Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə7/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   2   3   4   5   6   7   8   9   10   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
33 
çəkişmələri  və  kəndli  üsyanları  (Yamasiro  üsyanı  və  s.) 
mərkəzləşmiş  hakimiyyət  yaratmaq  zərurətini  irəli  sürdü. 
İ.Tokuqavanın  hakimiyyəti  dövründə  (1603-05)  ölkənin 
birləşdirilməsi 
başa 
çatdı. 
Avropa 
dövlətlərinin 
ekspansiyasının  və  onların  yaydıqları  xristian  dininin 
qarşısını  almaq  məqsədilə  XVII  əsrin  30-cu  illərində 
xaricilərin  Yaponiyaya  gəlməsi  və  yaponların  ölkədən 
getməsi  qadağan  edildi.  XVII  əsr-XIX  əsrin  I  yarısında... 
fəhlə  sinfinin  formalaşmasına  şərait  yarandı...  Yaponiya 
özünütəcrid  siyasətindən  əl  çəkməyə  məcbur  oldu.  1854-
58-ci  illərdə  ABŞ  və  Avropa  dövlətlərinin  ekspansiyası 
gücləndi. 
Yaponiyada  XIX  əsrin  ortalarından  burjua  inqilabı 
baş verdi (1867-68), yetmişinci illərin II yarısı – həştadıncı 
illərdə  «Azadlıq  və  xalq  hüquqları  hərəkatı»  («Minken 
undo»  hərəkatı)  başladı.  80-ci  illərin  əvvəllərində  ilk 
burjua-mülkədar  partiyaları  (Dziyuto,  Kaysinto)  yarandı. 
XIX-XX 
əsrlərdə 
Yaponiya 
inhisarçı 
kapitalizm 
mərhələsinə  keçdi.  XX  əsrin  əvvəlində  Mancuriya  və 
Koreya üstündə Yaponiya ilə Rusiya arasında ziddiyyətlər 
kəskinləşdi...  Yaponiya  Rusiyaya  müharibə  e’lan  etdi... 
1918-ci  ilin  avqust-sentyabrında  «düyü  qiyamları»  adlı 
kütləvi inqilabi çıxışlar ərazinin çox hissəsini bürüdü. 
1924-25-ci illərdə  ABŞ-İngiltərə ilə  münasibətlərin 
kəskinləşməsi  şəraitində  Pekində  diplomatik  münasibətlər 
yaratmağı  nəzərdə  tutan  Sovet-Yaponiya  müqaviləsi 
imzalandı... 
1931-ci 
ilin 
sentyabrında 
Yaponiya 
Mancuriyanı işğal edərək orada oyuncaq hökumət yaratdı. 
1937-38-ci  illərdə  Yaponiya  ABŞ,  İngiltərə  və  Fransanın 
köməyi  ilə  Şimali,  Mərkəzi,  Cənubi  Çinin  çox  hissəsini 
zəbt etdi. 1938-ci ilin iyulunda Yaponiya qoşunları Xasan 
Şahin Fazil 
 
 
34 
gölü  ətrafında  SSRİ  ərazisinə  soxuldu...  1939-cu  ildə 
Monqolustan  sərhədini  keçərək  Xalxin-Qol  ətrafını  işğal 
etdi...  1941-ci  ildə...  Sakit  okeandakı  ABŞ  və  İngiltərə 
hərbi  bazalarına  hücum  etdi,  6  ay  ərzində  Filippin,  Hind-
Çin, Tayland, Birma, Malayya və İndoneziyanı işğal etdi... 
ABŞ,  İngiltərə  və  Çin  arasında  imzalan  Potslam 
bəyannaməsində  (1945,  26  iyul)  Yaponiyanın  sözsüz 
təslim olması tələbi irəli sürüldü. Yaponiya bu tələbi rədd 
etdi.  ABŞ...  1945-ci  ilin  avqustun  6-da  Xirosimaya,  9-da 
isə  Naqasakiyə  atom  bombası  atdı...  SSRİ  1945-ci  il 
avqustun  9-da  Yaponiyaya  qarşı  müharibəyə  başladı. 
Sovet  qoşunları  Mancuriya,  Şimali  Koreya,  Cənubi 
Saxalin  və  Kuril  adalarını  azad  etdi.  1945-ci  il  sentyabrın 
2-də  Yaponiya  danışıqsız  təslim  olmaq  haqqında  aktı 
imzaladı. 
Müharibədən  sonra  ABŞ  qoşunları  Yaponiyanı 
işğal  etdi...  San-Fransisko  sülh  müqaviləsi  (1951) 
Yaponiyanın SSRİ-yə qarşı torpaq iddiaları...». 
Bu 
mə’lumatlar 
ASE-nin 
«Yaponiya» 
adlı 
məqaləsindən  götürülüb.  Düz  30  il  bundan  qabaq 
yazılanlar.  Son  hissələr  sovetizm,  daha  dəqiq  desək 
ruspərəst mövqedən yazılmışdır. Məqalədə yazılıb: «Sovet 
qoşunları... Kuril adalarını azad etdi» (Bax: ASE, Bakı, V 
cild, 1981, səh.69-71). ASE-nin VI cildində isə oxuyuruq: 
Kuril  adaları.  Kamçatka  yarımadası  ilə  Hokkaydo  adası 
arasında adalar qrupu... 30-dan çox böyük, çoxlu kiçik ada 
və  qayalardan  ibarətdir.  Uzunluğu  təqr.  1200  km.  faydalı 
qazıntıları:  kükürd,  mis,  qızıl,  qalay...  Kuril  adaları 
haqqında  ilk  mə’lumatı  rus  səyyahı  V.V.Atlasov 
vermişdir.  18-19-cu  əsrin  əvvəllərində  buranı  başqa  rus 
səyyahları tədqiq etmişlər. Rusiya-Yaponiya müqaviləsinə 


  Йапонийа сяфярнамяси 
 
 
35 
əsasən  (1855)  İtirup  adasından  şimaldakı  bütün  adalar 
Rusiyanın  mülkü  e’lan  olundu.  1875-ci  il  müqaviləsi  ilə 
Kuril  adalarından  18-i  Yaponiyaya  verildi,  əvəzində 
Yaponiya  Saxalinin  tamamilə  Rusiyaya  keçməsini  tanıdı. 
1875-1945-ci  illərdə  Kuril  adalarını  Yaponiya  idarə 
etmişdir. Krım konfransının qərarı ilə (1945) Kuril adaları 
Sovet  İttifaqına  verildi.  Kuril  desant  əməliyyatı  (1945) 
nəticəsində  Sovet  Ordusu  Kuril  adalarını  Yaponiya 
qoşunlarından təmizlədi. San-Fransisko sülh  müqaviləsinə 
(1951)  əsasən  Yaponiya  Kuril  adalarına  olan  hüquq  və 
iddialarından  əl  çəkdi.  Lakin  Yaponiyanın  millətçi 
dairələri  Kuril  adalarının  geri  qaytarılması  barədə 
iddialarında  tə’kid  edirlər»  (Bax:  ASE,  VI  cild,  Bakı, 
1982, səh.25). 
Buradan çıxarılan nəticə: SSRİ Kuril adalarını işğal 
etmişdir. Ermənistanın Dağlıq Qarabağı və üstəlik daha bir 
neçə  rayonumuzu  işğal  etdiyi  kimi.  Belə  olan  halda 
Yaponiyanın  «millətçi  dairələri»  nə  etməlidirlər?  Heç 
olmasa  1875-1945-ci  illərdə,  yuxarıda  yazıldığı  kimi 
«Kuril  adalarını  Yaponiya  idarə  etmişdir».  Bəs  ermənilər 
haçan  Qarabağ  torpağını  idarə  etmişlər?  Dünyaya 
«haqsızlıq dünyası» desək səhv etmərik. 
Yaponiya  tarixi  haqqında  maraqlı  mə’lumatlar 
kitabı  olan  «Yaponlar  (etnopsixoloji  oçerklər)»  kitabında 
isə  bu  qədim  ölkə  barədə  oxuyuruq:  «Yaponların 
etnogenezi məsələsi hal-hazırda da  mübahisələr doğurur... 
Bizim 
(yə’ni 
rusların 
– 
Ş.F.) 
yaponşünaslığında 
Yaponiyanın  ən  qədim  tayfasının  aynlar  olduğu 
göstərilmişdir.  Xokkaydo  adasına  Asiya  qit’əsinin  şərq 
sahillərindən  gələn  adamlar  aynlarla  qaynayıb  qarışmış, 
buraya  gələn  qəbilələrdə  mədəni  inkişaf  prosesi  eramızın 
Şahin Fazil 
 
 
36 
V  əsrinədək  davam  etmişdir.  VI-VII  əsrlərdə  Yaponiyaya 
Koreya  və  Çindən  də  gələnlər  olmuş,  ayn  əhalisinin  bir 
hissəsi gəlmələrə qarışmış, o əhalinin başqa hissəsi şimala 
doğru sıxışdırılmışdır. 
Hazırda  Yaponiya  etnik  tərkibinə  görə  dünya 
ölkələri  arasında  ən  yekcins  ölkə  sayılır,  belə  ki,  ölkə 
əhalisinin  99  faizini  yaponlar  təşkil  edir.  Aynlar  isə 
olduqca  azalmışdır,  yalnız  Xokkaydoda  yaşayırlar  və 
onların  sayı  20  min  nəfərdən  çox  deyildir»  (bax: 
В.А.Пронников,  И.Д.Ладанов.  Японцы.  Этнопсихоло-
гические очерки, Москва, 1996, стр.7-8).  
Qeyd  edim  ki,  mənim  bacım  Naibə  kimya  elmləri 
doktoru, professordur. Bakı Dövlət Universitetinin Kimya 
Fakültəsində  Azərbaycan  və  ingilis  dillərində  mühazirələr 
oxuyur, həm də bu Universitetin Şərqşünaslıq fakültəsində 
Yapon  ədəbiyyatı  (xüsusi  kurs),  yapon  kalliqrafiyası, 
Yaponiya  və  Azərbaycan  üzrə  müqayisəli  ədəbiyyat 
(konfaratilistika) 
fənnlərindən 
dərs 
deyir. 
Mən 
«Azərbaycan  haykuları»  kitabımı  yazdığıma  görə  bacıma 
minnətdaram.  Məni  yaponların  bu  janrını  daha  dərindən 
öyrənməyə  Naibə  təşviq  etdi.  Fenomen  Naibə!
1
  500-dən 
çox  Azərbaycan  haykusu

və  vaka  (tanka)  yazdım, 
haykularım  haqqında  BDU-nun  mə’zunu,  hazırda  isə 
Yaponiyanın  Bakıdakı  Səfirliyinin  mütərcimi  Rəşad 
                                                
1
  Гейд:  Наибя  баъым  щаггында  эениш  мя’лумат  алмаг  цчцн  бах: 
Гюльрух  Алибейли,  «Наиба  Мусаева  -  феномен»,  «Зеркало»  гязети,  5 
март,  2011,  №  42,  сящ.40.  Гейд:  Яэяр  Эцлрух  ханым  Ялибяйлинин 
тя’биринъя  десям  мяним  «феномен»  баъым  Азярбайъан  Дювлят 
Университетиндяки  педогожи  фяалиййяти  иля  йанашы  Елмляр  Академийасынын 
Сумгайыт  шящяриндя  йерляшян  «Хлор  Цзвц  Бирляшмяляр  Институтунда» 
лабораторийа  мцдири  олмуш,  щямчинин  1990-1992-ъи  иллярдя  Таллиндяки 
Тарту Университетинин йарым штатлы баш елми ишчиси вязифясиндя чалышмышдыр. 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə