Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə37/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   33   34   35   36   37   38   39   40   ...   204

 

111


Siyasi inkişaf zamanı siyasi hərəkətləri və münasibətləri  

müəyyən edən normaların genişləndirilməsinin əsasları- 

normalar məcəlləsinin-normalar toplusunun təşkil  

edilməsinin əsasları  

 

Siyasi inkişaf siyasətin forma və məzmunundan əsaslı şəkildə 

asılıdır. Siyasətin forma və məzmunu onun struktur təsisatlarında, 

normalarında  və  onun  məqsəd  və  dəyərlərində  tapır.  Elmi 

izahatlara  əsasən  siyasət  strukturunda  forma,  məzmun  və  proses 

ayrılır.  Siyasət  forması-ona  davamlılıq,  sabitlik  verən,  adamların 

siyasi  davranışını  tənzimləməyə  imkan  verən  onun  təşkilat 

strukturu, institutları (dövlət, partiyalar və s.) həmçinin normaları 

və  qanunlarıdır.  Siyasətin  məzmunu  onun  məqsədləri  və 

dəyərlərində həll  etdiyi  qərarların  qəbul  edilməsi motivlərində və 

mexanizmlərində, problemlərdə ifadə olunur.

1

  



Siyasi  inkişaf  bütün  sahələri  əhatə  edən  aktlar  və  siyasi 

hadisələr  toplusunu  özündə  əks  etdirən  bir  proses cəmidir. Siyasi 

inkişaf zamanı cəmiyyəti əhatə edən bütün istiqamətlər üzrə siyasi 

hərəkətlər  edilir.  Siyasi  hərəkətlər  sürətlə  edilir.  Siyasi  inkişaf 

siyasətin  subyektləri  arasında  münasibətlərlə  xarakterizə  olunan 

bir  proses  olduğundan  münasibətlərin  tənzimlənməsi  üçün  real 

siyasi  şəraitdən  irəli  gələrək  normaların  yaradılması  zəruri  amilə 

çevrilir.  Siyasi  inkişaf  zamanı  normalar  siyasi  hərəkətlərin 

məqsədyönlü  və  təyinatlı  şəkildə  istiqamətlənməsini  təmin  edir. 

Normalar  bir  növ  siyasi  hərəkətlər  üçün  çərçivəyə  salma



istiqamətverici  və  trayektoriya  müəyyənedici  rol  oynayır. 

Siyasi  inkişaf  zamanı  proseslər  ardıcıl  olduğundan  və  siyasi 

hadisələrin  təsiri  ilə  bir  şəraitdən  digər  münasib  şəraitlərin 

meydana  gəlməsi  ilə  müşahidə  olunduğundan  mütləq  şəkildə 

normalar  yaradılmalıdır.  Normalar  bütün  sahələri  əhatə  edərək 

şaxələnmiş,  məcəllələşmiş  (toplu)  xüsusiyyətlərə  malik  olur. 

Siyasi  hərəkət  digər  siyasi  hərəkətdən  doğduğundan  norma  da 

                                                 

1

 Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət  İdarəçilik 



Akademiyası.  Politologiya.  Izahlı  lüğət.  Bakı,  “Şərq-Qərb”,  2007,  352  səh., 

səh. 274. 

 



 

112


digər normadan meydana gəlir. Normalar icra olunarkən meydana 

gələn yeni maraqlar və zərurət, həmçinin şərait tələb edir ki, yeni 

normalar yaransın. Normalar siyasi şəraitə müvafiq olaraq törəmə 

xüsusiyyətlərinə  malik  olur.  Bu  da  onunla  izah  olunur  ki,  siyasi 

maraq  uğrunda  edilən  hər  bir  hərəkət  özündən  sonra  digər 

hərəkətlərin yaranmasını zəruri edir. Siyasi inkişaf zamanı ümumi 

normalar,  yəni  ümumi  istiqamətverici  normalar  (məsələn, 

konstitusiya)  olmaqla  yanaşı,  konkret  sahələri  əhatə  edən 

normalar  da  mövcud  olur.  (Məsələn,  qanunlar,  fərmanlar, 

sərəncamlar  və  digər  hüquqi-normativ  aktlar).  Normalar  toplusu 

olan  sənədlər  müəyyən  strategiya  istiqamətlərini  müəyyən  edir. 

Hər  bir  norma  isə  taktikanı  müəyyənləşdirir.  Hər  bir  norma 

münasibəti  müəyyən  edir,  münasibətləri  tənzimləyir.  Konkret 

norma  konkret  sahələrdəki  münasibətləri  tənzimləyir.  Bir  sahə 

(ixtisaslaşmış)  üzrə  qəbul  edilən  və  icra  olunan  sənədlər  həmin 

sahələrin  fəaliyyəti  üçün  həm  də  siyasi  instrumentarilər 



(instrumentari-musiqidə  bir  ixtisasda  işlənən  alətlər  kompekti 

deməkdir)  rolunda  çıxış  edir.  İnstrumentarilərin  tərkibi  olan 

normalar  toplusu  isə  sahələrin  tənzimlənməsini  təmin  edir  və 

sahələr  üzrə  strategiya  olaraq  ayrı-ayrı  taktiki  gedişləri  müəyyən 

edir.  Siyasi  inkişaf  zamanı  mütləq  şəkildə  siyasi  hadisələrin 

trayektoriyalarının  yaradılması,  trayektoriyaların  ilkin  gediş 

layihələrinin  müəyyən  edilməsi  üçün  və  siyasi  hadisələrin 

trayektoriyalardan  keçmələrini  təmin  etmək  üçün  normaların 

məcəllələşdirilməsi  zəruridir.  Normaların  toplusu  (ayrı-ayrı 

istiqamətlər  və  sahələr  üzrə)  ümumi  siyasi  mühitin  tənzim-

lənməsini  təmin  edir.  Ümumilikdə  siyasi  mühiti  tənzimləmək  və 

siyasi  inkişafı  təmin  etmək  üçün  qanunvericilik  bazasının 

yaradılması  zəruri  amilə  çevrilir.  Siyasi  inkişaf  zamanı  bir  siyasi 

hadisə  törədilir  və  nəticədə  bir  neçə  siyasi  hadisələrin  də 

törədilməsi  üçün  şərait  meydana  gəlir.  Siyasi  inkişaf  siyasi 

vəziyyətlərin  ardıcıl  yaradılmasını  təmin  edən  bir  prosesli 

vəziyyət  olduğundan  hər  bir  ardıcıl  prosesi  tənzimləmək  üçün 

mütləq  olaraq  norma  yaradılmalıdır.  Hər  bir  proses,  hər  bir 

hərəkət  məqsədə  əsaslandığından  məqsədlərin  müəyyən  edilməsi 




 

113


də  normalarla  həyata  keçirilməlidir.  Çünki  maraq  və  məqsədlər 

məzmuna  malik  olur,  tələbatlara  uyğun  olaraq  müəyyən  hədləri 

özündə  əks  etdirir.  Normaların  mövcudluğu  ardıcıl  hərəkətlərin 

nizamlanmasını  təmin  edir.  Hərəkətlərin  meydana  gəlməsi  isə 

zərurətlə  əlaqəli  olduğundan  normaların  yaradılması  da  zəruri 

amilə  çevrilir.  Normalar  ardıcıl  hərəkət  mexanizmini  təmin  edən 

əsas  layihədir,  istiqamət  müəyyən  edəndir.  Siyasi  inkişaf  zamanı 

siyasi  hadisələrə  tez-tez  təkan  vermək  üçün  mütləq  şəkildə 

normalar  yaradılmalı  və  icrası  təmin  edilməlidir.  Siyasi  inkişaf 

qaydalar sistemi ilə əldə olunan bir vəziyyətdir. Qaydalar sistemi 

vasitələrin güclərini müvafiq istiqamətlərə səfərbər edir. Qaydalar 

sistemi  tez-tez  yaradılan  qaydaları  özündə  əks  etdirən  bir 

mexanizm  olaraq  mərkəzləşmiş  qüvvənin  tətbiqi  istiqamətlərini 

meydana  gətirir.  Qaydalar  sistemi  həm  ayrı-ayrı  sahələrdə  olan 

enerji hissələrini, vasitələrini özünə cəlb edir və güclənir, həm də 

vahid  istiqamətverici  mərkəz  olaraq  vasitələrin  enerjilərini 

müvafiq  istiqamətlərə  yönəldir.  Normaların  yaradılması  da  siyasi 

şəraitə  bağlı  olmalıdır.  Hər  bir  siyasi  hərəkət  dəyişmiş  vəziyyət 

yaradır. Bu vəziyyət tələb edir ki, yeni siyasi hərəkət üçün norma 

yaradılsın.  Siyasi  inkişaf  üçün  normaların  yaradılması  siyasi 

hərəkətlər  zamanı  əldə  edilmiş  təcrübələrdən  də  yaranır.  Eyni 

zamanda  yeni  normaya  uyğun  olaraq  siyasi  hərəkət  zamanı  da 

başqa normalar da  yaranır. Siyasi inkişaf dəyişkən xüsusiyyətlərə 

malikdir.  Bu  baxımdan  da  dəyişkənliyi  təmin  etmək  üçün  də 

normaların  yaradılması  və  ya  mövcud  normaların  tərkibində 

dəyişikliklərin  edilməsi  zəruri  amilə  çevrilir.  Normalar  təkrar 

hərəkət  dövriyyəsinin  meydana  gəlməsinin  əsaslarını  müəyyən 

edir.  Təkrar  hərəkətlər  zamanı  isə  trayektoriyalar  baza 

trayektoriyalarına çevrilir. Baza trayektoriyaları isə siyasi inkişafı 

zəruri  edir.  Normalar  siyasi  hərəkətlərin  trayektoriyalar  üzrə 

təkrar  törədilməsini  təmin  etməklə  yanaşı,  siyasi  hərəkət 

trayektoriyalarında  dəyişkən  vəziyyət  yaratmaq  və  tənzimləmək 

üçün  də  qəbul  edilir.  Normalar  siyasətin  subyektlərini  hərəkətə 

gətirir  və  siyasətin  subyektləri  arasında  əlaqələrin  yaradılmasını 

və münasibətlərin formalaşmasını təmin edir. Baza normalar, yəni 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə