Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə26/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   22   23   24   25   26   27   28   29   ...   204

 

78

hadisələrin 



qruplaşmasını 

təmin 


edir. 

Siyasi 


hadisələrin 

qruplaşması məhz siyasi təbəələrin meydana gəlməsini zəruri edir. 

Siyasi  inkişaf  vəziyyətində  və  siyasi  inkişaf  prosesində  siyasi 

hadisələr 

hakimiyyət 

tərəfindən 

sürətlə 

törədilir. 

Siyasi 

hakimiyyət siyasi hadisələrin zaman və şəraitə, maraq və tələbata 



uyğun  olaraq  bölüşdürülməsini  təmin  edir.  Siyasi  hakimiyyətin 

fəaliyyəti sayəsində siyasi sistem formalaşır və siyasi sistemin icra 

mexanizmi  təmin  olunur.  Hakimiyyət  siyasi  vasitələr  olan 

sənədlərin qəbulunu və icrasını təmin edir. Cansız siyasi vasitələr 

olan  sənədlərin  ayrı-ayrı  sahələr  üzrə  hazırlanması  həmin 

sahələrdə  nəzərdə  tutulan  siyasi  hadisələri  müəyyən  edir.  Siyasi 

hadisələrin  qruplaşması  siyasi  sistemin  baza  fəaliyyətini 

müəyyənləşdirir.  Siyasi  sistemin  ünsürləri  olan  siyasi  qurumlar-

siyasi  institutların  qarşılıqlı  fəaliyyətinin  əsasları  dövlət 

hakimiyyəti 

tərəfindən 

müəyyən 


edilir. 

Qeyri-hökumət 

qurumlarının  fəaliyyətinin  tənzimlənməsi  üçün  də  normalar 

yaranır.  Dövlət  hakimiyyətinin  ayrı-ayrı  subyektləri  hərəkət 

edərək  siyasi  hadisələri  törədirlər  və  nəticədə  siyasi  sistemlərdə 

hərəkət  mənzərəsi  formalaşır.  Siyasi  sistem  bir-birini  əvəzləyən, 

bir-birinə  cavab  verən  qarşılıqlı  hərəkət  mənzərəsini  özündə  əks 

etdirən bir işlək mexanizmini xatırladır.  

Bir  məsələni  də  xüsusi  olaraq  qeyd  etmək  olar  ki,  qeyri-

hökumət qurumlarının, məsələn, ictimai-siyasi təşkilatların, siyasi 

partiyaların  daxilində  və  qurumların  aralarında  olan  münasibətlər 

həm qurumların özləri tərəfindən müəyyən edilən qaydalarla, həm 

də  dövlətin  normaları  ilə  tənzimlənir.  Qeyri-hökumət  qurum-

larının tətbiq etdikləri normalar dövlətin qanunvericilik normaları 

ilə ziddiyyət təşkil etməməlidir.  

Siyasi  inkişaf  dövlət  hakimiyyətinin  fəaliyyətinin  təşkil 

edilməsindən  əsaslı  surətdə  asılıdır.  Belə  ki,  dövlət  hakimiyyəti 

ayrı-ayrı  sahələrdə  siyasi  vasitələrin  sayının  artırılmasını  təmin 

edən  əsas  qurumdur.  Dövlət  hakimiyyəti  siyasi  vasitələrin 

istiqamətlənməsini,  hərəkət  etməsini  və  hərəkətə  gətirilməsini 

təmin  edir.  Dövlət  hakimiyyətinin  təşkil  etdiyi  siyasi  qurumlar 



 

79

tərəfindən  siyasi  hadisələrin  pilləli  olaraq  dövriyyəli  hərəkəti 



nəticəsində  siyasi  vasitələr  hərəkət  edirlər  və  təsirlər  göstərirlər. 

Göstərilən  təsirlər  sayəsində  cəmiyyətin  bütün  üzvlərinin 

məqsədyönlü  və  qanunauyğun  hərəkəti  təmin  edilir.  Hərəkətlərin 

sayəsində  vasitələrin  sayı  artır  və  artırılır.  Artırılan  hərəkətlər  isə 

siyasi  vasitələrin  sayının  çoxalmasına  gətirib  çıxarır.  Siyasi 

inkişaf zamanı dövlət hakimiyyəti əsas (baş) subyekt olaraq siyasi 

vasitələrin  müxtəlif  istiqamətlər  üzrə  sistemli  hərəkətini  təmin 

edir.  Belə  ki,  siyasi  vasitələrin  hərəkəti  sayəsində  sistemli  və 

məqsədli  hərəkət  mexanizmi  formalaşır.  Siyasi  inkişaf  zamanı 

trayektoriyalar üzrə qatlanmış hərəkətlər müşahidə edilir. Belə ki, 

axınlar  əmələ  gəlir.  Siyasi  hadisələrin  qrup  şəklində  törədilməsi 

isə  siyasi  təsirlərin  artmasına  kömək  edir.  Bu  baxımdan  da  axın 

xüsusiyyətlərini  özündə  birləşdirən  siyasi  hadisələrin  təkanverici, 

cəlbedici  və  dartıcı  qüvvələri  artır.  Artmış  qüvvələr  isə  siyasi 

təsirləri gücləndirir. Siyasi təsirlər sayəsində  emosiyalar  güclənir. 

Güclənmiş  emosiyalar  isə  maraqları  oyadır.  Maraqların  çoxluğu 

isə siyasi vasitələrin hərəkətə gəlməsini zəruri edir.  

Dövlət  hakimiyyəti  siyasi  hadisələrin  tərkibinin  müəyyən 

olunmasında  da  əsas  iştirak  edən  subyektdir.  Məhz  dövlət 

hakimiyyəti  tərəfindən  siyasi  maraqların  tərkibi,  o  cümlədən 

forma  və  məzmunu  müəyyən  edilir,  siyasi  vəziyyət  araşdırılır, 

siyasi  şərait  tədqiq  edilir  və  müvafiq  siyasi  şərait  əsasında  siyasi 

hadisələr  törədilir.  Dövlət  hakimiyyətinin  əlində  güc  toplaşır,  bu 

baxımdan  təsir  qüvvəsinə,  təsir  imkanlarına  malik  olur.  Gücün 

sayəsində böyük  və  təsirli  siyasi  hadisələrin törədilməsi mümkün 

olur.  Dövlət  hakimiyyəti  öz  gücü  sayəsində  cəmiyyətin  ümumi 

siyasi  müstəvisində  siyasi  proseslərin  güclənməsi  üçün  mərkəzi 

enerji elementi rolunda çıxış edir. Qeyri-dövlət qurumlarının işinə 

təsir  edir.  Törədilən  siyasi  hadisələrin  qruplaşması,  siyasi 

hadisələrin  ardıcıllığı  da  məhz  dövlət  hakimiyyəti  tərəfindən 

müəyyən  edilir.  Dövlət  hakimiyyətinin  fəaliyyəti  ümumilikdə 

siyasi  mühitin  formalaşmasını  təmin  edir.  Siyasi  maraq  və 

məqsədlərin  qruplaşması  da  məhz  dövlət  hakimiyyəti  tərəfindən 



 

80

müəyyən  edilir.  Dövlət  hakimiyyəti  cəmiyyətin  ayrı-ayrı  üzvlə-



rinin  maraq  və  tələbatını  müyyənləşdirir  və  öz  siyasi  hərəkətini 

həmin  maraqların  təmini  istiqamətində  yönəldir.  Siyasi  inkişaf 

zamanı  dövlət  hakimiyyəti  tələbkarlıq  əsasında  öz  işini  qurur. 

İyerarxik  pilləyə  müvafiq  olaraq  hər  bir  siyasi  qurum  müvafiq 

normativ  sənədlərə  əsasən  tələbkarlıq  və  məruzəçilik  prinsipi 

əsasında  öz  işini  təşkil  edir.  Dövlət  subyektləri  siyasi  inkişaf 

zamanı  öz  vəzifə  və  öhdəliklərini  daha  da  təkmil  və  reallığa 

müvafiq  olaraq  qurur.  Siyasi  inkişaf  vəziyyətində  dövlət 

hakimiyyəti  siyasət  subyektlərinin  qarşılıqlı  fəaliyyətini  yüksək 

səviyyədə təmin edir. Burada baş siyasi qurum –dövlət rəhbərinin 

aparatı-hakimiyyət  qurumlarına  öz  siyasi  hərəkətlərini  istiqa-

mətləndirmək üçün müvafiq təkanverci qüvvə tətbiq edir. Burada 

bir  növ  axın  təşkil  edən  siyasi  hadisələrə  start  verilir.  Siyasi 

hadisələr  baş  qurumdan  törədilə-törədilə  aşağı  səlahiyyətli  kiçik 

qurumlar  da  daxil  olmaqla,  dövriyyəli  hərəkət  xüsusiyyətlərini 

özündə  əks  etdirir.  Siyasi  inkişaf  zamanı  siyasi  hadisələr 

dövriyyəli hərəkət sistemi ilə zəncirvari formada törədilir. Dövlət 

hakimiyyəti  öz  siyasi  qurumları  vasitəsilə  siyasi  hadisələrin 

sürətlə ardıcıl törədilməsini təmin edir. Dövlət hakimiyyəti siyasi 

hadisələrin  törədilməsini  idarə  edir  və  idarəedilən  şəraitin 

yaranması  üçün  siyasi  hadisələri  törədir.  Burada  dövlət 

hakimiyyəti  tərəfindən  idarəedilən  vəziyyət,  nəzarətə  alınan 



prosesual  vəziyyət  yaranır.  Dövlət  hakimiyyəti  tərəfindən  yeni-

yeni  maraqlar  müəyyən  edilir  və  siyasi  vasitələrin  fəaliyyəti 

həmin  maraqların  təmin  edilməsinə  istiqamətləndirilir.  Dövlət 

hakimiyyəti  siyasi  hadisələrin  qanunauyğun  şəkildə  törədilməsini 

təmin  edir.  Dövlət  hakimiyyəti  dövriyyəli  hərəkət  trayekto-

riyalarının  tez-tez  yaradılmasını  təmin  edir  və  hərəkətlər  tez-tez 

dövriyyə  edərkən  baza  trayektoriyaları  meydana  gəlir.  Dövlət 

hakimiyyəti  baza  trayektoriyalarını,  eləcə  də  törəmə  trayekto-

riyalarının  meydana  gəlməsini  təmin  edir.  Baza  və  törəmə 

trayektoriyaları  ümumilikdə  siyasi  sistemin  ünsürləri  arasındakı 

əlaqəni  təmin  edir.  Siyasi  inkişaf  zamanı  trayektoriyaların 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə