Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə194/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   190   191   192   193   194   195   196   197   ...   204

 

559


müqaviləsi imzalandı. (Digər bir mənbəyə  əsasən müqavilə tarixi 

e.ə.1278-ci  ildir.)

1

 Müqaviləyə  görə  hər  iki  tərəf  işğalçılıqdan 



imtina  edib  dostluq  münasibətləri  yaratmağa  and  içirlər.  Hər  iki 

tərəf  onların  himayəsi  altında  olan  Aralıq  dənizi  ölkələrində  baş 

verən  üsyanları  birgə  yatırmağa  söz  verir,  qaçqınların  geri 

qaytarılması  barədə  razılığa  gəlirlər.  Fələstin, Finikiya və Cənubi 

Suriya  yanidən  Misirin  himayəsi  altına  keçdi.  Şimali  Suriya  isə 

Hetlərin əlində qaldı. II Ramzes Het hökmdarının qızı ilə evləndi. 

Müqavilə  Het  dövlətilə  Misirin  uzun  müddət  sülh  şəraitində 

yaşamasını  təmin  etdi.  Müqavilə  Şərqi  Aralıq  dənizi  ölkələrində 

Misir  və  Het  dövlətinin  siyasi  təsir  dairəsini  müəyyənləşdirdi. 

1286-cı  il  müqaviləsi  e.ə.XIII  əsr  beynəlxalq  münasibətlərində 

müsbət  rol  oynadı.  Gümüş  lövhə  üzərində  mixi  yazı  ilə 

köçürülmüş  bu  müqavilənin  mətnini  Türkiyə  hökuməti  1963-cü 

ildə  BMT-yə  hədiyyə  vermişdi.  O  zaman  akkad  dili  beynəlxalq 

dil kimi işlənirdi. Misir fironu cavab mətnini həmin akkad dilində 

tərtib etdirdi. Müqavilənin mətni Boğazköydə (qədim Hattuşaş) və 

Fivin  iki  məbədinin  divarlarında  qalmışdı.  Müqavilənin 

bağlanması  Misir  və  hetlərin  Asiya  vilayətlərində  əmin-amanlıq 

şəraitində  yaşamaq  üçün  əlverişli  şərait  yaratdı.

2

 Müqavilə  üç 



hissədən  ibarət  idi:  1)  giriş,  2)  müqavilə  maddələrinin  mətni,  3) 

yekun  hissə-bu  hissədə  allahlara  müraciət  edilirdi,  and  içilirdi  və 

müqaviləni pozan tərəflər lənətlənirdi. Müqavilənin girişində qeyd 

edilirdi ki, əsrlərdən bəri misirlilər və hetlər arasında düşmənçilik 

olmayıbdır. Onlar arasında əlaqələr yalnız Xattuşilin böyük Misir 

fironu  Ramzeslə  müharibəsi  zamanı  korlanıbdır.  Bu  “gözəl 

müqavilə”nin imzalanması günündən çarlar arasında əbədi zaman 

üçün sülh, qardaşlıq və dostluq münasibətləri qurulur. “Qoy böyük 



Het çarlığı və böyük Misir çarlığının uşaqları arasında gözəl sülh 

                                                 

1

Дипломатия  Древнего  Востока.  Документы  древневосточной 

дипломатии. Договор египетского фараона Рамсеса II с царем хеттов 

Хаттушилем  III  (1278г.до  нашей  эры).  http://www.diphis.ru/index. 

php?option=conten&task=view&id=67#1.

 

2



 Yusifov Y.B. Y-88 Qədim Şərq tarixi: Dərslik.-Bakı: Bakı Universiteti 

Nəşriyyatı, 1992, 496. s., s. 192. 


 

560


və qardaşlıq münasibətləri yaşansın” kimi fikirləri bu müqavilədə 

öz  əksini  tapırdı.  Hetlər  və  Misirlilər  arasında  dostluq 

münasibətlərinə  əsaslanan  müdafiə  və  hücum  ittifaqı  yaradılırdı. 

Bu  baxımdan  müqavilədə  qeyd  edilirdi:  “Əgər  Ramzesin 



hakimiyyətinə  qarşı  hər  hansı  bir  düşmən  çıxarsa, Ramzes böyük 

Het çarına desin ki, bütün öz qüvvənlə gəl ona qarşı çıx”. Burada 

hakimiyyətə  qarşı  çıxan  daxili  və  xarici  düşmənlərə  qarşı  yardım 

edilməsi  nəzərdə  tutulurdu.  Müqaviləyə  əsasən  onlara  tabe  olan 

ərazilərdə üsyanların yatırılması üçün qarşılıqlı kömək edilməsi də 

nəzərdə tutulurdu.

1

 Diplomatik yazışmalar hətta çariçalar arasında 



da həyata keçirilirdi. Müqaviləyə əməl edilməsinin etbarlığına və 

düzgünlüyünə  şahidlik  etmək  hər  iki  tərəfin  allah  və  ilahələrinə 

həvalə  edilirdi.  Burada  hər  iki  tərəfdən  minlərlə  allah  və  ilahələr 

müqavilə  icrasında  öhdəliyə  nəzarəti  öz  üzərlərinə  götürürdü.

2

 

Qədimdə  Ön  Asiyanın  ən  nəhəng  dövləti  Misir  hesab  edilirdi. 

Qədim  Şərqin  (e.ə.II  minilliyin  ortalarında)  beynəlxalq  həyatında 

Misir öncül rol oynayırdı. Misirlilər onlara məlum olan dünyanın 

ölkələri  ilə,  xüsusilə  Ön  Asiyada  Het  çarlığı,  şimal  dövlətləri, 

Mesopotomiyanın  cənubu  ilə  (Babilistan,  Assuriya),  Suriya  və 

Fələstin  knyazlıqları,  Krit  çarlığı  və  Egey  dənizinin  adaları  ilə 

ticarət, siyasi və mədəni əlaqələr saxlayırdılar. Msirdə diplomatik 

yazışmalarla  xarici  işlər  üzrə  xüsusi  dövlət  dəftərxanası  məşğul 

olurdu.  Tel-Amarna  yazışmaları  və  Misir fironu  II Ramzesin Het 

çarı III Xattuşil ilə b.e.ə.1287-ci ildə imzalanmış müaviləsi qədim 

Şərq diplomatiyasının ehkamları içərisində ən zəngini və məzmun 

etibarilə dolğunu olan mənbədir. Amarna Orta Misirdə Nil çayının 

sağ  sahilində,  Misir  fironu  IV  Amenofisin  (Amenhotep) 

məlikanəsində 

yerləşir. 

1887-1888-ci 

illərdə 

Amenofisin 

sarayında  arxiv  açılmışıdr.  Bu  arxivdə  Misir  fironlarının  XVIII 

sülaləsinin  nümayəndəsi  olan  firon  III  Amenofis  və  onun oğlu IV 

                                                 

1

 Дипломатия Древнего Востока. Документы древневосточной 



дипломатии. Договор египетского фараона Рамсеса II с царем хеттов 

Хаттушилем III (1278г.до нашей эры). 

http://www.diphis.ru/index.php?option=conten&task=view&id=67#1. 

2

 Həmin mənbə. 




 

561


Amenofisin b.e.ə. II minilliyin ortalarında diplomatik yazışmaları 

əks  olunur.  Hal-hazırda  Londondakı  Britaniya  muzeyində  və 

Berlin  Dövlət  muzeyində  saxlanılır.  Bu  sənəd  360  ədəd  gil 

lövhələrdən  ibarətdir.  Bu  arxivə  əlavə  olaraq  digər  bir  arxiv  də 

Het  çarı  Subbililiumun  Boğazköydə  olmuş  arxividir.  Bu  şəhər 

indiki Ankara şəhərindən bir qədər aralıda yerləşir və vaxtilə Het 

çarlığının paytaxtı olubdur. Tel-Amarna arxivindəki yazışmaların 

əksəriyyəti Suriya və Fələstin knyazlarının Misir fironuna yazdığı 

məktublar  olubdur.  Bu  knayzlıqlar  vaxtilə  qədim  şərq dünyasının 

iki  böyük  dövləti  olan  Misir  və  Het  çarlığının  arasında  bufer 

zonada  yerləşirdilər.  Məktubların  başlıca  məzmunu  ondan  ibarət 

idi  ki,  bu  məktublarda  qarşılıqlı  hörmət  öz  əksini  tapırdı, 

izdivaclar haqqında danışıqlar, hərbi yardım göstərilməsi, qızıl və 

digər  qiymətli  hədiyyələr  göndərilməsi  üçün  firona  olan  xahişlər 

məktublaşmanın 

məzmununu 

təşkil 

edirdi. 

Məktublarda 

göstərilirdi ki, Misirdə olan qızıl qum qədər çoxdur

1

  



Tarixi  araşdırmalardan  belə  bir  qənaətə  gəlmək  olar  ki, 

müasir zamanda dövlətlər arasında qurulan iqtisadi(ticari)-siyasi 

münasibətlər  və  digər  münasibətlər,  həmçinin  bu  münasibətlər 

üzrə  sənədlərin  yaranması  öz  başlanğıcını  dövlətlər  arasında 

mövcud  olan  qədim  sülh  müqavilələrindən  götürür.  Sülh 

müqavilələri,  sülh  siyasəti  digər  münasibətlərin  yaranmasına 

imkan  yaradırdı.  Sülh  sənədləri  sonrakı  dövrlərdə  meydana 

gələcək  digər  sahələr  üzrə  sənədlər  üçün  başlanğıc  hesab  edilə 

bilər.  O  zamankı  sülh  siyasəti  və  müharibə vəziyyətləri dövlətləri 

ticarət vasitələrindən, eləcə də şəxsi izdivaclardan istifadə etməyə 

məcbur edirdi. Müharibə təhlükəsi, müharibə qorxusu çarların öz 

hakimiyyətlərini  itirmələri  məsələlərini  ortaya  çıxarırdı  və  çarlar 

isə  öz  maraqlarını  təmin  etmək  üçün  qiymətli  əşyalara  və 

izdivaclara əl atırdılar.  

  

 Yazılma tarixi 03 avqust 2010-cu il  

                                                 

1

  Дипломатия  Древнего  Востока.  Документы  древневосточной 



дипломатии. Телль -Амарнская переписка (XV-XIV века до нашей эры. 

http://www.diphis.ru/ index.php?option=conten&task=view&id=67#1) 

 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə