Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə33/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   29   30   31   32   33   34   35   36   ...   204

 

99

vəzifə  və  səlahiyyət  baxımından  qruplaşdırılır.  Siyasi  inkişaf 



zamanı  siyasi  hadisələri  törətmək  və  siyasi  hadisələrə  təkan 

vermək üçün çoxlu sayda baza mənbələri yaradılır. Bu ona gətirib 

çıxarır ki, baza siyasi hadisələri törətmə mənbəyi ətraf mənbələrə 

siyasi hadisələri törətmək üçün təkan verir. Siyasi inkişaf zamanı 

mərkəzlər  arasında  qarşılıqlı  münasibətlər  sistemi  də  sürətlə 

fəaliyyət  göstərir.  Siyasi  inkişaf  vəziyyətində  siyasət  mərkəzləri 

arasında  qarşılıqlı  əlaqələr  sürətlənir  və  siyasi  hadisələrin 

ötürücülüyü də artır.  



 

Siyasi maraqların müxtəlifliyi və siyasi inkişaf 

 

Cəmiyyətdə  maraqlar  müxtəlifdir.  Bu  baxımdan  da  maraqlar 



qruplaşırlar  və  maraqların  qruplaşmasını  təmin  edən  sosial  və 

siyasi  strukturlar  yaradılır.  Maraqları  təmin  etmək  üçün  sosial  və 

siyasi  təsisatların  birgə  fəaliyyəti  sayəsində  sosial  və  siyasi- 

hüquqi  qərarlar  qəbul  edilir  və  yerinə  yetirilir.  Bu  proseslər 

həyatın  dinamikliyinə  müvafiq  olaraq  qanunauyğun  şəkildə  baş 

verir. Karl Marksa  görə, sosial inkişaf müəyyən qanunlara uyğun 

olaraq  baş  verir.  Qanunlar  da  hadisələr  arasında  daxili  və  zəruri 

əlaqə  kimi  başa  düşülür.  Cəmiyyətdə  maraqlar  müxtəlif 

olduğundan  maraqların  qarşılıqlı  olaraq  təmin  edilməsi  üçün 

mübarizə  həyata  keçirilir.  Bu  baxımdan  klassik  alman  obyektiv 

idalizm  fəlsəfəsinin  ən  böyük  nümayəndəsi  olan  Hegel  (1770-

1831)  təliminə  diqqət  yetirmək  bir  qədər  məqsədəuyğun  olar: 

“Məntiq”  elmində  Hegel  varlıq,  heç  nə,  təşəkkül,  keyfiyyət, 

kəmiyyət, ölçü, fərq, ziddiyyət, zərurət, təsadüf, imkan, gerçəklik 

kimi ümumi anlayışları təhlil edir, əsaslandırırdı. Hegel göstərirdi 

ki,  onların  hamısı  bir-birilə  əlaqədardır  və  idrakın  müxtəlif 

mərhələsini  əks  etdirirlər.  Hegelin  fikrincə  anlayışlar  fasiləsiz 

hərəkətdədirlər,  bir-birinə  keçirlər,  dəyişirlər,  inkişaf  edirlər,  öz 

əksliklərinə  çevrilirlər.

1

 Hegel  əksliyi  təhlil  edərək  göstərirdi  ki, 



                                                 

1

 Yusif  Rüstəmov.  Fəsəfənin  əsasları  (mühazirə  kursu)-Bakı,  “Azərbaycan 



Universiteti” nəşriyyatı, -2004, 499 səh., səh. 366.

 



 

100


ziddiyyət əks tərəflərin qarşılıqlı əlaqəsi, qarşılıqlı şərtliyidir, “hər 

cür  öz-özünə  hərəkət  prinsipidir”.  Ziddiyyət  haqqında  Hegel 

təlimi onun inkar və inkarı inkar haqqında anlayışı ilə üzvi surətdə 

bağlıdır.  O.  Bu  prosesi  belə  izah  edir:  inkişaf  zəruri  olaraq 

təzahürün  məlum  formasının  inkarı  ilə  sona  yetir.  Özü  də  həmin 

inkar  xaricədn  gəlmir,  inkişafın  nəticəsi  kimi  meydana  çıxır. 

Buradan belə bir qənaətə gəlmək olur ki, yeni tərəfindən köhnənin 

inkarı  inkişaf  prosesinin  qanunauyğun  pilləsidir,  bu  prosesin 

daxili  məzmunundan  ayrılmaz  pillədir.  Hegel  nəzəriyyəsinə  görə 

inkar  inkişaf  prosesinin  müəyyən  inkişaf  prosesində  müəyyən 

inkara  məruz  qalır.  Məhz  bu,  inkarı  inkardır  ki,  onun  da 

nəticəsində məlum dərəcədə əvvəlki inkar aradan qaldırılır və yeni 

əsasda,  yeni  formatda  əvvəl  inkar  edilən  bərpa  olunur.  Lakin  bu 

köhnənin təkrarı, başlanğıc nöqtəsinə qayıdış deyil, inkişafın yeni, 

daha  yüksək  pilləsidir  ki,  sonradan  inkişaf  prosesində  o  özü  də 

inkara məruz qalır.

1

  

Siyasi inkişaf zamanı siyasi maraqları təmin etmək üçün siyasi 



şəxslər,  siyasi  qurumlar  sürətli  hərəkət  vəziyyətində  olurlar. 

Ümumiyyətlə,  cəmiyyətin  özü  sayı-hesabı  olmayan  və  müxtəlif 

forma və məzmunlu maraqlarla zəngindir. Maraq amili də tələbat 

amili  ilə  bağlıdır.  Bu  da  onunla  izah  olunur  ki,  siyasi  hərəkətlər 

zamanı  çoxlu  sayda  müxtəlif  formaya  və  məzmuna  malik  olan 

şəraitlər  meydana  gəlir,  yaranmış  şəraitlər  isə  tələbatları  üzə 

çıxarır.  Maraq  maraqdan  doğur,  maraq  şərait  və  tələbatdan 

meydana  gəlir.  Maraqların  birləşməsi  və  ayrılması  nəticəsində 

çoxlu  sayda  başqa  müxtəlif  məzmunlu  maraqlar  yaranır.  Siyasi 

inkişaf  zamanı  maraqların  birləşməsi  və  ayrılması  prosesləri  də 

sürətlə  həyata  keçirilir.  Baza  marağı  təmin  etmək  üçün  siyasi 

hərəkətlər  edilir  və  müxtəlif  məzmun  və  formalı  maraqlar  təmin 

edilir.  Maraqlar  ona  görə  birləşir  və  ayrılır  ki,  baza  marağı,  əsas 

tələbatı ödəyəcək maraq təmin edilsin. Maraqların müxtəlifliyi isə 

siyasətin ünsürlərinin, vasitələrinin, subyektlərinin və ümumilikdə 

                                                 

1

 Zeynalov  M.B.  Fəlsəfə  tarixi.  (Qərb  fəlsəfəsi).  Ali  məktəblər  üçün  dərslik.-



Bakı “Azərbaycan” nəşriyyatı, 2000, 544 səh., səh.368.

 



 

101


cəmiyyətdəki  fərdlərin  müxtəlif  olması  ilə  əlaqəlidir.  Biri  var 

maraqların baza əsası. Bu demək olar ki, eyni məzmuna malikdir. 

Məsələn,  insanların  maddi  tələbatları  eyni  məzmunlu  maraqlara 

bağlıdır.  Lakin  subyektlərin  fəaliyyəti,  eləcə  də  siyasi  şəxslərin 

fəaliyyəti  müxtəlifdir.  Baza  məzmunlu  marağı  təmin  etmək  üçün 

subyektlər  fərqli  funksiya  yerinə  yetirirlər.  Məsələn,  bəzi 

subyektlər  istehsal  sahələrini  təşkil  edir,  digər  subyektlər  istehsal 

prosesləri  ilə  məşğul  olur,  başqaları  isə  məhsulun  istehlakçıya 

çatdırılması  ilə  məşğul  olur,  bir  qismi də istehsal münasibətlərini 

tənzimləyən hüquq normaları yaradır. Burada hər bir məqsəd yolu 

müxtəlifdir, funksiya müxtəlifdir, hərəkət sahələri fərqlidir, siyasi 

hərəkətin  forma  və  məzmunu  çoxtərkiblidir.  Lakin  əsas  maraq, 

yəni insanların maddi tələbatını ödəmək marağı eynidir. Eləcə də 

dövlətçilik  marağı  vahiddir,  lakin  dövlətçilik  marağını  təmin 

etmək üçün siyasi hərəkətlər və trayektoriyalar müxtəlifdir, bütün 

sahələri  əhatə  edir.  Bu  o  deməkdir  ki,  hər  bir  hərəkət 

trayektoriyasında  siyasi  hadisə  törədilərkən  marağa  söykənir. 

Hərəkət  trayektoriyasında  maraqların  müxtəlif  məzmun  və 

formaları  yaranır.  Müxtəlif  məzmunlu  maraqlar  birləşərək,  təmin 

edilərək  vahid  marağı  əmələ  gətirir.  Siyasi  sistemin  hərəkət 

mənzərəsi  maraqlara  söykənilərək  formalaşır.  Maraq  həm  də 

siyasi  hərəkətləri  törədən  vasitələrdir.  Siyasi  inkişafa  nail  olmaq 

üçün  baza  marağı,  baza  vasitəsi,  siyasi  hərəkəti  törətmə  səbəbi 

tez-tez  köməkçi  və  müxtəlif  məzmun  və  formalı  maraqların 

yaranması  vasitəsinə 

çevrilməlidir. 

Yəni 

marağın 


təmin 

edilməsinin  ardınca  dərhal  şaxəli  maraqlar  yaradılmalıdır.  Bu 

baxımdan  da  baza  marağının  tərkib  hissələrə  ayrılması  prosesləri 

sürətləndirilməlidir. Baza marağı təmin edən baş siyasi qurum və 

iyerarxik  qaydada  bir-birindən  asılı  olan  siyasi  qurumlar  sistemli 

şəkildə  maraqların  ayrılması  və  birləşməsi  proseslərini  sürətlə 

təmin  etməlidirlər.  Baza  marağın  şaxələnmə  üzrə  birləşməsi  və 

ayrılması  prosesləri  sürətlə  və  sxematik  şəkildə  həyata 

keçirilməlidir.  

Maraqların  müxtəlifliyi  həm  də  ona  görə  mövcud  olur  ki, 

maraq  təmin  edildikdən  sonra  yaradılmış  vəziyyət  tələbatlara 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə