www.achiq.info
4
Seyid Cəfər şah sarayına yaxın bir qızla evlənmişdi. Atası şahın
etibar etdiyi
məmurlardan idi. Anası isə Tiflis türklərindəndi (azərbaycanlı). Çox gec evlənmişdi, peşəkar
inqilabçı idi. Evlənəndə sarayla əlaqəsi olan qızla evlənmişdi ki, saraya nüfuz edə bilsin.
Seyid Cəfər işi ilə bağlı bir yerə gedəndə Məsumə mənim yanımda qalardı. Seyid
Cəfərə qarşı çox nəzakətli, qayğıkeş idi. Onun işlərinə qarışmaz, onun rahatlığı üçün həmişə
şərait yaradardı. Məsumə xanım yaxşı tar çalardı. Bircə oğulları qaldı. Atasının evdən son
gedişində oğlu Dəryuşun 20 yaşı vardı. Həyat yoldaşının müəmmalı ölümündən sonra
Məsumə xanım Bakıda qala bilmədi. Dəryuş da sonra bibisi qızı– yəni böyük qızım Rüxsarə
ilə evləndi. İki övladları oldu. Biri atasının, o biri isə anasının sənətini seçib, mühəndis və
həkim oldular. İndi Almaniyada yaşayırlar.
Mənə bəzən qardaşımla bağlı qəribə suallar verirlər. Onlardan bir də S.C. Pişəvərinin
vəsiyyətnamə yazıb qoyması ilə bağlıdır.
Onun axı, cəmi 55 yaşı var idi. Bizim Şərq aləmində vəsiyyəti adətən ölümqabağı yazıb
qoyurlar. Bunu da adətən ahıl, yaşlı bir də tezliklə öləcəyini bilən və duyan xəstə adamlar
edirlər.
O ömrü boyu çox əziyyətlərə qatlaşmışdı. 11 il «Qəsri-Qacar həbsxanasında
saxlanılaraq işgəncələrə dözmüşdü. Oradan çıxanda onu çətinliklə tanıya bildim. O ağbəniz
idi, iri gözləri vardı. Uşaqların içində ən gözəgəlimlisi idi– zahiri anama çəkmişdi. Zindandan
azad olanda qarayanız olmuş, gözləri alacalanmışdı.
Azərbaycan Milli Hökumətinin qələbəsindən çox fərəhlənirdi. Yetim uşaqları
küçələrdən yığışdırmış, kəndlilərə torpaq paylamış, qadınlara hürriyyət vermiş, türk dilli
məktəblər açdırmışdır. Biz o zaman ailəmizlə İraqda idik. Yoldaşım Sultanabadda dəmiryol
çəkilişinə rəhbərlik edirdi. Bizə məktub yazmışdı ki, nəyi gözləyirsiniz, qayıdın Vətənə. Biz
də geri döndük.
1946-cı ilin dekabr ayında onu buraya – Bakıya çağırdılar. Mənə onda xəbər eləmişdi
ki, əlində vacib işi də olsa qoysun, durmayıb gəlsin. Xasiyyətinə bələd idim. Tez-tələsik bir də
yola düşdük. Bizi bir neçə ailə bir birlikdə Bakıya gətirdilər. Mərdəkanda bir hərbi sanatoriya
vardır. Orada iki aya yaxın saxladılar, sonra bizi tələm-tələsik başqa yerə apardılar.
S.C.Pişəvəri bizə heç nə götürməyə icazə vermədi. Dedi ki, 2-3 günə yenə qayıdacağıq.
Amma səfərimiz çox uzun çəkəsi oldu. Əvvəl Astaraya, sonra isə Naxçıvana getdik. Seyid
Cəfər öz maşınının ixtiyarını mənə və xanımına vermişdi. O vaxtlar Azərbaycanın birinci
katibi olmuş M.Bağırovla onun arasında məxfi söhbət olmuşdu. M.Bağırov çalışırdı ki, o,
sərhəd rayonlarından imtina etməyə razılıq versin. Bunun üçün ona çox şey boyun olurdu.
Qoşun, silah-sursat, ümumiyyətlə hər nə istəsə idi alacaqdı. Lakin S.C.Pişəvəri buna heç cür
razı olmamışdı. O deyir ki, bu işə qol qoysam xalq mənə nə deyər?
M.Bağırovun İ.Stalinlə sonuncu dəfə danışığından sonra Pişəvəriyə fikirləşmək üçün
vaxt verilmişdi. O zaman 3 gün ərzində bütün İranboyu sərhədlər açıldı.
M.Bağırovla söhbətdən sonra onun qanı çox qaralmışdı. Deyirdi ki, bizi bura gətirməklə
aldatdılar. Onun dediyi işə razılaşsam, mənə nə deyərlər? Qayıtmalı olacağam, qoşunları
www.achiq.info
5
yığacağam. Lazım gəlsə fədailəri başımıza yığıb partizanlıq edəcəyik. Son sözlərindən biri də
bu oldu ki, burda daha qalmaq olmaz, səhər də olmasa, o biri gün yola çıxmalıyıq. Bakıda və
respublikanın bir çox rayonlarında yerləşdiyi fədailərin hər bir ehtiyacı ilə özü məşğul olurdu.
Yuxarıdakı sözləri deyəndən sonra o, fədailərinə pul və paltar çatdırmaq üçün maşına minib
yola düşdü. Onu da deyim ki, son 3 gün ərzində şəxsi sürücüsünü (Çeşmazərin qardaşı idi)
dəyişdirmişdilər. Mənə naməlum olan sürücünü isə məndən maşını təmizləmək üçün bəzi
şeylər soruşanda görə bilirdim. O, bunu deyəndən sonra fədailərinə paltar çatdırmaq üçün
maşına minib yola düşmüşdü.
1947-ci il iyulun 11-də o, avtomobil qəzasına düşüb həlak oldu. Dedilər təsadüfi
hadisədi, qəzadı, filandı…
Bir onu bilirəm ki, öləsi var, gedəsi yoxdu deyən o Seyid Cəfər, bizim Seyid Cəfərin
qatili oldu!
Təqdim edəni Pərvanə Məmmədli. Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat
institutunun Cənubi Azərbaycan ədəbiyyati şöbəsinin elmi işçisi
İsmail Şəms:
O, Mütəfəkkir, Həm Də Sadə İnsan İdi
Doktor Cavidin oğlu mərhum Azad Cavid, Sabir Taftеi və mən, Əkrəm Bijе (Rəhimli) ildə bir
nеçə dəfə imkan olanda bağında xəstə yatan Ismayıl Şəms müəllimə baş çəkərdik. Novruz bayramında
onun görüşünə gеtməyimiz mütləq olardı. 2005-ci ilin Novruzunda biz növbəti dəfə onun görüşünə
gеdərkən mən S.C.Pişəvəri haqda xatirələrini kitaba daxil еtmək üçün ona dеdikdə o, Pişəvəri haqda
kitablar, məqalələr yazılmasını vacib iş saydı. Öz xatirələrində S.C.Pişəvəriyə xüsusi yеr vеrdiyini
bildirdi. Gözləri görmək qabiliyyətini itirdiyi üçün o, bu işi görə bilmədiyinə təəssüfləndi və kövrəldi.
Biz qərara gəldik o, S.C.Pişəvəri haqda bildiklərini sual-cavab şəklində dеsin biz yazaq.
Təklifimiz Ismayıl müəllim tərəfindən məmnuniyyətlə qəbul еdildi. 2005-ci il martın 22-də vеrdiyimiz
suallarla cavabları oxucuların diqqətinə çatdırırıq.
Sual: S.C.Pişəvəri ilə nə vaxt, nеcə tanış olmusunuz?
Cavab: əvvələn sizə təşəkkür еdirəm ki, məni yaddan çıxarmırsız. O ki qaldı böyük
rəhbərimiz, mərhum Pişəvəri ilə ilk görüşümə, o haqda yadımda qalanlar təqribən bunlardı:
Indi nеçənci ildir?
2005-ci il.
(O, barmaqlarında hеsablama apardıqdan sonra)