluqla baxdığım  
bir küçə kənarında, 
bir səki qucağında 
gözümə 
sakura ağacı dəyir. 
Sakura –    
Şahin Fazil 
 
 
64 
bahar 
gəlməmişdən 
çiçəkləyir. 
Sakura –  
qəflətən çiçəkləyir, 
qəflətən 
də 
çiçəksiz 
qalır. 
Bu çəhrayı  güllərin  
Ömrü qəfil qısalır. 
Dünən vardı, bu gün yox... 
Saralmadan, solmadan  
qəfil gələn küləkdən 
güc alıb, 
birdən-birə 
tül tək döşənir yerə, 
bu çəhrayı çiçəklər, 
hamısı da təzə, tər. 
Sakura çiçəkləri  
qəfil doğulduğu tək 
qəfildən də ölürlər. 
 
Qəfildən də ölürlər –  
saralmadan, solmadan. 
Düşünürəm, bəlkə də  
yaşama müddətini 
bitirmədən ölürlər, 
gözəllik sərvətini 
itirmədən ölürlər, 
ölürlər qocalmadan. 
...Bura Tokiodur, 
Tokiodur bura, 
Bu ağac isə – 
Sakura. 
Tokio, 19 fevral 


  Йапонийа сяфярнамяси 
 
 
65 
 
Bəli,  böyük  rus  şairi  imkan  tapmamışdı,  albalı 
ağacına  –  sakuraya  şe’r  yazmamışdı.  Mən  isə  yazdım. 
Əlbəttə imkan tapdım. 
Şaiq  gəldi.  Şəhər  necə  də  gözəldi.  Hər  tərəf  tər-
təmiz. Adamlar olduqca mədəni, qədərincə nəzakətli. 
Kafeyə  baş  vurduq.  Buterbrodlar,  kofe.  Qatara 
mindik.  Gedəcəyimiz  Senday  şəhərinə  300  km.  var. 
Təxminən  Bakıdan  Lənkərana  olan  məsafə  kimi.  Hər  ay 
gedirəm  Lənkərana.  Dərs  deyirəm  Lənkəran  Dövlət 
Universitetində.  Yarım  ştatlı  professoruyam  oranın. 
Neyləyim.  Bir  ştatlı  iş  yerinin  aylıq  maaşı  ilə  dolanmaq 
olmur.  Mən  üç  universitetdə  işləyirəm.  Elə  alim 
yoldaşlarım  var  ki,  üç  yox  beş-altı  yerdə  dərs  deyirlər. 
Dözümlüyük. Dözürük. Dözməyib neyləyəcəyik  ki? Təki, 
hələlik  rüşvətxorlar  yaxşı  yaşasınlar.  «Rüşvət»  anlayışı 
yaradanın, atalar demişkən «atasına lənət!». 
Yadıma hansı bir şairinsə təxminən bu  misralardan 
ibarət çoxdan oxuduğum kiçik bir şe’ri düşdü. 
 
«Rüşvətxora 
«rüşvət almaz» deməyin 
 heç vaxt, 
Əllərini tutsalar 
ayağıyla alacaq». 
 
Yenə  alacaq?  Ayağıyla  alacaq?  Dədə  vay,  evimiz 
yıxıldı ki!.. 
Görəsən Yaponiyada da rüşvət var? 
Rüşvət  qara  bir  rəng.  Qapqara  bir  ləkə.  Mövcud 
olduğu hər ölkənin taleyinə vurulmuş əskiklik möhürü. 
Şahin Fazil 
 
 
66 
 
Məmləkət elmi ilən, alimi ilən tanınır, 
Alimin paltarı gündən-günə nimdaş niyə? 
 
Qara  rəng  qarə  günün  rəmzi  sayılmışsa 
əgər, 
Sən qaragünlüdə, Şahin, ağarıb baş niyə? 
(«İkinci Divan», səh.97) 
 
Qatarda  yol  gedirik.  Senday  şəhərinə  çatanadək 
Bakıdan  Lənkərana  qədərki  məsafə  qət  olunmalıdır.  Bu 
məsafəni getmək isə Azərbaycanda azı 8-9 saat vaxt tələb 
edir... 
Bir saat və bir neçə dəqiqəyə  Sendaya çatdıq. Əsla 
heyrətlənmədim. Axı, bura Yaponiyadır. Bizi gətirən qatar 
da  taqqa-tuqla  yırğalana-yırğalana  gedən  sovetlərdən 
qalma qatar yox, bir rels üzərində şütüyən yapon qatarıdır. 
Tokioda  olduğum  və  Sendaya  yollandığım  bir  saat 
və bir neçə dəqiqə ərzində bir qəzəl yazdım: 
 
Şahdağımdan götürüb atdı neçə yad dağına, 
Dözmüşəm kəc fələyin gör nə nə qədər şıltağına... 
 
Görmüşəm bir neçə cür rəngi olan hicranı, 
Lə’nət olsun ilanın qarəsinə, həm ağına. 
 
Amma, gözmuncuğu tək tapdım, itirdim yarı, 
Çatmışam mən qaragün indi ahıllıq çağına. 
 
Təpədən-dırnağacan el-obamın aşiqiyəm, 
Afərinlər ola mən tək bu vətən müştağına. 


  Йапонийа сяфярнамяси 
 
 
67 
 
Düzlüyün, doğruluğun munisi oldum daim, 
Vermədim mən yaxamı əyriliyin caynağına. 
 
Vətənim müstəqil olmuş, coşuram baxdıqca, 
Rəngi üç bayrağına, ulduzu bir bayrağına. 
 
Gündoğar ölkəyə gəlmək diləyirdim, Şahin, 
Doğdu gün bəxtimə, gəldim Yaponun torpağına. 
Tokio-Senday, 19 fevral 
 
Şaiqlə,  bizim  üçün  müəyyən  olunmuş  otelə 
yollandıq.  «Hotel  Com’s»  («Kams»  oteli),  6-cı  mərtəbə, 
611-ci otaq mənimdir. 
Azacıq  istirahət.  Telefon  zəngi.  Şaiq  idi.  Dedi  ki, 
saat 18-də yapon professorları mənimlə görüşə gələcəklər. 
- Kimlər gələcək? 
- Sizin qiyabi tanıdığınız cənablar Oka və Kuroda. 
Onların gəlmələrinə hələ 2 saat vaxt vardı. Moskva-
Tokio  istiqaməti  ilə  uçarkən  bir  qəzəl  qaralamışdım. 
Professorlarla görüşə isə hələ 2 saat vaxt vardı. 
Vaxtı  qənimət  bilib  təyyarədə  başladığım  qəzəli 
otel otağında bitirdim: 
 
Surət diləsəm də onu xülyadə görürdüm; 
Mən surəti, əlbəttə ki, mə’nadə görürdüm. 
 
Hər bir səfərimdə qonağa ehtiram üçün 
İran ilə Türkiyyəni amadə görürdüm. 
 
Mən Bağdada getdikdə hələ təhlükə yoxdu, 
Şahin Fazil 
 
 
68 
Əfqanlarısa cəngdə, qovğadə görürdüm. 
 
Görmək diləyirdimsə də, olmurdu müyəssər, 
Hərçənd Yapon yurdunu röyadə görürdüm. 
 
Allaha şükürlər ki, dilək qönçəsi açdı, 
Mən meylimi tez-tez bu təmənnadə görürdüm. 
 
Mən badəni atdım yerə, tutdum qələmimdən, 
Əvvəllər əlimdə arabir badə görürdüm. 
 
Şahin, qoca dünyanı dolan, gəz, qocalırsan, 
Öldükdə demə «surəti mə’nadə görürdüm». 
Təyyarə. Moskva-Tokio 
istiqaməti 
 
Bəli,  surət  ilə  mə’na.  İki  irfani  istilah.  Klassik 
şairlər üstünlüyü mə’naya vermişlər. 
Mənim  nəzərimcə,  hər  iki  istilahda  müəyyən 
üstünlük  vardır,  surət  mə’naya  və  mə’na  surətə  bağlıdır. 
Nadir  surətin  mə’nası  və  mə’nanın  mə’nası?  Nədir  bu  iki 
istilahı bir-birinə yaxınlaşdıran və birini digərindən ayıran 
cəhət?  Surət  təkcə  zahiri  görünüşdürmü?  Mə’na  yalnız 
batini  yol,  yaxud  həqiqət  yoludurmu?  «Keyfiyyət» 
məfhumu  hər  iki  istilaha  aid  edilirmi?  Bilmirəm.  Amma 
bilirəm ki, hər ikisi zərurətdir. Necə ki, demişəm: 
 
Şahin, sənə örnək surətdəki mə’na, 
Mə’na da zərurət, surət də zərurət. 
 
Yaxud: 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə