Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə10/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   6   7   8   9   10   11   12   13   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
47 
Durğunluqdan, ətalətdən 
Uzaq edir ayaq məni. 
İstəmirəm sükunətdə  
günüm ötə. 
Günlərimin çoxunu mən 
Keçirmişəm ayaq üstdə. 
Lap ölümün önündə də 
Diz çökmərəm hələm-hələm, 
Öləndə də gərək öləm 
Ağac kimi, 
Ayaq üstdə. 
(Bax:  Yenə  görüşərik, 
Bakı, 1989, səh.23) 
 
Hələ  uçuşa  çox  var.  Vaxtı  öldürmək  gərəkdi. 
Mənim nəzərimdə adam öldürənlə vaxt öldürənin hər ikisi 
qatildir. Mən bu saatlarda, bu qərib ölkədə, bu tranzit zalda 
qatil olmuşdum.  İndi başqa çarəm yoxdu. Vaxtı öldürmək 
gərəkdi.  Hələ  11  saat  gözləməliyəm.  Mən  indi  vaxt 
öldürən  olmuşam.  Mən  vaxtımı  öldürürəm.  Mən  hal-
hazırda qatiləm. 
 
Hayku 
 
Kimsə adam öldürür, 
Kimsə vaxt –  
Hər ikisi qatildir! 
 
Kitab 
oxumağa 
başladım. 
V.Pronnikov 
və 
İ.Ladanovun «Yaponlar» kitabını yenidən əlimə götürdüm. 
Müəlliflər  yazırlar:  «Müasir  Yaponiya  Asiya  qit’əsinin 
Şahin Fazil 
 
 
48 
şərq  sahilindən  şimaldan  cənuba  doğru  uzanan  arxipelaq 
üzərində yerləşir. Onun əsas adaları: Şimalda – Hokkaydo, 
mərkəzdə  Honsyu  və  Sikoku,  cənubda  –  Kyusyu. 
Bunlardan  başqa  orada  3  mindən  çox  kiçik  adalar  vardır. 
Sahəsi 400 min kv. km., əhalisi 120 milyon nəfərdir» (bax: 
Yaponlar, səh.3-4). 
Əlbəttə,  Yaponiya  əhalisinin  sayı  hazırda  daha 
çoxdur zənnindəyəm. Axı, «Yaponlar»ın yazılmasından 15 
il vaxt ötmüşdür. 
Gözlərim yoruldu. Gözlərin yorğunluğunu azaltmaq 
üçün  kipriklərimi  qapadım.  Çox  səfərlərdə  olmuşam. 
Amma,  düşünürəm  ki,  bu  uzaq  səfər  üzəcək  məni. 
Yorğunam.  «Yaponlar»ı  qapayıb  dəftərimi  açdım, 
qələmimi  götürdüm.  Narahatlığımı  ifadə  edən  və 
«Yaponiya  səfərnaməsi»  silsiləsindən  olan  birinci  şe’rimi 
yazdım: 
Rica 
 
Kömək et, dəyməsin cəhd oxum daşa, 
İlahi, qalmasın ürəyimdə kam. 
Yapon səfərini vuraraq başa 
İnşallah vətənə qayıdasıyam. 
 
Məni dözümlü et, yolumu nurlu, 
O nurlu yolla da obama dönüm. 
Qoy Yapon səfəri ola uğurlu, 
İlahi, et kömək yuvama dönüm. 
 
Baharı mümkünsə ömür qışının 
Bu uzaq səfərdən mənə dönüş yaz. 
Yuvası Bakıdır Şahin kişinin, 
Şahin quşununsa yuvası olmaz. 


  Йапонийа сяфярнамяси 
 
 
49 
 
Mən Şahin kişiyəm, quş deyiləm ki... 
Moskva, Şeremetyevo-2,  
18 fevral 2009 
 
«Şahin kişi» olsam da, əgər mənə «şahin quşu» de-
sələr  yanılmazlar.  Axı,  hey  uçuram,  təyyarədə  hərdənbir, 
amma  fikir  səmasında,  şe’r  asimanında  daim  uçuram. 
Uçuşsuz  günüm  olmasın,  İlahi.  Hələ  uçmalıyam,  İlahi. 
Hələ  qanadlarımda  (yadıma  Bəkir  müəllimin  «Şahinin 
qanadları» ifadəsi düşdü) qüvvət var, İlahi: 
 
Neçə şahin quşunun seyr eləmiş pərvazın... 
Geriyə qalmayacaqdır adaşından Şahin 
 
(İkinci Divan, s.259) 
 
Necə 
deyərlər, 
insan 
quş 
kimidir. 
Dünən 
Bakıdaydım,  bu  gün  Moskvadayam,  sabah  isə  Tokioda 
olacağam inşallah. 
Sübh  saat  8-dən  qonmuşam  bu  hava  limanının 
tranzit zalına. Vaxt öldürən qatiləm. Ağır şeydir vaxt. Çox 
ləng  keçir.  Hələ  saat  10-dur.  Hələ  gör  neçə  saat  burada 
qalmalıyam... 
Bir  dəstə  erməni  idmançısına  gözüm  sataşdı. 
Harayasa uçmaq üçün gəliblər. Gözüm azərbaycanlı gəzir. 
Amma,  gözüm  axtardığını  tapmadı.  Ermənilərsə  hır-hır 
hırıldaşır,  kələn-köntöy  dillə  nəsə  danışır,  gülüşürlər. 
Hırıldayın,  ey  Qarabağımı  işğal  edən  namərdlər,  vaxt 
gələr, biz də gülərik. Hazırda isə Qarabağım əldən gedib... 
 
Şahin Fazil 
 
 
50 
Düşmənim gör neçə müddətdi bağımdan yapışıb, 
Çəmənimdən, düzənimdən, bulağımdan yapışıb. 
 
Topxana ormanının şövqü başından çıxmır, 
Palıdımdan, vələsimdən, qovağımdan yapışıb. 
 
Özünün nur saça bilmir deyə solğun çırağı, 
Qarabağ mülkü təkin çilçırağımdan yapışıb. 
 
Ağlın olsun, gəl odumdan, ocağımdan əl çək, 
Əlini yandıracaqsan ocağımdan yapışıb. 
 
Natəmiz vüs-vücudundan eli pak etməkçin 
Qovaram mən səni bir gün yarağımdan yapışıb. 
 
Sənə yalvarmayıram, əmr edirəm, getsə belə 
Mənə sən yalvaracaqsan ayağımdan yapışıb. 
 
Şahinəm, olsa lüzum, qaplana dönnəm bir gün, 
Məni gəl silkələmə sən  budağımdan yapışıb. 
 
(Qəzəllər,  Bakı, 
1994, səh.144) 
 
Tranzit  zal  dolub-boşalır,  boşalıb-dolur.  Saat  11. 
Saat  12.  Saat  13.  Ürəyim  çəkildi.  Cavanlıq  vaxtımda 
vaxtın ötüşünə bir o qədər də məhəl qoymazdım. İndi isə, 
qocayam. Yaş 70-i haqlayıb. Hövsələsiz olmuşam. Ürəyim 
çəkildi. 
Mənim  «Mənim  qocalığım»  adlı  şe’rim  var. 
Bədbindir. Hazırkı halıma münasibdir: 


  Йапонийа сяфярнамяси 
 
 
51 
 
Şahin Fazil 
 
 
52 
Gün-gündən qısalır həzzimin boyu, 
Qəmim uzandıqca möhnətim artır. 
Yığılır gözümə mirvari suyu, 
Yaşım çoxaldıqca sərvətim artır. 
 
Saçım gümüşlənir mənim get-gedə, 
Üzüm qızıl kimi saralmaqdadır. 
İstilik görmürəm daha heç nədə, 
Başımın üstünü qar almaqdadır. 
 
Rəngi solmaqdadır ömür gülümün 
Baba çuxasıtək, nənə donutək. 
Önünə çıxıram gözəl ölümün, 
Ölümü yar kimi qucum mən gərək. 
 
Kədərim dərdimlə həmahəng gedir, 
Çoxdan oxumuram gənclik himnimi. 
Sür’ətim azalır, işim ləng gedir, 
Hərdən axsayıram Teymurləng kimi. 
 
Yar bəyənməyirəm, yar atmayıram, 
Qələmim əlimdə yaraq əvəzi. 
Daha mən uşaq da yaratmayıram, 
Şe’r yaradıram uşaq əvəzi. 
 
(Üçüncü  Divan, 
səh. 485-486) 
 
 
Bəli,  bu  gün,  elə  burada  bu  tranzit  zalında 
yuxarıdakı şe’rimi yaratdım: «Rica» şe’rimi... 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə