Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə199/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   196   197   198   199   200   201   202   203   204

 

574


BMT-nin  Nizamnaməsi  və  BMT  Baş  Məclisinin  Bəyannamələri 

və regional beynəlxalq təşkilatların sənədləri mühüm rol oynayır. 

Məsələn,  müasir  beynəlxalq  hüququn  prinsiplərinin  məzmununu 

geniş açan ən nüfuzlu sənədlər BMT nizamnaməsinə uyğun olaraq 

Dövlətlər  arasında  dostluq  münasibətlərinə  və  əməkdaşlığa  dair 

beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamə (24 oktyabr 

1970-ci  ildə  BMT  Baş  Məclisi  tərəfindən  qəbul  edilmişdir)  və 

Avropada  Təhlükəsizlik və  Əməkdaşlıq  üzrə  Müşavirənin  Yekun 

aktında əks olunmuş və Dövlətlərin öz qarşılıqlı münasibətlərində 

rəhbər  tutmalı  olduqları  prinsiplər  haqqında  Bəyannamədir.  (1 

avqust 1975-ci il)

1

 Bununla bərabər, sənədlərə əlavə olaraq, 1948-



ci  ildə  qəbul  edilmiş  insan  hüquqları  haqqında  ümumi 

Bəyannaməni,  BMT-nin  dövlətlərin  daxili  işlərinə  qarışmağa  yol 

verilməməsi,  onların  istiqlaliyyəti  və  suverenliyinin  qorunmasına 

dair  Bəyannaməsini  (21  dekabr  1965-ci  il),  1966-cı  ildə  qəbul 

edilmiş  iki  paktı-Mülki  və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq 

Paktı və İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq 

Paktı,  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  üzrə  Müşavirənin 

Yekun  Aktının  prinsipləri  Bəyannaməsini,  Avropada  Təhlükə-

sizlik  və  Əməkdaşlıq  üzrə  Müşavirənin  iştirakçıları  olan 

dövlətlərin  nümayəndələrinin  Vyana  görüşünün  Yekun  aktını 

(1989),  Yeni  Avropa  üçün  Paris  Xartiyasını  (1990-cı  il), 

Təcavüzkarlığın  tərifi  haqqında  BMT-nin  1974-cü  il  qətnaməsini 

və BMT Təhlükəsizlik Şurasının sənədlərini göstərmək olar.

2

  



Ola  bilir  ki,  beynəlxalq  sülh  formulaları  tətbiq  edilə  bilmir. 

Münaqişəli  tərəflərin  ya  hamısı,  ya  da  bir  tərəfi  öz  maraqlarında 

kəskin  “şişmələr”  nümayiş  etdirir.  Məsələn,  Azərbaycan-

Ermənistan  Dağlıq  Qarabağ  münaqişəsində  ATƏT-in  Minsk 

qrupu  vasitəçilik  edir  və  tərəflərlə  birlikdə  müzakirələr  apararaq 

sülh  formulaları  (təklif  layihələri)  təqdim  edir.  Ermənistan 

tərəfinin  “şişmiş”  marağı  bu  layihələrin  reallaşmasına  imkan 

vermir, Ermənistan düyünləmə siyasəti həyata keçirir. Azərbaycan 

tərəfi  daima  bu  xüsusi  formulanın  (bir  münaqişənin  həlli  üçün 

                                                 

1

 “Beynəlxalq  hüquq”  Azərb.dilində.  məsul  redaktor  və  tərcüməçi, 



h.e.n.dosent R.F.Məmmədov. Bakı, “Qanun” nəşriyyatı, 2002,752 s., s.63.  

2

 Həmin kitab, səh.62-92. 




 

575


mövcud  olan  formula)  ümumi-baza  (hamı  tərəfindən  qəbul 

edilmiş)  formulalarına  uyğun  olmasını  tələb  edir.  Çünki  baza 

formulalarında  dövlətlərin  milli  maraqlarının  ədalətli  tərəfləri  öz 

əksini  tapıb  və  bu  baxımdan  normalar  bütün  dövlətlər  üçün 

imperativliyə  malikdir.  Düyünlənmə  prosesi  bir  çox  regional 

formulalarda da mövcuddur. Məsələn, internet məlumatına əsasən 

belə  bir  fikir  bildirilir.  “Yaxın  Şərq  kvarteti  İsraillə  Fələstin 

Muxtariyyəti arasında birbaşa danışıqların keçirilməsinə əsaslanan 

baza  formulunu  razılaşdıra  bilmirlər.  Bu  formul  bu  həftənin  hələ 

başlanğıcında  açıqlanmalı  idi,  lakin  ABŞ,  BMT,  Avropa  İttifaqı 

və  Rusiya  heç  cürə  razılılğa  gələ  bilmirlər...

1

.  Fələstin-İsrail 

münaqişəsinin  həlli  üçün  “Yol  xəritəsi”  adlanan  sülh  planı  tərtib 

edilib.  Bu  plan  ABŞ,  BMT,  Avropa  İttifaqı  və  Rusiya  tərəfindən 

tərtib edilib. Planda iki il yarımdan çox davam edən zorakılıqların 

dayandırılması,  Fələstin-İsrail  danışıqlarının  bərpası,  2005-ci  ildə 

Fələstin  dövlətinin  təşkili,  Fələstin  və  İsrail  dövlətlərinin  dinc  və 

yanaşı yaşaması məsələləri öz əksini tapıb.

2

  

Daha  bir  xüsusi  beynəlxalq  (region  üzrə)  sülh  formulasına 



nümunə  olaraq,  Kosovonun  müstəqilliyinə  dair  BMT-nin  xüsusi 

nümayəndəsi  Marti  Axtisaarinin  planını  qeyd  etmək  olar.  Plan 

“Kosovonun  statusunun  tənzimlənməsinə  dair  hərtərəfli  təkilflər” 

adlanırdı. Bu plan Kosovoya  geniş suverenlik təklif edirdi. Lakin 

bu  suverenlik  beynəlxalq  nəzarət  altında  və  Avropa  İttifaqının 

himayəsi  altında  olmalı  idi.

3

  Planın  tətbiqi  sayəsində  Kosovo 



2008-ci  ildə  müstəqillik  əldə  etdi  və  bir  çox  dövlətlər  tərəfindən 

tanındı.  

                                                 

1

 Ближневосточный квартет не может найти формулу 



ближневосточного счастья. 19.08.2010. 

http://www.isra.com/news/127881. 

2

 “Yol xəritəsi” planı Fələstinə və İsrailə təqdim olunub. 2003-04-



30.http://www1.voanews.com/azerbaijani/newsa-56-a-2003-04-30-6-1-

88573372.html?moddate=2003-04-30. 

 

3



 Европарламент поддержал план Марти Ахтисаари о будущем 

статусе Косова. 

13/07/2007/http://www.novayagazeta.ru/news/65714.html?print=2010080802

45/.  


 

576


İstənilən formulanın tətbiqinə mane törədən ünsürlər- daxili və 

xarici  (regionlarda  maraqları  olan  böyük  dövlətlər)  mövcud  olur. 

İstənilən  formulanın  tətbiqinə  mane  törədən  ünsürlər-  daxili  və 

xarici  (regionlarda  maraqları  olan  böyük  dövlətlər)  mövcud  olur. 

Ola  bilər  ki,  sülh  formulaları  ümumi  xaraketr  kəsb  etsin  və 

hamılıqla  qəbul  edilsin,  ola  da  bilər  ki,  çoxları  tərəfindən  qəbul 

edilməsin.  Bu  baxımdan  ümumi  və  bir  çoxları  tərəfindən  qəbul 

edilən formulaları qeyd etmək olar.  

Ümumiyyətlə  formula  anlayışı  bir  plan,  layihə  olaraq 

beynəlxalq  sülhün  qlobal  və  regional  səviyyədə  saxlanmasına 

xidmət edir.  

 

 Yazılma tarixi 18-19 avqust 2010-cu il  



 


Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə