Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə31/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   27   28   29   30   31   32   33   34   ...   204

 

93

istiqamətləndirirlər  və  beləliklə, siyasi  hadisələrin  icra  şəbəkəsini 



yaradırlar.  

Siyasi  qurumlar  da  təsnif  olunurlar.  Belə  ki,  siyasi  hadisələri 

törətmək  üçün  bütün  siyasi  qurumlar  eyni  vəzifə  və  səlahiyyətə 

malik  olmurlar  və  eyni  dərəcədə  və  səviyyədə  funksiya  yerinə 

yetirmirlər.  Bu  baxımdan  da  siyasi  hərəkət  trayektoriyaları  baza 

və  köməkçi  trayektoriyalara  bölünür.  Siyasi  inkişafa  müvafiq 

olaraq  baza  və  köməkçi  trayektoriyaların  sayı  artırılır.  Siyasi 

hadisələr  dövriyyəli  hərəkət  edirlər  və  siyasi  qurumlarda 

təkrarlanma xüsusiyyətlərinə malik olaraq dövriyyə edirlər. Siyasi 

hadisələrin  dövriyyələnməsini  təmin  etmək  üçün  əsas  rolu  baza 

siyasi  qurumlar  oynayırlar  və  baza  siyasi  qurumların  yaratdıqları 

siyasi  hadisələrin  təsirləri  ilə  köməkçi  qurumlar  siyasi  hadisələrə 

cavab  verərək  təsir  edirlər.  Köməkçi  qurumlar  siyasi  hadisələrin 

şaxələnməsini  və  bütün  şəxslərin  maraqlarının  təmin  edilməsini 

yerinə yetirirlər. Ola bilər ki, bir köməkçi qurum olmadıqda digər 

oxşar  təyinatlı  köməkçi  qurum  onu  müvəqqəti  olaraq  əvəzləyə 

bilər  və  onun  üzərində  düşən  vəzifələri  yerinə  yetirə bilər. Siyasi 

hərəkətlərin  ümumi  sistemində  bir  köməkçi  siyasi  qurumun 

çatışmazlığı ola bilər ki, ümumilikdə siyasi hərəkət dövriyyəsində 

hərəkətlərə  mane  olmasın.  Lakin  baza  siyasi  qurumların 

çatışmazlığı  isə  siyasi  hərəkət  dövriyyəsində  siyasi  hadisələrin 

törədilməsi arasındakı əlaqənin itməsinə gətirib çıxara bilər. Qeyd 

etmək  lazımdır  ki,  baza  siyasi  qurumlar  bir-birinə  cavab  verəcək 

səviyyədə  siyasi  hadisələr  törədirlər.  Bu  baxımdan  hər  bir  baza 

siyasi  qurumu  qarşılıqlı  olaraq  öz  vaxtında  siyasi  hadisələri 

törətməlidir  ki,  siyasi  hadisələrin  dövriyyəsi-  siyasi  qurumlarda 

ardıcıl  törədilmə  prosesləri  də  zamana  müvafiq  olaraq 

tənzimlənsin.  Bu  amil  də  siyasi  sistemin  zamanlı  dövriyyəli 

hərəkətini  təmin  edir.  Nəzərə  almaq  lazımdır  ki,  baza  siyasi 

qurumlar həm də siyasi  hadisələrin paylayıcısı rolunda çıxış edir. 

Bu baxımdan da baza siyasi qurumun bir və ya bir neçəsinin siyasi 

sistemlərdə  çatışmazlığı  yaranarsa,  onda,  siyasi  hərəkətlərin 

dövriyyəsində də çatışmazlıq yarana bilər. Belə olan halda, siyasi 

hərəkətlərin  törədilməsində  də  ardıcıl  mexanizm  pozula  bilər. 

Məsələn,  nazirlər  kabineti  əsas  və  siyasi  hadisələri  paylayıcı 



 

94

mərkəzi  siyasi  qurum  olaraq  fəaliyyət  göstərməzsə,  onda  siyasi 



hadisələrin  qurumlararası  dövriyyəli  hərəkəti  də  təmin  oluna 

bilməz  və  ümumilikdə  siyasi  sistemin  fəaliyyəti  köklü  şəkildə 

pozula bilər.  

Təbii  ki,  hər  bir  baza  siyasi  qurumu  da  təsnif  olunur.  Baza 

siyasi qurumları  iyerarxik  qaydada təsnif olunur  və hər bir siyasi 

qurumun siyasi sistemdə öz hərəkətyaradıcı və təkanvericilik gücü 

vardır.  Bu  baxımdan  da  hər  bir  baza  siyasi  qurumunun  öz  yeri 

mövcuddur.  Lakin  siyasi  qurumlar  maraqlara  müvafiq  olaraq 

yarandığı üçün və maraqlar da əlaqəli olduğundan siyasi qurumlar 

da  əlaqəli  olaraq  fəaliyyət  göstərməlidirlər.  Hər  bir  baza  siyasi 

qurumun  öz  yerində  fəaliyyət  göstərməməsi  siyasi  hərəkətlərin 

dövriyyəsində  problem  yarada  bilər.  Bu  amillər  siyasi  inkişaf 

zamanı siyasi hadisələrin törədilməsinə mane olan amillərdir.  

Siyasi  inkişaf  zamanı  siyasi  hərəkətlərin  törədilməsinə  mane 

olan  digər  amillər  də  vardır.  Nəzərə  almaq  lazımdır  ki,  siyasi 

qurumlar,  xüsusilə,  baza  siyasi  qurumlar  öz  siyasi  hərəkətləri 

sayəsində  də  siyasi  hərəkətlərin  müvafiq  axınlarını  əmələ 

gətirirlər.  Axın  digər  siyasi  qurumun  axını  ilə  birləşir  və 

məqsədyönlü və müxtəlif maraqlar təmin edilir. Lakin ola da bilər 

ki, siyasi qurumlar  öz vəzifə və funksiyalarına müvafiq olmayan, 

səlahiyyətlərindən  kənar  siyasi  hadisə  törətsinlər.  Siyasi 

qurumların  səlahiyyətlərini  aşmasını  buna  nümunə  göstərmək 

olar.  Bu  zaman  törədilən  siyasi  hadisələr başqa siyasi hadisələrin 

məqsədyönlü  törədilməsi  üçün  cavab  verməyə  bilər.  Yəni 

qanunauyğunluq  pozula  bilər.  Belə  olan  halda  da  siyasi 

sistemlərdə hərəkətlərin zamanlı dövriyyəsinə də maneçiliklər ola 

bilər. Məsələn,  dövlətin  hər  hansısa  bir  siyasi qurumu öz üzərinə 

düşən  vəzifəni  yerinə  yetirmək  əvəzinə  şəxsi  qrupların 

maraqlarına  müvafiq  olaraq  siyasi  hadisələr  törədə  bilərlər  ki,  bu 

da digər əlaqəli siyasi qurumların fəaliyyətini korlaya bilər.  

Siyasi sistemlərə mane olan daha bir amil olaraq onu da qeyd 

etmək  olar ki,  siyasi  sistemlərdən  kənarda qalan, öz fəaliyyəti ilə 

siyasi  normalara  tabe  olmayan  siyasi  qrupların  da  hərəkəti  siyasi 

sistemin  fəaliyyətinə  mane  ola  bilər.  Buna  kənardan  maneçilik 

demək  olar.  Məsələn,  dövlətin  siyasi  qurumlarının  və  eləcə  də 



 

95

ictimai-siyasi  təşkilatların  (partiyaların  və  s.),  siyasi  sistemlərin 



normal  və  qanunauyğun  fəaliyyətinə  maneçiliyi  siyasi  sistemin 

daxilindən  olan  maneçilikdir.  Bu  qurumların  fəaliyyəti  dövlətin 

normaları  ilə  tənzimləndiyi  üçün  qurumlar  siyasi  sistemin 

ünsürləri  (strukturun  tərkib  elementləri)  rolunda  çıxış  edirlər. 

Lakin  dövlətin  siyasi  sistemindən  kənarda  olan,  məsələn,  xarici 

ölkələrin təxribatçı qurumları, terror təşkilatları və s.-nin fəaliyyəti 

dövlətdaxili  siyasi  sistemə  kənardan  olan  təsirlərdir.  Daxildə  də, 

yəni cəmiyyətlərdə də siyasi normalardan kənar fəaliyyət göstərən 

qurumlar ola bilər ki, onların da fəaliyyəti siyasi sistemə kənardan 

təsiretmə  deməkdir.  Dövlətin  daxili  siyasi  qurumlarının  güclü 

fəaliyyəti  və  siyasi  sistemin  güclü  nəzarəti  kənar  qüvvələrin 

təsirlərini  heçə  endirir.  Bu  baxımdan  da  siyasi  hadisələrin 

dövriyyəli  hərəkəti  zamanı  siyasi  qurumlar  öz  işlərini  qarşılıqlı 

olaraq  tam  şəkildə  nəzarət  prinsipinə  əsaslanaraq  qurmalıdır. 

Bununla  yanaşı,  siyasi  sistemdən  kənarda  qalan,  lakin 

normalardan  kənara  çıxmayan  qruplar  da  ola  bilər  ki,  onların  da 

fəaliyyəti siyasi sistemə qismən təsir etsə də, lakin siyasi sistemin 

fəaliyyətini bir o qədər də korlaya bilməz. Beləliklə, siyasi inkişaf 

zamanı siyasi qurumlar öz fəaliyyətlərini mütləq şəkildə qarşılıqlı 

nəzarət  əsasında  təşkil  etməlidirlər.  Siyasi  sistemin  dövriyyəli 

hərəkətinə  mane  olan  qruplara  siyasi  təzyiq  qrupları  da  demək 

olar. Siyasi təzyiq qrupları çalışırlar ki, onların maraqlarına uyğun 

olaraq  normaların  icrası  təmin  edilsin.  Buradan  belə  bir  qənaətə 

gəlindi  ki,  siyasi  sistemin  fəaliyyətinə  həm  kənardan,  həm  də 



daxildən mane olan ünsürlər-təzyiq qrupları vardır. Siyasi inkişaf 

zamanı  siyasi  sistemin  fəaliyyətinə,  hərəkətlərin  dövriyyəsinə 

maneçilik vəziyyətlərini aşağıdakı şəkildə qeyd etmək olar: 

-baza siyasi qurumun olmaması; 

-baza  siyasi  qurumun  normalara  uyğun  olmayaraq  siyasi 

hərəkətlər törətməsi; 

-baza  siyasi  qurumun  qanunauyğun  fəaliyyəti  üçün  müvafiq 

normaların olmaması; 

-baza  siyasi  qurumun  öz  fəaliyyətini  zamana  uyğun 

qurmaması; 




Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə