Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə193/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   189   190   191   192   193   194   195   196   ...   204

 

556


İkiçayarası  (Mesopotomiya),  Orta  Asiyanın  cənub  və  Qərbi, 

Hindistan  və  Çin  Qədim  Şərq  dövlətləri  hesab  edilirlər.

1

 Qədim 

dövrlərdə dövlətlər daha çox şəhərlərdə meydana gəlirdi. Məsələn 

Şummerdə  (İkiçayarasının  cənub  hissəsi)  ilk  dövlətlər  şəhər 

dövləti kimi meydana gəlmişdi.  

Şəhər dövlətləri arasında müharibələr, münaqişələr baş verirdi. 

Münaqişələrin  qabağını  kəsmək  və  müharibənin  nəticələrini  əks 

etdirmək  üçün  şəhər  dövlətləri  arasında  sülh  müqavilələri 

bağlanırdı.  B.e.ə.  III  minilliyin  ortalarında  erkən  sülalələr 

dövründə  inkişaf  etməkdə  olan  Şumer  şəhər  dövləti  olan  Laqaş 

şəhər dövləti ilə digər bir Şumer şəhər dövləti olan Umma şəhər 

dövləti arasında hərbi münaqişə barışıq müqaviləsinin bağlanması 

ilə  sona  yetdi.  Bu  tarixdə  ilk  yazılı  “sülh  müqaviləsi”  hesab 

edilir.  Bu  müqavilə  Laqaş  və  Umma  şəhərləri  arasında  sərhəd 

məsələlərini  Laqaşın  xeyrinə  həll  etmişdi.

2

 Qeyd  etmək  lazımdır 



ki,  Qədim  Şumerdə  şəhərlər  ictimai  təşkilata  çevrilmişdilər.  Bu 

şəhərlər sırasında Uruk, Kiş, Eredu, Larsa, Ur, Laqaş, Umma, İsin, 

Sippar,  Şuruppak,  Nippur  və  başqaları  daxil  idilər.  Qədimdə 

dövlətlər  öz  münasibətlərini  tənzimləmək  üçün  əvvəlcə  şifahi 

formada  müqavilələr  bağlayırdılar.  Yazının  meydana  gəlməsi 

dövlətlər  arasında  müqavilə  münasibətlərinin,  eyni  zamanda 

yazılı  formada  inkişafına  kömək  edirdi.  Qədimdə  beynəlxalq 

məsələləri  həll  etmək  üçün  hökmdarların  qurultayları  çağrılırdı. 

Məsələn,  qurultaylardan  birində  (bizim  eradan  əvvəl  VI  əsrdə 

mübahisələrin sülh yolu ilə həll edilməsi və münsiflər məhkəməsi 

yaradılması haqqında müqavilə bağlanılmışdır.

3

  



Qədim  Babilistan  dövləti  e.ə.  II  minilliyin  əvvəlində  Babil 

yaşayış  məntəqəsi  idi,  sonralar  iqtisadi  cəhətdən  inkişaf  edib, 

böyük  şəhərə  çevrilmişdi.  Qədim  yunan  müəllifləri  bu  şəhəri 

Vavilon  adlandırmışlar.  Akkad  dilində  şəhərin  adı  Bab-il  kimi 

                                                 

1

 Yusifov  Y.B.  Y-88  Qədim  Şərq  tarixi:  Dərslik.-Bakı:  Bakı  Universiteti 



Nəşriyyatı, 1992, 496. s., s. 7. 

2

 Həmin kitab , səh.75-76. 

 

3

 “Beynəlxalq  hüquq”  Azərb.dilində.  məsul  redaktor  və  tərcüməçi, 



h.e.n.dosent R.F.Məmmədov. Bakı, “Qanun” nəşriyyatı, 2002,752 s., s.21.

 



 

557


yazılırdı. Bab-ili sözü tərcümədə “allahın qapısı” mənasını verir. 

Babil şəhəri Dəclə və Fərat çaylarının bir-birinə yaxınlaşdığı, su 

və karvan yollarının çarpazlaşdığı ərazidə yerləşirdi.  

Babilistanda b.e.ə. 1595-ci ildə hakimiyyəti ələ keçirmiş Kassi 

sülaləsinin  hökmdarları  (bu  sülalə  b.e.ə  1155-ci  ilə  qədər 

təxminən  500  il  Babilistanı  idarə  etmişdir.)  Misir  fironları  ilə 

diplomatik  əlaqələr  saxlayırdılar,  eyni  zamanda  məktublaşırdılar. 

Bu  məktublar  Misirdəki  Əl-Amarna  (Bəzi  tədqiqatlarda  Tel-

Amarna  adlanır.)  arxivində  aşkar  edilmişdi.  I  Kadişman  Enlil 

(e.ə.1374-1360-cı  ilər)  Misir  fironu  III  Amenxotep  ilə  yazışırdı. 

Bir  məsələni  xüsusi  olaraq  qeyd  etmək  olar  ki,  o  zamanlarda  iki 

dövlət  arasında  sülhün  qorunub  saxlanılmasında  və  əlaqələrin 

inkişaf  etməsində  əsas  vasitə  olaraq  ticarət  əşyaları  dururdu. 

Ticarət  əşyaları  iki  dövlət  arasında  sülhü  möhkəmlədirdi.  Kassi 

hökmdarları  Misir  fironundan  nadir  heyvan  “umamu”(yəqin  ki, 

timsah),  məişət  əşyaları,  bəzək-düzək,  pal-paltar  və  sairənin 

göndərilməsini  xahiş  edirdilər.  II  Burna-Buriaş  ilk  məktublarının 

birində yazırdı: “Sənin atanla mənim atam əvvəllər bir-biri ilə dost 

olduqları kimi, gəl indi biz də bir-birimizlə dost olaq və qoy bizim 

aramızda  bədxah  sözlər  deyilməsin.  Mənim  ölkəmdən  nə 

istəyirsən  yaz,  onları  sənə  göndərim.  Və  mən  də  sənin  ölkəndən 

nə  istəsəm  yazaram  və  onları  mənə  göndərərsən”.  Bu  yazışmalar 

iki ölkə arasında ticarətin yaranmasına səbəb oldu. Ticarət malları 

müxtəlif  imiş.  Bunlar  barədə  Exnatonun  göndərdiyi  hədiyyələr 

təsəvvür yaradır. Onun hədiyyələri içərisində qızıl, gümüş, tunc və 

s.  düzəldilmiş  nəfis  əşyalar,  qızıldan  qab-qacaq,  üzük,  qolbağ, 

boyunbağı,  mücrü,  Lamassu  allahının  (Babilistanda  hami-allah) 

qızıl heykəlləri, qızıla çəkilmiş cəng arabaları, gümüş qablar, tunc 

güzgülər,  müxtəlif  pal-paltar,  içi  yağla  dolu  xeyli  daş  qablar,  fil 

sümüyündən  əşyalar  və  s.  vardı.  Bunların  içərisində  təkcə  qızılın 

çəkisi  1200  minadan  (təxm.600  kq)  artıq  imiş.  Təsadüfi  deyil  ki, 

Burna-Buriaş  Exnatona  bidirirdi  ki,  “şahlar  arasında  qardaşlıq, 

dostluq,  ittifaq  və  başqa  əlaqələr  o  zaman  ola  bilər  ki,  (qiymətli) 

daşlar  ağır  gəlsin”,  yəni  iki  ölkə  arasında  dostluq  münasibətləri 

hökmdar  ləyaqətinə  uyğun  qurulsun,  tərəflər  biri  digərini  ucuz 



 

558


tutmasınlar.  Babilistan  da  öz  növbəsində  Misirə  müxtəlif  mallar 

göndərirdi.  Lacivərd  (lazurit)  qiymətli  daşına  Misirin  ehtiyacı 

vardı.  Buna  görə  də  İkiçayarasından  Misirə  lacivərd  və 

lacivərddən  hazırlanmış  bir  sıra  qiymətli  əşyalar  aparırdılar.  II 

Burna-Buriaş Exnatona 8 mina lacivərd və bu daşdan hazırlanmış 

bir 


sıra 

qiymətli 

əşyalar  göndərmişdi.  Eyni  zamanda 

İkiçayarasından  Misirə  at  və  cəng  arabaları,  kişi  və  qadın  qullar 

göndərilirdi.  Kassi  hökmdarları  Misirlə  müntəzəm  dostluq  və 

ticarət  münasibətlərini  saxlamaq  məqsədini  güdürdülər.  Dostluq 

münasibətlərində ticarət əşyaları xüsusi yer tuturdu, eyni zamanda 

ticarət  əşyalarının  olmaması  da  dostluq  münasibətlərinə  xələl 

gətirmirdi.  Dostluq  münasibətləri  hökmdarlar  arasında  ənənəvi 

xarakter  daşıyırdı.  Məsələn,  Kassı  hökmadrı  II  Burna-Buriaş 

Misir  fironları  ilə  yazışmalaraının  birində  qeyd  edirdi:  “..Mənim 

qardaşımın  (fironun)  ölkəsində  hər  şeyi  vardır  və  onun  heç  bir 

şeyə ehtiyacı yoxdur. Mənim də ölkəmdə hər şey vardır və mən də 

heç  bir  şeyə  ehtiyac  hiss  etmirəm.  Yaxşı  münasibətlər  bizə 

şahlardan qalmışdır və biz də bir-birimizə firavanlıq arzulamışıq. 

Qoy  bizim  aramızdakı  əlaqələr  daha  da  möhkəm  olsun.”. 

Yazışmalarda  bu  cürə  mövqe  adətən  münasibətlərin  soyuqlaş-

masına imkan verməmək üçün bildirilirdi.

1

  



Misirdə XIX sülalə (bu sülalə e.ə. 1345-1200-cü illərdə Misiri 

idarə  etmişdir)  fironlarının  nümayəndəsi  olan  firon  II  Ramzesin 

(e.ə.1301-1235-ci  ilər)  hakimiyyəti  illərində  Misir  daha  geniş 

miqyaslı işğalçılıq müharibələri aparırdı. Hetlər Misirin ən böyük 

rəqibləri  idilər  və  Ön  Asiyada  (Suriya  və  Fələstində)  Misirin 

mövqeyinin  möhkəmlənməsinə  imkan  vermirdilər.  Misir  Suriya 

və Fələstinə işğal yürüşləri edirdi. Hetlər ilə birinci uğursuz döyüş 

II Ramzesi ikinci döyüşə ehtiyatla hazırlaşmağa vadar etdi. Misir 

Fələstini tam  zəbt  etdikdən  sonra  II  Ramzes Oront  çayı sahilində 

het  ordusu  ilə  üz-üzə  gəldi.  Lakin  hər  iki  tərəf  hərbi  müqaviməti 

sülh yolu ilə həll etdi. E.ə. 1286-cı ildə Misir ilə Het arasında sülh 

                                                 

1

 Yusifov Y.B. Y-88 Qədim Şərq tarixi: Dərslik.-Bakı: Bakı Universiteti 



Nəşriyyatı, 1992, 496. s., s. 104-107. 


Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə