Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə16/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   12   13   14   15   16   17   18   19   ...   204

 

48

öz  vəzifə  və  səlahiyyətlərini  sürətlə  icra  etsinlər  və  qısa  zaman 



ərzində  çoxlu  sayda  siyasi  hadisələr  törətsinlər,  aktlar  həyata 

keçirsinlər. Siyasi hərəkətləri sürətləndirən əsas amillər içərisində 

siyasi  şəraitlər  də  mühüm  rol  oynayır.  Hər  bir  siyasi  şərait  siyasi 

subyektlərdə maraq doğurduğu üçün siyasi subyektlər də yaranmış 

siyasi  şəraitdən  səmərəli  istifadə  etməyə  çalışırlar.  Bu  zaman 

subyektlər  arasında  və  vahid-ümumi  marağın  birgə  və  tez  təmin 

edilməsi üçün gücün birləşdirilməsi siyasəti həyata keçirilir. Birgə 

mübarizə  siyasi  hərəkətlərin  sürətini  artırır  və  siyasi  aktların 

ardıcıl  olaraq  sürətlə  törədilməsini  zəruri  edir.  Sürətli  hərəkət 

nəticəsində  siyasi  hadisələrin  trayektoriyalarının  sayı  da  artırılır. 

Çünki  maraqlar  törəmə  xassələrinə  malik  olduğundan  müxtəlif 

sahələrdə  meydana  gəlir.  Müxtəlif  sahəli  maraqlar  müxtəlif 

trayektoriyaların yaranmasını zəruri edir.  

 

Siyasi inkişaf üçün siyasi planların qurulmasının əsasları 

 

Siyasi  inkişaf  zamanı  siyasi  hadisələr  ardıcıl  olaraq  sürətlə 



törədilir.  Siyasətin  subyektləri  də  sürətli  hərəkət  vəziyyətində 

olurlar.  Siyasət  institutlarının  daxil  olduğu  siyasi  sistemin 

mexanizmi  də  sürətli  fəaliyyət  göstərir.  Siyasi  inkişaf  siyasi 

hadisələrin  sistematik  olaraq  törədilməsini  tələb  edən  bir 

vəziyyətdir.  Siyasi  inkişaf  zamanı  siyasətin  subyektləri  arasında 

münasibətlər  də  sistemli  şəkildə  qurulur.  Siyasi  inkişaf  tələb  edir 

ki, siyasi hadisələr qanunauyğunluqlara, təcrübələrə əsasən sürətlə 

və  ardıcıl  olaraq  törədilsin.  Siyasi  inkişafda  siyasi  vasitələrin 

sürətli hərəkət dövriyyəsinə ehtiyac duyulur. Ümumiyyətlə, siyasi 

inkişaf  zamanı  siyasi  hərəkətlər  sistemli  mexanizmə  əsasən 

törədilir.  Siyasi  inkişaf  zamanı  bütün  hərəkətlərin  qarşılıqlı 

tənzimlənməsini,  qanunauyğunluqların  müəyyən  edilməsini, 

siyasi  hərəkətlərin  elmi  prinsiplərinin  müəyyən  edilməsini,  real 

siyasi  şəraitin  öyrənilməsini,  tədqiq  edilməsini,  mövcud 

vəziyyətin  araşdırılmasını,  qarşıya  çıxan  problemlərin  həlli 

yollarının  araşdırılmasını,  maraq  yollarının  müəyyən  edilməsini, 

maraqların tərkibinin müəyyən edilməsini təmin etmək məqsədilə 



 

49

siyasi  planların,  siyasi  hərəkət  planlarının-siyasi  strategiyanın 



müəyyən  edilməsi  zərurətə  çevrilir.  Siyasi  planlarda  siyasi 

maraqların  təmin  edilməsi  arasında  mövcud  olan  məsafələr, 

zaman amili, maraqların təmin edilməsi üçün hərəkət istiqamətləri 

öz  əksini  tapır.  Siyasi  planlar  əsasən  siyasi  hərəkətlərin  vahid 

mərkəzdən və şaxələnmiş mərkəz mənbələrindən idarə edilməsini 

yüksək  səviyyədə  təmin  etmək  üçün  qurulur,  tərtib  edilir.  Siyasi 

planlarda  siyasi  hadisələrin  törədilməsi  vaxtları  və  siyasi 

hadisələrin  təsir  dərəcələri  də  tədqiq  edilir.  Siyasi  planlar  siyasi 

inkişaf  zamanı  siyasi  hadisələrin  törədilməsinin  sürət  tempinə  də 

nəzarət etmək məqsədilə də tərtib edilir, siyasi strategiya müəyyən 

edilir.  Siyasi  inkişaf  zamanı  siyasi  mühitdə  aktivlik  müşahidə 

olunduğundan  ola  bilər  ki,  siyasi  hadisələr  öz  məqsədyönlü 

törədilmə  trayektoriyalarından  kənara  çıxsın.  Çünki  elə  bir  siyasi 

hadisə  törədilə  bilər  və  bu  hadisə  özündən  sonra  gələcək  növbəti 

hadisəyə elə bir təsir edə bilər ki, təsirin gücü ilə növbəti hadisə öz 

trayektoriyasından  kənara  çıxa  bilər.  Belə  olan  halda,  siyasi 

hadisələrin  törədilmə  trayektoriyasında  ardıcıllıq  pozula  bilər, 

qanunauyğunluq  olmaya  bilər  və  nəticədə  trayektoriyaların 

istiqaməti  də  dəyişə  bilər.  Ümumilikdə  siyasi  mühitdə,  siyasi 

sistemdə  hərəkət  mexanizmi  və  siyasi  subyektlərin  qarşılıqlı 

hərəkət  münasibətləri  pozula  bilər.  Bu  baxımdan  siyasi 

strategiyanın  müəyyən  edilməsi,  siyasi  hadisələrin  törədilməsi 

zamanı  sürət  ritminin  müvafiq  tələbata  və  şəraitə  uyğun  olaraq 

saxlanılması  məsələləri  zərurətə  çevrilir.  Siyasi  strategiya, 

fəaliyyət  planı  bir  növ  siyasi  hərəkətlər  üçün  istiqamətverici  və 

sərhədlərini  müəyyənedici  rol  oynayır.  Siyasi  planlar  həmçinin 

siyasi  hadisələrin  törədilməsinin  qısa,  orta  və  uzun  müddətə 

törədilməsinin  əsaslarını  müəyyən  edir.  Siyasi  inkişaf  zamanı 

siyasi  hadisələrin  təsir  dərəcələri  dəyişən  xüsusiyyətlərə  malik 

olur. Məsələn, bir siyasi hadisə öz ardınca nisbətən böyük təsir və 

əhəmiyyətə malik olan hadisənin törədilməsini zəruri edir. Siyasi 

inkişaf  zamanı  sürət  amili  siyasi  hadisələrin  törədilmə 

dərəcələrinə də təsir göstərir və bu baxımdan da təsir dərəcələri də 



 

50

artır.  Siyasi  inkişaf  zamanı  siyasi  hadisələrin  bir-birilərinə 



keçidləri  də  sürətlənir.  Siyasi  inkişaf  zamanı  siyasi  hadisənin 

trayektoriyadakı  ardıcıl  düzülüşündə  yeri  dəyişdirilə  bilər. 

Məsələn, onuncu olaraq törədilən hadisə beşinci də törədilə bilər. 

Bu  hər  şeydən  öncə  siyasi  vasitələrin  gücündən  asılı  olur.  Bu 

zaman  siyasi  vasitələrin  gücü,  siyasi  kapital  tələb  edir  ki,  siyasi 

hadisələr öz trayektorik məkanını dəyişsin. Məhz bu baxımdan da 

siyasi  inkişaf  zamanı  siyasi  fəaliyyət  planında  da  müəyyən 

dəyişikliklər  etmək  olar.  Siyasi  inkişaf  zamanı  siyasi  maraqların 

da  tərkib  dəyişiklikləri  baş  verə  bilər.  Siyasi  inkişaf  zamanı  elə 

güclü siyasi hadisələr törədilə bilər ki, ümumilikdə siyasi mühitin 

əksər  hərəkət  trayektoriyasına  təsir  etmək  imkanına  malik  olsun. 

Məsələn,  dünya  iqtisadiyyatının  lokomotivi  hesab  edilən  neft  və 

qazın qiymətinin qaldırılması bütün sahələrdəki siyasi hadisələrə, 

eyni  zamanda  dövlətin  xarici  və  daxili  siyasət  fəaliyyətindəki 

hadisələrə təsir edir. Belə siyasi hadisələrə əsas, ümumi təsiredici 

hadisələr  demək  olar.  Eləcə  də  büdcənin  artırılması  bütün 

sahələrdəki  siyasi  hadisələrə  təsirini  göstərə  bilir.  Elə  siyasi 

hadisələr də olur ki, daha çox trayektoriyada özündən sonra gələn 

siyasi hadisəyə təkan verə bilir. Digər trayektoriyadakı hadisələrə 

isə qismən təsir edə bilir. Bu hadisələr içərisində konkret təsiredici 

faktları göstərmək olar. Ümumiyyətlə isə siyasi hadisələr daha çox 

müəyyən mənbələrdən həmin mənbələrin təsirləri ilə törədilir. Bu 

bir növ şarlarla dolu olan bir kisənin ağzının açılaraq, şarların boş 

bir məkanda  yerə tökülməsi mənzərəsini xatırladır. Şarlar kisənin 

ağzı  açılaraq  boş  məkanda  yerə  boşaldılan zaman ayrı-ayrı və  ya 

eyni istiqamətlərdə diyirlənməyə başlayırlar. Şarların diyirlənməsi 

tamamilə  bir-birinə  oxşamır,  bir-birinin  ardınca  eyni  sürətdə 

getmir. Siyasi hadisələr də trayektoriyalar üzrə törədilir, lakin eyni 

sürətlə  törədilmir.  Burada  fərq  ondan  ibarətdir  ki,  siyasi 

hadisələrin  trayektoriyaları  siyasi  sistemlə  müəyyən  edilir.  Siyasi 

sistemin  fəaliyyət  istiqamətləri  siyasi  hadisələrin  törədilməsi 

trayektoriyalarıdır.  Siyasi  hadisələr  siyasi  şəraitin  tələbləri 

əsasında da törədilir.  



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə