Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə21/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   17   18   19   20   21   22   23   24   ...   204

 

63

şaxələnmiş  trayektoriyaları  yaranır.  Şaxələnmə  sürətlə  meydana 



gəlir. Bu zaman şaxənin bir qolundan digər şaxələr  yaranır. Bu o 

deməkdir  ki,  ilkin  trayektoriyalar  üzrə  siyasi  hadisələrin  təkrar 

olaraq tez-tez törədilməsi nəticəsində ilkin sadə trayektoriyalar bir 

müddətdən 

sonra 

baza 


trayektoriyalarına 

çevrilir. 

Baza 

trayektoriyasına  xidmət  üçün  köməkçi  trayektoriyalar  yaranır. 



Sonradan  isə  köməkçi  trayektoriyaların  da  əksəriyyəti  baza 

trayektoriyasına  çevrilir.  Siyasi  inkişafın  əsas  xüsusiyyətləri  də 

məhz  baza  trayektoriyalarının  tez-tez  yaranması  prosesləri  ilə 

müəyyən edilir. Siyasi hadisələrin baza trayektoriyaları ilə tez-tez 

törədilməsi  məhz  siyasi  inkişafın  əsaslarını  müəyyən  edir. 

Məsələn,  iqtisadiyyat  baza  trayektoriya  istiqamətidir.  Eləcə  də 

istehsal  sahələrinin  yaradılması  da  baza  sahələrdir.  Bu  baza 

istiqamətlər 

üzrə 

siyasi 


hadisələrin 

tez-tez 


törədilməsi 

(iqtisadiyyatın  təkmil  şəkildə  tez-tez  olaraq  idarə  edilməsi)  təbii 

olaraq  siyasi  inkişafa  səbəb  olur.  Siyasi  hadisələr  cəmiyyətin 

ümumilikdə  dinamik  hərəkət  vəziyyətində  olmasını  təmin  edir. 

Hərəkət  vəziyyətləri  də  öz  növbəsində  idarəedilən  aktiv 

vəziyyətindən  idarəedilən  passiv  vəziyyətinə  keçidlə  xarakterizə 

olunur.  Siyasi  sistem  fəaliyyət  göstərərək  daima  siyasi  qurum 

yaratma və mövcud siyasi qurumun strukturunda dəyişiklik etmək 

kimi  funksiyasını  yerinə  yetirir.  Siyasi  inkişaf  zamanı  siyasi 

sistemin  ümumilkdə  hərəkət  vəziyyəti  nisbi  normal  hərəkət 

vəziyyətindən  daha  da  fəal  olur.  Siyasi  sistem  sürətli  hərəkət 

trayektoriyalarının  yaranmasını  zəruri  edir.  Siyasi  sistem  tələb 

edir  ki,  siyasi  hadisələr  maraqların  təmin  edilməsinə  istiqamət-

lənsin.  Siyasi  sistemin  trayektoriyaları  arasında  birləşmələr  də 

mövcud  ola  bilər.  Belə  ki,  siyasi  hadisələr  iki  və  ya  daha  çox 

trayektoriya  üzrə  törədildikdə  müəyyən  məsafədən  və  zamandan 

sonra  maraq  və  tələbatların  birləşməsi  naminə  trayektoriyalar 

birləşdirilə bilər. Bu zaman siyasi hərəkət trayektoriyasında siyasi 

enerji  zolaqları  da  gücləndirilə  bilər.  Həmin  anda  siyasi  enerji 

zolaqları  siyasi  hadisələrin  sürətini  daha  da  artıra  bilər.  Burada 

gücün  birləşdirilməsi  prinsipi  ortaya  çıxa  bilir.  Birləşmiş  güc  də 



 

64

siyasi  hadisələri  sürətlə  törətməyə  səbəb  olur.  Təkanvericilik 



burada əsas amilə çevrilir. Siyasi sistem siyasi hadisələri birləşdirə 

və  ya  birləşmiş  hadisəni  tələbata  və  şəraitə  müvafiq  olaraq 

parçalaya  bilər  və  ayrı-ayrı  istiqamətlərə  yönəldə  bilər.  Burada 

birləşmə və parçalanma proseslərinin kökündə də məhz maraq və 

tələbat amilləri mühüm rol oynayır.  

  

Siyasi inkişafı zəruri edən siyasi trayektoriyaların  

genişlənməsi və sayının çoxalmasının əsasları  

  

Siyasi  inkişaf  zamanı  tələbat  və  maraqlar  artdığından  və  bu 

baxımdan  da  siyasi  hadisələrin  sayının  çoxaldılması  zərurətə 

çevrildiyindən  maraq  və  tələbatların  təmin  edilməsi  üçün  siyasi 

hərəkətlərin  də  istiqamətləri  daima  genişlənmə  xüsusiyyətlərinə 

malikdir.  Eyni  zamanda  maraq  və  tələbatlara  müvafiq  olaraq 

trayektoriyaların  sayı  da  çoxaldılır.  Belə  ki,  siyasi  trayekto-

riyaların genişlənməsi prosesləri daima baş verən və təkrar olaraq 

törədilən  siyasi  hadisələrdən  meydana  gəlir.  Bu  bir  növ  yeni 

salınmış bir yola və bu yoldan keçən avtomobillərin gündən-günə 

sayının  çoxalmasına  bənzəyir.  Əgər  yeni  salınmış  yol  istiqa-

mətində ticarət, istehsal və xidmət obyektlərinin sayı çoxalarsa və 

yaşayış  məskənlərinin  sayı  çoxaldılarsa,  onda  həmin  yolda 

avtomobillərin sayı da çoxaldılacaqdır. Bu yoldan istifadə etməklə 

yeni obyektlərin də inşasını yerinə yetirmək olar. Siyasətdə də bu 

cür  proseslər  mövcuddur.  Məsələn,  sosial  sahədə  siyasəti  həyata 

keçirmək  və  gücləndirmək  üçün  bir-birinin  ardınca  tez-tez 

müəyyən islahatlar həyata keçirilir, eyni və oxşar məzmunlu siyasi 

hadisələr  törədilir.  Həmçinin  siyasi  qurumlar  tərəfindən  tez-tez 

siyasi qərarlar qəbul edilir və icrası təmin edilir. Siyasi vasitələrin 

hərəkət  vəziyyəti,  hərəkət  prosesləri  eyni  istiqamətdə  mövcud 

olan siyasi hərəkət trayektoriyalarını genişləndirir. Həmçinin yeni 

trayektoriyalar  yaradılır. Məsələn,  aidiyyatı baş qurum tərəfindən 

verilən  qərarları  və  nəticələrini  daha  da  möhkəmləndirmək  və 

təsirli  etmək  üçün  üçün  tabeli  və  aşağı  səlahiyyətə  malik  olan 



 

65

qurumlar  əlavə  qərarlar  qəbul  edir  və  icrasını  təmin  edirlər. 



Tələbata  və  maraqlara  müvafiq  olaraq  baş  qurum  tərəfindən  tez-

tez  törədilən  siyasi  hadisələrin  ardıcıl  düzülüşü  baza  trayekto-

riyasını  gücləndirir.  Bununla  yanaşı,  kənar  trayektoriyalar  da 

yaranır.  Siyasi  inkişaf  zamanı  siyasi  vasitələrin  hərəkət  trayekto-

riyaları  tez-tez  yaranır.  Trayektoriyalar  bir  mərkəzdən  çıxaraq 

ətraflara  doğru  uzanır.  Bu  o  deməkdir  ki,  baza  trayektoriyası 

köməkçi  trayektoriyaların  yaranmasına  xidmət  edir.  Bütün 

trayektoriyalar  şəbəkəsi  isə  siyasi  sistemin  işlək  mexanizmini 

formalaşdırır  və  siyasi  sistemin  siyasi  qurumlarını-siyasi 

institutlarını  bir-birinə  bağlayır.  Siyasi  qurumlar  arasındakı  əlaqə 

tellərini, yollarını siyasi trayektoriyalar təşkil edir. Siyasi sənədlər 

isə  zəncirin  həlqələri  (tellərin  birləşmələri)  rolunda  çıxış  edir. 

Siyasi inkişaf zamanı siyasi trayektoriyalardan ötürülmələr tez-tez 

həyata  keçirilir.  Siyasi  inkişaf  vəziyyətində  siyasi  qurumlar 

şaxələnmiş formada artdığından siyasi trayektoriyaların da sayı da 

artırılır.  Siyasi  trayektoriyaları  siyasi  qurumlar  yaradırlar.  Bu 

baxımdan  siyasi  qrumların  özlərinin  mövcudluğu  da  yeni-yeni 

trayektoriyaların  meydana  gəlməsinə  səbəb  olur.  Qarşılıqlı  təsir 

prosesləri nəticəsində yaradılma prosesləri baş verir. Siyasi inkişaf 

zamanı  elə  də  olur  ki,  siyasi  hadisələrin  trayektoriyaları  yoxa 

çıxır, eyni zamanda bir formadan, bir istiqamətdən başqa forma və 

istiqamətlərə  keçir.  Məsələn,  dövlətin  hər  hansısa  bir  sahəsində 

siyasi  prosesləri  həyata  keçirmək  üçün  tez-tez  yeni  siyasət 

qurumları yaradılır, yaxud da mövcud siyasi qurumların fəaliyyəti 

vəzifə və səlahiyyət baxımından kiçilir, yaxud da böyüyür. Bütün 

bu  proseslər  siyasi  şəraitlərdən  formalaşır.  Siyasi  tələbatdan 

meydana  gəlir.  Törəmə  trayektoriyalar  arasında  da  əlaqələr 

yaranır.  Törəmə  trayektoriyalar  bir  müddətdən  sonra  baza 

trayektoriyasına  keçir.  Ola  da  bilər  ki,  bir  və  ya  bir  neçə  baza 

trayektoriyası  da  öz  formasını  itirsin  və  ölçüsü  kiçilsin,  ya  da 

tamamilə  yox  olsun.  Bu  hər  şeydən  öncə  həmin  trayektoriyada 

siyasi  hadisələrin  törədilməsinin  dayandırılması  ilə  əlaqəli  ola 

bilər.  Siyasi  hərəkətlərin  trayektoriyaları  və  siyasi  hadisələrin 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə