Microsoft Word salayev elxan docx



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix02.10.2017
ölçüsü0,65 Mb.
#2904
1   ...   18   19   20   21   22   23   24   25   26

66 

 

kadrlar  seçərkən  bu  cəhət  hökmən  nəzərə  alınmalıdır.  Burada  başlıca  cəhət 



işçinin  psixo-fizioloji  keyfiyyətinin,  iş  qabiliyyətinin  əmək  fəaliyyəti  ilə 

uyğunluğunun təmin edilməsidir. Bu isə hər bir, peşə-ixtisas üzrə işçilərə olan 

tələblər və həmin tələblərdən asılı olaraq peşə seçmə, peşə təmayülü və omların 

konkret  iş  sahələri  üzrə  yerləşdirilməsi  mexanizmi  vasitəsilə  həyata  keçirilir. 

Kadrlar  seçilərkən,  onların  peşəsini,  ixtisasını  və  təhsilini  nəzərə  almaq  hələ 

kifayət  deyildir.  Bu  zaman  onların  psixo-fizioloji  keyfiyyətidə  nəzərə 

alınmalıdır.  Peşə  seçmə  və  peşə  təmayülü  kadrların  əməyindən  istifadə 

olunmasında  mühüm  əhəmiyyətə  malikdir.  Bu  həmdə  əməkdən  istifadənin 

təşkilinin  mühüm  sistemidir.  Bu  sistemdə  ayrı-ayrı  əmək  fəaliyyətinin  və 

peşələrin  qarşılıqlı  xüsusiyyətlərinin  öyrənilməsi,  onlara  və  adamlara  olan 

tələblərin nəzərə alınması, həmin əmək fəaliyyəti üçün kadrların seçilməsidir.  

Heyət  seçilən  zaman  aşağıdakı  psixomotor  tələblər  nəzərə  alınmalıdır: 

işdə  tələb  olunan  hərəkət  tempi,  tələb  olunan  hərəkətverici  reaksiyanın  sürəti, 

işdə  ahəngdarığın  vəziyyəti,  hərəkətin  tələb  olunan  qaydada  əlaqələndirilməsi, 

hərəkətin  xarakteri,  daimiliyi,  hərəkətin  dəqiqliyi  (zaman  və  məkan  etibar  ilə 

hərəkətin məhdudluğu. 

Heyət seçilərkən aşağıdakı fizioloji tələblər nəzərə alınmalıdır: 

Tələb olunan fiziki səylər, gözün tələb olunan görmə qabiliyyəti, qulağın 

tələb  olunan  eşitmə  qabiliyəti,  tələb  olunan  yaddaş  qabiliyyəti,  orqanizimlərin 

hissetmə qabiliyyəti, fiziki və zehni fəaliyyətə, iş tempinə, rejiminə dözümlülük 

qabiliyyəti. 

Yuxarıda  göstərilən  psixo-fizioloji  tələblər  müəyyən  peşələrin  iş 

fəliyyətinə  uyğun  olaraq  seçilməsi  və  onun  əsasında  peşəqramanın  tərtib 

edilməsi  üçün  əsasdır.  Bu,  nəticə  etibarilə  adamların  iş  qabiliyyətinin 

artırılması, kadrların təlim sisteminin təkminləşdirilməsi üçün də vacibdir. 

Beləliklə heyətin peşə seçilməsi və peşə təmayülü aşağıdakı üç məsələni 

ə

hatə edir: hər bir peşənin adamlardan tələb etdiyi psixo-fizioloji keyfiyyətlərin 



öyrənilməsi,  seçilmiş  peşələr  üçün  adamlarım  yararlığının  təyin  edilməsi, 


67 

 

konkret  iş  sahəsində  işləməyə  töfsiyə  edilmək  üçün  işçinin  psixo-fizioloji 



keyfiyyətinin müəyyənləşdirilməsidir.  

Heyəti idarə etmədə rəhbərlərə, liderlərə xüsusi rol məxsusdur. Rəhbərin 

idarəetmə  mədəniyyəti  –  onun  peşəkarlığı  və  etikasının  sintezidir

25

.  Bu, 



məqsədləri düzgün qoymaq, “zəif cəhətləri” aşkar etmək, prioritet məsələləri və 

onların daha effektiv həlli metodlarını təyin etmək məharətidir, bu açıq çıxış və 

fərdi  söhbətlər,  koordinasiyanı,  effektiv  monitorinqi  həyata  keçirmək  və  şəxsi 

fəaliyyətin  proqnozlaşdırılması  bacarığına  malik  olmaqdır.  Nəhayət,  bu  - 

özünütəkmilləşdirmə  qabiliyyəti,  meydana  çıxan  problemləri  həllinə  yeni 

yanaşmaların  aşkar  edilməsi,  innovativ  fəaliyyəti  inkişaf  etdirmək  bacarığı  və 

onun  praktik  reallaşdırılmasına  yardım  etmək  bacarığıdır.  O,  xüsusi  nəzəri 

biliklər  və  praktik  vərdişlər,  təcrübə,  dürüst  məlumat,  faktların  düzgün 

təhlilində  intuisiyanın  olmasını  nəzərdə  tutur.  Rəhbərin  idarəetmə 

mədəniyyətinin parametrləri – iradə və qətiyyət, məsuliyyət və zamanı duymaq, 

insanlarla yaxşı münasibətlər qurmaq və onların məhsuldar işini əsaslandırmaq 

bacarığıdır.  Cəmdə  bu  amillər  effektiv  idarəetmə  üçün  üstün  əhəmiyyətə 



malikdir 

və  düzgün  siyasi,  sosial  və  iqtisadi  qərarların  qəbul  edilməsini  təmin 

edir. 

darəetmə 

mədəniyyəti 

rəhbərə  konkret  vəziyyətlərdə  düzgün 

istiqamətlənməyə,  cəmiyyətin  inkişaf  perspektivlərini  görməyə,  dövlətin 

inkişafının və rəqabət qabiliyyətinin yüksək dinamikasını təmin edən kulturoloji 

innovasiyaları  müdafiə  və  inkişaf  etdirməyə  kömək  edir.  Rəhbərin  idarəetmə 

mədəniyyəti 

mütərəqqi sosial-mədəni dəyişikliklərin keçirilməsi və böhranların 

aradan  qaldırılması,  inkişafın  bütün  səviyyələrində  harmoniyaya  nail  olmaq 

üçün elmi əsaslı təhlili yerinə yetirməyə imkan verir. 

Burada peşə yaradıcılığına təsir edən amillərin nəzərə alınması, yararlılıq 

dərəcəsinin  müəyyən  edilməsi  üçün  fizioloji  meyarların  eksperimənt  və  digər 

metodlarla  əsaslandırılması,  fizioloji  mexanizmlərin  öyrənilməsi,  bu  işdə  tibbi 

məsləhətlərdən,  həmin  işlərin  təşkilində  tibb  işçiləri  ilə  yanaşı  sosioloqlardan, 

                                                            

25

  darəetmə mədəniyyəti, (dərs vəsaiti) Fuad Məmmədov, Bakı 2013, səh 64 




68 

 

iqtisadçılardan,  psixoloqlardan,  onların  təmsil  etdikləri  elmi  sahələrin 



müddəalarından  geniş  və  kompleks  istifadə  edilməsi  böyük  əhəmiyyət  kəsb 

edir. 


 

Heyətin idarə edilməsində iqtisadi səmərəliliyini qiymətləndirmək etmək 

üçün  idarəetmə  quruluşunun  təkmilləşdirilməsinə  təsir  edən  amilləri  müqayisə 

etmək  lazımdır.  darəetmə  quruluşunun  təkmilləşdirilməsi  ardıcıl  və  bir  neçə 

mərhələdə  aparılır.  Əvvəlcə  təşkilat  quruluşu  və  idarəetmə  quruluşuna  təsir 

edən  amillər  təhlil  edilir  (təsərrüfatın  həcmi,  ixtisaslaşması,  istehsalın 

təmərküzləşməsi,  texnika  ilə  təmin  edilməsi,  kadrların  ixtisas  səviyyəsi  və  s. 

)elmi-tədqiqat  müəssisələrinin  zona üçün təklif  etdikləri  optimal  həcmə  uyğun 

olub-olmaması  müəyyən  edilir.  Bundan  başqa  mövcud  təşkilat  quruluşu  və 

idarəetmə  quruluşunun  bir-birinə  və  həcminin  mərkəzi  xidmət  bölmələrinə 

uyğunluğu  sahələrarası  əlaqə  istehsalat  vahidləri  və  xidmətedici  bölmələrdə 

normativ  və  yük  normalarına  əsasən  işlərin  sayı,  xidmət  və  ştat  vahidləri 

arasında  vəzifə  bölgüsünün  uyğunluğu  öyrənilir.  Bununla  yanaşı  idarə  aparatı 

işçilərinin  xüsusilə  orta  pillə  menecerlərinin  əmək  haqqı  səviyyəsinin 

dəyişdirilməsi imkanları müəyyən edilir. 

 

Mövcud idarəetmə  quruluşunda buraxılan nöqsanlar öyrənilir və  onların 



aradan  qaldırılması  üçün  tədbirlər  görülür.  darəetmə  quruluşunun  layihəsini 

tərtib etmək məqsədilə ilk sənədlərdən, biznes planlarından, illik hesabatlardan, 

elmi-tədqiqat  institutlarının  tövsiyyələri,  qanunlardan,  hüquqi  normativ 

aktlardan istifadə edilir.Yeni layihənin müzakirəsi zamanı aşağıdakılar tövsiyyə 

edilir: istehsal və xidmət  vahidlərinin vəziyyətini, onların perspektiv inkişafını 

obyektiv 

surətdə 

qiymətləndirilməsi, 

gələcək 

ixtisaslaşdırılması 

və 

təmərküzləşdirilməsi,  gələcək,  səmərəli  yerləşdirilməsi,  təsərrüfatda  olan  və 



yeni təşkil  ediləcək istehsalat vahidlərinin optimal həcmi, təsərrüfat  ərazisində 

onların yerləşdirilməsi. 

 

darəetmə  işçilərinin  optimal  sayını  müəyyən  etmək  üçün  onun 



nizamlanma və ixtisara alınma ehtiyatlarını aşkar etmək lazımdır. Bunun üçün 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə