Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə23/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   19   20   21   22   23   24   25   26   ...   204

 

69

trayektoriyalarla  tez-tez  törədilən  hadisələr  həmçinin  mövcud 



siyasi vasitələrin məzmununa da təsir göstərərək, digər vasitələrin 

də  meydana  gəlməsini  zəruri  edir.  Siyasi  hərəkətlərin  tez-tez 

təkrarən  törədilməsi  əsasən  siyasətin  istiqamətlərinin  formalaş-

masının  əsaslarını  təşkil  edir.  Məsələn,  dövlətin  xarici  siyasət 

fəaliyyəti  zamanı  ardıcıl  olaraq  törədilən  siyasi  hadisələr  xarici 

siyasət kursunu və istiqamətlərini formalaşdırır. 

Siyasi  inkişaf  zamanı  siyasi  hadisələr  həmçinin  tez-tez  təkrar 

olaraq  törədilir  ki,  siyasi  hadisələr  məlum  olan  trayektoriyalara 

cəlb  edilsin.  Bu  bir  növ  həm  də  siyasi  hadisələrin  idarə  olunmuş 

formada  törədilməsini  əsaslandırır.  Siyasi  hadisələrin  eyni 

trayektoriyalar  üzrə  təkrar  törədilməsi  siyasi  sistemin  mexaniz-

mini formalaşdırır. Siyasi sistem məhz təkrar törədilən hadisələrin 

təsiri ilə öz dayanıqlığını, möhkəmliyini artırır. Siyasi hadisələrin 

təkrarlanması  əsas  və  digər  maraqların  təmin  edilməsi  üçündür. 

Məsələn,  dövlətin  qanunlarının  hazırlanması  üzrə  hərəkətlər 

təkrar-təkrar  edilir, bu zaman oxşar və eyni məzmuna malik olan 

əsas  maraqlar  təmin  edilir.  Qanunlardan  digər  normativ-hüquqi 

aktların  yaranması  isə  əsas  maraqdan  doğan  digər  maraqların 

təmin  edilməsinə  əsaslanır.  Bu  bir  növ  baş  kanaldan  (əsas 

kollektordan)  paylayıcı  kanalların  və  paylayıcı  kanallardan 

suvarma  sahələri  üçün  su  arxlarının  çəkilməsinə  bənzəyir.  Su 

arxlarından  isə  su  sahələrdə  əkilən  taxılın  və  tərəvəzin  sulanması 

üçün  istifadə  edilir.  Suyun  baş  kanal  vasitəsilə  ümum  axını  elə 

siyasi  hadisələrin  trayektoriyalarla  təkrar  törədilməsini  xatırladır. 

Burada  əsas  maraq  məhsulun  yetişdirilməsidir.  Suvarma  isə 

məqsədə  çatmaq  üçün  edilən  hərəkətlərdir.  Ümumiyyətlə,  böyük 

kanaldan  tərəvəz  bostanlarının  suvarılması  şəbəkəsi  bir  suvarma 

sistemidir.  Həmçinin  yaşayış  evlərinə,  istehsal,  ticarət  və  xidmət 

obyektlərinə,  küçələrə  elektrik  enerjisinin  verilməsi üçün  elektrik 

stansiyaların,  yarımstansiyaların  tikilməsi,  ötürücülərin  (transfor-

matorların) yaradılması və işıq dirəklərinin salınması və naqillərin 

çəkilməsi bir sistemdir. Həmin sistem qurulur və enerji vasitələrlə 

müvafiq  obyektlərə  ötürülür.  Buna  bənzər  sistemlər  su  və  qaz 

şəbəkələri  sistemləri  də  vardır.  Burada  əsas  məsələ  sistemin 




 

70

qurulmasıdır.  Sistem  ümumilkdə  çoxlu  sayda  maraqların  təmin 



edilməsinə  yönəlir.  Yaşayış  və  iqtisadiyyat,  sosial  infrastruktur, 

hərbi  və  mədəniyyət,  təhsil  və  elm,  səhiyyə  sahələri  və  digər 

sahələr  artdıqca,  maraqlar  da  artır,  tələbat  artır  və  su,  elektirk  və 

qaz, eləcə də rabitə şəbəkələri də genişlənir. Siyasi inkişaf zamanı 

siyasi sistemlərdə siyasi hadisələr də sürətlə törədilir və maraqlara 

müvafiq  olaraq  trayektoriyalar  da  artır  və  hadisələr  vasitələr 

üzərinə vasitələrin əlavə edilməsi prinsipi ilə tez-tez törədilir.  

 

Siyasi inkişaf proseslərində siyasi hadisələrin idarə  

olunmasının əsasları 

 

Siyasi  inkişaf  zamanı  siyasi  hadisələr  sürətlə  törədildiyindən, 

trayektoriyalarda ardıcıl törəmə prosesləri baş verir. Siyasi inkişaf 

zamanı  siyasi  hadisələr  sürətlə  törəndiyindən,  siyasi  hadisələr  də 

trayektoriyalarda  ardıcıl  olaraq  bir-birilərini  sürətlə  əvəz  edir. 

Yəni  siyasi  hadisələrin  səhnələnməsi  prosesləri  sürətlə  həyata 

keçirilir.  Siyasi  hadisələr  siyasi  şəxslər  tərəfindən  onların 

maraqlarını  təmin  etmək  üçün  törədildiyindən  siyasi  hadisələrin 

yeni  trayektoriyaları  da  tez-tez  yaranır.  Maraqlar  tez-tez 

yarandığından  siyasi  hadisələr  də  həmin  maraqların  təmini 

istiqamətində  tez-tez  törədilir.  Bu  zaman  siyasi  hadisələrin  əhatə 

olunduğu  siyasi  proseslər  axını,  siyasi  hərəkətlər  axını, 

istiqamətlər siyasi şəxslər tərəfindən müəyyən edilir. Siyasəti icra 

edən  şəxslər  əvvəlcə  maraqları  və  maraq  yollarını  müəyyən  edir, 

sonra isə həmin yollarla öz siyasi aktlarını həyata keçirirlər. Siyasi 

hadisələrin  bir-birinə  keçmələri,  əvəz  olunmaları  sürətlə  həyata 

keçirildiyindən  siyasi  proseslər  də  idarə  olunmağa  cəlb  edilir. 

Siyasi  prosesləri  idarə  etmək,  yəni  törədilən və törədiləcək siyasi 

hadisələrin  forma  və  məzmununu  müəyyən  etmək  üçün  siyasi 

hadisələrin törədilməsi formasını, məkan və məzmununu müəyyən 

edərək iqstiqamətləndirmək tələb olunur. Siyasi hadisələr həm də 

ona  görə  idarə  olunur  ki,  siyasi  münasibətlərin  bir  münasib  me-

xanizmi  formalaşdırılsın.  Siyasi  hadisələr  idarə  olunarkən 

cəmiyyətin  üzvləri  (şəxslər-fərdlər)  arasında  münasibətlərin 




 

71

formalaşması mexanizmi  yaranır, onların vəzifə və öhdəliklərinin 



müəyyən  olunması  üçün  müvafiq  və  iyerarxik  sistem  yaranır. 

Siyasi hadisələr idarə olunarkən siyasi hadisələrin qruplaşması baş 

verir.  Siyasi  inkişaf  zamanı  qruplaşmış  siyasi  hadisələrin  bir-

birilərinə keçmə prosesləri də sürətlə baş verir. Siyasi hadisələrin 

sürətli  törədilməsi  prosesləri  nəticəsində  ümumi  siyasi  mühitdə 

siyasi  enerji  artır.  Siyasi  hadisələrin  enerjisi  isə  yeni-yeni  siyasi 

hadisələrin törədilməsini zəruri edir. Yeni hadisələr yeni vasitələri 

əmələ  gətirir.  Ümumilikdə  isə  siyasi  mühitdə  törədilən  siyasi 

hadisələrin  sayı  artır.  Bunun  nəticəsi  olaraq  siyasi  inkişaf  təmin 

edilir.  Siyasi  inkişaf  zamanı  siyasi  hadisələrin  idarə  olunması 

siyasi  hadisələrin  qanunauyğun  törədilməsini  təmin  edir.  Siyasi 

idarə  etmə  sürətli  inkişaf  zamanı  sürətlə  törədilən  siyasi 

hadisələrin öz trayektoriyalarından kənara çıxmasında kəskinliyin 

qarşısını  alır.  Siyasi  inkişaf  zamanı  siyasi  hadisələrin  idarə 

olunması  siyasi  sistemin  qarşılıqlı  fəaliyyət  mexanizmini  təmin 

edir.  Siyasi  hadisələrin  siyasi  qurumlarda  sürətlə  törədilməsinə 

görə siyasi hadisələrin əvəz olunması da sürətlə müşahidə olunan 

prosesə  çevrilir.  Siyasi  inkişaf  zamanı  siyasi  hadisələrin  idarə 

olunması  siyasi  hadisələrin  siyasi  qurumlarda,  qarşılıqlı  fəaliyyət 

göstərən  siyasi  sistemin  qurumlarında,  subyektlərində  qarşılıqlı 

şəkildə  sürətlə  və  tələbata  müvafiq  olaraq  törədilməsini  təmin 

edir.  Siyasi  inkişaf  zamanı  mükəmməl  idarəçilik  sistemi  yaranır. 

Siyasi  inkişafda  siyasi  sistemin  obyekt  və  subyektlərinin  sayı 

artırılır.  Nəticədə  daha  çox  siyasi  vasitə  siyasi  sistemlərdə 

fəaliyyət  göstərir.  Siyasi  hadisələrin  idarə  olunması  məqsədli 

inkişafın  əsasını  təşkil  edir.  Məqsədli  inkişaf  isə  özlüyündə  tələb 

edir  ki,  siyasi  hadisələr  törədildikcə  baza  trayektoriyasına  cəlb 

edilsin.  Siyasi  hadisələrin  idarə  olunması  siyasi  inkişafı  zəruri 

edir.  Siyasi  inkişaf  baza  və  üst  qat  siyasi  hadisələrin  bir-birinə 

keçmələrini  təmin  edir.  Siyasi  hadisələrin  idarə  olunması  siyasi 

hadisələrin  məqsədli  və  maraqlara  cavab  verəcək  səviyyədə 

törədilməsini  təmin  edir.  Bu  isə  o  deməkdir  ki,  insanlar  öz 

iradələrinə tabe olaraq siyasi hadisələr törədirlər.  

  



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə