Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə3/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   2   3   4   5   6   7   8   9   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
13 
nəzərə  alındı  və  Prezidentə  göndərildi.  Göndərildi,  amma 
gedib 
çatmadı. 
Görəsən, 
Yaponiya 
imperatoruna 
ünvanlanan  sənədi  yapon  mə’muru  ona  çatdırmamağa 
cür’ət  edərdimi?  Ax,  mə’murlar,  mə’murlar.  Əlbəttə, 
aranızda  yaxşı  mə’murlar  da  var.  Yaxşı  olun,  ey 
Azərbaycan mə’murları. Yaxşı olun, ey dünya mə’murları. 
Xeyirxah  olun,  ey  mə’murlar!  Sizin  yaxşılığınız 
vacibdir!  Əsas  sizsiniz.  Bizlər  nəçiyik  ki?  Olsa-olsa  bir 
doktor,  yaxud  professor.  Məgər  doğrudanmı  «Əməkdar 
elm  xadimləri»nin  hamısı,  təvazökarlıqdan  uzaq  olsa  da, 
deməliyəm,  mən  kimi  əməkdardırlar?  200-dən  çox  elmi 
məqalə, 26 kitab, o cümlədən 4 divan, 5 monoqrafiya, fars 
dilindən  və  osmanlı  türkcəsindən  3  tərcümə  əsəri,  10-dan 
çox  şe’r  kitabı.  Çap  olunmuş  kitab  və  məqalələrim  ən  azı 
1000 çap vərəqindən artıqdır. Əməkdar deyiləmmi? 
 
Qəzəl 
 
Mənə dərd verməyin, öz dərdi-sərim var mənim, 
Ürəyim birsə də, min bir qəhərim var mənim. 
 
Mən də Sabir sayağı əyriyə həmvar demərəm, 
Sözü kəskin deyirəmsə, kədərim var mənim. 
 
Bağiban, hər alağı rədd eləyirsən, əhsən, 
Əcnəbi hər sözə qarşı çəpərim var mənim. 
 
Boş xurafatla məni qorxuda bilməz zahid, 
Aləmin çox xəbərindən xəbərim var mənim. 
 
Fras-ərəb mə’xəzinin bir çoxu mə’lumdu mənə, 
Şahin Fazil 
 
 
14 
Nəzəri çox deyimə öz nəzərim var mənim. 
 
Var adam millətinə bircə bəhər bəxş etməz, 
On kitabım var isə on bəhərim var mənim. 
 
Qubamın tarixini vəcd ilə aldım qələmə, 
Hələ elm aləminə çox səfərim var mənim. 
 
Yazıram tarixini xalqımızın şövq ilə, 
Bu vətən mülkünə, Şahin, səmərim var mənim. 
 (İkinci Divan, Bakı, 2005, səh.229) 
 
 
Hazırda  müstəqilliyimizdən  20  il  keçir.  Qətiyyən 
danmaq  olmaz  ki,  indi  Bakının  və  bə’zi  rayon 
mərkəzlərimizin 
xarici 
görünüşü 
müsbət 
mə’nada 
dəyişilib, xeyli körpü tikilib, yol çəkilib. Amma, alimlərin, 
müəllimlərin,  tibb  işçilərinin  maddi  vəziyyətləri  hələlik 
düzəlmir ki, düzəlmir, yaxud düzəldilmir ki, düzəldilmir. 
Amma, 
illər 
ötdükcə 
maddi 
vəziyyətimizin 
yaxşılaşacağına 
inamım 
böyükdür. 
Axı, 
bizim 
respublikamız  rəsmi  mə’lumata  görə  iqtisadi  inkişaf 
baxımından 
bütün 
dünyada 
ad 
çıxarmış, 
parlaq 
gələcəyimizin  yaxşı  təməlini  qoymuşdur.  Yaxşı  təməl 
nəticə  e’tibarilə  yaman  ola  bilməz.  Konstitusiyamız 
yüksək 
səviyyədə 
hazırlanmışdır. 
Qanunlarımız 
mahiyyətcə 
çox 
yaxşıdır 
və 
vətəndaşlarımızın 
mənafelərinə  xidmət  edir,  amma,  hələ  ki,  onların  bəziləri 
tam işlək deyil və lazımi şəkildə icra olunmur. 
Əməkdar  İncəsənət  xadimi,  yazıçı  Yasif  Nəsirli 
«Günəşlə  görüş»  kitabında  yazır:  «Ancaq,  Yaponiyada 


  Йапонийа сяфярнамяси 
 
 
15 
insanlar  öz  Allahlarını  yaxşı  tanıyırlar.  Allahsız  iş 
tutmurlar.  Burda  dövlətin  qanunları  işləyir.  Qanunlar  hər 
şeyi  həll  edir.  İnsanlar  öz  hüquqlarını  bilirlər  və  onu 
ləyaqətlə  müdafiə  edirlər»  (Yasif  Nəsirli.  Günəşlə  görüş, 
səh.50-51). 
Mətləbi çox uzatdım deyəsən. «Yaxşı» və «yaman» 
mövzusu  mənim  diqqətimi  həmişə  özünə  cəlb  edib. 
«Divan»ımda belə bir şe’r var: 
 
Ömür 
 
Yaxşıdı ki,  
adamların arasında 
yaxşı çox. 
 
Yamandı ki,  
yamanların sırasında 
yaxşı yox. 
 
Elə mənhus adam var ki,  
sinəsində ürək deyil, 
daş vurur, 
Biçinçi ot biçən təki  
boyun biçir, baş vurur... 
 
Elə ölməz ölüm var ki,  
elə şərəf, elə şan. 
Elə məhrəm zülüm var ki,  
istəmirik ola yan. 
 
Elə uzun ömür var ki,  
Şahin Fazil 
 
 
16 
ömür deyil, kömürdür. 
Elə qısa ömür də var 
Ömürdür! 
(Bax: Divan, Bakı, 1996, səh.324) 
Son  1-2  ayda  Azərbaycanda  rüşvətxorluq  və 
korrupsiyaya  qarşı  yeni  mübarizə  dalğası  coşub.  Belə  bir 
mübarizə 2005-ci ildə də başlanmışdı, amma dövlət orqan 
və idarələrində kütləvi hal alan «böyük» mübarizə dalğası, 
bir-iki  «kiçik»  faktı  çıxmaq  şərti  ilə,  rüşvətxorları  aparıb 
Xəzər dənizinə tökmədi. Üçüncü dalğanı gözləyirik.  
Beləliklə, 
əsas 
mətləbə 
keçirəm. 
Beləliklə, 
Yaponiya  səfəri,  Yaponiya  səfərnaməsi,  Yaponiya 
səfərnamə şe’rləri. 
2008-ci  ilin  dekabr  ayının  15-i  idi.  Bakı  Dövlət 
Universiteti  Şərqşünaslıq  fakültəsinin  professoru  Mirzə 
Rəhimov mənə zəng vurdu: 
- Necəsən? 
- Yaxşıyam. 
- Yaponiyaya getmək istərdinmi? 
Duruxdum: 
- Haraya? 
- Yaponiyaya! 
- Zarafat edirsənmi? 
- Qətiyyən. 
- Əlbəttə, getmək istərdim. Kim istəməz ki? 
- Sənə indi zəng edəcəklər. Yaponiyadan. 
5-10  dəqiqədən  sonra  zəng.  Doğrudan  da 
Yaponiyadan. 
-  Mən  Şaiqəm.  Mirzə  müəllim  Yaponiyanın 
Tohoku  Universitetinin  də’vətinə  sizin  razılaşdığınızı 
bildirdi. 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə