Microsoft Word siyaset II cild rtf


Siyasi inkişafa nail olmaq məqsədilə siyasi vasitələrin



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə24/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   20   21   22   23   24   25   26   27   ...   204

 

72

Siyasi inkişafa nail olmaq məqsədilə siyasi vasitələrin 



sayının artırılmasının əsasları  

 

Siyasi  inkişaf  zamanı  siyasi  vasitələrin  sayının  artırılması 

zəruri  tələbata  çevrilir.  Siyasi  inkişafa  siyasi  vasitələrin  güclü  və 

məqsədyönlü fəaliyyəti ilə nail olmaq olur. Canlı və cansız siyasi 

vasitələr  birgə  şəkildə  iştirak  edirlər.  Canlı siyasi vasitələr cansız 

siyasi  vasitələrdən  öz  hərəkətlərini  müəyyən  etmək  və  qaydalar 

yaratmaq  üçün  istifadə  edirlər.  Cansız  siyasi  vasitələrin  hərəkətə 

gətirilməsi  və  canlı  siyasi  vasitələr  tərəfindən  təsirlərə  məruz 

qalması  nəticəsində  cansız  siyasi  vasitələr  forma  və  məzmun 

baxımından  dəyişikliklərə  məruz  qalır.  Dəyişikliklərə  təsir 

göstərən  amillər  içərisində  maraq,  tələbat  mühüm  rol  oynayır. 

Maraq  və  tələbatın  təmin  olunması  istiqamətində  normaların 

yaradılması tələb olunur. Normaları əks etdirən sənədlər də maraq 

və  tələbatın  mövcud  olduğu  zamana  müvafiq  olaraq  dəyişikliyə 

məruz qalır. Bu zaman həm də siyasi vasitələrin sayı çoxalır və ya 

müxtəlif  ölçülü  bir  neçə  sayda  cansız  siyasi  vasitələr  birləşərək 

böyük  siyasi  vasitələrə  çevrilir.  Siyasi  inkişaf  zamanı  siyasi 

vasitələr  olan  siyasi  qurumların  da  sayının  artırılması  zərurətə 

çevrilir.  Belə  ki,  müxtəlif  məzmunlu  və  formalı  siyasi  vasitələri 

artırmaq  və  hərəkətə  gətirmək  üçün  canlı  siyasi  vasitələr  tələb 

olunur.  Müxtəlif  sahələri  bilən  siyasi  şəxslərin  çoxluğu  aidiyyatı 

sahələrdə  siyasi  vasitələrin  sayının  çoxalmasına  gətirib  çıxara 

bilər.  Şəraiti  düzgün  dəyərləndirən  və  dərk  edən  “beyinlər”in 

çoxluğu  siyasi  hadisələri  istiqamətləndirmək  üçün  qaydaların-

normaların  yaradılmasını  təmin  edir.  Belə  ki,  həmin  siyasi 

şəxslərin  hərəkətləri  sayəsində  cansız  siyasi  vasitələrin 

(sənədlərin)  sayı  çoxaldılır.  Siyasi  şəxslərin  hərəkət  istiqamətləri 

və bu istiqamətdə fəaliyyət göstərmələri həmin istiqamətdə siyasi 

vasitələrin  sayının  çoxaldılmasına  səbəb  olur.  Siyasi  vasitələr 

çoxaldıqca  siyasi  hadisələrin  sayı  da  çoxaldılır.  Nəticədə  siyasi 

hadisələrin  təsirləri  də  artır.  Siyasi  təsirlər  artdıqca  cəmiyyətdə 

digər  siyasi  vasitələrin  emosiyaları  (həyəcanları)  da  artır. 




 

73

Beləliklə,  hərəkətlərin  sayı  artırılır.  Çoxaldılmış  hərəkətlər  çoxlu 



sayda  siyasi  vasitələrin  sayının  artmasına  xidmət  edir.  Siyasi 

vasitələrin  sayının  çoxalması  təbii  olaraq  siyasi  hərəkat  və 



axınların  meydana  gəlməsini  zəruri  edir.  Siyasi  hərəkat  və 

axınların  sayının  çoxluğu  və  həcminin  böyük  olması,  eləcə  də 

siyasi  hərəkatların  məqsədyönlü  şəkildə  mövcudluğu  siyasi 

inkişafı zəruri edir. Hər bir hərəkat siyasi vasitələrin axın qatının, 

təbəqəsinin  əmələ  gəlməsini  zəruri  edir.  Siyasi  vasitələrin 

çoxaldılması  siyasi  şəxslərin  bu  vasitələr  üzərində  təsiretmə 

imkanlarını artırır və təsir amili bir növ zərurətə çevrilir. Məsələn, 

qəbul  edilən  sənədlərdə  göstərilən  normaların  yerinə  yetirilməsi 

zərurəti  yaranır.  Siyasi  şəxslər,  siyasətin  subyektləri  həmin 

normaların  yerinə  yetirilməsini  özlərinin  başlıca  vəzifə  və 

öhdəlikləri  hesab  edirlər.  Normaların  yerinə  yetirilməsi  zərurəti 

əlavə vasitələrin meydana gəlməsinə səbəb olur. Məsələn, iqtisadi 

və  sosial  sahədə  dövlət  proqramlarında  göstərilən  normaların 

icrası  nəticəsində  zaman-zaman  əlavə  siyasi  vasitələr  meydana 

gəlir  ki,  bu  siyasi  vasitələrin  sayının  çoxaldılması  da  siyasi 

inkişafın  əsaslarını  təşkil  edir.  Siyasi  inkişaf  zamanı  siyasi 

vasitələr məqsədyönlü şəkildə sürətlə hərəkət edərək və etdirilərək 

qatlaşmış  (üst-üstə,  ard-arda  gələn)  hərəkət  mənzərəsinin 

yaranması  ilə  müşahidə  edilir.  Buna  siyasi  inkişaf  dalağaları  da 

demək  olar.  Siyasi  inkişaf  vəziyyətində  siyasi  vasitələrin 

törətdikləri  siyasi  hadisələrin  təsir  dərəcələri  daima  artan  templə 

müşahidə  olunur.  Siyasi  inkişaf  zamanı  siyasi  vasitələrin  sayının 

çoxaldılmasının  zəruri  əsaslarını  qısa  olaraq  aşağıdakı  şəkildə 

qeyd etmək olar: 

-siyasi  fəaliyyət  ümumilikdə  siyasi  vasitələrin  hərəkəti 

nəticəsində meydana gəlir. Siyasi vasitələrin sayının çoxaldılması 

siyasi vasitələrin hərəkət dairəsini genişləndirir; 

-siyasi  vasitələrin  çoxaldılması  ilə  siyasi  subyekt  və 

obyektlərin sayı çoxaldılır ki, nəticədə törədilən siyasi hadisələrin 

sayının çoxluğu siyasi təsirlərin genişlənməsinə səbəb olur



 

74

-siyasi vasitələrin çoxaldılması sayəsində siyasətin subyektləri 



arasında münasibətlərin sferası da genişlənir; 

-siyasi  vasitələrin  çoxaldılması  sayəsində  siyasi  vasitələrin 

idarə  olunması  məsələləri  və  idarə  olunması  zərurəti  meydana 

gəlir; 


-siyasi  vasitələrin  (canlı  və  cansız)  sayının  çoxaldılması  ilə 

siyasi  sistemin  ünsürlərinın  (elementlərinin-komponentlərinin) 

sayı  çoxalır  və  siyasi  sistemin  subyektlərinin  də  sayı  artır.  Çoxlu 

sayda  siyasi  qurumu  olan  siyasi  sistem  isə  möhkəm  və  dayanıqlı 

fəaliyyət göstərir; 

-siyasi  vasitələrin  sayının  çoxaldılması  və  qarşılıqlı  hərəkət 

etmələri siyasi mühitin daha da zənginləşməsini zəruri edir, siyasi 

mühiti çoxçalarlı və rəqabətli edir; 

-siyasi  vasitələrin  sayının  çoxaldılması  siyasi  sistemin 

fəaliyyət mexanizminin daha da güclənməsini təmin edir; 

-siyasi  vasitələrin  sayının  çoxaldılması  nəticəsində  birləşmə 

proseslərinin nəticəsi olaraq böyük siyasi təsirlər törədəcək siyasi 

vasitələrin meydana gəlməsini zəruri edir

-siyasi  vasitələrin  sayının  çoxaldılması  maraqların  sayının 

çoxaldılmasını  zəruri  edir  ki,  maraq  obyektlərinin  çoxluğu  da 

siyasi vasitələrin sistemli olaraq hərəkət etməsini şərtləndirir;  

-siyasi  vasitələrin  sayının  çoxaldılması  siyasi  hərəkətlərin 

istiqamətlənməsinin  əsaslarını  təşkil  edir  ki,  istiqamətlənmiş  və 

ardıcıl  olarq  sürətlə  törədilən  siyasi  hadisələr  isə  davamlı  siyasi 

təsirlər  göstərir.  Nəticədə  cəmiyyətdə  siyasi  inkişafın  sürətli 

gedişatı təmin edilir.  

Siyasi  inkişaf  naminə  vasitələrin  sayının  çoxaldılmasında 

ekstensiv (keyfiyyətcə deyil, yalnız kəmiyyətcə artan, genişlənən) 

proseslər yox, intensiv (səmərəli, faydalı) proseslər tələb olunur.  



 

Siyasi inkişaf zamanı siyasi hadisələrə cavab verən başqa  

siyasi hadisələrin törədilməsinin əsasları 

 

Siyasi  inkişaf  prosesləri  nəticəsində  siyasi  hadisələr  bütün 



əlaqəli  sahələrdə  sürətlə  törədilir.  Siyasi  hadisələrin  bir 


Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə