Microsoft Word siyaset II cild rtf


partiyalar  və  kütləvi  informasiya  vasitələri  ilə  həyata  keçirilir



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə20/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   16   17   18   19   20   21   22   23   ...   204

 

60

partiyalar  və  kütləvi  informasiya  vasitələri  ilə  həyata  keçirilir. 



Cəmiyyətin  siyasi  sistemində  bunlardan  hər  birinin  özünün 

spesifik  funksiyaları  vardır.  Bu  funksiyalardan  da  asılı  olaraq  bu 

və  ya  digər  siyasi  institutun  strukturu  yaradılır.  Belə  ki,  siyasi 

institutların  bütün  fəaliyyəti  cəmiyyətin  siyasi  həyatının  normal 

fəaliyyətinin  və  inkişafının  təmin  edilməsinə,  bütün  sosial 

qrupların  siyasi  maraqlarının  həyata  keçirilməsinə  yönəldil-

mişdir.

1

 Siyasi  sistemin  ən  mühüm  mənası  və  əhəmiyyəti 



cəmiyyətin  sosial-siyasi  təbiətini,  mövcud  siyasi  münasibətlərini, 

təsisatların,  hakimiyyətin  norma  və  prinsiplərinin  məzmununu 

obyektiv  təhlil  etmək  və  vasitə  rolunu  oynamaqdan  ibarətdir. 

Amerikan  alimi  C.İstona  görə  siyasi  sistem  xaricdən  daxil  olan 

impulslara  cavablar  verən,  özünütənzimləyən  orqanizmdir.  Bu 

onun  səciyyəsidir.  İstona  görə,  siyasi  sistemə  xaricdən,  sosial  və 

mədəni mühitdən müxtəlif impulslar daxil olur. Bunların bir qismi 

siyasi  sistemə  tələblərlə  bağlıdır,  digər  qismi  isə  ona  dəstək 

verməkdən  ibarətdir.  Siyasi  sistemin  bu  impulslara  cavab 

reaksiyası  siyasi  qərarlar,  onların  reallaşmasına  yönəlmiş  siyasi 

fəaliyyətidir.

2

 İctimai  inkişafın  gedişində  ictimai  münasibətlərin 



və  təsisatların  müvafiq  tiplərinin  meydana  gəlməsi  və 

möhkəmlənməsi,  öz  növbəsində  siyasi  sistemdə  dəyişikliklərə, 

onun  yeni  strukturlarının,  mexanizmlərinin  və  qaydalarının 

meydana gəlməsinə səbəb olur. Nəticədə siyasi sistemin təsisatları 

və  digər  elementləri  iqtisadiyyata,  mədəniyyətə  və  ideologiyaya 

getdikcə daha çox təsir göstərir, bütövlükdə sosial sistemin normal 

fəaliyyət göstərməsini təmin edir. 

3

  



Siyasi sitemin hər bir elementinin öz funksiyası mövcuddur ki, 

bu  funksiya  əsasında  da  öhdəliyə  malikdir.  (Element  nisbətən 

                                                 

1

 Z.T.Qolenkova,  M.M.Akuliç,  V.M.Kuznetsov.  Professor  Z.T.Qolenkovanın 



redaktorluğu  ilə.  Ümumi  sosiologiya.  Siyasətin  sosiologiyası.  Siyasi  həyatın 

institusionallaşması.  Tərcümə  edəni:  f.e.d.,  prof.  İzzət  Rüstəmov.  Bakı, 

Diplomat.2007; 494 səh., səh.331. 

 

2



 Həsən  Şirəliyev,  Əli  Əhmədov.  Politologiya.  Ali  məktəblər  üçün  dərslik. 

“Təbib” 1997, 416 səh. səh. 145. 

3

 Yenə orada, səh. 146.



 


 

61

sabit, keyfiyyətcə müəyyən reallıqdır ki, nisbətən sabit, keyfiyyətcə 



müəyyən  başqa  reallıqlarla  qarşılıqlı  əlaqədədir  və  onlarla 

birlikdə  bütöv  sistem  təşkil  edir.  Sistemin  elementləri  arasındakı 

əlaqələrin 

müəyyən 

qaydası 

struktur 

adlanır. 

Struktur 

(lat.”struktura”-quruluş,  nizam,  əlaqə)  obyektin  bütövlüyünü 

təmin  edən  dayanıqlı  əlaqələrin  məcmuudur.  Başqa  sözlə, 

struktur-sistemin elementləri arasında qarşılıqlı əlaqə vasitəsidir, 

yəni  sistemin  elementləri  arasındakı  münasibətlərin  cəmi,  həmin 

elementlərin təşkil edilməsi, qaydaya salınmasıdır.)

1

 Siyasi sistem 



hərəkətdə olan və bu baxımdan dinamik xüsusiyyətlərə malik olan 

birləşmədir,  komponentlər  cəmidir.  Sistem  müxtəlif  forma  və 

məzmunlu hərəkətləri əlaqələndirmək və istiqamətləndirmək üçün 

təşkil  edilir.  Sistemin  hərəkətliliyi  onun  bütün  strukturlarından 

mozaik  formaların  meydana  gəlməsini  zəruri  edir.  Elmi 

ədəbiyyatlarda  da  belə  bir  fikir  mövcuddur  ki,  sistem  öz 

komponentlərinə  fəal  təsir  göstərir,  öz  təbiətinə  uyğun  olaraq 

onları  dəyişdirir.  Nəticədə  başlanğıc  komponentlər  böyük 

dəyişikliyə  məruz  qalır,  sistemə  daxil  olana  qədər  malik  olduğu 

bəzi xüsusiyyətlərini itirir, yeni xassələri qazanır, qalan xasələr də 

dəyişməyə  başlayır.  Sistem  yaranan  vaxt  çox  hallarda  əvvəllər 

olmayan yeni komponentlər yaranır.

2

  



Hər  bir  elementin  özünəməxsus  hadisə  törətmək  vəzifəsi  və 

səlahiyyəti  vardır.  Siyasi  inkişaf  zamanı  siyasi  sistemin  hər  bir 

ünsürü öz funksiyasına uyğun olaraq sürətli şəkildə hadisə törədir. 

Siyasi  inkişaf  zamanı  siyasi  sistemə  daxil  olan  siyasi  qurumlar 

tərəfindən  siyasi  hərəkətlər  sürətləndirilir.  Siyasi  hadisələrin 

törədilməsi  mərkəzləri  rolunda  çlxış  edən  siyasi  qurumlar 

qarşılıqlı  olaraq  sürət  rejimi  əsasında  fəaliyyət  göstərirlər.  Siyasi 

sistemin  sürətli  işlək  mexanizmi  də  sürətli  hərəkətlərdən 

formalaşır.  Siyasi  sistem  bütövlükdə  siyasi  mühiti  əks  etdirərək 

sürətli  hərəkəti  çərçivələrə  salır  və  öz  təyinatı  üzrə  siyasi 

                                                 

1

 Yusif  Rüstəmov.  Fəlsəfənin  əsasları  (mühazirə  kursu)-Bakı,  “Azərbaycan 



Universiteti” nəşriyyatı, -2004, 499 səh., səh. 50.

 

2



 Yenə orada, səh. 51.

 



 

62

hadisələrin  törədilməsini  təmin  edir.  Siyasi  sistem  bir  növ  siyasi 



hərəkətlərin  istiqamətlənməsi  proseslərini  də  təmin  edir.  Siyasi 

inkişaf  sürətli  siyasi  proseslər  cəmi  və  nəticələri  olduğundan 

sürətli siyasi proseslər də siyasi sistemin tərkibinə aid olan siyasi 

qurumlar  tərəfindən  törədilir.  Siyasi  inkişaf  zamanı  siyasi 

sistemlərin tərkib elementləri olan siyasi qurumlar qarşılıqlı maraq 

və tələbatı ödəmək prinsipləri əsasında fəaliyyət göstərirlər. Siyasi 

sistemin  tərkibinə  aid  olan  siyasi  qurumlarda  siyasi  hadisələrin 

ötürücülük(subyektlərdən  subyektlərə  ötürülmə)  prinsipləri 

əsasında törədilməsi baş verir. Yəni bir siyasi qurum bir və ya bir 

neçə  əsas  hadisəni  törədir  və  istiqaməti  digər  siyasi  quruma 

yönəldir.  Əlaqəli  siyasi  qurum  da  öz  növbəsində  cavab  olaraq 

siyasi  hadisəni  törədir.  Əlaqəli  siyasi  qurum  siyasi  hadisələrin 

təsirini  möhkəmləndirici  digər  siyasi  hadisələr  törədir.  Sonra  isə 

əlaqəli  siyasi  qurumlar  tərəfindən  törədilən  siyasi  hadisələrin 

təsirlərini  möhkəmləndirmək  üçün  başqa  siyasi  qurumlar 

tərəfindən  də  siyasi  aktlar  həyata  keçirilir.  Beləcə  olaraq  siyasi 

qurumlar  qarşılıqlı  surətdə,  zəncirvari  şəkildə  siyasi  hadisələr 

törədirlər.  Siyasi  inkişafı  səciyyələndirən  əsas cəhətlərdən biri də 

ondan  ibarətdir  ki,  siyasi  hadisələrin  törədilməsi  zamanı  sürət 

rejiminə  əməl  edilir.  İdarəedilən  sürət  (diqqətdə,  nəzarətdə 

saxlanılan,  iradəyə  tabe  edilən  sürət)  anlayışı  ortaya  çıxır. 

Şəraitin  tələb  etdiyi  anlarda  qarşıdurmalara  və  toqquşmalara  yol 

verməmək  və  vacib  hadisələri  qabaqlamaq  üçün  bəzi  hadisələrin 

sürət  tempi  aşağı  salınır.  Siyasi  inkişaf  zamanı  siyasi  qurumların 

fəaliyyəti  əsasən  ondan  ibarətdir  ki,  burada  siyasi  hadisələr 

zamana  görə  tez-tez  törədilir.  Ola  da  bilər  ki,  siyasi  qurumlar 

tərəfindən siyasi hadisələrin ötürücülüyü tez-tez həyata keçirilsin. 

Ola da bilər ki, bir siyasi hadisə səthi olaraq bir siyasi qurum, bir 

siyasi  şəxs  tərəfindən  törədilsin  və  əsas  siyasi  hadisələrə  xidmət 

göstərsin.  Məsələn,  dövlət  rəhbərinin  müəyyən  istiqamətlər  üzrə 

ümumi  tapşırığı  digər  hadisələrin  törənməsinə  səbəb  kimi 

mükəmməl  təkan  verə  bilər.  Siyasi  inkişafın  xüsusiyyətlərindən 

biri  də  ondan  ibarətdir  ki,  burada  siyasi  hadisələrin  tez-tez 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə