Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə29/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   25   26   27   28   29   30   31   32   ...   204

 

87

insanı həmin tələbatları ödəmək üçün şərait və vasitələr axtarmağa 



sövq  edir.  İnsan  tələbatları  özünün  yüksək  səviyyəsini  müəyyən 

qəbildən  olan  sərvətlərin  mənimsənilməsində  tapır.  Tələbatlarla 

onları  doğuran  şərait  arasında  sıx  əlaqə  mövcuddur.  Əgər  şərait 

fəaliyyətin  statik,  dayanıqlı,  sabit  tərəfini  ifadə  edirsə,  tələbat  bu 

prosesin mütəhərrikliyini göstərir.

1

  



Siyasi  inkişaf  sürətli  hərəkət  proseslərini  özündə  ehtiva  edir. 

Bu  baxımdan  da  maraqlar  sürətlə  təmin  edilir.  Çünki  siyasi 

hadisələrin  törədilməsi  maraq  və  məqsədlərə  söykənir.  Siyasi 

hadisələrin  tərkibi  prosesual  hərəkət  vəziyyətindən  ibarət 

olduğundan siyasi maraqlar da hərəkət vəziyyətinin nəticəsi olaraq 

yaradılır. Siyasi inkişaf zamanı maraqlar tez-tez yaranır və tez-tez 

yaranan  vəziyyətlər  də  yeni  maraqların  yaranmasını  zəruri  edir. 

Maraq  ümumiyyətlə,  tələbatların  təmin  olunması  üçün  yerinə 

yetirilən  zəruri  vəziyyətlərdir,  vasitələrdir.  Maraqların  yerinə 

yetirilməsi 

prosesləri 

tələbatın 

ödənilməsi 

üçün 


hərəkət 

prosesləridir. Bir siyasi hadisə törədilməyə başlayanda maraq yolu 

ilə siyasi vasitələrin hərəkəti başlayır. Hərəkətin başlanğıcı maraq 

yolunun başlanğıcı deməkdir. Siyasi inkişaf zamanı maraqlar tez-

tez yaranır. Maraqlar da baza-əsas və köməkçi maraqlara bölünür. 

Belə  ki,  inkişaf  vəziyyətləri  köklü  maraqların  tez-tez  təmin 

edilməsi  ilə  xarakterizə  olunan  proses  və  vəziyyətlərdir.  Köklü 

maraqlar-böyük  maraqlar,  geniş  maraqlar-əsasən  böyük  məqsəd 

yolunu  keçməklə  təmin  olunur.  Məqsəd  yolunda  ola  bilər  ki,  bir 

neçə  ölçüdə  (həcmdə)  maraq  olsun.  Siyasi  inkişaf  zamanı  böyük 

maraqlar  öz  ətrafında  çoxlu  sayda  maraqları  birləşdirir.  Siyasi 

inkişaf  proseslərində  çoxlu  sayda  böyük  maraqlar  yaranır.  Ola 

bilir  ki,  böyük  maraq  təmin  olunduqdan  sonra,  yenidən,  növbəti 

maraq  üçün  məqsəd  yolu  başlansın.  Siyasi  hadisələrin  təkrar 

olaraq  törədilməsi  trayektoriyası  təmin  edilsin.  Maraqlardan 

maraqlar  yaranır  prinsipi  ortaya  çıxır.  Böyük  maraq  təmin 

olunur,  böyük  maraqdan  yaranan  böyük  siyasi  vasitələr  hərəkətə 

                                                 

1

Sosiologiya.  Dərslik.  Müəlliflər  kollektivi.  Redaktor:  dosent,  f.e.n. 



Vahidov F.Q. Bakı, “Təknur” MMC, 295 səh., 2005, səh.61. 


 

88

gətirilir  və  növbəti  böyük  maraq  yaranır.  Siyasi  inkişaf  vəziyyəti 



maraqların  getdikcə  böyüməsi  ilə  xarakterizə  olunur.  Təbii  ki, 

maraqlar  bütün  sahələrdə  mövcud  olduğundan,  bir  məzmunlu 

böyük  maraqdan  digər  məzmunlu  böyük  maraqların  meydana 

gəlməsi  üçün  siyasi  hadisələr  törədilir.  Siyasi  inkişaf  zamanı 

maraqlar  həmçinin  parçalanma  xüsusiyyətlərinə  də  malik  olur. 

Böyük  maraqlar  ona  görə  hadisələrə  parçalanır  ki,  parçalanma 

zamanı  olduqca  müxtəlif  ölçülü,  həcmli  hissələrə  bölünmüş 

maraqlar  birləşərək,  cəmləşərək,  növbəti  digər  məzmunlu  böyük 

maraqların  təmin  olunmasına  xidmət  edir.  Bu  da  onunla  izah 

olunur  ki,  siyasi  hadisələr  trayektoriyalarla  törədilir,  hadisələr 

digər  məzmunlu  hadisələrə  keçir.

1

 Siyasi  inkişaf  maraqların 



birləşməsi  və  parçalanması  ilə  xarakterizə  olunan  bir  prosesdir. 

Siyasi  inkişaf  siyasi  sistemin  siyasi  qurumları  arasında  siyasi 

hərəkətlərin  nəticəsi  ilə  yaranan  maraqlardan  formalaşır.  Siyasi 

maraqlar  iyerarxik  qaydada  təmin  olunma  proseslərinə  malikdir. 

Siyasi maraqlar aşağıdan yuxarıya, yuxarıdan aşağıya doğru təmin 

olunma  proseslərinə  malikdir.  Maraqlar  yuxarıdan  aşağıya  doğru 

trayektoriyalar  üzrə  parçalanır,  hissələrə  bölünür.  Yəni  ayrı-ayrı 

subyektlərin  maraqları  meydana  gəlir.  Aşağıdan  yuxarıya  doğru 

kiçik  maraqlar  birləşərək  böyüyür.  Böyük  maraq  ona  görə 

hissələrə  bölünür  və  parçalanır  ki,  özünü  təmin  etsin,  özünün 

tərkibini  formalaşdırsın.  Məsələn,  cəmiyyətdə  ümumi  maraqlar 

ayrı-ayrı  fərdlərin,  qrupların  maraqlarından  formalaşır.  Ayrı-ayrı 

fərdlərin,  qrupların  maraqları  birləşərək  ümumi  maraqları 

formalaşdırır. İstənilən maraq siyasi vasitələri birləşdirmə, ayırma, 

forma  və  məzmununu  dəyişmə  xassələrinə  malikdir.  Məsələn, 

maraq  yarandıqda sənədlərin məzmununda dəyişikliklər meydana 

gəlir.  Maraqların  dəyişdirilməsi,  parçalanması  isə  tələbatın 

ödənilməsi  üçün  zəruri  hadisələrdən  baş  verir.  Siyasi  inkişaf 

zamanı  maraqların  sürətlə  birləşdirilməsi  və  parçalanması 

prosesləri yaranır. Bütün proseslər isə baza-əsas maraqların təmin 

                                                 

1

 Nəsibov  E.M.  “Siyasətin  tərkib  hissələrinin  hərəkət  xüsusiyyətləri”,  Bakı-



“Elm və Təhsil”-2010. 116 s.; səh. 96. 

 



 

89

edilməsinə  əsaslanır.  Məsələn,  insan  hüquqlarının  təmin  edilməsi 



əsas  maraqdır.  Bu  məqsədlə  insan  hüquqlarının  əhatə  etdiyi 

sahələr  üzrə  maraqlar  təmin  edilir.  Burada  maraqlar  birləşir  və 

əsas marağı əmələ gətirir. Birləşmə prosesləri əsas marağa xidmət 

edir.  Siyasi  inkişaf  zamanı  siyasi  hadisələr  cəmiyyətlərdə 

dövriyyəli  hərəkətlərlə  törədildiyindən,  maraqlar  da  dövriyyəli 

hərəkətlərdən formalaşır. Yəni maraqların parçalanma və birləşmə 

prosesləri  siyasi  hadisələrin  törədilmə  trayektoriyası  ilə  həyata 

keçirilir.  Siyasi  hadisələr  törədilərkən  digər  sahələrdəki  siyasi 

hadisələrə  təsir  göstərdiyindən,  maraqlar  da  müxtəlif  sahələrdən 

maraqlara  təsir  göstərir.  Siyasi  hadisələrin  törədilməsi  zərurəti 

başqa  maraqların  da  meydana  gəlməsi  üçün  təkanvericilik 

xüsusiyyətlərinə malik olur.  

 

 

Мараг вя сийаси щадисялярин гаршылыглы



ялагясини якс етдирян схем

Sxem 6

Схемдян эюрцнцр ки, мараглардан сийаси щадисяляр мейдана эялир. Сийаси щадисялярин

тюрядилмяси дя марагларын тямин едилмясиня ясасланыр. Сийаси инкишаф заманы сийаси

щадисялярин вя марагларын гаршылыглы олараг мейдана эялмяси цчцн гят едилян мясафя

бойунжа трайекторийалар эетдикжя бюйцмялидир вя чохалмалыдыр. Йяни бюйцк сийаси тясирляр

эюстярян щадисяляр тюрядилмялидир.



 


Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə