Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə201/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   196   197   198   199   200   201   202   203   204

 

580


dövlətlər  isə  bu  enerjidən  faydalanmağa  çalışırlar.  Böyük 

dövlətlər  kiçik  dövlətləri  öz  ətraflarına  toplayaraq  həm  də 

onlardan  enerji  alırlar  və  onlara  enerji  verirlər.  Qarşılıqlı  enerji 

mübadilələri  həyata  keçirilir.  Bununla  yanaşı,  beynəlxalq 

münasibətlərdə  tarixən  mövcud  olmuş  münasibətlər  şəbəkəsinin 

xüsusiyyətləri  də  bu  bölmədə  öz  əksini  tapıb.  Münasibətlər 

sistemində  öz  xüsusiyyətlərinə  görə  dəmir  və  rezin  tərkibli 

maddələrə bənzədilən münasibətlərin mövcudluğu qeyd edilir.  

Kitabın  üçüncü  fəsli  isə  dünyanı  narahat  edən  qlobal  sülhə 

həsr edilir. Qlobal sülh anlayışı bir çox siyasətçiləri, tədqiqatçıları, 

filosofları,  humanist  qəlbli  müdrik  şəxsləri  maraqlandırır.  Hələ  I 

Dünya  müharibəsindən  sonra  məşhur  ABŞ  prezidenti,  dünya 

humanisti  Vudro  Vilson  Avropa  xalqları  içərisində  əbədi  və 

ədalətli  sülhün  əldə  olunması  və  müharibələrin  birdəfəlik 

qarşısının  alınması  ideyaları  ilə  çıxış  edirdi  və  öz  siyasətini  bu 

istiqamətdə  qurmuşdu.  Sülh  şəraitində  yaşamaq,  sülh  yollarının 

nəzəri  ideyalarını  axtarmaq  bir  çox  tədqiqatçıları  maraqlandırır. 

Kitabın  bu  fəslində  dünya  dövlətləri  aralarında  qlobal  sülhə  nail 

olmaq  üçün  bəzi  istiqamətverici  ideyalar  öz  əksini  tapmışdır. 

Qlobal  sülhün  təmin  olunması  üçün  güclü  şəkildə  silahlanmanın 

qarşısının  alınması  və  sərhədlərin  şərti  olması,  xalqların 

qohumlaşması kimi elmi və elmi publisistik fikirlər bildirilmişdir. 

Ermənistanla-Azərbaycan  arasında  baş  verən və  hələ də  barışığın 

mövcud  olmadığı  Cənubi  Qafqazda  sülhün  vacibliyi  öz  əksini 

tapmışdır.  Belə  qənaətə  gəlinmişdir  ki,  bir  işğal  faktı  və  işğala 

haqq  qazandırılması,  milyondan  çox  insanın  hüquqlarının 

pozulması  və  bu  vəziyyətə  beynəlxalq  ictimaiyyətin  laqeyid 

münasibəti  beynəlxalq  hüququn  bütün  prinsipləri  üzərindən  qara 

xət çəkməkdədir. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 

işğal  edilməsi  Ermənistana  külli  miqdarda  iqtisadi  və  siyasi 

zərbələr  vurmuşdur.  Bu  fəsildə  aparılmış  elmi  araşdırmalar 

nəticəsində 

Ermənistan 

tərəfindən 

işğalın 

dayandırılması, 

torpaqların azad  edilməsi siyasətinin Ermənistan  üçün çox böyük 

fayda verəcəyi qənaətinə gəlinmişdir. 




 

581


Qlobal  sülhün  təmin  edilməsi  üçün  ümumdünya  sülh  siyasəti 

sisteminin  möhkəmləndirilməsi  siyasəti  də  öz  əksini  tapmışdır. 

Sülh  siyasəti  sistemi  yaratmaqla  bütün  dünyada  təcavüzkarlığın 

qarşısını almaq mümkündür. Tədqiqatın başlıca istiqamətlərindən 

biri  dünyanın  sülh  siyasəti  sisteminin  tarixi  dövr  və  mərhələlərə 

bölünməsini  müəyyən  etməkdən  ibarət  olmuşdur.  Dövlətlər 

adlanan  subyektlərin  meydana  gəldikləri  ilk  vaxtlarda  Qədim 

Şərqdə  sülh  qaydalarının  mövcud  olduğu  tədqiq  edilmişdir.  Onu 

da  nəzərə  almaq  lazımdır  ki,  dünyanın  sülh  siyasəti  sisteminin 

yaranması  dövrləri  və  mərhələləri,  tarixi  dövrlərə müvafiq olaraq 

xüsusiyyətləri gələcək tədqiqatlarda öz əksini tapacaqdır.  

Ümumiyyətlə,  kitab  ayrı-ayrı  vaxtlarda  yazılmış elmi və elmi 

kütləvi məqalələr-ideyalar, nəzəriyyələr toplusundan ibarətdir. Bu 

məqalələrin  böyük  əksəriyyəti  internetdə  yayımlanır,  bəzi 

məqalələr isə mətbuatda dərc edilib.  

  

  




 

582


İ

STİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT VƏ MƏNBƏ: 

 

Azərbaycan dilində:  

 

Azərbaycan Konstitusiyası. 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi. 

Heydər Əliyev. Azərbaycan nefti dünya siyasətində. “Azərbaycan 

nəşriyyatı -1997.  

 

Bir  qrup  hərbi  qulluqçuya  və  onların  ailə  üzvlərinə  yüksək 



dövlət  mükafatlarının  təqdim  edilməsi  mərasimində  Azərbaycan 

Prezidenti,  Ali  Baş  Komandan  Heydər  Əliyevin  nitqi  -  17  mart 

1999-cu 

il 


http://library.aliyev-heritage.org/print.php?lang= 

az&page=271489.  

 

2010-cu ildə Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam 



etdirir.  Prezident  İlham  Əliyevin  sədrliyi  ilə Nazirlər Kabinetinin 

2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına 

həsr  olunmuş  iclası  keçirilmişdir.  Azərbaycan  Prezidenti  İlham 

Əliyevin  yekun nitqi. “Azərbaycan” qəzeti, №79, 15 aprel 2010-

cu il. 

 

PREZİDENT 



İLHAM 

ƏLİYEV 


“...O 

ZAMAN 


ERMƏNİSTANIN 

MÖVQEYİ 


DAHA 

DA 


SƏRTLƏŞƏ 

BİLƏR”.  Prezident  İlham  Əliyev  oktyabrın  9-u  Kişinyovda 

Azərbaycan  Televiziyasına  müsahibə  verib.  “Media  forum”  saytı 

müsahibəni 

qısa 

ixtisarla 



oxucuların 

diqqətinə 

çatdırır. 

http://www.baksam.com/news/prezident_ilham_liyev_o_zaman_e

rmnistanin_movqeyi_daha_da_srtls_bilr/2009-10-10-213. 

 

Azərbaycan 



Respublikası 

Dağlıq 


Qarabağ 

bölgəsinin 

azərbaycanlı  icmasının  mərkəzi  qərargahının  açılışı  olmuşdur. 

Prezident  İlham  Əliyev  açılışda  iştirak  etmişdir.  Azərbaycan 

prezidenti 

İlham  Əliyevin  nitqi.  “Azərbaycan”  qəzeti, 

№143(5544), çərşənbə 7 iyul 2010-cu il.  



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə