M ə s i a ğ a M ə h ə m m ə d i
8
məqalədə müəllif özünü həm də püxtə bir
mətnşünas kimi göstərmişdir...
Məsiağa Məhəmmədi klassik və müasir
farsdilli ədəbiyyatı araşdırmaqla yanaşı, həm də
onun tərcüməsi, təbliği və tənqidi ilə məşğuldur və
bu sahədə onun fəaliyyəti elmi-ədəbi ictimaiyyətə
yaxşı tanışdır. Burada da həmin fəaliyyətin müəy-
yən nəticələri öz əksini tapmışdır: kitabda onun
“Heydərbabaya salam” poemasının fars dilinə
İranda çap olunmuş tərcüməsi haqqında rəyi, eləcə
də Şəhriyarın iri həcmli bir şeirinin farscadan
dilimizə tərcüməsi yer almışdır. Böyük Mövlanaya
həsr edilmiş bu şeir (mən onu tam cəsarətlə,
poema adlandırardım) Şəhriyarın bədii təxəyyülü-
nün qüdrətini və özünəməxsusluğunu göstərmək
baxımından çox maraqlıdır. Məsiağa bədii
mətnlərə öz akademik yanaşmasına uyğun olaraq,
həmin şeiri filoloji tərcümə edib. Bildiyim qədəri,
onun tərcüməsi əsasında bu şeirin iki müxtəlif
poetik tərcüməsi də meydana çıxıb və dövri
mətbuatda işıq üzü görüb.
Mən Məsiağa Məhəmmədinin elmi-ədəbi
yaradıcılığına kifayət qədər bələd bir adam kimi
deyə bilərəm ki, o, daim öyrənilməmiş, yaxud az
öyrənilmiş mövzulara üz tutur, bütün hallarda
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
9
araşdırma predmetinə özünəməxsus və fərqli ya-
naşmasını ortaya qoyur. Oxuculara təqdim olunan
kitab da bu baxımdan istisna deyil. Məhz bu
cəhətinə görə inanıram ki, həcmcə kiçik, lakin
sanbalca böyük olan bu kitab Şəhriyar tədqi-
qatçıları üçün mötəbər qaynaq rolunu oynayacaq,
oxucuların dahi şairi daha yaxşı tanımasına, onun
poetik dünyasının incəliklərini daha dərindən dərk
etməsinə vəsilə olacaq, dəyərincə xidmət
göstərəcəkdir...
Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas
02.11.2015
M ə s i a ğ a M ə h ə m m ə d i
10
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
11
ŞƏHRİYAR VƏ ZƏMANƏMİZ
yaxud
«İPƏKDƏN QƏZİL OLMAZ»
Poeziya yaranandan bəri üç mövzu onun
əsasını təşkil edib: ayrılıq, məhəbbət və ölüm. Bu
mövzuların bədii yaradıcılığın təməlində durması
əslində insanın bir varlıq kimi təbiəti, yaradılışının
xarakteri ilə şərtlənib. Həmin şərtlənmə ümumən
insanın mahiyyəti və xislətinin istər mifoloji, istər
dini, istərsə də elmi-fəlsəfi izahı ilə təsdiq olunur.
Və hər şair öz istedadı, başqa sözlə, vücudunda
daşıdığı ilahi nurun – çınqının hərarəti səviy-
yəsində (və dilin məhdud imkanları çərçivəsində)
göstərilən mövzuları qələmə alır, onların fərdi
ifadəsini, şərhini, açımını və həllini təqdim edir.
Nəticə etibarilə həmin mövzular heç zaman və heç
bir şairin yaradıcılığında ifadə potensiyasını
tükəndirmir, qəti həllini tapmır və ona görə də
əbədi mövzular statusunda yaşayaraq, dünyanın
sonuncu şairinə doğru yolunu davam etdirir.
M ə s i a ğ a M ə h ə m m ə d i
12
Şair və “yalan dünya”
Bu mövzuların çözümünə yönəlmiş poeziya
apriori olaraq, dünya ilə antitezaya girir: ayrılıq –
insanların fani dünyaya bağlılığına (sufi şairlərin
«təəllüq» dedikləri şeyə), məhəbbət – ictimai
birgəyaşayışa əsaslanan dünyadakı nifrət və
ədavətə, nəhayət, ölüm – cismani həyat ehtirasına
(Şəhriyar demişkən, insanın qəbri görə-görə
dünyadan həmişəlik şadlıq ummaq cəhdinə),
mənası-məzmunu ötəri həzzi və müvəqqəti
mövcudluğu təmin etmək uğrunda savaşdan və
daimi iztirabdan ibarət olan ömrə qarşı dayanır.
Poeziya – dünya içində dünya deyil, dünyaya qarşı
duran dünyadır. Onun əbədi müxalifət funksiyası
da buradan doğur. Bu funksiyanı müxalifət
anlayışının dar mənasında konkretləşdirmək
istəsək, deməliyik ki, heç bir ictimai sistem, sosial
həyatın istənilən formada təşkili poeziyanın
kamillik və harmoniya idealına uyğun gəlmir və
gələ də bilməz. Çünki həmin idealın bu dünyaya
yox, başqa bir aləmə dəxli var:
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
13
Şairin aləmi ölməz, ona aləmdə zaval yox,
Arzular orda nə xatırlaya imkandı, mahal yox,
Baği-cənnət kimi orda «bu haramdır, bu halal» yox,
O məhəbbətdə məlal yox,
Orda haldır, daha qal yox.
Klassik şerimizdə «dünya» sözü sabit şəkildə
«din» məfhumunun (ruhani, mənəvi həyat kimi
ümumi anlamda) antonimi kimi işlədilir. Bir də
həmin sözün «dəni» (alçaq) kəlməsindən çıxarılan
poetik etimologiyası verilir. Belə olduğu halda
ruhani başlanğıca, ülvi aləmə, mənəvi dünyaya
bağlı olan şair bu «alçaq» dünyanı – «qilu-qal» və
«halal-haram» dünyasını qəbul edə, «dünya
adamı» ola bilməz.
«Fərzanələrin atdığı, divanələrin qapıb
tutduğu» bu dünyada şair yaddır, qəribdir:
… Bilmirəm hardayam, bura haradır,
Ev-eşik yad gəlir hələ gözümə,
Elə bil qalmışam keçənlərdə…
«Keçənlər» heç də fərdi həyatın hansısa ke-
çilmiş mərhələsi deyil, uzaq, çox uzaq bir keç-
mişdir – klassik şeirdə «Ələst məclisi» kimi xa-
Dostları ilə paylaş: |