Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə11/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   7   8   9   10   11   12   13   14   ...   204

 

31

vəziyyət  təsnifatı  aşağıdakı  kimidir:  sabit  və  qeyri-sabit 



(münaqişəli);  real,  tez  dəyişən  və  mümkün  olan;  əlverişli  və 

əlverişsiz; təhlükəli və s. Siyasi vəziyyətin təhlili siyasi strategiya 

və taktikanın tərkib hissəsidir.

1

  



Siyasi  inkişaf  vasitə  üzərinə  vasitə,  əşya  üzərinə  əşya,  maraq 

üzərinə  maraq,  tələbat  üzərinə  tələbat,  siyasi  subyektlər  üzərinə 

subyektlər,  siyasi  hərəkətlər  üzərinə  siyasi  hərəkətlər  gətirən  bir 

hərəki  proses  vəziyyətidir.  Siyasi  inkişaf  sosial-rifahın  təmin 

edilməsinə  istiqamətlənmiş  bir  siyasi  proses  vəziyyətidir.  Siyasi 

inkişaf  insan  estetikasına,  etikasına,  insanların  dünyagörüşünün 

zənginləşməsinə, insan təfəkkürünün formalaşmasına xidmət edən 

bir siyasi proses vəziyyətidir.  

Cəmiyyətin  inkişafı  insanların  xüsusi  marağındadır.  İnkişaf 

insanların  yeni-yeni  maraqlarını  üzə  çıxarır.  Cəmiyyət  inkişaf 

etdikcə  insanların  tələbatları  da  artır  və  yeni  tələbatlara  müvafiq 

olaraq  maraqlar  da  meydana  gəlir.  Cəmiyyətdə  mövcud  olan 

siyasi  vasitələr  hərəkət  edərkən  yeni-yeni  hərəkət  sahələrini 

meydana  gətirir.  Sahələrin  yaranması  yeni  tələbatları  üzə  çıxarır 

və maraqlar meydana  gəlir. Maraqlar uğrunda siyasi subyektlərin 

hərəkətləri  isə  yeni-yeni  siyasi  vasitələrin  meydana  gəlməsini 

zəruri  edir.  Məsələn,  siyasi  subyektlərin  fəaliyyəti  nəticəsində 

yeni  obyektlər,  yeni  təsir  və  maraq  sahələri  meydana  gəlir  ki, 

bunlar  da  insanların  yeni  hərəkətlərinin  əsaslarını  müəyyən-

ləşdirir.  Cəmiyyət  daima  baza  siyasi  vasitələrinin,  varlıqların 

üzərində inkişaf edir. Cəmiyyətin inkişafı siyasi vasitələrin (siyasi 

subyektlərin)  hərəkət  etməsindən  və  siyasi  alətləri,  siyasi 

vasitələri  hərəkət  etdirməsindən  asılıdır.  Siyasi  inkişaf  zamanı 

siyasi  hərəkətlərin  sayı,  siyasi  subyektlərin  hərəkətlərinin  sahəsi 

və  təsir  obyektləri  də  artır.  Siyasi  inkişaf  siyasi  subyektlərin 

sonsuz  sayda  hərəkət  xüsusiyyətlərini,  siyasi  hərəkət  davra-

                                                 

1

 Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət  İdarəçilik 



Akademiyası.  Politologiya.  Izahlı  lüğət.  Bakı,  “Şərq-Qərb”,  2007,  352  səh., 

səh. 316.

 



 

32

nışlarını  üzə  çıxarır.  Siyasi  inkişaf  zamanı  siyasi  hərəkətlər 



məqsədli  trayektoriyalarla  yerinə  yetirilir.  İstənilən  trayekto-

riyanın  da  nisbi  başlanğıc  və  nisbi  sonluğu  vardır.  Siyasi  maraq 

trayektoriyasının  nisbi  başlanğıc  və  nisbi  sonluqları  da  maraq  və 

tələbatlarla müəyyən edilir. Siyasi hərəkətlərin trayektoriyalarının 

nisbi  başlanğıcı  başqa  trayektoriyadakı  siyasi  hərəkətlərin  nisbi 

sonluğundan  sonra  meydana  gəlir.  Məsələn,  bir  marağın  təmin 

edilməsi  və  siyasi  hərəkətlərin  sonu  digər  marağın  meydana 

gəlməsi  ilə  başlanan  hərəkətləri  zəruri  edir.  Bu  zaman  bir  maraq 

nöqtəsinin  başlanğıcı  digər  maraq  nöqtəsinin  sonundan  sonra 

başlayır.  Bu  da  onunla  izah  olunur  ki,  siyasi  hərəkətlər  nisbi 



başlanğıc  və  nisbi  sonluq  vəziyyətlərini  özündə  əks  etdirən 

trayektoriyalara  məxsusdur.  Siyasi  trayektoriyalar  zamanı 

maraqlar  bir-birinə  keçidlə  əvəz  olunur.  Maraq  istənilən  siyasi 

hərəkətin  sonudursa,  o  zaman  marağın  təmin  edilməsi  ilə  digər 

hərəkətin  başlanğıcı  əmələ  gəlir.  Burada  siyasi  hərəkətlər 

maraqlardan  maraqlara  qədər  fasiləli  və  ya  fasiləsiz,  müxtəlif 

sürətlərlə  xarakterizə  olunur.  Siyasi  hərəkətlərin  xarakteri  və 

sürəti,  məzmun  və  forması  əsasən  maraqların  məzmun  və 

formasından asılı olur.  

Siyasi  inkişaf  zamanı  siyasi  hərəkətlər 

eyni  sahəli 

trayektoriyalar  üzrə  təkrarlanma  xassələrinə  malik  olur.  Belə  ki, 

siyasi vasitələr eyni sahələrdə olan müxtəlif və ya eyni məzmunlu 

çoxlu  sayda  maraqları  təmin  etmək  üçün  siyasi  hərəkətlərini 

təkrarlamaq  məcburiyyəti  ilə  üzləşirlər.  Məsələn,  iqtisadiyyat 

sahəsindəki  maraqları  təmin  etmək  naminə  və  genişləndirmək 

üçün  çoxlu  sayda  qazancların  əldə  edilməsi,  eləcə  də  əmək 

resurslarının,  maliyyə  vəsaitlərinin  əldə  edilməsi  üçün  öz 

hərəkətlərini  təkrarlamaq  və  hərəkətlərin  sayını  çoxaltmaq  üçün 

vasitələr  təkrar-təkrar  hərəkət  dövriyyəsi  etmək  məcburiyyəti  ilə 

üzləşirlər. Siyasi inkişaf zamanı təkrar hərəkətlərin sayı çoxaldılır 

və  təsir  obyektlərinin  sayı  da  artırılır.  Siyasi  inkişafda  təsir 

obyektləri  gücləndirilir.  Siyasi  subyektlər  (canlı  siyasi  vasitələr) 

daha çox siyasi vasitələrə (obyektlərə) təsir edirlər. 




 

33

Siyasi  inkişaf  zamanı  siyasətin  subyektləri  cansız  siyasi 



vasitələr  olan  siyasi  sənədləri  sürətlə  hərəkət  etdirirlər.  Siyasəti 

həyata  keçirmə  vasitələri  olan  siyasi  sənədlərin  hazırlanması 

zamanı  siyasi  proseslər  də  sürətləndirilir.  Siyasi  vasitələrin 

tərkibində  olan  normaların  sayı  da  artırılır.  Siyasi  sənədlərin 

məzmunu  zənginləşdirilir,  tətbiqi  sahələri  və  obyektləri  də 

genişləndirilir.  Siyasi  inkişaf  zamanı  tez-tez  yaranan  şəraitə 

müvafiq  olaraq  hərəkətlər  edilir.  Sənədlər  daha  çox  sahələri  öz 

təsir sferasına  daxil  edir.  Bununla  yanaşı,  siyasi subyektlər siyasi 

qurumların  sayını  artırırlar.  Siyasi  qurumlarda  siyasi  hərəkətlərin 

istiqamətləri  müəyyənləşdirilir  və  siyasi  hərəkətlərə  start  verilir. 

Siyasi  qurumlar  bir  növ  tənzimləyici,  istiqamət  müəyyənedici, 

təsiredici, siyasi vəziyyətləri araşdırıcı, siyasi maraqları müəyyən-

edici  funksiyanı  yerinə  yetirirlər.  Siyasi  inkişaf  zamanı  siyasi 

qurumlarda  siyasi  vasitələrin  hərəkət  sürətləri  artırılır.  Siyasi 

qurumlarda  siyasi  trayektoriyaların  arasında,  həmçinin  siyasi 

hərəkətlər  arasında  bağlılıq  müəyyən  edilir.  Bu  qurumlarda 

əlaqələrin  forma  və  məzmunu  müəyyənləşdirilir.  Siyasi 

qurumlarda  siyasi  maraqların  da  tərkibi  müəyyən  olunur.  Siyasi 

inkişaf  zamanı  siyasi  qurumlarda  siyasi  fəallıq  müşahidə  edilir. 

Siyasi  subyektlər  olan  siyasi  şəxslər  siyasi  qurumlarda  qarşılıqlı 

maraq  dairələrini  və  obyektlərini  müəyyən  edirlər.  Siyasi 

qurumlarda  siyasi  trayektoriyaların  zamana  görə  məsafəsi  də 

müəyyənləşdirilir.  Məsələn,  dövlət  proqramlarında  vəzifələrin 

yerinə  yetirilməsi  müddətini  buna  nümunə  kimi  göstərmək  olar. 

Bununla  yanaşı,  siyasi  trayektoriyalara  cəlb  ediləcək  canlı  siyasi 

vasitələr  və  cansız  siyasi  vasitələr  də  müəyyən  edilir.  Həmin 

proqramlarda  səlahiyyətli  qurumlar  müəyyənləşdirilir.  Siyasi 

qurumlarda siyasi subyektlər olan siyasi icraçıların fəaliyyət dairə-

ləri  və  qarşılıqlı  münasibətləri  də  müəyyən  edilir.  Siyasi 

qurumlarda siyasi subyektlərin hərəkət məsuliyyətləri də müəyyən 

olunur.  Siyasi  qurumlarda  cəmləşmiş  siyasi  hərəkətlər  müəyyən 

edilir.  Siyasi  qurumlar  siyasi  hərəkətləri  istiqamətləndirir  və 

müvafiq trayektoriyalarda düzür.  



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə