Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə22/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   18   19   20   21   22   23   24   25   ...   204

 

66

trayektoriyaları  siyasi  sistemlərdə  siyasi  institutlar  arasında 



əlaqəni  yaratmaqla  ümumi  siyasi  sistemin  strukturunu 

formalaşdırır.  Siyasi  qurumların  fəaliyyət  də  siyasi  hadisələr 

törədilməklə təmin edilir. Siyasi inkişaf zamanı siyasi qurumların 

daxilində  siyasi  vasitələr  olan  sənədlər  sürətlə  hərəkət  etdirilir. 

Siyasi  qurumlar  daxilində  pilləli  trayektoriyalar  yaradılır.  Pilləli 

trayektoriyalarda  da  sənədlər  sürətlə  hərəkət  etdirilir.  Sənədlərin 

hazırlanması  prosesləri  sürətləndiyindən  mövcud  sənədləri,  tələb 

olunan  sənədləri  hazırlamaq  üçün  siyasi  vasitələr  olan  siyasi 

subyektlər  də  siyasi  şəraiti  sürətlə  tədqiq  etməyə  məcbur  olurlar. 

Siyasi  şərait  siyasi  sənədlərin  tərkib  hissələri  olan  normaların 

yaradılmasını  da  sürətləndirir.  Sürətli  siyasi  hərəkət  vəziyyəti 

tələb  edir  ki,  ardınca  sürətli  hərəkətlər  edilərək,  siyasi  hadisələr 

törədilsin.  Çünki  siyasi  hadisələr  tez-tez  siyasi  maraqların  təmin 

edilməsini  sürətləndirir.  Tələbat  tez-tez  zərurət  amilini  ortaya 

çıxarır.  Siyasi  inkişaf  zamanı  müxtəlif  tərkibli  tələbat  və  zərurət 

amilləri  müxtəlif  təsir  dərəcələrinə  malik  olan  siyasi  hadisələrin 

trayektoriyalarını yaradır. Maraqlar birləşən zaman trayektoriyalar 

da  birləşir.  Siyasi  inkişaf  zamanı  siyasi  maraqların  ayrılması  və 

birləşməsi  prosesləri  tez-tez  baş  verir.  Maraqlar  birləşdikdə 

trayektoriyalar  da  birləşir,  ayrıldıqda  siyasi  aktların  törədilməsi 

trayektoriyaları  da  ayrılır.  Maraq  trayektoriya  yaradıcı  və 

məhvedici,  parçalayıcı  rolunda  çıxış  edir.  Siyasi  inkişaf  zamanı 

siyasi  trayektoriyaların  çoxaldılması  ümumi  siyasi  mühitin 

aktivliyini  təmin  edir  və  siyasi  sistemləri  möhkəmləndirir.  Siyasi 

sistemin  işlək  olması  və  möhkəmliyi  isə  ümumi  siyasi  mühitdə 

siyasi sistemin möhkəmliyini yaradır. Siyasi sistemin möhkəmliyi 

isə siyasi vasitələrin hərəkətlərini tənzimləyir, istiqamətləndirir və 

siyasi hadisələrin kəskin şəkildə kənara çıxmalarına imkan vermir. 

Siyasi  sistemin  möhkəmliyi  siyasi  hadisələrin  idarəedilməsini 

əsaslandırır.  Siyasi  inkişaf  zamanı  siyasi  hərəkətlərin  idarə-

edilməsi əsas faktora çevrilir. Bir məsələni unutmaq olmaz, siyasi 

hərəkət  trayektoriyalarında  siyasi  hadisələr  məqsədyönlü  olaraq 

törədilməzsə,  cəmiyyətdə  siyasi  nəzarətsizlik,  siyasi  xaos  və 



 

67

anarxiya  yarana  bilər.  Siyasi  inkişaf  zamanı  tez-tez  törədilən 



siyasi  hadisələrin  nəticəsi  olaraq  trayektoriyaların  həddən  artıq 

böyüməsinə  yol  vermək  olmaz.  Bu  zaman  siyasi  hərəkətlərin 

tənzimlənməsində problemlər ortaya çıxa bilər. Bir-birinin ardınca 

eyni  trayektoriya  üzrə  tez-tez  törədilən  siyasi  hadisələr  bir-birini 

tez-tez itələyə bilər və yaxud da cəlb edə bilər. Bu zaman qüvvələr 

balansı  pozula  bilər  və  siyasi  hadisələrin  törədilməsində  uzun 

fasilələr  yarana  bilər.  Çünki  siyasi  hadisələr  siyasi  tələbatların 

ödənilməsi  naminə  törədilir.  Siyasi  tələbatların  ödənilməsi  isə 

imkanlara  bağlı  olur.  Siyasi  hadisə  törədilərkən  güclü  mənbələr 

olmalıdır. 

Eyni 

zamanda 


siyasi 

hadisələrin 

söykənəcək, 

əsaslanacaq  dayaq  elementləri  olmalıdır.  Məsələn,  büdcə  imkan 

verməsə  əmək  haqlarının  tez-tez  artırılması  barədə  qərarların 

qəbul  edilməsi  siyasi  hadisələr  olaraq  əks  verəcək  müsbət,  təmin 

edəcək  müsbət  hadisələrlə  cavablanmasa,  onda,  bu  hadisələrin 

törədilməsi  də  səmərəli  ola  bilməz.  Hər  bir  hadisə  öz 



normasında  və  zamanında  baş  verməlidir  prinsipi  tətbiq 

edilməlidir. Siyasi qurumların yaratdığı siyasi sistem məhz siyasi 

hərəkətlərin  sürətli  vəziyyətdə  olmasını  daima  təmin  edir.  Baza 

siyasi  hərəkət  trayektoriyasının  həddən  artıq  genişlənməsinin 

qarşısını  almaq  üçün  və  trayektoriyada  sıxlıq  probleminin  baş 

verməməsi,  eləcə  də  siyasi  hərəkətlər  zamanı  həddən  artıq 

qüvvənin  yaranmaması  üçün  (həddən  artıq  qüvvə  hərəkət 

trayektoriyasını  öz  məqsədyönlü  istiqamətindən  kənara  çıxara 

bilər)  siyasi  trayektoriyaların  parçalanması  zərurətə  çevrilir.  Bu 

bir növ böyük bir  yolda  hərəkətin sıxlığının qarşısını almaq üçün 

əlavə  yolların  çəkilməsini  xatırladır.  Qeyd  etmək  lazımdır  ki, 

dövlət  inhisarçılığın  qabağılnı  almaq  və  maraqları  paylaşdırmaq 

üçün  (kiçik  və  orta  sahibkarlığın  tənəzzülə  uğramasının  qarşısını 

almaq  məqsədilə  bəzən  həddən  artıq  böyük  konsernlərin 

yaranmasının  qabağını  alır.  İqtisadiyyatda  orta  təbəqənin 

yaradılması  prosesi  də  bu  prinsipdən  irəli  gəlir.  Dövlət 

monopliyaların  yaranmasının  qarşısını  alır  və  bu  istiqamətdə 

siyasət həyata keçirmək məqsədilə müvafiq hərəkətlər edir.  




 

68

Siyasi inkişaf məqsədilə siyasi hərəkətlərin 



təkrarlanmasının əsasları  

  

Qeyd  edildiyi  kimi,  siyasi  inkişaf  sürətli  hərəkət  vəziyyətini 

özündə əks etdirən bir proses və vəziyyətdir. Bu baxımdan siyasi 

hadisələr  trayektoriyalarla  tez-tez  və  sürətlə  törədilir.  Belə  olan 

halda  siyasi  sistemin  fəaliyyətində  və  siyasi  mühitdə  sürətli 

hərəkət mənzərəsi meydana gəlir. Eyni və oxşar məzmunlu siyasi 

hadisələr  tez-tez  törədilir.  Siyasi  vasitələr  olan  sənədlər  siyasi 

sistemdə  şaxələnmə  trayektoriyası  ilə  hərəkət  etdirilir,  əsas  və 

şaxələnmiş  siyasi  qurumlarda  dövr  edir.  Dövr  etdikcə 

sənədlərdəki  normalar  icra  olunur,  yeni  və  törəmə  normalar 

meydana  gəlir,  yeni  sənədlər  yaranır  və  siyasi  qurumlarda 

dövriyyəyə  cəlb  edilir.  Siyasi  sənədlər  hazırlanarkən  və  icra 

olunarkən siyasi subyektlər təkrar-təkrar hərəkətlər edirlər. Siyasət 

subyektlərinin  hərəkət  etməsi  sayəsində  eyni  trayektoriyalar  və 

istiqamətlər üzrə eyni və oxşar məzmunli siyasi hadisələr törədilir. 

Siyasi  inkişaf  zamanı  eyni  və  oxşar  məzmunlu  siyasi  hadisələr 

tez-tez  törədilir  və  təsirlər  meydana  gəlir. Meydana  gələn  təsirlər 

subyektlər  arasında  qarşılıqlı  əlaqənin  yaranmasını  təmin  edir. 

Siyasi hadisələr eyni və oxşar məzmunlu istiqamətlərdə tez-tez və 

təkrar  olaraq  törədilir.  Məsələn,  qanunların  hazırlanmasında 

təkrarlanma  proseslərini  buna  misal  çəkmək  olar.  Siyasi  inkişaf 

şəraitinin  yaratdığı  maraq  və  məqsədlər  tələb  edir  ki,  yeni-yeni 

sahələrin,  yeni  şəraitin  tənzimlənməsi  və  ya  əlverişli  şəraitin 

meydana  gəlməsi  üçün  münasibətləri  və  hərəkətləri  tənzimləyən 

yeni-yeni  sənədlər  hazırlansın  və  icrası  təmin  edilsin.  Sənədlərin 

tez-tez  hazırlanması  və  icrası  hərəkətlərin  təkrar  törədilməsi 

deməkdir.  Trayektoriyalar  üzrə  təkrar-təkrar  törədilən  hadisələr 

siyasi  hadisələrin  dalğalanmasını  yaradır.  Trayektoriyalar  üzrə 

əlavə  siyasi  vasitələrin  meydana  gəlməsini  zəruri  edir.  Siyasi 

hadisələrin  trayektoriyalar  üzrə  təkrarlanması  şaxəli  və  əlaqəli 

trayektoriyalarda  meydana  gələn  vasitələrin  idarə  olunmasına 

əsaslanır. Siyasi inkişaf anında isə siyasi vasitələr tez-tez yaranır. 

Baza  və  üst  qat  vasitələri  meydana  gəlir.  Siyasi  inkişaf  zamanı 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə