Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə17/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   13   14   15   16   17   18   19   20   ...   204

 

51

Siyasi  inkişaf  zamanı  fəaliyyət  planı  həm  də  ona  görə  tərtib 



edilir  ki,  siyasi  hadisələrin  mərkəzdən  (mərkəzin  nəzarətindən) 

hədsiz dərəcədə uzaqlaşmasının qarşısı alınsın. Siyasi hadisələrdə 

hərəkətlər mövcud olduğundan ola bilər mərkəzdən uzaqlaşma ilə 

müşahidə  edilsin.  Bu  baxımdan  da  fəaliyyət  planları  siyasi 

hadisələrin  mərkəzdən  uzaqlaşmasının  qarşısını  almaq,  nəzarət 

edilmək  və  iradəyə  tabe  etdirilmək  üçün  tərtib  edilir.  Siyasi 

inkişaf  zamanı  siyasi  hərəkətlər  sürətlə  edildiyindən  və  bütün 

sahələri  əhatə  etidiyindən  ola  bilər  ki,  fəaliyyət  planları  baş  və 

köməkçi planlara ayrılsın. Bu da onunla izah olunur ki, hərəkətləri 

tənzimləmək üçün bir fəaliyyət planı kifayət etmir. Mütləq şəkildə 

vasitəli və əlaqəli olan fəaliyyət planları tərtib edilir. Bu baxımdan 

da  fəaliyyət  planlarının  qarşılıqlı  sxematik  əlaqələri  meydana 

gəlir.  Məsələn,  bir-birinin  ardınca  qəbul  edilən  dövlət  proqram-

larının əlaqəli tətbiqini buna misal çəkmək olar. Planlar qarşılıqlı 

olaraq  tərtib  edilir.  Siyasi  fəaliyyət  planları  əsasən  siyasi 

qurumlarda  tərtib  olunur.  Mərkəzi  idarəetmə  qurumunda  baş 

siyasi  fəaliyyət  planı,  ixtisaslaşmış  və 

yerli  idarəetmə 

qurumlarında  isə  törəmə  fəaliyyət  planları  tərtib  edilir.  Siyasi 

qurumlarda  fəaliyyət  planları  həm  ona  görə tərtib edilir ki, siyasi 

inkişaf  zamanı  sürətli  hərəkət  mexanizmini  tənzimləsinlər,  siyasi 

hadisələr  sistemli  olaraq  törədilsin,  siyasi  hadisələrə  təkan 

verilsin,  həm  də  sürətli  hərəkət  tempini  saxlamaq  imkanı  olsun. 

Bu  baxımdan  əlaqəli  fəaliyyət  planları  sürətli  hərəkətin 

məqsədyönlü  şəkildə  istiqamətlənməsini  təmin  edir.  Şaxələnmiş 

sahələri  əhatə  edən  planlar  həm  də  mərkəzi  (baş)  planın 

mövcudluğunu təmin edir.  

  



 

52

Siyasi inkişafın təmini üçün siyasi hərəkət  



trayektoriyasında siyasi hərəkətlərin qarşılıqlı  

törədilməsinin əsasları – siyasət subyektlərinin əlaqəli  

fəaliyyətinin təmin edilməsinin əsasları 

 

Qeyd  edildiyi  kimi,  siyasi  inkişaf  zamanı  siyasi  hərəkətlər 



sürətlə  və  qarşılıqlı  şəkildə  törədilir.  Bu  o  deməkdir  ki,  siyasi 

inkişaf  proseslərindən  yaranan  şərait  siyasi  hərəkətlərin  ardıcıl 

olaraq törədilməsini tələb edir. Siyasi inkişaf vəziyyəti o deməkdir 

ki, burada siyasi hərəkət trayektoriyaları boyunca siyasi hadisələr 

sürətlə  və  bir-birinin  ardınca  törədilməlidir.  Bir  siyasi  hərəkət 

törədildikdən sonra digər siyasi hərəkətlər əvvəlki siyasi hadisəyə 

cavab  olaraq  törədilməlidir.  Siyasi  hadisələr  bir-biriləri  ilə 

əlaqədar olduqlarından mütləq şəkildə siyasi trayektoriyanın uzun 

olması  və  dövriyyəli  hərəkətlərin  təmin  edilməsi  üçün  növbəti 

(cavabverici)  siyasi  hadisələr  törədilməlidir.  Növbəti  siyasi 

hadisələr  ona  görə  törədilməlidir  ki,  əvvəlki  siyasi  hadisələrin 

təsirləri  gücləndirilsin  və  yeni  təsirlər  meydana  gəlsin.  Yeni  və 

ardıcıl  olaraq  enerji  mühiti  yaradılmalıdır  ki,  yaranmış  enerji 

mühiti  siyasi  hadisələri  daima  törədilmə  vəziyyətində  saxlasın. 

Siyasi  enerji  mühiti  isə  öz  enerji  mənbəyini  törədilən  siyasi 

hadisələrdən  toplayır.  Siyasi  hadisələr  qarşılıqlı  törədilmə 

xüsusiyyətlərinə  malik  olur.  Belə  ki,  belə  bir  prinsipdən  çıxış 

etmək  olar  ki,  əvvəlki  siyasi  hadisələr  növbəti  siyasi  hadisələr 

üçün  törədilməlidir.  Siyasi  hadisələrin  ardıcıl  törədilməsindən 

meydana  gələn  trayektoriyalarda  müxtəlif  təsir  dərəcəsinə  malik 

olan  siyasi  aktlar,  siyasi  hadisələr  ardıcıl  düzülüş  xüsusiyyətinə 

malik olaraq, zəncirvari düzülüş forması əmələ gətirir. Zəncirvari 

düzülüş forması isə siyasi sistemin işləmə istiqamətlərini müəyyən 

edir.  Siyasi  sistemin  fəaliyyət  mexanizminin  bağlayıcı  tellərini 

məhz siyasi hərəkət trayektoriyaları müəyyən edir. Siyasi hərəkət 

trayektoriyaları  siyasi  hərəkətləri  meydana  gətirən  mənbələri  bir-

birilərinə  sıx  şəkildə  bağlayır,  şəbəkə  əmələ  gətirir.  Bu  mənbələr 

qismində  isə  siyasi  qurumlar  çıxış  edirlər.  Siyasi  qurumların 




 

53

fəaliyyət istiqamətləri məhz siyasi hərəkətlərin trayektoriyalarıdır.  



Siyasi  inkişaf  zamanı  siyasi  hadisələr  siyasi  institutlar-siyasi 

qurumlar və siyasi şəxslər tərəfindən sürətlə hazırlanır və törədilir. 

Siyasi  hərəkət  trayektoriyasının  birləşdirdiyi  siyasi  institutlarda 

siyasi  hadisələr  pilləli  trayektoriyalarla  sürətlə  törədilir.  Siyasət 

institutları  siyasi  maraq  və  tələbatlar  üzərində  siyasi  hadisələrin 

törədilməsi  üçün  qurulan  təsisatlardır.  Təsisatların  hər  biri 

özünəməxsus  funksiya  həyata  keçirirlər.  Təsisatlar  əsasən 

“piramida”  trayektoriyası  ilə  düzülürlər  və  səlahiyyətləri 

formalaşır.  Bu  baxımdan  da  siyasət  əhatə  etdiyi  sahələrə  görə 

dərəcələnir.  Elmi  yanaşmalara  görə  siyasət  bir  neçə  səviyyədə 



həyata  keçirilə  bilər:  1)  aşağı  səviyyə.  O,  yerli  problemlərin 

(mənzil  şəraiti,  məktəb,  universitet,  ictimai  nəqliyyat  və  s.  həllini 

əhatə edir; bu səviyyədə siyasət əsasən ayrı-ayrı fərdlər tərəfindən 

həyata  keçirilir,  lakin  məsələlərin  bir  hissəsi  yerli  assosiasiyalar 

tərəfindən həll oluna bilər; 2) lokal səviyyə dövlətin müdaxiləsini 

tələb edir; daha fəal surətdə siyasət regionun iqtisadi inkişafında 

maraqlı olan qruplar və assosiasiyalar tərəfindən həyata keçirilir; 

3) siyasət nəzəriyyəsində milli səviyyə mərkəzi yer tutur ki, bu da 

dövlətin  resurslarının  bölüşdürülməsində  əsas  institut  kimi 

tutduğu  yeri  ilə  müəyyən  olunur;  4)  siyasi  fəaliyyətin  əsas 

subyektləri  kimi  suveren  dövlətlərin  çıxış  etdiyi  beynəlxalq 

səviyyə

1

.  

 Siyasi  təsisatlar  isə  həyatın  və  marağın  əhatə  etdiyi  bütün 

sahələr  üzrə  qurulur.  Siyasi  institutların  da  tərkibində  struktur 

dəyişiklikləri  baş  verir.  Bu  onunla  izah  olunur  ki,  yeni-yeni 

meydana  gələn  və  eləcə  də  dəyişən  maraqların  təmin  edilməsi 

üçün siyasi hadisələrin də dəyişkən formada törədilməsi tələbə və 

zərurətə çevrilir. Bu baxımdan da siyasi hadisələrin idarə edilməsi 

üçün  yeni  siyasi  qrupun  meydana  gəlməsi  də  zərurətə  çevrilir. 

Siyasi  inkişaf  zamanı  şəraitə  müvafiq  olaraq  yeni-yeni  siyasi 

                                                 

1

 Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət  İdarəçilik 



Akademiyası.  Politologiya.  Izahlı  lüğət.  Bakı,  “Şərq-Qərb”,  2007,  352  səh., 

səh. 275.

 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə