Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə13/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   9   10   11   12   13   14   15   16   ...   204

 

39

məqsədyönlü  şəkildə  hərəkət  edirlər.  Hərəkət  edərkən  onlar 



cəmiyyətdə  öz  mövqelərini  müəyyənləşdirirlər,  öz  yerlərini 

dəqiqləşdirirlər,  vəzifə  və  öhdəliklərini,  səlahiyyətlərini  müəyyən 

edirlər.  Bütün  bu  məsələlər  normalarla  tənzimlənir.  Normalar  da 

siyasi  təcrübələrdən,  siyasi  qanunauyğunluqlardan,  siyasi  maraq 

və  tələbatlardan  yaranır.  Siyasi  inkişaf  prosesləri  birbaşa 

insanların  maraq  və  tələbatlarının  təmin  edilməsinə  yönəldilir. 

Siyasi  inkişaf  tələb  edir  ki,  siyasi  hərəkətlər  də  müəyyən 

ideologiyaya  əsasən  edilsin.  Siyasi  inkişaf  bir  növ  siyasi 

hərəkətləri  istiqamətləndirən,  əsaslandıran,  bir  çərçivəyə  salan 

ümumi  müstəvi  rolunda  çıxış  edir.  Siyasi  inkişaf  zamanı  siyasi 

vasitələr  olan  sənədlər  siyasi  vasitələrin  sürətlə  və  məqsədyönlü 

şəkildə  hərəkətə  gətirilməsinə  xidmət  üçün  təşkil  edilir.  Siyasi 

inkişaf  zamanı  ümumi  siyasi  mühitin  fəallığı  müşahidə  edilir. 

Siyasi  inkişaf  zamanı  siyasi  sistemlərin  tərkib  elementləri  də 

qarşılıqlı  şəkildə  fəal  olaraq  hərəkət  vəziyyətində  olurlar.  Siyasi 

inkişaf təbii olaraq siyasi vasitələrin artması, siyasi ləvazimatların, 

istehsal  sahələrinin  artması  nəticəsində  də  meydana  gələn  bir 

proses vəziyyətidir. Siyasi inkişaf zamanı siyasi maraq məsafəsini 

qət etmək  üçün  siyasi  subyektlər  qısa  zamanda, sürətli hərəkətlər 

edirlər.  Burada  sürət  amili  siyasi  vasitələri  hərəkətə  gətirir  və 

zaman  az  məsrəf  olunur.  Siyasi  inkişaf  zamanı  daha  çox 

məqsədyönlü 

fəaliyyət 

göstərən 

siyasi 

vasitələr 



hərəkət 

trayektoriyasına cəlb edilirlər.  

Siyasi  inkişaf  zamanı  siyasi  hərəkətləri  zəruri  edən, 

şərtləndirən aşağıdakı amilləri göstərmək olar:  

-siyasi maraqların daima artım vəziyyətində olması; 

-tələbatların daima artım vəziyyətində olması; 

-insanların sosial-rifah halını yaxşılaşdırmaq istəkləri

-siyasi hərəkətlər zamanı meydana gələn istehsal vasitələrinin, 

məhsul  və  əşyaların  məqsədyönlü  şəkildə  idarə  edilməsi  istəkləri 

və maraqları; 

-insanlar  arasında  münasibətləri  tənzimləmək  və  bu  amildən 

istifadə edərək siyasi sistemin fəaliyyətini tənzimləmək və s. 




 

40

Siyasi  inkişaf  zamanı  siyasi  hərəkətlər  edilərkən  bir  çox 



hallarda  siyasi  subyektlər  arasındakı  münasibətlər  gərilmiş 

vəziyyətində  olur.  Bu  da  onunla  izah  olunur  ki,  siyasi  subyektlər 

hərəkət  edərkən  sürət  tempi  artırılır  və  sürət  hərdən  siyasi 

subyektlərin  hərəkətlərini  öz  normal  nisbi  axın  məcrasından 

kənara  çıxarır.  Bu  zaman  münasibətlər  də  gərilmiş  vəziyyətində 

olur. Hərəkət ritmi artırılır və bir çox hallarda axın istiqamətindən 

kənara  çıxır.  Burada  hərəkəti  sürətləndirən  əsas  qüvvə  olaraq 

maraqlar  və  bu  maraqların  təmin  edilməsi  naminə  siyasi 

subyektlərin  emosiyaları  çıxış  edir.  Siyasi  hərəkətlərin  sürəti 

əlaqəli  vasitələrdə  qıcıqları  artırır  və  siyasi  subyektlər  öz 

mənafeyini  təmin  etmək  üçün  sürətlə  hərəkət  edirlər.  Siyasi 

hərəkətlərin  sürətli  olması  çoxlu  sayda  siyasi  hadisələrin 

törədilməsini  zəruri  edir.  Siyasi  hadisələr  törədilərkən  siyasi 

nəticələr  əldə  olunur.  Tez-tez  əldə  olunan  nəticələr  və  maddi 

varlığın,  vasitələrin  artırılması  inkişaf  vəziyyətini  ortaya  çıxarır. 

Siyasi  inkişaf  baza  axın  trayektoriyası  üzrə  ardıcıl  gələn  siyasi 

dalğalar  və  siyasi  axınlarla  müşahidə  edilən  bir  hərəkət 

vəziyyətidir.  



 

Siyasi inkişaf proseslərində hərəkətlərə təkan verən  

ə

sas amillər 

 

Siyasi 



inkişaf 

zamanı 


siyasət 

subyektləri 

durğunluq 

vəziyyətinin  əksinə  olaraq  sürətli  hərəkət  vəziyyətində  olurlar. 

Siyasətin  subyektləri  siyasi  hadisələri  maraq trayektoriyaları üzrə 

sürətlə  törədirlər.  Bu  zaman  məsafə  də  qısalır  və  zaman  da  az 

məsrəf  olunur.  Siyasi  hərəkət  trayektoriyasına  daha  güclü  siyasi 

vasitələr  cəlb  edilirlər.  Siyasi  vasitələrin  fəaliyyət  mexanizmi 

sürətlənir,  siyasi  sistem  güclü  şəkildə  fəaliyyət  göstərir.  Siyasi 

inkişaf  zamanı  hərəkətlərə  təkan  verən  amillər  mövcuddur.  Belə 

ki, siyasi inkişaf ilk növbədə üst-üstə meydana gələn maraqlardan 

formalaşır.  Maraqlar  isə  tələbat  amilini  üzə  çıxarır.  Maraqlardan 

maraqlar  törəyir.  Siyasi  inkişaf  törəyən  maraqlar  uğrunda 

siyasi  vasitələrin  hərəkəti  nəticəsində  meydana  gələn  proses 



 

41

vəziyyətidir.  Siyasi  inkişaf  zamanı  ola  bilər ki,  bir neçə marağın 

təmin  edilməsi  üçün  yalnız  bir  və  iki  trayektoriya  üzrə  siyasi 

hadisələr  törədilsin.  Siyasi  inkişaf  siyasi  trayektoriyaların  sayını 

artırır.  Hər  bir  trayektoriya  bir  və  ya  bir  neçə  maraq  yoludur. 

Siyasi  inkişaf  zamanı  siyasi  hərəkətlərin  sürətlənməsini  zəruri 

edən 

amillər 


içərisində 

insanların 



sosial-rifah 

halını 

yaxşılaşdırmaq istəkləri də dayanır. 

Siyasi  inkişaf  zamanı  baza  siyasi  vasitələrin  mövcudluğu  da 

siyasi  hadisələrin  sürətlə  törənməsini  zəruri  edir.  Belə  ki,  baza 

vasitələrinin  mövcudluğu  və  vasitələrin  qarşılıqlı  fəaliyyəti  və 

siyasi  hadisələri  törətməsi  siyasi  inkişafı  zəruri  edir.  Bir  siyasi 



hərəkət arxasınca digər siyasi hərəkətləri gətirir. Siyasi inkişaf 

mənzərəsi  həm  də  fəal  və  rəngarəng  əlamətli  siyasi 

hərəkətlərin  müşahidə  olunduğu  bir  mənzərədir.  Siyasi 

vasitələr  sürətlə  hərəkət  edirlər,  bu  zaman  istehsal,  ticarət 

genişlənir,  çoxlu  sayda,  çeşiddə  və  həcmdə  məhsul  əldə  olunur. 

Həmin  məhsulların  idarə  edilməsi,  yerləşdirilməsi,  saxlanılması, 

tədarük edilməsi, bir məkandan başqa məkanlara daşınması böyük 

bir  idarəçilik  mexanizmini  formalaşdırır.  İdarəetməni  həyata 

keçirmək  üçün  müvafiq  təyinatlı  tikinti  obyektlərinin-istehsal, 

ticarət  obyektlərinin  olması  vacib  amilə  çevrilir.  İstehsal 

məhsullarının  artması  əlaqəli  vasitələri,  subyektləri  məcbur  edir 

ki,  öz  hərəkətlərini  sürətləndirsinlər.  Deməli,  məhsulun  istehsa-



lının  artması  siyasi  inkişafı  zəruri  edir.  Məhsullar  müəyyən 

iqtisadi siyasətlə  bölüşdürülür,  istehlak  edilir və s. Siyasi inkişafı 

zəruri  edən  əsas  amillər  içərisində  istehsal  münasibətlərini  qeyd 

etmək  olar.  Məlumdur  ki,  istehsal  münasibətləri  daha  çox  siyasi 

münasibərtlərin formalaşmasını zəruri edir.  

Siyasi inkişaf zamanı siyasi hərəkətlər məqsədyönlü trayekto-

riyalar  üzrə  baş  verməyə  də  bilər.  Bu  zaman  siyasi  hadisələr  öz 

məqsədyönlü trayektoriyasından kənara çıxa bilərlər. Bu vəziyyət-

də  də  siyasi  hadisələr  sürətlə  törədilir.  Lakin  sistemsiz  hərəkətlər 

mənzərəsi  müəyyən  müddətdən  sonra  böhranlara  gətirib  çıxara 

bilir.  Məsələn,  iqtisadiyyat  sahəsində  baş  verən  böhranları  buna 

misal  çəkmək  olar.  İqtisadiyyat  sahəsində  siyasət  düzgün  və 




Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə