Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə196/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   192   193   194   195   196   197   198   199   ...   204

 

565


qarşı-qarşıya  durma  zərurətini  meydana  gətirirdi  və  fasiləsiz 

müharibələrə  səbəb  olurdu.  Bununla  yanaşı,  yaranmış  vəziyyət 

Assuriya  hökmdarlarından  tələb  edirdi  ki,  həm  hərbi  texnika 

hissələri,  həm  də  diplomatiya  sənəti  üzrə  xüsusi  ixtiralara 

yiyələnsinlər,  yeniliklər  əldə  etsinlər.  B.e.ə  I  minillikdə  meydana 

gəlmiş  qədim  quldar  dövlətlərinin  xarici  siyasətinin  əsas 

istiqaməti  dünyəvi  imperiyanın  yaradılmasına  yönəldilmişdi. 

2

 

Assuriya çarlarının hücum siyasəti Ön Asiya dövlətləri içərisində 

güclü narahtlıq əmələ gətirirdi və ümumi təhlükə önündə qarşılıqlı 

kin-kudurəti unutmağa  məcbur  edirdi. Assuriyaya qarşı üç böyük 

koalisiya  yaradılmışdı:  birincisi-cənub-qərbdə-Misir  rəhbərlik 

edirdi,  ikincisi-cənub-şərqdə-Elam  rəhbərlik  edirdi  və  üçüncüsü-

şimalda-Urartu rəhbərlik edirdi. Bütün bu koalisiyalar öz tərkibinə 

görə  çox  müxtəlif  idi  və  bu  amil  də  assuriyalıların  qələbəsini 

asanlaşdırıdı.  E.ə.VIII  əsrin  sonlarında  akkadlı  Sarqon  Fələstində 

Misir  fironlarının  ittifaqını,  sonralar  isə  Şərqdə  Elam-xald 

koalisiyasını dağıtdı. Bu baxımdan akkadlı Sarqon Babilistan çarı 

Marduk-Bellidinə  qarşı  xald  şəhərlərinin  narazılıqlarından 

məharətlə istifadə etdi. Assuriya çarı düşmən tərəfindən əllərindən 

alınmış xald  şəhərlərinin  azadlığının sanki  müdafiəçisi kimi çıxış 

etdi. Xaldey şəhərləri öz əvvəlki hüquqlarına sahib oldular, qələbə 

qazanmış  Sarqon  isə  özünü  Babilistan  çarı  elan  etdi.  Beləlikl, 

Aşur  və  Babilistan  şəxsi  ittifaqla  bir-birinə  bağlı  oldu.  Siyasi 

hegemonluq 

Assuriyaya 

keçdi, 

lakin 


mədəni 

üstünlük 

Babilistanda qaldı.

1

  



Tarixi tədqiq edən mütəxəssislərin əsərlərindən belə bir qənatə 

gəlmək  olar  ki,  Qədim  dövrdə  Ön  Asiyada  sülh  siyasəti  əsasən 

dövlətlərin  maraqlarına  xidmət  edirdi  və  aşağıdakı  əsas 

istiqamətlər üzrə həyata keçirilirdi: 

                                                 

2

  Yusifov  Y.B.  Y-88  Qədim  Şərq  tarixi:  Dərslik.-Bakı:  Bakı  Universiteti 



Nəşriyyatı, 1992, 496. s., s. 259. 

 

1



 Дипломатия Древнего Востока. Международная политика Ассирии в 

период  ее  преобладания  (XIII  –VII  века  до  нашей  эры). 

http://www.diphis.ru/index.php?option=conten&task=view&id=67#1.

 



 

566


-İkitərfli  qaydada  dövlətlər  (çarlar-hökmdarlar)  arasında  sülh 

müqavilələrinin imzalanması; 

-İttifaqların  yaradılması  –dövlətlər  ittifaqlar  yaratmaqla  həm 

güclənmək  məqsədini  güdürdülər,  həm  də  güclü  dövlətdən 

qorunmaq  siyasəti  yeridirdilər.  Nisbətən  zəif  dövlətlər  güclü 

dövlətdən  qorunmaq  üçün  qarşılıqlı  şəkildə  dinc  münasibətləri 

təmin  etmək  və  birgə  müdafiə  olunmaq  üçün  ittifaqlar 

yaradırdılar.  İkitərəfli  ticarət  və  siyasət  münasibətləri,  eləcə  də 

hərbi  münasibətlər  bir  tərəfdən  dövlətlərin  maraqlarının 

genişlənməsinə  xidmət  edirdisə,  digər  tərəfdən  beynəlxalq 

münasibətlərdə  müəyyən  qədər  tarazılığın  yaradılmasını  təmin 

edirdi. Dövlətlər gücləndikcə işğal müharibələri də genişlənirdi və 

eyni zamanda ehtiyatlılıq da artırdı.  

 

 Yazılma tarixi 08 avqust 2010-cu il  

 

Sülh nədir? Sülh düsturları (formulaları) anlayışı  



 

Dövlətlər  daxilində  olan  cəmiyyətlərdə  mövcud  olan  bütün 

canlı vasitələr hərəkətdə olurlar. Hərəkətlər edərkən bir-biriləri ilə 

təmas  qururlar,  münasibətlər  yaradırlar,  əlaqələr  saxlayırlar.  Hər 

bir  canlı  vasitənin  (fərdlərin-şəxslərin-şəxslər  qrupunun)  hərəkəti 

(fəaliyyəti-funksiyası)  həm  öz  xüsusiyyətinə,  bu  baxımdan 

özünəməxsus  tərzə  və  məzmuna  malik  olur,  həm  də  ümumi  tərz, 

forma  və  məzmunu  özündə  əks  etdirir.  Müəyyən  sahələr 

(ixtisaslaşmış  sahələr)  üzrə  qruplaşmış  hərəkətlər  (sahələr  üzrə 

birləşmiş  maraqların  təmin  edilməsi  uğrunda)  mövcuddur. 

İxtisaslaşmış  sahələr  üzrə  qruplaşmış  hərəkətlər  cərəyanlar, 

axınlar  əmələ  gətirir.  Canlı  vasitələr  həm dövlət  daxilində, həm 

də  dövlətdən  kənarda-digər  dövlət  və  cəmiyyətlərlə,  əlaqələr 

yaradırlar. 

Siyasət 


vasitələrinin 

(canlı) 


dövlətdaxili, 

cəmiyyətdaxili  hərəkətləri  ilə  onların  xarici  hərəkətləri  aralarında 

müəyyən  uzlaşma,  əlaqələndirmə,  uyğunlaşdırma,  birləşmə, 

ayrılma prosesləri mövcud olur. Vasitələr münasibətlər qurarakən 

öz tələbat və maraqlarına müvafiq olaraq hərəkət edirlər. Vasitələr 




 

567


aralarında münasibətlər müəyyən tərzdə mövcud olur və qarşılıqlı 

hərəkətlərin  məzmununa  təsir  edir.  Münasibətlərin  məzmunu 



hərəkətlərin  məzmununu,  forma  və  istiqamətlərini,  eləcə  də 

hərəkətlərin  məzmunu,  forma  və  istiqamətləri  münasibətlərin 

məzmun  və  istiqamətlərini  formalaşdırır.  Münasibətlər  öz 

sahələrinə,  aidiyyatı  vasitələrə  mənsubiyyətinə,  tərzinə  və 

dərəcəsinə  görə  fərqlənir.  Bununla  yanaşı,  bütün  sahələr  üzrə 

münasibətlər  də  öz  məzmunlarına  görə  fərqlənir.  Cəmiyyətlərdə 

mövcud  olan  bütün  canlı  vasitələr  aralarında  münasibətlər  öz 

tərzinə və dərəcəsinə görə fərqlənir və bu baxımdan münasibətlər 

mühiti  çox  rəngarəngdir.  Münasibətlərin  tərzliyi  o  deməkdir  ki, 

vasitələr  aralarında  münasibətlər  soyuq,  gərgin,  münaqişəli, 

müharibəli və ya tamamilə tərsinə istisabit, mülayim, dostluq və 

mehribanlıq,  dinc  və  əmin-amanlıq  şəraitində  yaşamaq  kimi 

vəziyyətlərə  xasdır.  Münasibətlərin  dərəcəsi  isə  müsbət  və  mənfi 

şkalalar 

(dərəcələrə 

bölünmə 


lövhəciyi, 

cədvəl) 


üzrə 

münasibətlərin tərkib dəyişkənliyidir.  



Sülh 

bir 


vəziyyət 

olaraq münasibətlərin bütün müsbət tərəflərini özündə əks etdirir. 



Sülh 

prosesi 

birtərəfli 

qaydada 

tək 

bütün 

müsbət 

münasibətlər 

yox, 

tərkibində 

çoxlu 

sayda 

müsbət 

münasibətləri 

(müsbət 

münasibətlərin 

sayı 

mənfi 

münasibətlərdən  çox  olan  faktlar)  əks  etdirən  rəngarəng 

münasibətləri  əhatə  edir.  Başqa  sözlə,  sülh  daha  çox  müsbət 

nəticələr  törədən  münasibətlər  və  hərəkətlər  vəziyyətidir.  Bir 

məsələni xüsusi olaraq qeyd etmək olar ki, sülh anlayışı daha çox 

siyasi və tarixi məsələlərdə işlənir. Cəmiyyətdə şəxslər və fərdlər 

arasında  yaşanan  dinc  və  əmin-amanlıq  münasibətləri  dostluq, 

mehribançılıq kimi adlanırsa, tarixi və siyasi mənada bu vəziyyət 

daha  çox  sülh  vəziyyəti  kimi  qəbul  edilir.  Məsələn,  dövlətlər 

aralarında  siyasi  qruplaşmalar  aralarında  yuxarıda  işlədilən 

sözlərlə  yanaşı,  sülh  (barışıq)  kimi  ifadələr  işlədilir.  Sülh 

konsepsiyası  müharibə  vəziyyətinə  tam  əks  olan  bir  anlayışdır. 

Sülhdən-müharibəyə  və  yaxud  əksinə  keçid  proseslərini  özündə 

ehtiva  edən  aralıq  münasibətləri  (sabitlikdən  gərginləşməyə  və 

əksinə  gərginlikdən  sabitliyə  doğru  münasibətlər  vəziyyəti) 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə