Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   2   3   4   5   6   7   8   9   ...   30

 

13 


Biz yuxarıda dərsin standartlara uyğun məqsədlərinin,  

dərsin metodikasının müəyyənləşdirilməsi haqqında bəhs etdik. 

Dərs planında motivasiyaya hazırlıq görülməsi də  nəzərdə 

tutulur. 

Motivasiya  əslində  dərsin problemidir. Dərsin 

məqsədindən asılı olaraq müəllim problemi müəyyənləşdirir: 

müzakirəyə  nəyi çıxaracaq?  Əsl problem çoxlu fərziyyələr 

doğurur. Fərziyyənin bolluğu problemin tutumundan asılıdır. 

Həmin fərziyyələri bir məxrəcə  gətirmək üçün tədqiqat sualı 

tapılmalıdır. Tədqiqat sualı sehrli çıraqdır. Yeni biliyin kəşf 

olunmasına doğru gedən yolu işıqlandıracaq gücə malikdir. 

Tədqiqat sualı  uşağın idrak mexanizmini fəaliyyətə  gətirir. 

Dərsin gedişində hamını özünə  cəlb edən də  məhz tədqiqat 

sualıdır. Buna görə  də psixoloqlar dərsin bu mərhələsini 

“motivasiya” – müzakirəyə  cəlb edən səbəb adlandırırlar. Bu 

həm dərsə, həm də  şagird təfəkkürünə  təsir edən güclü bir 

amildir. Sualın qoyuluşu elə olur ki, ona bir cümlə ilə cavab 

vermək mümkün olmasın. “Hə” və “yox” sözləri də kara 

gəlməsin. Sual düşünməyə, idraka təsir etməlidir. Bu da əslində 

şagirdin müstəqilliyinə, sərbəstliyinə  gətirib çıxarır. Uşaq öz 

fikrini “mənə elə  gəlir ki..,” “belə fikirləşirəm ki,” “məncə..,” 

“dərindən düşünəndə..,” “mənim fikrimcə” kimi sözlərlə 

başlayır. Onun cavabları    şagirdi müəllimin: “düz fikirləş-

mirsən!”, “doğru deyil!”, “bəlkə bir az da fikirləşərsən” kimi 

təhqiramiz ifadələrindən xilas edir. Dərsin bu mərhələsinin 

lazımi səviyyədə başlaması onun sonrakı uğurlarının əsası olur.  

Müəllimlər üçün metodik vəsaitdə “Uşaq və buz” 

şeirinin motivasiyası belədir.  “Müəllim  şagirdlərə tapmacalar 

söyləyir: 

1) Odda yanmaz, 

 Suda batmaz.  

                              (buz) 

 

 

14



2) O nədir ki, kökü yuxarı bitər.  

                               (sırsıra) 

3) İşım-işım işıldar, 

Xəzəl kimi xışıldar.  

                                (qar) 

4) Adi halda axaram 

Oda qoysam qaynayaram 

Göyə qalxsam uçaram 

Soyuq olsa donaram.  

                                (su, buxar, buz) 

Müəllim  şagirdlərə bu tapmacaların cavabını tapmağı 

tapşırır. Cavablar yazı taxtasında qeyd olunur. Müəllim 

şagirdlərə  dərslikdən M.Ə.Sabirin “Buz” şeirini oxumağı  təklif 

edir. Bu motivasiya şagirdlərə suyun təbiətdə üç halda olduğunu 

öyrətmək üçün məqbuldur. Lakin əgər müəllim yuxarıda misal 

gətirdiyimiz məqsədlərdən hər hansı birini seçsə  şübhəsiz 

motivasiyanı da dəyişmək olacaq. Məsələn,  əgər “insan çətinə 

düşərsə, (buzda sürüşüb yıxılarsa) özünü necə aparmalıdır?” Bu 

tezisi müzakirəyə  çıxarmağı qarşısına məqsəd qoyubsa onda 

dərsin motivasiyası da dəyişməlidir. Müəllim tədqiqat sualını 

planda qeyd etməli, ona müvafiq motivasiya hazırlamalıdır. 

Dərsin növbəti mərhələsi tədqiqatın aparılmasıdır. Tədqiqat sualı 

qoyulan kimi onun aparılması mərhələsi gəlir.  

Müasir təlim texnologiyalarında seçim üçün kifayət qədər 

metodikanın olması.  Ən vacib texnologiyanın seçilməsinin 

zəruriliyi.  

Tədris prosesində  şagirdi və müəllimi belə bir sual 

düşündürür: “Məqsədə çatdıqmı?” Müəllimi isə belə bir sual 

düşündürür: şagird standartlara uyğun biliklər qazandımı? Şagird 

düşünür: “Biliklərim kifayətdirmi? Bu suallara qiymətləndirmə 

cavab verir. Yeni qiymətləndirmə bizim adət etdiyimiz və 

rəqəmlərlə işarələdiyimiz nəticə deyil. Tədris olunan mövzu üzrə 

mövcud biliklərə  və bacarıqlara çatmaq üşün optimal yolları 




 

15 


müəyyənləşdirən vasitədir. Qiymətləndirmənin nəticəsini  şagird 

bir cavabdeh kimi gözləmir. O, prosesin içində müəllimlə birgə 

fəaliyyətdə olur. Onu analiz edir, bu zaman intellektini itiləyir və 

nəticələrə özü gəlir.  Əgər bir şeyi bu prosesdə öyrənirsə, onu 

tədqiqatçı kimi başa düşür. Qiymətləndirmə ana dilinin zərifli-

yini, özünəməxsusluğunu öyrənmək yolunda şagird üçün bir 

xəritə rolunu oynayır. Müəllim bu xəritəni hələ  dərsi planlaş-

dırarkən çəkir. Əslində dərsin planlaşdırılması, onun metodikası 

qiymətləndirməyə gedən yolun ən etibarlı magistralı  olur.  

 

 

 

 

 

16



“ANA DİLİ” TƏDRİSİNİN VƏ  

DƏRSLİKLƏRİNİN TARİXİ ƏNƏNƏLƏRİ 

 

İlk ibtidai məktəb dərsliklərimizin yarandığı gündən 



dilin sadəliyi, məntiqliliyi, obrazlılığı  əsas məqsəd kimi qarşıda 

dururdu. İlk dərsliklərimizdən birinin müəllifi olan A.Bakıxanov 

yazırdı:”Mən nə  qədər axtardımsa uşaqların təlimi üçün elə bir 

kitab tapa bilmədim ki, o asan  anlaşılan bir dil ilə onların əxlaq 

gözəlliyinə  dəlalət etsin... Bu kitablarda “Uşaqlıqda öyrənilən 

elm daşa qazılmış şəkil kimidir” zərbül-məsəlinin məzmunundan 

qəflət olunur. Uşaq yaşlarında hər zamandan daha artıq  əxlaq 

gözəlliklərini onlara öyrətmək lazımdır.” (12, 5)  

Dərslik müəllifi insan ağlının böyük əhəmiyyətini qeyd 

edirdi.Uşaqları başa salırdı ki, insan özündən qat-qat güclü olan 

heyvanlara və ya təbiətin başqa qüvvələrinə yalnız öz ağlı ilə 

qalib gəlir: ” Ey mənim  əzizim! Sən insansan, Allah insanı 

dünyada hər  şeydən yaxşı yaratmışdır. Görmürsənmi kı, 

heyvanlar o qədər böyük bədən və güc ilə insanın əlində əsirdilər. 

Bu isə  işi yaxşı bacarmaq səbəbindəndir.  İnsanlar arasında hər 

kəs çox bilikli və  iş bilən olsa, həmişə hörmətli olar. Deməli, 

gərək iş bilmək və yaxşılıq etmək qaydalarını o adamlardan 

öyrənmək lazımdır ki, onlar həyatda təcrübəli və qabiliyyətli 

olmuşlar.” (12, 5)  

A.Bakıxanov  şagirdlərin intellekt qabiliyyətlərinə  təsir 

etməyə xüsusi əhəmiyyət verirdi. Ona görə  də onun 

nəsihətnamələrində elmin əhəmiyyəti haqda deyimlər xüsusi yer 

tuturdu. Bakıxanovun nəsihətnamələrindən oxuyuruq:  

“-Elm və kamalı  əldə etməyi hər  şeydən daha əziz tut. 

Çünki hər şeyi onların vasitəsilə əldə edirlər.” (11, 7) 

“-Hər ürəyin istəyəni eləmə, bəlkə ağlın istəyəni icra et. 

Çünki ağıl yaxşı və pisi bir-birindən ayıra bilər. (12, 9)  



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə