Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə21/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   17   18   19   20   21   22   23   24   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



60 

dan kimi səlahiyyətlərini müəyyənləşdirir və ölkənin tərəfdar 

çıxdığı beynəlxalq müqavilələrə uyğun gəlməyən istənilən 

qanuna “veto” qoymaq,  icra hakimiyyəti orqanlarının, siyasi 

institutların, təşkilatların və s. qurumların xalqın iradəsinin 

əleyhinə yönəlmiş aktlarını ləğv etmək hüququnu yaradır.  

Azərbaycan Respublikasının Prezidenti məhkəmə haki-

miyyətinin müstəqilliyinin təminatçısıdır. Məhkəmə hakimiy-

yətinin müstəqilliyi məhkəmələrin hüquqi statusunu müəyyən-

ləşdirən konstitusion prinsipdir. Məhkəmələrin müstəqilliyinin 

əsas  şərti öz səlahiyyətlərini həyata keçirərkən yalnız qanun-

ları  rəhbər tutması  və heç kimin onlara qanunazidd göstəriş 

vermək hüququnun olmamasıdır. Prezident icra hakimiyyəti 

orqanlarının və  vəzifəli  şəxslərin məhkəmələrə müdaxilələ-

rinin qarşısını alır, məhkəmələrin müstəqilliyini və maddi 

təminatı məsələlərini həll edir. 

 

Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respubli-



kasının  ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə 

iştirak etmək hüququna malik olan, ağır cinayətə görə  məh-

kum olunmamış, başqa dövlətlər qarşısında öhdəlik götürmə-

yən, ali təhsilli və ikili vətəndaşlığı olmayan Azərbaycan Res-

publikasının hər bir vətəndaşı Azərbaycan Respublikasının 

Prezidenti seçilə bilər. Azərbaycan Respublikasının Prezidenti 

vətəndaşlar tərəfindən birbaşa səsvermə yolu ilə 5 il müddətinə 

seçilir. Seçkilər ümumi, bərabər və birbaşa seçki hüquqi 

əsasında sərbəst və gizli səsvermə yolu ilə keçirilir.  

Konstitusiyanın 101-ci maddəsinə görə Prezident səsver-

mədə iştirak edənlərin sadə səs çoxluğu ilə (50%+1) seçilir.  

Azərbaycan Respublikasının Konstitusiyasının 106-cı 

maddəsinə görə Azərbaycan Respublikasının Prezidenti toxu-

nulmazlıq hüququna malikdir, onun  şərəf və ləyaqəti qanunla 

qorunur. Prezidentin toxunulmazlığı onun dövlət başçısı kimi 

fəaliyyət göstərməsinə hüquqi təminat yaradır. Prezidentin 

şəxsiyyətinin yüksək səviyyədə mühafizəsinin təmin edilmə-



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

61 


sini nəzərdə tutur. Bu maddədən aydın olur ki, Prezidentə qarşı 

hər şeydən əvvəl cinayət işi qaldırıla bilməz. Prezident yalnız 

vəzifəsindən getdikdən sonra ona qarşı cinayət işinin qaldı-

rılması mümkündür. Həmçinin, Prezident məcburi  şəkildə 

məhkəməyə (məsələn,  şahid qismində) gətirilə bilməz. Prezi-

dent həbs oluna və yaxud inzibati qaydada saxlanıla bilməz. 

Lakin, toxunulmazlıq heç də Prezidentin istənilən məsuliy-

yətdən azad olduğunu ifadə etmir. Çünki, Konstitusiyanın 107-

ci maddəsində Prezidentin vəzifəsindən kənarlaşdırılmasının 

hüquqi mexanizmləri təsbit olunmuşdur.   

 Prezidentin  vəzifədən kənarlaşdırılması  məsələsi Prezi-

dent ağır cinayət törətdikdə Konstitusiya Məhkəməsinin təşəb-

büsü ilə Ali Məhkəmənin 30 gün müddətində verilən rəyi 

əsasında Milli Məclis qarşısında irəli sürülə bilər.  

 Parlamentin deputatlarının 95 səs çoxluğu ilə qəbul olun-

muş qərarı əsasında Prezident vəzifəsindən kənarlaşdırıla bilər. 

Bu qərar Konstitusiya Məhkəməsinin sədri tərəfindən imza-

lanır. Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına 

bir həftə  ərzində  tərəfdar çıxmazsa, qərar hüquqi baxımdan 

qüvvəyə minmir. Konstitusiyaya görə Prezidentin vəzifədən 

kənarlaşdırılması haqqında qərar Konstitusiya Məhkəməsinin 

Milli Məclisə müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində 

qəbul olunmalıdır. Bu müddətdə göstərilən qərar qəbul edil-

məzsə, Prezidentə qarşı irəli sürülmüş ittiham rədd edilmiş 

sayılır.  

Yeni Azərbaycan Partiyasının  sədri  İlham Heydər oğlu 

Əliyev 15 oktyabr 2008-ci ildə keçirilmiş Prezident seçkilərin-

də böyük üstünlüklə (87,34%) qalib gələrək ikinci dəfə beş il 

müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.   

  

Qanunvericilik hakimiyyəti 

 Azərbaycan Respublikasının dövlət quruluşuna uyğun 

olaraq, bütün nümayəndəli orqanların müstəqilliyinə  və haki-




Яли Щясянов, Адил Вялийев

 

 



62 

miyyətin şaquli bölgüsünə əsaslanaraq yaradılmış parlamentin 

– Milli Məclisin fəaliyyətinin əsas prinsiplərini də Azərbayca-

nın 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müəyyən edir.  

Konstitusiyaya görə Milli Məclis nümayəndəli orqandır 

və hər şeydən əvvəl ümumi, azad seçkilər yolu ilə formalaşır. 

Konstitusiyaya görə Milli Məclis tam müstəqil bir qurum olsa 

da, öz səlahiyyətlərini icra hakimiyyəti ilə uzlaşdırılmış şəkil-

də həyata keçirir. Belə ki, Nazirlər Kabinetinin parlament qar-

şısındakı məsuliyyəti, Prezidentə etimad məsələsi, dövlət büd-

cəsindən istifadəyə nəzarət və bu məqsədlə müvafiq orqanların 

yaradılması, beynəlxalq müqavilələri ratifikasiya etmək hüqu-

qu və s. Milli Məclisin icra hakimiyyəti ilə uzlaşdırılmış səla-

hiyyətlərinin sırasına daxildir. Həmçinin, Milli Məclisin depu-

tatlarının icra hakimiyyəti və  məhkəmə orqanlarına sorğu 

göndərmək səlahiyyətlərinə malik olmaları da bura aiddir.  

Milli Məclis inzibati, maliyyə müstəqilliyinə malikdir və 

fəaliyyətini daxili nizamnamə qaydalarına uyğun olaraq müəy-

yənləşdirir.  

Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan 

ibarətdir. Qeyd edək ki, dünya praktikasında parlamentin təş-

kilinin ən geniş yayılmış üsulu və onun nümayəndəli orqan o-

masının  əsas  əlaməti ümumxalq seçkiləridir. Bu baxımdan, 

Milli Məclisinin deputatları parlamentə majoritar seçki siste-

mi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, 

şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Deputatların səlahiy-

yət müddəti isə Milli Məclisə çağırışın səlahiyyət müddəti ilə 

məhdudlaşır.  

Konstitusiyaya görə Milli Məclisin hər çağırışının səla-

hiyyət müddəti 5 ildir. Azərbaycan Respublikasının yaşı 25-

dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş 

qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı 

seçilə bilər. Qanunvericiliyə görə, ikili vətəndaşlığı  və başqa 

dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə haki-




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə