Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə36/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   32   33   34   35   36   37   38   39   ...   204

 

108


yerinə  yetirirlər.  Həmin  nəzarətedici  siyasi  qurumlar  müvafiq 

normalarla  siyasi  hadisələrin  ardıcıl  olaraq  törədilməsinə  nəzarət 

edirlər,  həmçinin,  daxildən  və  kənardan  mane  olan  ünsürləri 

zərərsizləşdirirlər. Baş verən hadisələrə nəzarət ümumi və birbaşa 

əsaslarla  edilir.  Siyasi  hadisələrə  ümumi  nəzarət  əsasən  baş 

mərkəzi  siyasət  qurumları  tərəfindən  həyata  keçirilir.  Nəzarət 

şaxəli  trayektoriya  üzrə  və  dövriyyəli  proseslərə  uyğun  şəkildə 

həyata  keçirilir.  Siyasi  inkişaf  proseslərində  siyasi  hadisələr 

sürətlə törədildiyindən  yaranan enerjinin təsirləri sayəsində siyasi 

hadisələr baza ideologiya sahəsindən kənara çıxa bilər. Bu zaman 

qanunauyğunluqdan  kənar  hadisələrin  trayektoriyası  yarana  bilər 

ki,  bu  proseslər  də  siyasi  sistemin  məqsədyönlü  mexanizmini 

dağıda  bilər.  Nəticədə  cəmiyyətdə  xaotik  vəziyyət,  idarəolun-

mayan  vəziyyət  meydana  gələ  bilər.  Siyasət  qurumları  ona  görə 

siyasi hadisələr trayektoriyasına nəzarət edirlər ki, siyasi hadisələr 

çərçivədən  kəskin  şəkildə  kənara  çıxa  bilməsinlər.  Siyasi 

hadisələrə  nəzarət  siyasi  hadisələrin  normal  sürətlə  törədilməsini 

təmin edir və siyasi hadisələrin hüdudlarını müəyyən edir.  



 

Siyasi inkişaf zamanı real vəziyyətin (şəraitin)  

dəyərləndirilməsinin əsasları 

 

Siyasi  inkişaf  maraq  və  maraq  uğrunda  edilən  siyasi 



hərəkətlərlə  bağlı  olduğundan,  maraq  da  real  vəziyyətdən 

meydana  gəlir.  Hər  bir  siyasi  hərəkət  yeni  siyasi  şəraiti  yaradır, 

yaranmış vəziyyət isə maraqların forma və məzmununu meydana 

gətirir.  Siyasi  inkişaf  əsasən  maraqların  forma  və  məzmununa 

əsaslı  surətdə  bağlı  olduğundan,  siyasi  hərəkətlər  də  maraqların 

təmini  istiqamətində  münasib  formada  edilməlidir.  Siyasi 

hərəkətlər  siyasətin  subyektləri  tərəfindən  edilir.  Siyasətin 

subyektləri-siyasəti  həyata  keçirənlər  başlıca  olaraq  maraqların 

təmin  edilməsi  uğrunda  münasib  hərəkət  prinsipini  əsas 

götürməlidirlər.  Münasib hərəkət prinsipi isə real siyasi  şəraitdən 

əmələ  gəlir.  Real  siyasi  şərait  və  vəziyyət  siyasi  inkişaf  üçün 

hərəkətlərin  istiqamətlərinin  müəyyən edilməsini şərtləndirir. Hər 




 

109


bir  siyasi  hərəkət,  siyasi  aktların  qəbulu,  siyasi  hadisələrin 

törədilməsi  siyasi  şəraitlə  bağlı  olur.  Bu  baxımdan  da  siyasi 

şəraitin 

dəyərləndirilməsi, 

yaradılmış 

siyasi 


vəziyyətin 

qiymətləndirilməsi  və  bu  qiymətləndirilməyə  əsasən  münasib 

addımların  atılması  zəruridir.  Siyasi  şəraitin  dəyərləndirilməsini 

həm  siyasəti  hazırlayanlar-qərar  qəbul  edənlər,  həm  də  siyasəti 

icra edənlər qiymətləndirməlidir. Siyasi şəraitin dəyərləndirilməsi 

(münasib qiymət verilməsi) bacarığı ilk növbədə siyasi təcrübələrə 

əsaslanır.  Siyasi  şəraitin  dəyərləndirilməsi  təcrübi  və  nəzəri 

qanunauyğunluqlardan  asılıdır.  Buna  görə  də  siyasi  şəraiti 

dəyərləndirmək  üçün  siyasətin  subyektlərində-siyasəti  həyata 

keçirən  şəxslərdə  elmi-nəzəri  və  təcrübi  biliklərin  olması  vacib 

şərtdir.  Siyasi  şəraitin  dəyərləndirilməsi  və  münasib  hərəkətlərin 

edilməsi  əsasən  siyasi  inkişaf  istiqamətində  münasib  siyasi 

hadisələrin  törədilməsini  təmin  edir.  Münasib  olan  siyasi 

hadisələrin  törədilməsi  əsasən  siyasi  hərəkət  trayektoriyasında 

siyasi  inkişafı  yaradan  ardıcıl  hadisələrin  mövcudluğunu  təmin 

edir.  Bir  siyasi  hadisənin  ardınca  münasib  siyasi  hadisələrin 

törədilməsi  əsasən  əvvəlki  siyasi  hadisələrdən  asılıdır.  Yəni 

birinci  siyasi  hadisənin  törədilməsi  ilk  növbədə  növbəti  siyasi 

hadisələrin  münasib  istiqamət  üzrə  törədilməsini  təmin  edir. 

Siyasi hadisələrin eyni və oxşar məqsədlər üzrə ardıcıl törədilməsi 

nəticəsində  bir-birini  əvəzləyən  siyasi  şəraitlər  meydana  gəlir. 

Siyasi  şəraitlərin  meydana  gəlməsi  ardıcıllığı  isə  şəraitlər 

trayektoriyasını  yaradır  ki,  bu  da  elə  məhz  siyasi  hərəkətlər 

trayektoriyasının tərkibində mövcud olur. Münasib siyasi şəraitlər 

trayektoriyası  siyasi  hadisələrin  tez-tez  törədilməsini  və 

ardıcıllığını  təmin  edir.  Siyasi  şəraitlər  trayektoriyasında  siyasi 

hərəkətlərin  ardıcıllığı  siyasi  inkişafı  zəruriləşdirir.  Bu  baxımdan 

da  siyasəti  həyata  keçirənlər  siyasi  şəraiti  dəyərləndirməyi 

bacarmalıdırlar. Siyasi şəraitin dəyərləndirilməsi və buna müvafiq 

olaraq  siyasi  hərəkətlərin  edilməsi  siyasi  inkişafı  zəruri  edir. 

Siyasi  şəraitin  dəyərləndirilməsi  əsasən  maraqların  dəyərləndiril-

məsindən  də  asılıdır.  Maraqların  dəyərləndirilməsi  ilk  növbədə 

tələbat amili ilə bağlı olur. Siyasi inkişaf zamanı siyasi hadisələrin 



 

110


dəyərləndirilməsi  siyasi  hərəkətlər  zamanı  meydana  gələn  siyasi 

şəraitdən, nəticələrin çıxarılmasından, verilən qiymətdən ibarətdir. 

Eyni  zamanda  siyasi  hadisələrdən  çıxarılmış  nəticələrin  elmi-

nəzəri  və  təcrübi  qanunauyğunluqlara  əsasən  təhlilindən  də 

ibarətdir.  Siyasi  inkişaf  siyasi  hadisələrin  müəyyən  istiqamətlər 

üzrə ardıcıl törədilməsini tələb edən prosesli vəziyyət olduğundan 

siyasi  şəraitlərin  ardıcıl  dəyərləndirilmə,  qiymətləndirilmə 

prosesləri  də  ardıcıl  olaraq  həyata  keçirilməlidir.  Ümumiyyətlə, 

siyasi  şəraitlərin  dəyərləndirilməsinə  də  üç  aspektdən  yanaşmaq 

lazımdır:  birincisi,  konkret  siyasi  şəraitin  (hər  bir  hadisədən 

sonrakı vəziyyət) dəyərləndirilməsi, ikincisi, ayrı-ayrı istiqamətlər 

üzrə  siyasi  şəraitin  dəyərləndirilməsi,  üçüncüsü  isə  ümumilikdə 

siyasi 

mühiti 


təmin 

edən 


cəmləşmiş 

siyasi 


şəraitlərin 

dəyərləndirilməsi.  Siyasi  şəraitin  dəyərləndirilməsi  nəticəsində 

siyasi  hadisələrin  də  idarəedilməsi  məsələləri  tənzim  olunur.  Bir 

növ siyasi hərəkətlər idarə olunur. Siyasətin subyektləri tərəfindən 

törədilən  siyasi  hadisələr,  aktlar  əsasən  normativ  tələblərə 

söykənir.  Bu  baxımdan  da  siyasi  inkişaf  üçün  siyasi  şəraitin 

dəyərləndirilməsi  vacib  olan  amil  rolunu  oynayır.  Siyasi  şəraitin 

dəyərləndirilməsi  siyasi  strategiya  zamanı  taktiki  vəziyyətlərin 

dəyərləndirilməsi  məsələlərini  üzə  çıxarır.  Taktiki  vəziyyətlərin 

dəyərləndirilməsi  nəticəsində  siyasi  hərəkətlərin  forma  və 

məzmunu  da  müəyyən  edilir.  Siyasi  inkişaf  üst-üstə  gələn  siyasi 

dalğalardan  yaranan  bir  vəziyyət  olduğundan  ümumilikdə  hər  bir 

siyasi dalğanın da meydana gətirdiyi ardıcıl şəraiti dəyərləndirmək 

lazımdır.  Siyasi  inkişaf  dalğalarının  gətirdikləri  şəraitlərin 

dəyərləndirilməsi  sayəsində  növbəti  siyasi  inkişaf  dalğaları  üçün 

münasib  siyasi  hərəkətlərin  edilməsi  məsələsi  də  meydana  gəlir. 

Siyasi şəraitin dəyərləndirilməsi əsasən tələbatdan yaranır. Tələbat 

amili  də  öz  növbəsində  maraqla  bağlı  olaraq  siyasi  aktların 

törədilməsini  şərtləndirir.  Siyasi  inkişaf  əsasən  siyasi  dalğaların 

əmələ gətirdikləri qatlardan meydana gəlir. Bu baxımdan da siyasi 

inkişaf  dalğalarının  yaratdıqları  şəraitdən  nəticələr  çıxarmaq 

zəruri amilə çevrilir. 



 


Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə