Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə15/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   11   12   13   14   15   16   17   18   ...   204

 

45

dəyişikliyə  məruz  qalır.  Siyasi  proseslər  artan-azalan  templə 



cərəyan  edir.  Siyasətin  subyektləri  siyasi  vasitələrin  (siyasi 

sənədlərin)  hazırlanmasını  və  icrasını  sürətlə  yerinə  yetirirlər. 

Sənədlərin siyasi qurumlarda dövriyyəli hərəkəti sürətlənir. Eləcə 

də  siyasi  sistemin  işləmə  mexanizmi  sürətlənir.  Bu  zaman 

siyasətin 

subyektləri 

arasında 

münasibətlərin 

qurulması, 

təkmilləşməsi prosesləri də sürətlənir. Siyasi inkişaf zamanı siyasi 

qərarların hazırlanması prosesləri sürətləndiyindən siyasi sənədləri 

hazırlayan  subyektlərin  də  aralarında  münasibətlər  və  əlaqələr 

sürətlə  qurulur.  Bu  zaman  əvvəlki  münasibətlərdə  də  dəyişiklik 

əmələ  gəlir.  Siyasətin  subyektləri  arasında  münasibətlərin 

genişlənməsi  kimi  proseslər  baş  verir.  Bəzi  anlarda  isə 

münasibətlər  daralmağa  başlayır.  Siyasi  inkişaf  zamanı  siyasi 

münasibətlər 

zamanı 


siyasi 

idarəetmə 

güclənir. 

Siyasi 


münasibətlər  tənzimlənir  və  nəzarətə  alınır.  Siyasət  subyektləri 

aralarında  münasibətlər  “şaxəli”  trayektoriyalar  üzrə  tələbkarlıq 

və  “şaxəli”  öhdəlik  prinsipi  üzrə  qurulur.  Siyasi  inkişaf  siyasi 

sistemlə  həyata  keçirildiyindən,  məqsədyönlü  şəkildə  idarəedilən 

proses  olduğundan  münasibətlər  də  siyasi  sistemin  forma-

laşmasına  xidmət  edir.  Münasibətlər  bir  növ  nəzarətə  alınır. 

Siyasətin  subyektləri  arasında  münasibətlər  siyasi  sistemin 

prinsipial 

tələblərinə, 

təcrübəyə 

əsaslanaraq  qurulur  və 

münasibətlər ilk növbədə siyasi hərəkətlərin məqsədyönlü şəkildə 

istiqamətlənməsinə  əsaslanır.  Tələblər,  məruzələr  və  hesabatlar 

üzərində  qurulan  münasibətlər  siyasətin  subyektlərinin  qarşlıqlı 

hərəkət  formalarını  və  məzmununu  müəyyən  edir.  Siyasi  inkişaf 

zamanı  siyasətin  subyektləri  aralarında  baş  verən  qarşılıqlı  təsir 

prosesləri  və  subyektlərın  obyektlərə  təsiri  əsasən  dialektikanın 

əsas  qanunlarından  biri  olan  inkarı  inkar  qanunu  ilə  müəyyən 

edilir.  (Qeyd:  İnkar-1)  materialist  dialektikada  inkar  inkişafın 

zəruri  cəhəti,  şeylərin  keyfiyyətcə  dəyişməsinin  şərti  kimi  qəbul 

edilir  (inkarı  inkar  qanunu).2)  Elə  məntiqi  əməliyyatdır  ki,  onun 

köməyi ilə mövcud fikirdən yeni fikir doğur (ilkin vəziyyətin inkarı 

adlanır),  elə  fikir  doğur  ki,  ilkin  mühakimə  həqiqi olduqda, onun 

inkarı  yalan  olur,  yalan  olduqda  onun  inkarı  həqiqi  olur.  İnkarı 



 

46

inkar  qanunu  dialektikanın  əsas  qanunlarından  biridir.  İlk  dəfə 



Hegelin  idealist  sistemində  formula  edilmişdir.  İnkarı  inkar 

qanunu  yeninin  köhnə  ilə  varisliyini,  əlaqəsini,  inkişafın  yüksək 

mərhələsində  aşağı  mərhələnin  bir  sıra  xassələrinin  hazır-

lanmasını ifadə edir, inkişafın mütərəqqi xarakterini əsaslandırır. 

Dialektikada inkar bir predmetin digər predmetə elə çevrilməsidir 

ki,  bu  zaman  eyni  vaxtda  birinci  predmetin  “məhvi”  baş  verir. 

Lakin  bu  elə  bir  “məhvdir”  ki,  o,  gələcək  inkişaf  üçün  meydan 

açır  və keçmiş  pillələrin bütün  müsbət  məzmununun saxlanılması 

şərtilə  əlaqə  cəhəti  kimi  çıxış  edir.  Obyektin  özünün  inkişafı  bu 

obyektə  daxilən  xas  olan  ziddiyyətlərdən  (əksliklərin  vəhdəti  və 

mübarizəsi  qanunu),  bu  obyektədə  özünün  xüsusi  inkarının 

olmasından  doğur.  Obyekti  doğurmuş  olan  şərait  və  ilkin  şərtlər 

həmin  obyektin  inkişafı  ilə  yox  olub  aradan  çıxmır,  bu  obyekt 

tərəfindən yenidən canlandırılır

1

.  



 

Siyasi inkişafa nail olmaq üçün siyasi hərəkətlərin  

sürətlərinin artırılmasının əsasları 

 

Siyasi  inkişaf  zamanı  siyasi  hərəkətləri  sürətləndirən  əsas 

amillər  içərisində  tələbat  və  maraq  amillərini  qeyd  etmək  olar. 

Sürətli  hərəkət  nəticəsində  cansız  siyasi  vasitələr  dəyişikliyə 

məruz  qalır.  Yeni  siyasi  vasitələr  yaranır  və  yaxud  da  mövcud 

sənədlərdə  dəyişiklik  zərurəti  meydana  gəlir.  Dövlət  tərəfindən 

ardıcıl  olaraq  tez-tez  qəbul  edilən  yeni  qanunvericilik  sənədlərini 

və mövcud sənədlərdə olan dəyişiklikləri buna misal çəkmək olar. 

Sürətli dəyişikliklər  yeni-yeni maraqları üzə çıxardığı üçün siyasi 

vasitələr də məcbur olurlar ki, yeni maraqların təmini uğrunda tez-

tez  hərəkət  etsinlər.  Yeni  maraqlar  tələb  edir  ki,  siyasi  vasitələr 

siyasi 


hərəkətləri 

sürətləndirən 

və 

hərəkət 


mexanizmini 

tənzimləyən  siyasi  sənədlərin  hazırlanmasını  sürətləndirsinlər  və 

icraya  yönəltsinlər.  Yeni  maraqlar  yeni  tənzimləyici  normaların 

                                                 

1

 Fəlsəfə ensiklopedik lüğəti. Baş redaktor. İsmayıl Vəliyev. Müəllif kollektivi. 



“Azərbaycan  Ensiklopediyası”.  Nəşriyyat-Poliqrafiya  Birliyi.  B.,  1997, 

520 səh., səh. 182.

 



 

47

qəbul edilməsini zəruri edir. Eyni zamanda  yeni sənədlərin siyasi 



sistemlərin  əksər  siyasi  qurumlarında  dövriyyəli  hərəkət 

etdirilməsinin  sürətləndirilməsi  zərurətə  çevrilir.  Dövriyyəli 

hərəkət  etdirilmə  yeni  sənədlərin  qəbul edilməsi zərurətini ortaya 

çıxarır.  Belə  ki,  hər  bir  yeni  sənəd  öz  təsir  qüvvəsi  sayəsində 

mövcud  olan  obyektlərə  təsir  edir,  onların  fəaliyyətini 

istiqamətləndirir,  münasibətlər  prinsipini  müəyyən  edir.  Proses-

lərin ardıcıllığı sayəsində obyektlərin forma və fəaliyyət məzmunu 

dəyişir,  nəticədə  yeni  forma  və  məzmunlu  obyektlər  meydana 

gəlir,  təzə  iş  prinsipləri  yaranır.  Struktur  islahatlarını  və  şəraitə 

müvafiq  olaraq  zəruri  olan  yeni  iş  qaydalarını  buna  nümunə 

göstərmək  olar.  Yeni  forma  və  məzmunlu  obyektlərin  idarə 

edilməsi  və  istifadəni  tənzimləmək  məqsədilə  yeni  normaların 

yaradılması  zərurətə  çevrilir.  Burada  norma  normaları  yaradır 

prinsipi  də  öz  əksini  tapır.  Siyasi  inkişaf  tələb  edir  ki,  dövriyyəli 

hərəkət  zamanı  siyasi  təsirə  məruz  qalan  obyektlərin  sayı 

çoxaldılsın  və  yeni  yaradılmış  obyektlərə  təsir  imkanları  da 

genişləndirilsin.  Siyasi  inkişaf  zamanı  siyasi  hərəkətlərin  sayı 

sürətləndirilir,  siyasi  sənədlərin  dövriyyəli  hərəkət  etdirilməsi 

sürətləndirilir  və  yeni  törəmə  normaların  meydana  gəlməsi 

prosesləri də sürətləndirilir. Dövriyyəli hərəkətin sürətləndirilməsi 

proseslərində  zaman  amili  də  qısalır.  Qısa  zamanda  dövriyyəli 

hərəkətlərin  sayı  çoxalır  və  çoxlu  sayda  təsirə  məruz  qalan 

obyektlər  meydana  gəlir.  Obyektlərin  çoxluğu  və  bu  obyektlərin 

qarşılıqlı  fəaliyyəti  ümumilikdə  siyasi  sistemin  fəaliyyətini 

sürətləndirir  və  cəmiyyət  inkişafa  məruz  qalır.  Siyasi  inkişaf 

vəziyyətində  siyasi  vasitələr  cansız  siyasi  vasitələri  daima  olaraq 

təsir  vəziyyətində  saxlayırlar.  Cansız  siyasi  vasitələrdən  istifadə 

edərək  obyektlərə  təsir  edirlər.  Siyasi  inkişaf  daima  təsiretmə 

vəziyyətini  zəruri  edir  və  ardıcıl  təsir  vəziyyətləri  siyasi 

subyektləri hərəkətə gətirirlər.  

Siyasi  subyektlər  siyasi  inkişaf  zamanı  öz  aralarındakı 

münasibətləri  vəzifə  öhdəlikləri  və  səlahiyyətləri  ilə  müəyyən-

ləşdirirlər.  Münasibətlərin  tərzi-həddi,  çərçivəsi  vəzifə  və 

öhdəliklərlə müəyyən edilir. Siyasi subyektlərdən tələb olunur ki, 




Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə