Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə197/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   193   194   195   196   197   198   199   200   ...   204

 

568


vəziyyəti  də  mövcud  olur.  Beynəlxalq  münasibətlərdə  dövlətlər 

aralarında  münasibətlər  mövcud  olur  və  bu  münasibətlərdə 

münaqişəli, gərgin, müharibəli və mübahisəli tərzlər (maraqlardan 

və  maraqlar  uğrunda  hərəkətlərin  xüsusiyyətlərindən  asılı  olaraq) 

yaşanır.  Eyni  zamanda  dövlətlər  aralarında  beynəlxalq  hüququn 

prinsiplərinə  müvafiq  olaraq  əməkdaşlıq,  mehribançılıq,  dostluq, 

gərgin  olmayan,  mübahisələrin  (ərazi  və  sərhədlər  üzrə,  milli 

məsələlər  üzrə  və  s.)  mövcud  olmadığı  vəziyyətlər  yaşanır.  Sülh 



prosesli bir vəziyyət olmaqla gərilməyən, kəskin toqquşmayan 

bir  münasibətlər  cəmidir.  Sülh  zamanı  tərəflərin  hərəkətlərində 

kəskin  çaşqınlıqlar,  fikir  müxtəlifliyi  və  maraqların  kəskin 

toqquşması  prosesləri  baş  vermir.  Sülh  zamanı  vasitələrin 

maraqları müəyyən dərəcədə təmin olunmuş olur və vasitələr sabit 

vəziyyətdə 

(qeyri-gərgin 

və 

toqquşmasız, 



döyüş 

və 


müharibələrsiz) 

münasibətlər 

yaradırlar. 

Sülh 

vasitələrin 

hərəkətlərindən  asılı  olaraq  qısa,  orta  və  uzun  müddətə 

mövcud olan bir vəziyyətdir. Sülh həm də münasibətlər tərzidir. 

Dövlətlərarası,  eləcə  də  dövlət  daxilində  mövcud  olan  canlı 

vasitələr  sülh  zamanı  öz  maraqlarını  sabit  formada  təmin  edirlər. 

Qeyd  edildiyi  kimi,  sülhdən  keçid  prosesləri  də  baş  verir.  Bu 

baxımdan sülh elə bir vəziyyətdir ki, bu şəraitdə maraqlar kəskin 

toqquşmalara  səbəb  ola  bilər  və  sülh  öz  vəziyyətini  müharibələr 

və  silahlı  qarşıdurmalarla,  toqquşmalarla  dəyişə  bilər.  Sülhün 

keçici  olmasına  təsir  edən  amillər  siyasi  vasitələrin  hərəkətlər 

axınları,  siyasi  cərəyanlar  və  cərəyanların  digər  cərəyanlarla 

toqquşması, eləcə də kənar cərəyanların daxili cərəyanlara təsirləri 

və  təsiredici  ünsürləridir,  anlarıdır,  şəraitləridir.  Sülh  bütün 

münasibətlərin  normal  inkişafı  üçün  təməl prinsipidir, qayda 

və  bu  baxımdan  vasitəsidir.  Sülhə  nail  olmaq  üçün  siyasi 

tərəflər,  eləcə  də  dövlət  hakimiyyəti  və  vətəndaşlar,  dövlətlər  və 

xalqlar  aralarında  münasibətlərdə  siyasi  uyğunlaşma,  siyasi 

qovuşma,  siyasi  birləşmə  prosesləri  həyata  keçirilir.  Tərəflər 

aralarında eləcə də maraqlı tərəflərdə sülhün tapılması, müharibəli 

vəziyyətlərdən  sülh  vəziyyətlərinə  keçmək  üçün  yolların 

axtarılması  proseləri  meydana  gətirilir.  Bunun  üçün  qarşılıqlı 




 

569


razılığın  əldə  edilməsi  məqsədilə  daxili  və  beynəlxalq 

razılaşmalar,  danışıqlar həyata keçirilir. Beynəlxalq  danışıqlar 

sülhün  əldə  edilməsi  istiqamətlərinin  tapılmasına  yardımlar 

üçündür.  (Beynəlxalq  danışıqları  formulaların  tərkibində 

qeyd  etmək  olar)  Tərəflər  aralarında  sülhün  əldə  edilməsi  üçün 

vasitəçilik  üsullarından  da  istifadə  edilir.  Bu  baxımdan  tərəflər 

aralarında  sülhün  tapılması  üçün  müvafiq  düsturlar  (formulalar) 

mövcuddur. Sülh şəraitinin araşdırılması, sülhə gəlmək  yollarının 

tapılması,  sülh  şərtlərinin  müəyyən  edilməsi,  sülhün  müddətinin 

müəyyən  edilməsi  və  bu  baxımdan  tərəflərin  maraqlarını  təmin 

edəcək  şərtərin  müəyyən  edilməsi,  sülhün  qorunması  və  bu  kimi 

proseslər sülh düstürlarının (formulalarının) həll etdiyi, tapdığı 

məsələlərdir.  Sülh  düstürları  münasibətlər  düyününü  açılmasına 

xidmət  edir.  Əksinə  proseslər  (düyünləmə)  də  baş  verə  bilər. 

Məsələn,  münaqişələrin  dondurulmasını  buna  misal  çəkmək  olar. 

Sülh  formulası  sülhün  yollarının  tapılmasına  xidmət  edən  bir 

vasitədir.  



Sülh  (sülh  zamanı,  sülh vaxtı)  –istənilən dövlət və dövlətlər 

ittifaqının  elə  bir  tarixi  dövrüdür  ki,  hansı  ki,  bu  dövr  nəzərdə 

tutulan  ərazidə  yaşayan  xalqlar  arasında  və  digər  xalqlar 

aralarında  açıq  hərbi  münaqişələrin  istisna  olunması  ilə  işarə 

(ifadə) olunur. Sülh, həmçinin müqavilələrdə və tərəflər aralarında 

imzalanan istənilən sənədlərdə, tərəflərin milli maraqlarını nəzərə 

alaraq, dövlətlər aralarında qeyri-hərbi xarici siyasətə əsaslanır.

1

  



Sülh  anlayışının,  sülh  təsəvvürünün  (beynəlxalq  və  dövlət 

daxili)  bəzi  tərkib  elementlərini  və  elementlərin  xassələrini 

aşağıdakı şəkildə konkret fikirlərlə izah etmək olar: 

-sülh  vasitələrin  (tərəflərin)  maraqlarının  təmin  edilməsini 

şərtləndirən və digər tərəflərin mənafelərini tapdalamadan, əsasən 

müsbət  istiqamətdə,  daha  çox  müsbət  amillərin,  müsbət 

məqamların  üzə  çıxması  ilə  müşahidə  edilən  hərəkət  vəziyyətidir 

                                                 

1

Мир (отсутствие войны). 



http://ru.wikipedia.org/wiki%D0%9C%D0%B8%D1%80_(%D0%BE%D1%8

2%D1%81%D1%83%D1%82%D1%82%D0%B2%D0%B8%D0%B5_%D0%

B2%D0%BE%D0%B9%D0%BD%D1%8B. 

 



 

570


və  maraqların  qeyri-müharibə  şəraitində  təmin  olunduğu  bir 

vəziyyətdir; 

-sülh  tərəflər  aralarında  (dövlətlər  və  ya  daxili  siyasi 

qruplaşmalar,  məsələn  hakimiyyət  uğrunda  aparılan  daxili 

müharibələrin,  vətəndaş  müharibələrinin,  inqilabların  tərəfləri) 

kəskin  və  açıq  toqquşmalarla  müşahidə  edilən  proseslərin-

hadisələrin  dayandırılaraq,  əksinə,  digər  vəziyyətlərə-dinc,  əmin 

amanlıq,  mehribançılıq  şəraitində  əməkdaşlıq  vəziyyətlərinə 

keçdiyini əks etdirən prosesli vəziyyətdir; 

-sülh  tərəflərin  maraqlarının  təmin  olunmasını  və  təmin 

olunması məqsədilə münasib şərait yaradılmasını və bu baxımdan 

müəyyən  ərazi  üzrə  sabit  və  təhlükəsiz  şəraitdə  maraqların  təmin 

olunması  üçün  müvafiq  hərəkətlərin,  hadisələrin  vəziyyətini  əks 

etdirən bir vəziyyətdir. 



Beynəlxalq  sülh  beynəlxalq  münasibətlər  subyektlərinin  öz 

maraqları  (milli)  çərçivəsində  qarşılıqlı  əməkdaşlıq  şəraitində 

fəaliyyət  mövcudluğunu,  münasibətlər  qurmaq  vəziyyətini  əks 

etdirən bir prosesdir

-beynəlxalq  sülh  beynəlxalq  siyasi  cərəyanların  coğrafi 

ərazilərdən  və  subyektlərdən  (mənbələr  və  obyektlər)  böyük 

maneələr  olmadan  keçməsini  və  manelər  olarsa  bu  maneələrin 

dinc  yolla  aradan  qaldırılmasını  əks  etdirən  (mübahisələrin  dinc 



yolla həlli) bir vəziyyətdir

-beynəlxalq sülh xalqlararası maraqların əhatə olunduğu bütün 

sahələrdə  qarşılıqlı  hörmət  və  hüquq  normalarına  əməl  etməsini 

əks etdirən bir vəziyyətdir; 

-beynəlxalq  sülh  dövlətlərin  suveren  bərabərliyi  prinsipi 

əsasında,  qarşılıqlı  olaraq  bu  prinsipə  əməl  olunmasını  və 

dövlətlərin  qarşılıqlı  münasibətlər  zamanı  prinsipə  yüksək 

səviyyədə əməl etmələrini və bu çərçivədə vəzifələrini əks etdirən 

bir vəziyyətdir;  

-beynəlxalq  sülh  zor  işlətməmək  və  zor  işlətməklə 



hədələməmək  prinsipinə  əməl  olunaraq  dövlətlərin  qarşılıqlı 

şəkildə  dinc  şəraitdə,  hədəsiz  və  zərbələrsiz  hərəkətlərini  əks 

etdirən  və  münasibətlərin  normal  axarını  ifadə  edən  bir 

vəziyyətdir;  




Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə