Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə38/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   34   35   36   37   38   39   40   41   ...   204

 

114


maraqları  təmin  edən  baza  hərəkətləri  tənzimləyən  normalar  tez-

tez  dəyişmir  və  tez-tez  dəyişən  hərəkətləri  tənzimləmək  üçün 

köməkçi  normalar  qəbul  edilir.  Baza  normalar  çoxlu  sayda 

törəmə  normaların  icrası  zamanı  meydana  gələn  şərait  tələb 

edərsə,  dəyişə  bilir.  Məsələn,  konstitusiya  islahatları  inkişafı 

zəruri  edən  şəraitləri  daha  da  çoxaltmaq  məqsədilə  və  inkişafa 

mane  olan  normaları  dəyişmək  üçün  həyata  keçirilir.  Baza 

normalar  ümumi  hərəkəti  nizamlama  funksiyasını  yerinə  yetirir. 

Siyasi inkişaf zamanı meydana gələn dəyişkən vəziyyətlər tez-tez 

təkrarlanır,  ardıcıl  olaraq  yaranır.  Bu  baxımdan  da  baza 

normalarında  dəyişikliklərin  edilməsi  də  zərurətə  çevrilir. 

Zamana,  şəraitə  və  tələbata  uyğun  olaraq  həyata  keçirilən 

konstitusiya  normalarını  buna  misal  çəkmək  olar.  Baza  norması 

dəyişkən  siyasi  şəraitlərin  yaranmasına  mane  olduqda,  siyasi 

hadisələrin  törədilməsinin  qabağını  kəsdikdə  və  inkişaf  gətirən 

dəyişkən  şəraiti  təmin  etmək  məqsədilə  mövcud  normaları 

dəyişmək  zərurəti  meydana  gəlir.  Baza  normalar  siyasi 

hərəkətlərin  bütün  sahələr  üzrə şaxələnmiş formada törədilməsini 

təmin  edir.  Baza  normalar  maraqların  təminatı  istiqamətində 

daima dəyişən-törəmə normaların yaradılmasına xidmət etməlidir.  

Konstitusiya  baza  hüquq  norması  olaraq  bütün  sahələr  üzrə 

qanunvericilik 

aktlarının 

(normalarının) 

yaradılması 

üçün 


təkanvericilik  funksiyasını  yerinə  yetirir.  Siyasi  inkişaf  zamanı 

bir-birini əvəzləyən, bir-birinin ardınca yaradılmış şəraitləri təmin 

etmək üçün normaların qəbul edilməsi zəruri amilə çevrilir. Siyasi 

inkişaf  zamanla  bağlı  olan  bir  vəziyyət  olduğundan,  siyasi 

hərəkətlər  zamana  müvafiq  olaraq  törədildiyindən  mütləq  şəkildə 

zamana  münasib  olan  normaların  yaradılması  vacibdir.  Siyasi 

inkişaf  prosesində  normalar  zamanla  uzlaşmalıdır.  Zaman  siyasi 

hərəkətləri və siyasətin subyektləri arasında baş verən münasibət-

ləri  tənzimləyən  şəraiti  ortaya  çıxardığından  bu  şəraiti  tənzim-

ləyən  hüquq  normalarının  mövcudluğu  zəruridir.  Normaların 

çoxluğu,  qanunlar  toplusu  olan  məcəllələr  və  qanunvericilik 

aktları  toplusu  münasibətlər  sistemini,  şəbəkəsini  yaradır  və 

münasibətlər  sistemində  hər  bir  sahə  üzrə  siyasət  icraçısının 



 

115


yerini,  funksiyasını  müəyyən  edir.  Normaların  toplusu,  cəmi 

siyasi  inkişaf  zamanı  səlahiyyətlərin  bölgüsünü  müəyyənləşdirir. 

Siyasətin  subyektləri  arasında  münasibətlərin  tənzimlənməsini 

normalar  həyata  keçirir.  Siyasi  inkişaf  vəziyyəti  idarəedilən  və 

həm  də  öz-özünə  tənzimlənən  bir  prosesdir.  Bu  proses  zamanı 

siyasi  aktlar  və  siyasi  hadisələr  müəyyən  hədlər  çərçivəsində 

törədilir.  Siyasi  inkişaf  qanunauyğunluqlara  tabe  olan  bir  proses 

olduğundan, 

mütləq 

şəkildə 


bu 

proses 


normalarla 

tənzimlənməlidir.  Normalar  isə  baza  və  köməkçi  normalara 

bölünür.  Baza  norma  sənədi  əsasən  köməkçi  sahələrdə 

münasibətləri  tənzimləmək  üçün  qəbul  edilir.  Bununla  yanaşı, 

siyasi inkişaf nəzarət edilən bir proses olduğundan da, baza norma 

sənədi  bütün  sahələrdə  siyasi  aktların  qanunauyğun  şəkildə 

törədilməsini  zəruri  edir.  Baza  normaları  siyasi  müstəvilərin 

hədlərini  və  hədlər  çərçivəsində münasibətlərin baza prinsiplərini 

tənzimləyir.  Siyasi  inkişaf  zamanı  siyasi  dalğalar  ardıcıl  olaraq 

gəldiyindən,  vasitələrin  qatlaşması,  təbəqələşməsi  prosesləri  baş 

verir.  Siyasi  inkişaf  dalğalarının  meydana  gətirdikləri  vasitələrin 

qatlaşması, siyasi aktların bir-birini əvəzləməsi, siyasi hadisələrin 

bir  qatdan  digər  qata  keçərək  bir-birini  əvəzləməsi  də  qanuna-

uyğun  şəkildə  tənzimlənməlidir.  Bu  baxımdan  da  həmin 

qanunuyğunluğu  yaratmaq  üçün  elmi  və  təcrübi  biliklərə 

söykənərək  normaların  yaradılması  vacib  amilə  çevrilir.  Buradan 

belə  bir  nəticəyə  gəlinir  ki,  cəmiyyətdə  bütün  münasibətlərin 

hədləri,  ölçüləri  və  sahələri  vardır  və  münasibətlər  tələbatlara 

söykənir  və  tələbatların  ödənilməsi  üçün  normalar  qəbul  edilir. 

Siyasətin subyektləri də  bütün sahələri tənzimləmək və maraqları 

təmin etmək üçün normalara müvafiq olaraq hərəkət edirlər.  

Ümumiyyətlə,  sahələr  arasında  bağlılıq  mövcud  olduğundan, 

bütün  sahələrdə  baş  verən  proseslərin  bir-biri  ilə  əlaqəli  olması 

vadar  edir  ki,  tənzimləmə  məsələləri  ortaya  çıxsın.  Həmin 

tənzimləmə  məsələlərini  təmin  etmək  üçün  mütləq  olaraq 

normalar  yaradılmalıdır,  normalar  qəbul  edilməlidir.  Baza  sənədi 

təkanvericilik  rolunu  oynayır  və  digər  normaların  törədilməsini 

təmin edir. Normalar şərait, tələbat və maraqla bağlı olduğundan, 




 

116


bu  amillər,  vəziyyət  formaları  artdıqca,  normalar  da  şaxələnir. 

Normalar  münasibətlərin  genişlənməsi  ilə  şaxələnir.  Normalar 

hərəkətlərin  genişlənməsi  üçün  təkanvericilik  funksiyasını  yerinə 

yetirir.  Normaların  çoxluğu  siyasətin  əlavə  qurumlarının 

yaranmasını  zəruri  edir  və  şərtləndirir.  Siyasətin  qurumlarının 

sayının  çoxalması  isə  cəmiyyətdə  meydana  gələn  vasitələrdən 

asılıdır.  

 

Siyasi inkişaf zamanı siyasi hadisələri ötürmə proseslərinin  

gücləndirilməsinin əsasları 

 

Siyasi  inkişaf  zamanı  siyasi  hadisələr  tələbata  cavab  vermək 

və  tələbatı  ödəmək  üçün  sürətlə  ardıcıl  olaraq  törədilməlidir. 

Ardıcıl  törədilən  siyasi  hadisələr  ardıcıl  maraqların  sürətlə  təmin 

edilməsinə əsaslanır. Maraqların  ardıcıl olaraq təmin edilməsi isə 

vasitələrin  hərəkətə  gəlməsinə  və  əlavə  vəsaitlərin  artmasına 

səbəb olur. Siyasi hadisələrin ardıcıl olaraq törədilməsi sayəsində 

vasitələrin  sayı  artır.  Vasitələrin  sayının  çoxaldılması  isə  ümumi 

olaraq  hərəkətin  güclənməsinə  səbəb  olur.  Nəticədə  siyasi 

vasitələrin  hərəkətə  gəlməsi  ilə  müəyyən  istiqamətlər  üzrə  siyasi 

vasitələrin kompleks şəkildə, qruplaşmış şəkildə hərəkəti baş verir 

və hərəkətlər sürətlənir. Siyasi vasitələr bir trayektoriyadan siyasi 

hadisələrin digər trayektoriyalara keçmə proseslərini sürətləndirir. 

Siyasi hadisələrin isə bir trayektoriyadan digərinə keçmələri siyasi 

hadisələrin  törədilərək  əvəzlənməsi  proseslərini  sürətləndirir. 

Siyasi  hadisələrin  bir-birini  əvəz  etməsi  nəticəsində  əmələ  gələn 

enerji  digər  sahələrin  də  inkişafını  təmin  edir,  siyasi  hadisələr 

sürətlənir.  Ümumiyyətlə,  siyasi  hadisələr  tələbatı  təmin  etmək 

istiqamətində  törədildiyindən,  digər  növ  əlavə  tələbatların 

yaranması  üçün  siyasi  hadisələr  ardıcıl  olaraq  sürətlə  törədil-

məlidir.  Bir  hərəkət  trayektoriyasında  baş  verən  siyasi  hadisələr 

digər  hərəkət  trayektoriyasında  baş  verən  siyasi  hadisələrə  təkan 

vermək üçün sürətlə törədilməlidir ki, zaman amili də qısalsın və 

qısa  zamanda  çoxlu  sayda  siyasi  hadisələr  törədilsin  və  əlavə 

vasitələr  əldə  edilsin.  Bu  baxımdan  siyasi  hadisələr  bir 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə