Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə200/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   196   197   198   199   200   201   202   203   204

 

577


NƏTİCƏ: 

 

Siyasət  özündə  dövlətin  fəaliyyətinə  dair  ideyaları,  baxışları, 

mövqeləri  birləşdirən  bir  elm  sahəsidir.  Siyasətşünaslıq  elminin 

əsas tədqiqat obyektləri içərisində siyasət subyektlərinin fəaliyyət 

sahələri 

və 


siyasət 

subyektlərinin 

fəaliyyət 

(hərəkət) 

xüsusiyyətlərinin  araşdırılması  da  mühüm  əhəmiyyət  kəsb  edir. 

Siyasət  subyektləri  (siyasətlə  məşğul  olan  qurumlar,  şəxslər)  və 

subyektlərin  öz  maraqlarını  təmin  etmək  üçün  təşkil  etdikləri 

cansız  siyasi  vasitələr  (hüquq  normaları  toplusu  olan  sənədlər.- 

sənədlərdə  siyasətin  əsas  istiqamətləri-icra  yolları,  üsulları  və 

vasitələri  öz  əksini  tapır,  həmçinin  vəzifə  və  səlahiyyət  bölgüsü, 

funksiyalar  müəyyən  edilir)  hərəkət  sayəsində  dövlətin  və 

cəmiyyətin  inkişafına  nail  olmaq  olur.  Siyasət  vasitələrinin 

hərəkəti  nəticəsində  maraqlar  üçün  istiqamətlər  müəyyən  edilir. 

Bu  istiqamətlərin  müəyyən  edilməsi  həm  təcrübədən  irəli  gəlir, 

həm də yeni ideyaların meydana gəlməsi və icrası istəkləri zamanı 

baş  verir.  Subyekt  öz  hərəkətini  (fəaliyyətini)  zamana  müvafiq 

qaydada  meydana  gələn  maraqlarına  uyğun  şəkildə  qurur. 

Dövlətin  və  cəmiyyətin  siyasi  cəhətdən  inkişafı  məhz  özündə 

vasitələr və onların hərəkət trayektoriyalarını birləşdirən sxematik 

proseslərin  nəticəsində  əmələ  gələn  və  dəyişən  vəziyyət  kimi 

xarakterizə  edilməlidir.  Bu  kitabda  irəli  sürülən  fikirlərdən, 

təhlillərdən belə bir qənaətə gəlmək olar ki, siyasət daima özündə 

vasitələrin hərəkətini ehtiva edən bir məfhumdur. Bütün maraqlar 

hərəkətlər  üzərində  qurulur,  hərəkətlər  edildikcə  maraqlar 

meydana  gəlir,  yeni  tələbatlar  üzə  çıxır.  Maraq  və  hərəkət 

qarşılıqlı  törəmə  xüsusiyyətlərinə  malik  olur.  Hər  bir  hərəkət 

trayektoriyasının  müəyyən  məsafəsində  yeni-yeni  tələbat  və 

maraqlar  meydana  gəlir.  Tələbat  və  maraqların  meydana  gəlməsi 

trayektoriyanın  müəyyən  məsafələrində  ardıcıl  olaraq  törədilən 

siyasi  hadisələrdən  baş  verir.  Bu  kitabın  birinci  fəslində  belə  bir 

qənaətə  gəlinir  ki,  cəmiyyətin  və  dövlətin  inkişafı  subyektlərin 

dövlət  sərhədləri  daxilində  və  xaricində  törətdikləri  siyasi 

hadisələrin 

məqsədəuyğunluğundan, 

zamanın 

tələbinə 




 

578


müvafiqliyindən  və  siyasi  hadisələrin  tələbat  və  maraqlara  cavab 

verəcək  səviyyədə  törədilməsindən  asılıdır.  Həmçinin  belə  bir 

prinsip  də  öz  əksini  tapıb  ki,  siyasi  inkişaf  dövlətin  bütün 

sahələrində  meydana  gələn  inkişafın  cəmindən  asılıdır.  Dövlətin 

siyasi  inkişafı  “şaxələnmə”  trayektoriyası  ilə,  eyni  zamanda 

maraq  üzərinə  maraq,  tələbat  üzərinə  tələbat  əlavə  edilməklə 

təmin  edilə  bilər.  Bununla  yanaşı,  qeyd  edilir  ki,  siyasi  vasitələr 

maraqlara  və  tələbata  lazımi  anda  cavab  verməklə,  reaksiya 

göstərməklə,  siyasi  inkişafın  təmin  edilməsinə  nail  olmaq  olar. 

Eyni zamanda onu da qeyd etmək olar ki, siyasi inkişaf həmçinin 

siyasi  hadisələri  törətmə  mərkəzlərinin  sayının  çoxalmasından  da 

asılıdır.  Siyasi  hadisələri  törətmə  mərkəzləri  şəbəkəsi  yaranan 

zaman  siyasi  vasitələrin  də  sayı  artır  və  hərəkət  trayektoriyası 

genişlənir. 

Hərəkət 

trayektoriyası 

genişləndikcə 

siyasət 


müstəvisində  çoxtərkibli  və  rəngarəng  elementlərin  sayı  və 

hərəkəti  artır.  Qarışmış  siyasi  hərəkət  müstəvisi  siyasi  inkişafı 

təmin  edən  vasitəyə  çevrilir.  Hər  bir  sahədə  olan  ardıcıl  hərəkət 

ümumilikdə dövlətin və cəmiyyətin inkişafına xidmət edir. Ardıcıl 

və  fasiləsiz  hərəkətlər  inkişafın  əsaslarını  təşkil  edir.  Dövlətin 

mühüm  funksiyası  da  cəmiyyətin  ayrı-ayrı  istiqamətləri  üzrə 

davamlı hərəkətləri təmin etməkdən ibarətdir. Bu baxımdan 2002-

ci  ilin  martında  Meksikanın  Monterey  şəhərində  Davamlı 

inkişafın 

maliyyələşdirilməsinə 

həsr 

olunmuş 


konfransın 

sənədində  qeyd  olunur.  (Monterey  Razılaşması-Maddə  11.)  -

Ədalətli  idarəetmə  davamlı  inkişaf  üçün  mühüm  əhəmiyyət  kəsb 

edir.  Milli  iqtisadi  siyasət,  əhalinin  tələbatına  cavab  verən 

möhkəm  demokratik  institutlar  və  infrastrukturların  təkmiləş-

dirilməsi-davamlı  iqtisadi  artımın,  yoxsulluğun  ləğv  edilməsinin 

və  yeni  iş  yerlərinin  açılmasının  əsasıdır.  Həmçinin  azadlıq,  sülh 

və  təhlükəsizlik,  daxili  stabilik,  insan  hüquqlarına  hörmət, 

qanunun  aliliyi  və  insanın  inkişaf  hüququnun  təmin  edilməsi  də 

davamlı  inkişafa  nail  olmağın  mühüm  şərtidir.

1

  Qeyd:  Digər 



                                                 

1

  Hüseynov  S.  Davamlı  insan  inkişafının  strateji  istiqamətləri.  Bakı, 



“Adiloğlu” nəşriyyatı-2003, 264 səh., səh. 50.  


 

579


inkişaf  konsepsiyalarından  fərqli  olaraq  Davamlı  İnsan  İnkişaf 

Konsepsiyası  həyat  səviyyəsi,  maddi  rifahdan  əlavə,  insan 

həyatının  geniş  sosial  aspektlərini  əhatə  edir.  Çünki  bəşəriyyət 

inkişaf  etdikcə  sosial  aspektləri  əhatə  edən  təhsil,  sağlamlıq, 

mədəniyyət,  ekologiya,  idarəetmədə  iştirak,  məişət,  informasiya 

və  s.  sahələrdə  əldə  olunan  nailiyyətlər  insan  inkişafında  vacib 

göstəricilərə çevrilir.  

Kitabın ikinci fəsli əsasən dövlət siyasətinin regional və qlobal 

səviyyədə  xarici  istqamətlərinin  müxtəlif  prinsiplərinə  və 

qaydalarına həsr edilir. Müasir zamanda bütün dövlətlər qarşılıqlı 

münasibətlər  əsasında  inkişaf  etmək  strategiyasına  da  üstünlük 

verirlər. Beynəlxalq münasibətlərdə hər bir dövlət suveren hüquqa 

malik  olsa  da,  dünya  siyasətinin  əsas  istiqamətlərinin  müəyyən 

edilməsində  bütün  dövlətlər  eyni  səviyyədə  təsir  etmək 

imkanlarından məhrumdur. Bu da onunla izah olunur ki, dünyanın 

bütün  dövlətləri  bərabər  səviyyədə  inkişaf  etməmişlər  və 

dövlətlərin güclərini əks etdirən kriteriyalar, vasitələr dərəcələnmə 

xüsusiyyətlərinə  malikdir.  Siyasətdə  hər  bir  vasitənin,  hər  bir 

istiqamətin  öz  çəkisi  və  bu  baxımdan  təsiretmə  qüvvəsi  vardır. 

Böyük  dövlətlər  regional  və  qlobal  miqyasda  beynəlxalq  siyasət 

cərəyanlarının  istiqamətlərinin  müəyyən  edilməsində  mühüm  rol 

oynayırlar. Dünya siyasəti regionlar üzrə qruplaşmış münasibətlər 

üzərində  qurulur.  Bununla  yanaşı,  dünyada  ayrı-ayrı  sahələr  üzrə 

də  münasibətlərin  qruplaşması  prosesləri  baş  verir.  Kitabın  bu 

fəslində  “siyasi  heliosentrizm”  nəzəriyyəsini  yaranmasına  xüsusi 

fikir verilmişdir. Belə bir qənaətə gəlinmişdir ki, dünya siyasətinin 

ümum hərəkət müstəvisindən görünür ki, kiçik və orta gücə malik 

olan  dövlətlər  böyük  dövlətlər  ətrafında  toplaşırlar.  Böyük 

dövlətlər zaman və şəraitdən asılı olaraq kiçik və orta gücə malik 

olan  dövlətlərə  qarşı  itələmə  (kənarlaşdırma)  və  cəzbetmə 

qüvvələrindən  istifadə  edirlər.  Ətrafa  toplaşmadan,  cəmləşmədən 

istifadə  edən  böyük  dövlətlər  öz  ətraflarında  elementlərin 

(subyektlərin)  qarşılıqlı  hərəkət  mexanizmlərini  yaradan  təsir 

dairələri  təşkil  edirlər.  Böyük  dövlətlər  dünya  siyasətinin  ağırlıq 

mərkəzləri və enerji verən obyektləri qismində çıxış edilər. Digər 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə