Microsoft Word siyaset II cild rtf


Qədim Ön Asiyada sülh siyasəti



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə195/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   191   192   193   194   195   196   197   198   ...   204

 

562


Qədim Ön Asiyada sülh siyasəti  

 

Eradan  əvvəl  II-I  minilliklərdə  Ön  Asiyada  dövlətlər 

güclənirdi  və  maraqlar  genişlənirdi.  Dövlətlər  öz  maraqları 

naminə  qarşılıqlı  sülh  (bir-biriləri  ilə  müharibə  etməmək)  və 

ittifaq  (üçüncü  tərəfə  qarşı)  müqavilələri  imzalayırdılar.  Ön 

Asiyanın  siyasəti  Qədim  Misirlə  çox  bağlı  idi.  Bu  dövrdə  region 

dövlətləri 

regional 

beynəlxalq 

münasibətlər 

qaydalarını 

formalaşdırırdılar.  Beynəlxalq  siyasətdə  qismən  də  olsa  sülh 

məsələsi  və  dinc  şəraitdə  yaşamaq  və  maraqları  dinc  şəraitdə 

təmin  etmək  qaydaları  da  mühüm  istiqamətlərdən  birinə 

çevrilmişdi.  

1278-ci  il  tarixli  Ramzes-Xattuşil  (Misir-Het)  müqaviləsi 



(“gözəl müqavilə”-bu müqavilə ilə iki ölkə arasında “əla sülh”, “ 

ə

la,  gözəl  qardaşlıq”  münasibətləri  yaşanmağa  başlamışdı)  ilə 

müəyyən  müddət  üçün  Het  çarlığı  ilə  Qədim  Misir  arasında 

sülhün mövcudluğuna xidmət etmişdir. Bu müqavilədən sonra iki 

ölkə 


arasında 

diplomatik 

məktublar 

mübadiləsi, 

səfirlər 

mübadiləsinin həyata keçirilməsi davam edirdi.  

Diplomatiya  tarixi  üçün  Ramzes-Xattuşil  müqaviləsi  ən 

yüksək dərəcəli əhəmiyyətə  malikdir.  Birincisi, bu müqavilə bizə 

məlum  olan  ən  qədim  beynəlxalq  hüquq  abidəsidir.  İkincisi,  bu 

müqavilə  öz  formasına  görə  Qədim  Şərq,  Qədim  Yunanıstan  və 

Qədim  Roma  çarları  üçün  növbəti,  sonrakı  müqavilələr  üçün 

nümunə  rolunu  oynadı.  Beynəlxalq  müqavilə  forması  qədim 

dünya  tarixinin  bütün  dövrləri  üçün  dəyişilməz  olaraq  qaldı. 

Yunanıstan  və  Roma  bu  məsələdə  qədim  şərq  müqavilə 

təcrübəsini təkrar etdilər və özləri üçün nümunə kimi götürdülər.

1

 



Üç  min  ildən  çox  tarixi  olan  Misir-Het  müqaviləsi  sonrakı 

beynəlxalq  razılaşmaların  bir  neçə  mərhələdə  prototipi  (ilk 

nümunəsi) rolunu oynadı.  

                                                 

1

 Дипломатия  Древнего  Востока.  Документы  древневосточной 



дипломатии. Договор египетского фараона Рамсеса II с царем хеттов 

Хаттушилем 

III 

(1278г.до 

нашей 

эры). 

http://www.diphis.ru/ 

index.php?option=conten&task=view&id=67#1. 


 

563


Nəzərə almaq lazımdır ki, regionda dövlətlərin sayı çoxaldıqca 

bu  dövlətlər  özlərini  digər  dövlətlərdən  qorumaq  üçün  çoxtərəfli 



coğrafi  diplomatiyaya  üstünlük  verirdilər.  Bu  diplomatiyanın 

başlıca məqsədi həm dövləti gücləndirmək, zənginləşdirmək, həm 

də  digər  dövlətlərə  qarşı  ittifaqlar  yaratmaqdan  ibarət  idi.  Ən 

qədim  Assur  dövləti  b.e.ə  III  minillikdə  bir  sıra  icmaların 

birləşməsindən  əmələ  gəlmişdi.  Bu  birləşmələrin  mərkəzi  Aşşur 

şəhəri  olmuşdur.  E.ə.  III  minillikdə  Aşşur  şəhəri  hələ 

dirçəlməmişdi.  Assuriya  dövləti  daha  çox  e.ə.II  minillikdə 

güclənmişdi.  Mitani  və  Babilistana  görə  e.ə.XV  əsrdə  Assuriya 

Misir  ilə  yaxınlıq  etməyə  başladı.  Assur  hökmdarı  I  Aşşurbalit 

(e.ə.1365-1330-cu  illər)  özünü  Misir  fironunun  qardaşı  adlandırır 

və  ona  hədiyyələr  göndərirdi.  I  Aşşurbalit  hetlərlə  birlikdə 

Mitaninin  müqəddəratını  həll  etdi.  Mitani  ərazisi  hər  iki  dövlət 

arasında  bölüşdürüldü.  Cənubda  Babilistanla  münasibətləri 

yaxşılaşdırdı.  Qızını  II  Burna-Buriaşın  oğluna  ərə  verdi.  Onların 

övladı  II  Karaindaş  adı  ilə  Babilistan  hakimiyyətinə  varis  oldu.

1

 



Nəzərə almaq lazımdır ki, o dövrün hökmdarlarının işğal yürüşləri 

zamanı  öz  ölkələrinə  gətirdikləri  qənimətlər  içərisində  işğal 

etdikləri  ölkələrin  allahlarını  əks  etdirən  heykəllər  də  yer  alırdı. 

Allah  heykəlləri  müəyyən  mərhələdə  dostluq  münasibətlərinin 

yaranmasında  xüsusi  rol  oynayırdı.  Məsələn,  Assur  hökmdarı  I 

Tukulti-Ninurtanın  (e.ə.1244-1208-ci  illər)  vəfatından  sonra  bir 

müddət  Assuriya  tənəzzül  dövrünə  qədəm  qoydu.  Assuriya  kassi 

Babilistanına  gah  tabe  olurdu,  gah  da  dostluq  münasibətləri 

yaradırdı.  Dostluq  rəmzi  olaraq  allah  Mardukun  heykəli  Babil 

şəhərinə  qaytarılmışdı.

2

 B.e.ə  XIII-VII  əsrlərdə  Assuriya  dövləti 

Qədim Şərqin beynəlxalq münasibətlərində mühüm rol oynadı. Bu 

yüzilliklərdə  Misir  və  Het  çarlığı  zəifləyir  və  beynəlxalq 

münasibətlərdə,  həmçinin  diplomatiyada  bu  ölkələr  öz  qabaqcıl 

mövqelərindən əl çəkirlər. Bu zamanlarda Ön Asiyanın ən qüdrətli 

dövləti  Assuriya  hesab  edilir  və  beynəlxalq  münasibətlərində  də 

                                                 

1

 Yusifov Y.B. Y-88 Qədim Şərq tarixi: Dərslik.-Bakı: Bakı Universiteti 



Nəşriyyatı, 1992, 496. s., s. 255. 

2

 Yenə orada.,  s. 257. 




 

564


Assuriya  mühüm  rol  oynayır.  Tell-Amarna  yazışmaları  dövründə 

Assuriya  çarları  özlərini  “bütün  dünyanın  hökmdarı”  kimi 

adlandırırdılar,  çarlar  hesab  edirdilər  ki,  onlara  allahların  çağırışı 

ilə  “Dəclə  və  Fərat  çayları  arasındakı  ölkədə”  hökmranlıq  etmək 

səlahiyyəti  verilmişdi.

1

 Assuriya  dövləti  İkiçayarasının  şimal 



hissəsində  meydana  gəlmişdir.  Əvvəlki  dövrlərdə  Assuriya 

Babilistan çarlığının tərkibində idi və Aşşur çarı Babilistan çarına 

tabe  idi.  Tarixi  araşdırmalara  əsasən,  Assuriyanın  güclənməsi 

Misir  və  Het  çarlığını  narahat  etdiyinə  görə  1278-ci  il  tarixli 

Misir-Het müqaviləsi dolayı yolla Assuriyaya qarşı yönəldilirdi. 

2

 



Assuriya  çarlığı  özünün  ən  yüksək  qüdrətinə  b.e.ə.  VIII-VII 

əsrlərdə  Sarqonidlərin  dövründə  -Sarqon,  Sinnaxerib  və 

Aşurbanipalın 

çarlıqları 

dövründə 

çatmışdır. 

Sarqonidlər 

dövründə  əsas  şəhər  Aşur  şəhərindən  şimalda  yerləşən  Nineviya 

şəhəri  idi.  Sarqonidlər  hərbi  komandirlərin  arasından  çıxmışdılar 

və  Assuriyanın  hərbi  və  siyasi  quruluşlarında  böyük  işlər  həyata 

keçirirdilər. Assuriya siyasətinin həlledici gücü münbit ərazilər ələ 

keçirmək,  metalla  zəngin  olan  ərazilər  tutmaq,  əsirlər  və  digər 

qənimətlər  ələ keçirmək, həmçinin mühüm ticarət yollarına sahib 

olmaqdan  ibarət  idi.  O  dövr  üçün  Assuriya  ordusunun  sayı  150 

min nəfər təşkil edirdi və geniş miqyaslı hərbi əməliyyatlar həyata 

keçiridilər.  Həmin  dövrdə  iki  böyük  ticarət  yolu  var  idi.  Biri 

Aralıq 

dənizindən 



(o 

dövrdə 


Böyük 

dəniz 


adlanırdı) 

Mesopotomiyaya  və  daha  uzağa,  şərq  istiqamətində  uzanırdı. 

Başqa  ticarət  yolu  isə  cənub-qərbə,  Aralıq  dənizinin  Suriya-

Fələstin  sahillərinə  və  Misirə  doğru  uzanırdı.

3

 Fars  dövlətinin 



güclənməsinə  qədər  Assuriya  Qədim  Şərqin  ən  nəhəng  dövləti 

hesab  edilirdi.  Bu  dövlətin  coğrafi  vəziyyəti  qonşuları  ilə  daima 

                                                 

1

 Дипломатия Древнего Востока. Международная политика Ассирии в 



период ее преобладания (XIII –VII века до нашей эры). 

http://www.diphis.ru/index. php?option=conten&task=view&id=67#1. 

2

 Həmin mənbə. 



3

 Дипломатия Древнего Востока. Международная политика Ассирии в 



период ее преобладания (XIII –VII века до нашей эры). 

http://www.diphis.ru/index.php?option=conten&task=view&id=67#1. 


Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə