Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə18/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   14   15   16   17   18   19   20   21   ...   204

 

54

hadisələr törədilir. Yeni maraq və tələbatlar meydana gəlir. Bu hər 



şeydən  öncə  sürətlə  törədilən  siyasi  hadisələrdən,  hadisələrin 

nəticələrindən  yaranır.  Siyasi  hadisələr  sürətlə  törədilir  və  yeni 

şəraitlər  və  vəziyyətlər  tez-tez  meydana  gəlir.  Bu  siyasi 

hadisələrin  ardıcıl  olaraq  və  qanunauyğun  törədilməsini  təmin 

etmək üçün yeni siyasi qurumların yaradılması və siyasi şəxslərin, 

mütəxəssislərin  hazırlanması  zamanın  tələbinə  çevrilir.  Məsələn, 

informasiya  texnologiyalarının  sürətli  inkişafı  tələb  edir  ki,  bu 

sahədəki  hadisələrin  törədilməsini  yüksək  səviyyədə  həyata 

keçirmək  və  informasiya  texnologiyaları  sahələrindəki  siyasəti 

yüksək səviyyədə  təmin  etmək  üçün  mütəxəssislər mövcud olsun 

və siyasi və elmi qurumlar yaradılsın. Siyasi inkişaf zamanı siyasi 

hadisələr arasında əlaqələr sıx şəkildə bağlı olur. Bu zaman sürətlə 

törədilən  birinci  hadisənin  nəticələrini  daha  da  təsirli  etmək  və 

gücləndirmək, eləcə də hərəkət mühitinin sürətinin davamlı olma-

sını  təmin  etmək  üçün  mütləq  şəkildə  ikinci  və  növbəti  hadisə 

törədilməlidir.  Elə  siyasi  hadisə  törədilir  ki,  onun  təsirləri 

şaxələnərək  həyatın  bütün  sahələrini  əhatə  edir.  Məsələn,  dövlət 

büdcəsinin artırılması tələb edir ki, daha da çox məbləğdə maliyyə 

vəsaiti  əldə  etmək  üçün  əlavə  gəlir  sahələri  təşkil  edilsin,  bu 

məqsədlə  istehsal  sahələrinin  yaradılması  üçün  sərmayələr 

yatırılsın.  Burada  bir  kompleksli  siyasi  hadisənin  nəticələrinin 

təsirlərini  gücləndirmək  və  sürətli  hərəkət  dövriyyəsini  təmin 

etmək  naminə  şaxəli  sahələrdə  köməkçi  siyasi hadisələr törədilir. 

Siyasi  inkişafın  təminatı  istiqamətində,  eləcə  də  dövlətçiliyin 

yüksək  səviyyədə  təmin  edilməsi  və  qurulması  naminə  mərkəzi 

siyasi  aparatın  işini  genişləndirmək  üçün  həyatın  bütün 

sahələrində  siyasi  hadisələri  törətmək  üçün  törəmə  (yardımçı) 

siyasi  qurumların  fəaliyyəti  də  təşkil  və  təmin  edilməli  və  bu 

siyasi  qurumlar  tərəfindən  məqsədyönlü  siyasi  hadisələr 

törədilməlidir.  

Ümumiyyətlə,  siyasi  inkişaf  zamanı  siyasi  hərəkət  trayekto-

riyasında  daima  aktivlik  müşahidə  olunur,  siyasi  hadisələr 

dövriyyəli hərəkət trayektoriyalarına cəlb edilir. Siyasi hadisələrin 



 

55

cəmləşmiş siyasi birliyi yaranır. Siyasi hadisələrin cəmləşməsinin 



özü digər siyasi hadisələr üçün mənbə rolunu oynayır. Cəmləşmiş 

siyasi  hadisələrin  təsiri  ilə  eyni  və  ya  müxtəlif  istiqamətlər  üzrə 

siyasi  hadisələr  trayektorik  dövriyyə  vurur.  Siyasi  qurumlar 

“piramida”  və  ya  “şam  ağacı”  trayektoriyası  üzrə  yuxarıdan 

aşağıya  doğru  sistemli  və  tabeli  fəaliyyət  prinsipi  əsasında  təşkil 

edilirlər,  yaradılırlar.  Yuxarı  siyasi  qurumlar  siyasi  hadisələri 

gücləndirir.  və  aşağıya  doğru  təsir  edirlər.  Siyasi  hadisələr 

yuxarıdan  aşağıya  doğru  gücləndirilə-gücləndirilə  törədilir. 

Burada  vasitəli  qurumlar  əsasən  siyasi  hadisələri  gücləndirmək 

üçün  əlavə  siyasi  hadisələr  törədirlər.  Siyasi  qurumlar  piramida 

quruluşunda  bir-biriləri  ilə  qarşılıqlı  əlaqədə  təşkil  edilərək  və 

fəaliyyət 

göstərərək 

baza 


siyasi 

hadisəni, 

əsas  maraq 

trayektoriyasını  öz  köməkçi  siyasi  aktları  ilə  gücləndirirlər. 

Məsələn,  dövlət  rəhbərinin  qərarları  nazirlər  kabinetinin  və  digər 

aşağı səlahiyyətə malik olan siyasi qurumların törətdikləri aktlarla 

gücləndirilir.  Burada  aşağı  səlahiyyətli  siyasi  qurumlar  yuxarı 

səlahiyyətli  siyasi  qurumların  siyasi  hərəkətlərini  şaxələndirilmiş 

formada  siyasi  hadisələr  törətməklə  gücləndirirlər.  Siyasi 

qurumların siyasi hadisələri, siyasi aktları norma yaratma, icrasını 

təmin  etmə,  o  cümlədən  göstəriş  və  tapşırıqlar  vermə,  hesabat 

tələb  etmə  və  məruzə  tələb  etməkdən  ibarətdir.  Bununla  yanaşı, 

siyasi  hadisələrin  nəticələri  olaraq  ayrı-ayrı  sahələr  üzrə  kapital 

vasitələrinin  yaradılmasını  və  fəaliyyətini  təmin  etməkdən 

ibarətdir.  Siyasi  hərəkətlər  siyasi  qurumların  funksiyalarını 

müəyyən edir.  

Siyasi  inkişaf  zamanı  siyasi  qurumların  da  fəaliyyətində 

dəyişikliklər  meydana  gəlir.  Belə  ki,  “piramida-şam  ağacı” 

trayektoriyası  boyunca  düzülən  siyasi  qurumların  düzülüş 

dəyişikliyi baş vermir, lakin ölçüsü (forması) dəyişdirilir və yaxud 

da  bir  siyasi  qurum  digəri  ilə  birləşdirilir.  Dövlətin  siyasət 

strukturunda  siyasi  qurumlar  bir  piramida  formasında  tikilən 

müxtəlif ölçülü daşları bənzədir. Ola bilər ki, eninə doğru daşların 

sayını  artırmaqla  piramidanın  oturacaq  hissəsini  böyütmək olsun. 




 

56

Bu  oturacaq  hissəsi  üzərində  digər  daşları  tikmək  olar.  Siyasi 



inkişaf  zamanı  ola  bilər  ki,  bir  böyük  daşın  əvəzinə,  həmin 

hissənin ölçüsünü verəcək iki və ya bir neçə daş qoymaq olar. Bu 

o  deməkdir  ki,  siyasi  inkişaf  zamanı  siyasi  qurumlarda  struktur 

dəyişikliyi  baş  verir.  Bəzi  siyasi  qurumlar  ləğv  edilərək,  əvəzinə 

başqa  siyasi  qurumlar  yaradılır  və  yaxud  da  iki  siyasi  qurum 

birləşərək  bir  siyasi  quruma  çevrilir.  Siyasi  inkişaf  zamanı  siyasi 

hərəkətlərin  trayektoriyaları  təsiredici,  struktur  dəyişdirici  rol 

oynayır. Bu hər şeydən öncə yaranan yeni marağın təmin edilməsi 

ilə əlaqədardır.  

Siyasi  inkişaf  zamanı  siyasi  hadisələrin  sayı  çoxaldığından 

siyasi  hadisələri  idarə  etmək  üçün  siyasi  qurumların  da  sayı 

artırıla  bilər.  Yeni  məzmunlu  maraqları  təmin  etmək  üçün  yeni 

funksiyalı siyasi qurumları təşkil etmək siyasi inkişaf vəziyyətinin 

tələbidir.  Bu  zaman  siyasi  qurumların  əvvəlki  funksiyaları 

dəyişdirilir və yeni funksiya ilə əvəz edilir. Yeni funksiyalı siyasi 

qurumlar  yeni-yeni  məzmunlu  siyasi  hadisələri  törədirlər.  Siyasi 

hadisələrlə  siyasi  qurumların əvəzlənməsi qarşılıqlı olaraq həyata 

keçirilir. Siyasi inkişaf zamanı ayrı-ayrı sahələri əhatə edən siyasi 

hadisələr  ona  görə  qarşılıqlı  olaraq  sürətlə  törədilir  ki,  siyasi 

hadisələr  bir-birinə  sürətlə  təkan  versinlər.  Məsələn,  istehsal 

müəssisələrinin  sürətlə  tikilməsi  iqtisadiyyatın  inkişafını  təmin 

edir.  İqtisadiyyatın  inkişafı  yeni  istehsal  müəssisələrinin  sürətlə 

tikilməsini  təmin  edir.  Tələbat  tələbatı,  şərait  şəraiti,  zərurət 

zərurəti  üzə  çıxarır.  Siyasi  qurumun  fəaliyyətinin  genişlənməsi 

əlavə siyasi qurumların yaranmasını zəruri edir. Bu zaman əsas və 

törəmə, baza və üst siyasi qurumlar meydana gəlir.  

 

Siyasi inkişafı zəruri edən siyasi hərəkətlərin, hadisələrin  

qorunmasının əsasları 

 

Siyasi  inkişaf  zamanı  siyasi  hadisələr  sürətlə  törədildiyindən 



siyasi  hadisələr  bəzən  öz  trayektoriyasından  kənara  çıxa  bilər. 

Siyasi  hadisələr  qanunauyğun  şəkildə  və  məqsədyönlü  olaraq 




Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə