Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə25/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   21   22   23   24   25   26   27   28   ...   204

 

75

trayektoriyadan  digərlərinə  keçmələri  prosesləri  də  sürətlənir. 



Sürətlənmiş  və  ardıcıl  olaraq  törədilən  hadisələrin  əvəzlənməsi 

prosesləri  də  sürətlənir.  (Qeyd:  sürət  amilinə  qeyri-adi  əsasda 



baxmaq  düzgün  olmaz.  Sürət  yalnız  qanunauyğunluq 

çərçivəsində  məntiqi  əsaslara  söykənməlidir).  Siyasi  hadisələr 

tələbata  müvafiq  olaraq  sürətlə  törədildiyindən,  yeni  maraq  və 

tələbatların  meydana  gəlməsi  də  sürətlə  müşahidə  edilən  bir 

prosesə  çevrilir.  Siyasi  hadisələr  trayektoriyalarda  sürətlə 

törədildiyindən  mütləq  şəkildə  ardıcıl  əvəzolunma  prosesləri  də 

baş verir. Əvəzolunma prosesləri  yeni şərait və tələbatlardan irəli 

gəlir.  Növbəti  siyasi  hadisələr  sürətlə  törədildiyindən  tez-tez 

müxtəlif  siyasi  şəraitlər  meydana  gəlir.  Ümumiyyətlə,  siyasi 

inkişaf sürətli hərəkət ritmini özündə ehtiva etdiyindən və tələbat 

və  maraqların  yaranmasına  əsaslandığından,  siyasi  hadisələr  də 

qarşılıqlı  olaraq  və  birlikdə  bağlı  şəkildə  törədilməlidir.  Siyasi 

inkişaf artan hərəkət xassəsini özündə birləşdirir. Bununla yanaşı, 

tələbat  yarandıqda,  şəraitə  müvafiq  olaraq  hərəkət tempi azala da 

bilər.  Məsələn,  hərəkət  trayektoriyasında  vacib  məsələ  ortaya 

çıxarsa,  həmin  hərəkətin  törədilməsini  növbə  baxımından  qabağa 

keçirmək  olar.  Bu  azalma  isə  növbəti  siyasi  hadisələrin  sürət-

lənməsini  şərtləndirə  bilər.  Bu  baxımdan  da  siyasi  hərəkətlər 

siyasi  hadisələrin  törədilməsini  zəruri  edir.  Siyasi  inkişaf  zamanı 

siyasi  hadisələr  bir-birinə  cavab  verərək  törədilməlidir.  Belə  ki, 

bir  hadisə  törədildikdən  sonra  digər  hadisələr  törədilməlidir  ki, 

əvvəlki  hadisəyə  cavab  versin,  əvvəlki  hadisənin  təsirlərini 

gücləndirsin.  Nəzərə  almaq  lazımdır  ki,  ikinci  hadisə  birinci 

hadisəni  tamamlamaq,  təsirlərini  gücləndirmək  üçün  törədilir, 

üçüncü hadisə isə birinci və ikinci hadisənin təsirlərini gücləndirir. 

Bu  şəkildə  siyasi  hadisələr  ardıcıl  olaraq  törədilmə  xüsusiy-

yətlərinə  malik  olur.  Böyük  maraqları  təmin  etmək  üçün  böyük 

maraq  yolunda  bir  neçə  siyasi  hadisə  törədilməlidir  ki,  marağa 

çatılsın.  Həmin  siyasi  hadisələr  də  bir-birilərinə  cavab  verə-verə 

törədilməlidir.  Siyasi  hadisələr  törədilərkən  yaranmış  siyasi 

şəraitlər  tələb  edir  ki,  yeni-yeni  eyni  və  başqa  məzmunlu  siyasi 

hadisələr törədilsin. Yeni siyasi hadisələrdən sonra meydana gələn 



 

76

tələbatlar  üzərində  başqa  siyasi  hadisələr  törədilir.  Siyasi  inkişaf 



tez-tez  meydana  gələn  tələbatlara  bağlı  olduğundan  siyasi 

hadisələr  də  həmin  tələbatlara  cavab  olaraq  törədilir.  Siyasi 

hadisələrin  törədilmə  xüsusiyyətləri  siyasi  hadisələrin  miqyası, 

həcmi  tələbatların  ölçüsündən  yaranmış  şəraitlərin  xüsusiy-

yətlərindən  asılıdır.  Tələbat  böyük  olduqca  siyasi  hadisə  də 

böyüyür.  Siyasi  hadisə  böyüdükcə,  təsir  də  artır,  təsir  artdıqca 

emosiya  (reaksiya  və  həyəcan)  da  artır.  Nəticədə  hərəkət 

sürətlənir. 

Sürətli 

hərəkət 


nəticəsində 

siyasi 


vasitələrin 

yaradılması  prosesləri  sürətlənir.  Siyasi  vasitələrin  birləşməsi, 

ayrılması,  yeni  məzmunlu  siyasi  proseslərin  meydana  gəlməsi  də 

baş  verir.  Beləcə  qarşılıqlı  və  əlaqəli,  təkrar  dövriyyəli  proseslər 

həyata  keçirilir.  Siyasi  inkişaf  zamanı  bir  siyasi  hadisə  digərinə 

keçən  zaman  həmin  siyasi  hadisəni  böyüdür,  forma  və 

məzmununda dəyişiklik əmələ gətirir.  

 

Siyasi inkişaf prosesləri zamanı dövlət hakimiyyətinin  

işinin təşkil edilməsinin əsasları 

 

Dövlət  hakimiyyəti  dövlətçiliyi  təmin  edən  əsas  qurumdur  və 

bu  baxımdan  əsas  siyasi  məfhum  və  anlayışdır.  Dövlət 

hakimiyyəti  ayrı-ayrı  sahələr  üzrə  siyasi  qurumları  təşkil  edir  və 

həmin  siyasi  qurumlar  siyasi  hadisələr  törədirlər.  Bir  çox  fəlsəfi-

elmi  yanaşmalara  əsasən,  mənafe  üzərində  qurulan  hakimiyyət 

daha  sabitdir,  davamlıdır.  Marağa,  inam  və  nüfuza  əsaslanan 

hakimiyyət  böyüyüb,  tabelikdə  olanın  rəhbərlə  identifikasıyasına 

keçir.

1

  



Dövlət  idarəetməsi  cəmiyyətə  və  onun  qruplarına  şüurlu  təsir 

göstərərək,  onların  ictimai-siyasi  cəhətdən  zəruri  və  məqsədə-

uyğun  olanın  məcrasına  yönəldir.  Dövlət  idarəetməsi  siyasi 

rəhbərlik, 

inzibati-dövlət 

idarəetməsi, 

hərbi 

müdaxilə 



                                                 

1

 Z.T.Qolenkova,  M.M.Akuliç,  V.M.Kuznetsov.  Professor  Z.T.Qolenkovanın 



redaktorluğu  ilə.  Ümumi  sosiologiya.  Tərcümə  edəni:  f.e.d.,  prof.  İzzət 

Rüstəmov. Bakı, Diplomat.2007; 494 səh., səh.338. 


 

77

səviyyəsində  mövcud  olur.  İdarəetmə  prosesinin  texnologiyasını 



rəngarəng  metodların,  prosedur  və  qaydaların  köməyilə  həyata 

keçirilən  müxtəlif  formaları  təşkil  edir.  İdarəetmənin  təsir 

vasitələrindən  asılı  olaraq  inzibati-hüquqi  metodlar,  siyasi 

metodlar,  iqtisadi  metodlar,  sosial  metodlar,  sosial-psixoloji 

metodlar, manipulyasiya metodları fərqləndirilir.

1

  

 Nəzərə  almaq  lazımdır  ki,  hakimiyyət  obyektin  subyektə 

tabeliyini  həmişə  nəzərdə  tutur.  Hakimiyyətin  obyektinin  və 

subyektinin  münasibətləri  istər  kəskin,  müqavimət,  istərsə  də 

könüllü, həvəslə qəbul olunan itaətetmə formasını ala bilər. Siyasi 

hakimiyyət  obyektinin  keyfiyyətləri  hər  şeydən  əvvəl  əhalinin 

siyasi  mədəniyyəti  ilə  müəyyən  olunur.  M.Fukonun  fikrinə  görə, 

hakimiyyət  kommunikasiyalardan  və  repressiyalardan  fərqli 

olaraq fərdlərin öz aralarında qrupların qruplarla qarşılıqlı təsirini 

təşkil  edən  xüsusi  qüvvə  ilə  səciyyələnir.  Hakimiyyət  meqa-, 

makro-  və  mikrososial  proseslərdən  ayrılmazdır.

2

 Nəzərə  almaq 



lazımdır ki, proseslərin özləri də müəyyən istiqamətlər üzrə həyata 

keçirilən  hərəkətlərdən  ibarətdir.  Hakimiyyətin  sosial  prosesləri 

tənzimləmə funksiyası onun həm də proseslər üzərində nəzarətinin 

əsaslarını zəruri edir.  

Siyasi  qurumların  törətdikləri  ardıcıl  siyasi  hadisələrin 

trayektoriyalanması siyasətin istiqamətlərini müəyyən edir. Dövlət 

hakimiyyəti  siyasi  inkişaf  zamanı  siyasi  hadisələrin  ardıcıl 

törədilməsini təmin etmək məqsədilə normalar (qaydalar) yaradır. 

Həmin normalar vasitəsilə siyasi hadisələrin törədilmə çərçivələri 

müəyyən  edilir.  Siyasi  hadisələr  törədilərkən  siyasi  qurumların 

səlahiyyət  və  funksiyaları  müəyyən  olunur.  Siyasi  hadisələr 

törədilərkən  siyasi  qurumların  fəaliyyət  istiqamətləri  müəyyən-

ləşdirilir.  Siyasi  qurumların  fəaliyyət  istiqamətləri  dövlət 

hakimiyyəti tərəfindən müəyyən olunur. Dövlət hakimiyyəti siyasi 

                                                 

1

 Z.T.Qolenkova,  M.M.Akuliç,  V.M.Kuznetsov.  Professor  Z.T.Qolenkovanın 



redaktorluğu  ilə.  Ümumi  sosiologiya.  Tərcümə  edəni:  f.e.d.,  prof.  İzzət 

Rüstəmov. Bakı, Diplomat.2007; 494 səh., səh.451, 452.  

2

 Həmin kitab, səh.337. 



 


Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə