Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə27/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   23   24   25   26   27   28   29   30   ...   204

 

81

qatlaşması  baza  və  üst  qatlarına  çevrilməsi  prosesləri  sürətlə  baş 



verir.  Dövlət  hakimiyyəti  bu  sürətli  proseslərin  tənzimlənməsini 

təmin  edir.  Dövlət  hakimiyyəti  öz  subyektlərinin  vəzifə  və 

funksiyalarını müəyyən edir. Siyasi inkişaf zamanı sürətli hərəkət 

trayektoriyası siyasi qurumlarla baş dövlət qurumu arasındakı sıx 

əlaqəni  təmin  edir.  Dövlət  hakimiyyəti  sürətli  hərəkət  zamanı 

siyasi subyektlər tərəfindən obyektlərə təsirlərin gücləndirilməsini 

təmin  edir.  Sürətli  hərəkətlər  zamanı  yaradılmış  yeni  siyasi 

şəraitin  tədqiq  edilərək,  yeni  siyasi  şəraitlərdən  doğan  siyasi 

maraqların  təmini  üçün  və  yeni  siyasi  şəraitləri  yeni  qaydalarla 

tənzimləmək  məqsədilə  dövlət  hakimiyyəti  tərəfindən  müəyyən 

hərəkətlər edilir.  

Dövlət hakimiyyəti öz siyasi sisteminin bütövlüyünü mühafizə 

etmək  öhdəliyini  də  yerinə  yetirməlidir.  Siyasi  inkişaf  təkmil  və 

bütöv  siyasi  sistemdən  çox  asılıdır.  İnkişaf  üçün  təkmil  siyasi 

sistemlərin  güclü  enerjisi  yaranır.  Siyasi  quruluş,  ümumi  siyasi 

sistem  bir  kompleksiyadır.  Burada  tərkib  komponentlərinin  gücü 

ümumi  kompleksə,  ümumi  kompleksin  gücü  də  öz  növbəsində 

komponenetlərin  inkişafına  müsbət  təsir  edir.  Dövlət  siyasi 

sistemin  immunitetini  daima  artırmaq  funksiyasını  yerinə 

yetirməlidir  və  bu  baxımdan  ümumi  strukturu  qorumaq  üçün 

siyasi  infiltrasiya  proseslərinə  yol  verməməli  və  siyasi 

kompleksiyanın  (siyasi  sistemin  quruluşu)  elementlərinə  və 

hərəkət trayektoriyalarına zərər vuracaq, fəaliyyət korlayacaq yad 

elementlərin  keçməsinin  və  onların  ayrılıqda və birləşmiş şəkildə 

zərərverici  fəaliyyətinin  qarşısını  almalıdır.  Qeyd:  İnfiltrat-

tib.,biolog.-iltihab  prosesi  nəticəsində  orqanizm  toxumalarında 

hüceyrə  elementlərinin  toplanmasıdır.  İnfiltrasiya  isə  orqaniz-

min hüceyrə və toxumalarına yad maddələrin keçməsi və orada 

toplanması deməkdir.  

 



 

82

Siyasi inkişaf vəziyyətində siyasi elitanın fəaliyyətinin  



ə

sas xüsusiyyətləri 

 

Siyasi  elita  siyasi  hərəkətlər  edən,  siyasi  hadisələr  törədən 

qruplardır,  ayrı-ayrı  sahələr  üzrə  mövcud  olan  qrupların  cəmidir. 

Siyasi  qruplar  siyasi  hadisələri  müəyyən  istiqamətlər  üzrə 

törədirlər.  Siyasi  elita  siyasi  hadisələri  qruplaşdırır.  Siyasi  elita 

nümayəndələri  siyasi  qurumlarda  toplaşaraq  maraqlara  müvafiq 

şəkildə siyasi hadisələri istiqamətləndirirlər. (“Elita” sözü fransız 

dilindən  tərcümədə  “ən  yaxşı”,  “seçilmiş” mənasını verir. Siyasi 

elmdə  bu  anlayışa  ilk  dəfə  20-ci  əsrin  əvvəllərində  Sorelin  və 

Paretonun  əsərlərində  rast  gəlinir.  Siyasi  təlimlərdə  elita  sözü 

malik  olduğu  yüksək  keyfiyyətlərinə  görə  kütlələrdən  seçilən  və 

ona rəhbərlik etməli olan xüsusi qrupu ifadə etmək üçün işlədilir. 

Siyasi elita cəmiyyətin daxilən rəngarəng, bu və ya digər dərəcədə 

idarəetmə  funksiyalarını  yerinə  yetirmək  keyfiyyətlərinə  və 

qabiliyyətlərinə  malik  olan,  ictimai  strukturlarda  rəhbər  mövqe 

tutan  və  cəmiyyətdə  siyasi  qərarlar  qəbul  edilməsinə  təsir 

göstərən  mütəşəkkil  azlığıdır.  Siyasi  həyatda  roluna,  siyasi 

qərarların  qəbul  edilməsində  iştirak  etmək  dərəcəsinə  görə  elita 

yüksək  elita və orta elita kimi iki başlıca qrupa bölünür. Elitanın 

aşağıdakı  tpləri  mövcuddur:  1.İrsi  elita.  Buraya  daxildir 

aristokratiya.  2)  Nüfuz  elitası-cəmiyyətdə  yüksək  ictimai  və  ya 

dövlət  mövqeyi  tutan  insanlar.  3)  Hakimiyyət  elitası-hakimiyyətə 

malik  olan  insanlar.  4)  Funksional  elita-yüksək  peşə  hazırlığına 

malik  olan  və  idarəetmə  strukturunda  çalışanlar).

1

 Elita 



anlayışına  münasibət  bildirən  Azərbaycan  alimi,  filosof  Ramiz 

Mehdiyevin  fikrincə  elitanın  hər  bir  cəmiyyət  üçün  xarakterik 

olması  aksiomdur.  Onun  əsasında  insanların  fiziki,  psixoloji, 

intellektual,  mədəni,  mənəvi  və  digər  fərqləri  dayanır.  Bununla 

yanaşı,  elita  xüsusi  siyasi  təşkilatı  keyfiyyətləri  ilə  səciyyələnir. 

Elita  cəmiyyətin  yüksək  qabiliyyətli  idarəetmə  və  siyasi 

                                                 

1

 Həsən  Şirəliyev,  Əli  Əhmədov.  Politologiya.  Ali  məktəblər  üçün  dərslik. 



“Təbib” 1997, 416 səh, səh. 100-104. 

 



 

83

demokratik  proseslərə  təsir  göstərmək  bacarığı  olan  təbəqəsidir. 



Özü  də  elitanın  formalaşması  demokratiya  prinsiplərinə  zidd 

deyildir, çünki insanların sosial bərabərliyi bərabər imkanlar kimi 

başa  düşülməlidir.

1

 Ümumiyyətlə  belə  bir  fikir  bildirmək  olar  ki, 



cəmiyyətdə elitanın sosial-siyasi dəyərləri və keyfiyyətləri elitaya 

daxil  olan  qrupların  göstərdikləri  xidmətlərin  müqabilində 

müəyyən  edilir.  Elitanın  xidməti  onun  cəmiyyətdəki  status 

keyfiyyətlərini müəyyən edir.  

Siyasi  inkişafın  tələbi  ondan  ibarətdir  ki,  Siyasi  hadisələr 

ümumiyyətlə,  qruplaşmış  şəkildə  törədilməlidir.  Məhz  bu 

baxımdan  siyasi  hadisələri  qruplaşdırmaq  üçün  siyasi  vasitələrin 

fəaliyyətinin  qruplaşması  tələb  olunur.  Siyasi  elitada  təmsil 

olunan  siyasi  şəxslər  siyasi  hadisələri  istiqamətləndirirlər.  Siyasi 

elita  məhz  siyasi  hadisələri  qruplaşdırmaq  üçündür,  bu  məqsədlə 

formalaşır. Məlumdur ki, siyasi hadisələri qrup şəklində törətmək 

lazımdır  ki,  qruplaşmış  maraqlar  (qruplaşmış  subyektlərin 

maraqları)  təmin  edilsin.  Siyasi  elita  maraqların  tərkibini 

müəyyənləşdirmək,  maraqları  qruplaşdırmaq  və  siyasi  hadisələri 

idarə  etmək  üçün  də  təşkil  edilir.  Siyasi  elita  mövcud  şəraiti 

kompleks  şəkildə  araşdırmaq,  tədqiq  etmək  üçün  də  təşkil  edilir. 

Siyasi  inkişafı  zəruri  etmək  baxımından  müvafiq  şəraiti  tədqiq 

etmək üçün siyasi elitanın fəaliyyəti də sürətləndirilməlidir. Siyasi 

qurumlarda toplaşmış, böyük vəzifə və səlahiyyətlərə malik olan, 

bu  baxımdan  cəmiyyətdə  böyük  məsuliyyət  daşıyan  və 

cəmiyyətdə siyasi hadisələrin istiqamətlərini müəyyən edən siyasi 

qrupu siyasi  elita  adlandırmaq  olar.  Siyasi  elita cəmiyyətin digər 

üzvləri  arasında,  fərdlər  arasında  münasibətləri  tənzimləmək, 

siyasi  vasitələr  arasında  qarşılıqlı  siyasi  hadisələri  tənzimləmək 

üçün  hərəkət,  fəaliyyət  istiqamətlərini  müəyyən  edən  siyasi 

qruplardır.  Siyasi  inkişaf  zamanı  siyasi  elitalar  cəmiyyətdə 

yaranmış  yeni  siyasi  şəraitlərə  müvafiq  olaraq,  yeni  yaranmış 

maraqları  təmin  etmək  üçün  tez-tez  təkrar  törədilən  siyasi 

                                                 

1

 Ramiz  Mehdiyev,  fəlsəfə  elmləri  doktoru,  proifessor.  Milli  məfkurə, 



dövlətçilik,  müstəqillik  yolu  ilə.  II  cild  (məqalələr,  çıxışlar,  müsahibələr). 

Bakı, “XXİ-Yeni Nəşrlər Evi” 2007, 672 səh., səh.38.

 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə