Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə192/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   188   189   190   191   192   193   194   195   ...   204

 

553


sistemləşməsi dövrü kimi xarakterizə edilməlidir. Sülh siyasətinin 

sistemləşməsi  dövrünü  də  öz-özlüyündə  bir  neçə  əsaslı  dövr  və 



mərhələyə  bölmək  olar.  Bu  böyük  dövrdə  sülh  siyasətinin 

sistemləşməsi  məsələləri  (təşkilatların  yaranması,  diplomatiyanın 

sistemləşməsi  və  s.)  artıq  bütün  böyük  və  orta  gücə  malik  olan 

dövlətləri  narahat  edirdi.  Böyük  dövlətlər  sülh  siyasətinin 

sistemləşməsinin  bazasında  özlərinin  sistemli  (çoxtərkibli) 

maraqlarını  görürdülər.  (Birinci  Dünya  və  İkinci  Dünya 

müharibəsindən  sonrakı  yaradılmış  beynəlxalq  siyasi  sitemlərin 

fəaliyyətini  buna  misal  çəkmək  olar.)  Beynəlxalq  sülh  siyasəti 

sisteminin formalaşması böyük dövlətlərin maraqları ilə bağlı olan 

məsələ  idi.  Birinci  (erkən  dövr)  dövrün  ilkin  mərhələsi  də 

dövlətlərin  maraqlarını  əks  etdirirdi.  Lakin  bu  dövrdə  sülh 

siyasətinin  sistemləşməsindən  danışmaq  yanılışlıq  olardı,  yalnız 

iki dövlət arasında sülh qaydaları müəyyən edilirdi. Sülhə nəzarəti 

həyata keçirən üst qurumlar (məsələn, təşkilatlar) mövcud deyildi. 

Sonrakı  dövrün  mərhələlərində  sülh  siyasəti  sistemi  əsasən 

regional  və  qlobal  səviyyədə  ümumi  vəziyyətin  tənzimlənməsi 

məqsədilə  yaranırdı  və  bir  növ  dövlətlərin  qarşılıqlı  nəzarət 

sisteminin  yaranmasına  xidmət  edirdi.  Beynəlxalq  sülh  siyasəti 

sistemi  dövlətlərin  öz  sərhədlərindən  kənara  çıxaraq  böyüməsinə 

də xidmət edirdi. Sülh siyasəti həmçinin böyük dövlətlər əllərində 

dünyanın  ayrı-ayrı regionlarına nəzarəti həyata keçirmək üçün də 

bir vasitəyə çevrilirdi. Beynəlxalq sülh siyasətinin ikinci dövrünə 

xas olan bu proses hələ də davam etməkdədir.  

Dünyanın  sülh  siyasəti  sistemi  özündə  müharibə  və  sülh 

(dinclik və əmin-amanlıq dövrü) vəziyyətlərinin təsirlərinə məruz 

qalan bir sistemdir. Müasir sülh siyasəti sistemi əslində baş vermiş 

müharibələrin  qarşısını  almaq  və  ehtimal  oluna  bilən,  gözlənilə 

bilən  müharibələrin  qarşısını  vaxtında,  öncədən  almaq  üçün 

yaradılan  bir  sistemdir  və  beynəlxalq  vəziyyəti  tənzimləyici 

funksiyanı  yerinə  yetirən  aparatlardan  ibarət  olan  mexanizmdir. 

Dünyanın  sülh  siyasəti  sisteminin  inkişaf  dövrləri  və  mərhələləri 

özündə beynəlxalq sülh sənədlərinin və sülh proseslərinin tarixini 

(beynəlxalq  sülh  müqavilələri  və  sülh  siyasəti  tarixi)  və  bu  tarixi 




 

554


yaradan vasitələrin hərəkətlərini birləşdirən keçici vəziyyətlərdən 

ibarətdir.  Müharibə  və  sülh  maraq  və  tələbatdan  irəli  gələrək 

siyasi  fəaliyyətin  yaratdığı  vəziyyətlərdir  və  bu  vəziyyətlər  də 

dövlətlərin  qarşılıqlı  münasibətlərinə  təsir  edir.  Bu  vəziyyətlər 

eyni  zamanda  beynəlxalq  siyasətin  istiqamətlərini,  həyata  keçmə 

qaydalarını  müəyyən  edir.  Siyasi  hərəkət  vəziyyəti  yaradır, 

vəziyyətin  tələb  etdiyi  şərait  də  öz  növbəsində  siyasət 

istiqamətlərini müəyyən edir.  



Qeyd  edildiyi  kimi,  müasir  dünyanın  sülh  siyasəti  sistemi 

öz mövcud inkişaf səviyyəsinə çatmaq üçün iki tarixi dövrdən 

və  dövrlərin  içərisində  olan  bir  neçə  dövrü  mərhələdən 

keçmişdir.  Bu  baxımdan  dünyanın  sülh  siyasəti  sisteminin 

yaranmasının  dövr  və  mərhələlərini  dövlətlərin  ictimai  formasiya 

quruluşlarından  keçdikləri  və  beynəlxalq  hüququn  tarixi 

mərhələləri  ilə  eyniləşdimək  olar.  Dövlətlər  arasında  yaradılan 

barışıq 

normaları 

dövlətlər 

arasında 

hüququn, 

davranış 

qaydalarının mənşəyini əsaslandırır.  

 

Qədim Şərq dövlətləri arasında sülh siyasəti  

 

Qədim  dövrlərdə  dövlətlərarası,  xalqlararası  sülh  siyasəti 

sistemli  xarakter  ala  bilməzdi.  Birincisi,  ona  görə  ki,  dövlətlərin 

sayı hələ lap çoxalmamışdı, eləcə də müasir anlamda qəbul edilən 

və  təkmilləşmiş  daxili  hüquq  sisteminə  malik  olan  dövlətlər 

mövcud  deyildi.  Qədim  dövlətlərdə  hüquq  normaları  əsasən 

dövlətin  hakiminin  diktəsinə  əsaslanırdı.  Qədim  dövrün  sülh 

siyasətinin  əsas  mahiyyəti  diplomatik  yazışmalarda  və  sülh 



müqavilələrində  öz  əksini  tapmışıdr.  Bağlanmış  beynəlxalq 

müqavilələr  də  daha  çox  dövlətin  hakiminin  şəxsi  iradəsini  əks 

etdirirdi  və  çarların  (fironların)  hakimiyyətinin  saxlanmasına  və 

möhkəmlənməsinə  xidmət  edirdi.  Müqavilə  mətnlərindən  və 

diplomatik  yazışmalardan  belə  qənaətə  gəlmək  olar.  Digər 

tərəfdən  də  dövlətlərarası  münasibətlərin  ümumi  bir  istiqamətini 

müəyyən  edən  birliklər,  konfranslar,  təşkilatlar  mövcud  deyildi. 

Bu baxımdan da sülh siyasəti sistemli xarakter ala bilməzdi. Sülh 




 

555


barışıqları 

münaqişələrdə 

məğlubiyyəti 

təsdiqləmək 

üçün 

bağlanırdı.  Eyni  zamanda  əvvəlcədən  də  münaqişələrə  yol 



verməmək,  həmçinin,  üçüncü  və  dördüncü  tərəfin hücumlarından 

birgə  qorunmaq  məqsədilə  tərəfdaşlıq,  əməkdaşlıq,  ittifaq 

müqavilələri də imzalanırdı. Məsələn, Akkad dövlətinin hökmdarı 

olmuş  Naram-Suenin  (e.ə.  2236-e.ə.  2200-cü  illər)  hakimiyyəti 

illərində 

kutilər 


(İkiçayarasının  şimal-şərqində-indiki 

İran 


ərazisində  (Cənubi  Azərbaycan  və  Kürdistan  vilayətində) 

lullubilər və kutilər –qutilər yaşayırdılar)) Akkad dövlətini tez-tez 

narahat  edirdilər.  Kutilərlə  mübarizədə  olan  Elam  hökmdarı 

Kutik-İnşuşinak  (e.ə.2240-e.ə.2220)  yardım  göstərirdi.  Elam  bu 

dövrdə  Akkadla  müqavilə  ilə  bağlı  idi.  Elam  ilə  Akkad  arasında 

bağlanmış  beynəlxalq  müqavilədə  Elam  hökmdarı  adından  qeyd 

edilirdi:  “Naram-Suenin  düşməni  mənim  düşmənimdir,  Naram-

Suenin dostu mənim dostumdur.” Müqaviləyə uyğun olaraq Kutik-

İnşuşinak  Zaqroş  dağları  ölkələrinə  hərbi  yürüşlər  təşkil  etmişdi. 

70-ə qədər xırda ölkələri, o cümlədən Kutiumu (kutilərin ölkəsini) 

zəbt etmişdi.

1

 Nəzərə almaq lazımdır ki, qədim sülh müqavilələri 

qədim  dövlətlərin  hakim  sülalələrinin  hakimiyyət  ərazilərini 

genişləndirmək  üçün  apardıqları  müharibələr  nəticəsində  əldə 

etdikləri  əraziləri  saxlamaq  üçün  də  imzalanırdı.  Müqavilədən 

aydın  görünür  ki,  müqavilə  hökmdarların  (çarların,  fironların) 

hakimiyyətinə  xidmət  edən  vasitələr  idi.  Dövlətlər  daha  çox 

hökmdarların şəxsi iradələri ilə münasibətlər yaradırdılar.  

Tarixdən  məlumdur  ki, qədim  dövrlərdə icma, qəbilə və tayfa 

halında yaşayan xalqlar müəyyən zamandan sonra dövlət adlanan 

siyasi  qurumları  yaratdılar.  Dövlətlər  ilk  növbədə  b.e.ə.  III 

minillikdə Qədim Şərqdə yarandı. “Qədim Şərq” anlayışı coğrafi 

anlayış  idi,  qədim  zamanlarda  Yunanıstan  və  Roma  tarixi  və 

publisist ədəbiyyatı Asiya əhalisini “Şərq 

 xalqları”, 

ərazisini 

isə  “Şərq  ölkələri”  adlandırırdı.  Antik  ölkələr  Misir,  Aralıq 

dənizinin  şərq  sahili,  Anadolu  (Kiçik  Asiya),  Ön  Qafqaz, 

                                                 

1

  Yusifov  Y.B.  Y-88  Qədim  Şərq  tarixi:  Dərslik.-Bakı:  Bakı  Universiteti 



Nəşriyyatı, 1992, 496. s., s. 81. 


Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə