M ə s i a ğ a M ə h ə m m ə d i
44
olur – Şəhriyar şeiri də bu emosional reaksiyanı
ifadə etdiyindən xalqın müxtəlif təbəqələrinin
rəğbətini qazanmışdır: «Şəhriyar bu dəyişiklik
prosesi ilə addımbaaddım bərabər getmiş, nə
ənənəçilər kimi geridə qalmış, nə də novatorlar
kimi qabağa düşmüşdür, ona görə də sənətkar
həyatının bütün mərhələlərində
cəmiyyət
tərəfindən doğmalıq və həmdərdlik hissi ilə
qarşılanmışdır».
Başqa sözlə, Şəhriyar yaradıcılığının bütün
dövrlərində insanların ürəyindən xəbər verən
sözləri qələmə almış və bu üzdən ümumxalq
sevgisi ilə əhatə olunmuşdur. Bu, Şəhriyara XX
əsr İran poeziyasında müstəsna mövqe qazandıran
beşinci səbəbdir.
Şəhriyar poeziyasındakı nostalji ruhu, uşaqlıq
illərinə (= keçmişə) qayıdış meyli də qeyd olunan
emosional reaksiyanın nəticəsidir, kövrəklik,
nisgil, itirilmiş dünya həsrəti məhz bunun
təzahürüdür. Siyavuş Kəsrayi əbəs yerə demirdi ki,
Şəhriyarın hər kəlməsinin arxasında altmış illik
xatirə dayanır. Fəridun Müşiri isə Şəhriyara həsr
etdiyi şeirdə onu «dövranın gözündə yuvarlanmış
yaş» adlandırırdı.
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
45
Bütün bu deyilənlərdən Şəhriyarın Nima
Yuşicin vəfatı münasibətilə yazdığı şeirdə öz
yaradıcılığını “dünənin uduzmasına ibrət” kimi
səciyyələndirməklə, nəyə işarə etdiyi aydınlaşır.
Qeyd edək ki, modernləşmənin doğurduğu
böhran, sosial-mədəni islahatların paradoksları,
texnoloji dəyişikliklərin fəsadları Şəhriyarın
farsdilli şeirlərində olduğu kimi, ana dilində
yazdığı əsərlərdə kifayət qədər parlaq ifadəsini
tapmışdır və bu baxımdan onun «Getdi» rədifli
qəzəli səciyyəvidir:
Yığdı xeyrü bərəkət süfrəsin ehsan ilə getdi,
Əmn-amanlıq da yükün bağladı, iman ilə getdi…
Silo dair olalı hər nə dəyirman yığışıldı,
Amma xalis-təmiz unlar da dəyirman ilə getdi.
Müstəbid sultanı saldıq ki, ola xəlqimiz azad
Sonra baxdıq ki, azadlıq da o sultan ilə getdi…
Dedi insanımız azdı, hamı insan gərək olsun,
Amma insanlığımız da o az insan ilə getdi…
İstədik qanla yuyaq ölkəmizin ləkkəsin, amma
Ölkəmiz xalis özü ləkkə olub qan ilə getdi…
M ə s i a ğ a M ə h ə m m ə d i
46
Hava insanı boğur, baş-başa qaz-karbonik olmuş,
Yel də əsmir, elə bil yel də Süleyman ilə getdi…
Hazırkı qloballaşma şəraitində modernləşmə-
nin yeni mərhələsi ilə üzləşən Şərq aləmi, o
cümlədən, İran və Azərbaycan mühiti üçün
Şəhriyar yenə də aktualdır, bir çox müasirlərindən
və poetik rəqiblərindən fərqli olaraq, öz sözü ilə
XXI əsrə adlamışdır, onun poeziyası zamanın sına-
ğından və ədəbi döyüşlərdən qalibliyyətlə
çıxmışdır.
«İnşallah ki, qalibəm mən!» – deyirdi böyük
Füzuli. Bu söz Şəhriyara da aiddir. Əgər bu gün
ona İranın milli şairi statusu verilibsə, onun vəfat
günü milli şeir günü kimi qeyd olunursa, doğma
yurdunun Güneyində və Quzeyində misraları dillər
əzbəridirsə, Şəhriyar, həqiqətən də, qalibdir.
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
47
“
HEYDƏRBABA” FARS DİLİNDƏ
yaxud
“ŞƏHRİYAR SAĞ OLSAYDI…”
Ulu Şəhriyarın ölməz «Heydərbabaya salam»
poeması indiyə qədər dörd dəfə fars dilinə tərcümə
edilmişdir. Təbrizdəki «Ayin» nəşriyyatında isə
böyük şairin şah əsərinin fars dilinə yeni – beşinci
tərcüməsi beş min nüsxə tirajla çapdan çıxmışdır.
Tərcümə
Məhəmməd Nəqi Nasirülfüqəra
(Azərpuya) tərəfindən həyata keçirilmişdir.
Kitabın əvvəlində «Ayin» nəşriyyatının
redaksiya şurası tərəfindən hazırlanmış giriş
məqaləsi verilmişdir. Bu məqalədə oxuculara
Şəhriyarın şəxsiyyəti, yaradıcılıq yolu, üslubu
haqqında yığcam elmi bilgi çatdırılır. Daha sonra
mütərcimin «Heydərbabaya salam» poemasının
farscaya tərcüməsi üzərində işinin başlıca
məqamlarını işıqlandıran qeydləri ilə tanış oluruq.
Mütərcimin yazdığına görə, onun bu məsuliyyətli
işə girişməsində üç şəxsin həlledici rolu olmuşdur.
M ə s i a ğ a M ə h ə m m ə d i
48
Bunlardan birincisi, ustad Şəhriyarın yaxın
dostu, «Şəhriyarın xəlvətində» adlı kitabın müəllifi
Böyük Nikəndiş Növbər, ikincisi, böyük
Azərbaycan şərqşünası, mərhum professor Rüstəm
Əliyev, nəhayət, üçüncüsü, İran alimi və ədibi
doktor Mehdi Rövşənzəmir olmuşdur. Şəhriyarın
şəxsiyyətinə və yaradıcılığına dərindən bələd
olmuş məhz bu üç söz sərrafı ilə söhbətlər
M.N.Nasirülfüqaranın «Heydərbaba»nın farscaya
daha adekvat tərcüməsi sahəsində fəaliyyətinə
təkan vermiş, onu bu çətin meydanda qələmini
sınamağa həvəsləndirmişdir.
Mütərcimin ön sözdə vurğuladığı daha bir
məqam xüsusi maraq doğurur. İşin başlanğıcında
o, qarşısına «Şəhriyar farsdilli olsaydı, poemanı
hansı vəzn və intonasiya ilə yazırdı?» sualını
qoymuş və istər-istəməz dahi Firdovsinin
«Şahnaməsi» üzərində dayanmışdır. Mütərcimin
fikrincə, aralarında min illik bir məsafə olsa da, bu
iki söz ustadı – Şəhriyar və Firdovsi arasında bir
çox ümumi cəhətlər vardır. Firdovsi islamdan
əvvəlki İran əsatir və dastanlarından, Şəhriyar da
öz xalqının folklorundan bəhrələnib ilham almış və
ölməz abidələr yaratmışlar. Firdovsi «Şahnamə»ni
ərəb istilası nəticəsində fars dili və mədəniyyətinin
Dostları ilə paylaş: |